Azərbaycanın
“Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi
Fərid Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
etmişdir
Azərbaycana
“Eurovision-2013” mahnı müsabiqəsində ikinci yeri
qazandırmış Fərid Məmmədov mayın 21-də
ulu öndərin adını daşıyan sarayın
qarşısındakı parka gələrək ümummilli
lider Heydər Əliyevin abidəsi önünə tər
çiçəklər qoymuş, əziz xatirəsini
ehtiramla yad etmişdir.
AzərTAc
xəbər verir ki, Fərid Məmmədov ulu öndərin
abidəsinin ziyarət etdikdən sonra jurnalistlərə
açıqlamasında ölkəmizdə ona qarşı
diqqətsizlik göstərilməsi barədə
yayılmış şayiələrin heç bir əsası
olmadığını bildirmişdir. O, bu cür əsassız
şayiələrdən təəssüfləndiyini söyləmişdir.
F.Məmmədov
istər müsabiqə ərəfəsində, istər
yarışma günlərində və istərsə də
uğurlu çıxışından sonra Azərbaycan
dövləti tərəfindən
ona göstərilən xüsusi diqqət və
qayğını yüksək qiymətləndirmişdir.
Gənc
musiqiçi gələcək planları və həyata
keçirmək niyyətində olduğu layihələr barədə
danışaraq yaxın günlərdə yeni mahnılarla pərəstişkarlarını
sevindirəcəyini vurğulamışdır.
Xalq qəzeti.- 2013.- 22 may.- S. 4.