Ermənilərin
Azərbaycana qarşı yeni ərazi iddialarını əks
etdirən xəritə aşkar olunmuşdur
Xəritədə Gəncə “Azərbaycan tərəfindən işğal edilən və hazırda da Azərbaycanın işğalında olan erməni ərazisi” kimi göstərilmişdir
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyeva
Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərin
Azərbaycana qarşı yeni ərazi iddialarını əks
etdirən xəritə aşkarlamışdır.
APA-nın
xəbərinə görə, G.Baxşəliyeva jurnalistlərə
açıqlamasında bildirmişdir ki, yeni aşkarlanan xəritədə
Azərbaycan əraziləri Azərbaycanın
işğalı altında olan erməni əraziləri kimi təqdim
edilir.
Xəritədə
hətta işğal altında olmayan Gəncə, Bərdə
və digər ərazilər də erməni torpaqları kimi
təqdim edilmişdir: “Həmin xəritə ermənilərin
nə qədər irəliyə gedən planlarının
olduğunu bir daha göstərir. Xəritədə
müxtəlif ərazilər müxtəlif rəngdə
göstərilmişdir. Xəritədə bir rənglə
göstərilən ərazilər Azərbaycan tərəfindən
işğal edilən və hazırda da Azərbaycanın
işğalında olan erməni əraziləri kimi göstərilmişdir.
Onlar Dağlıq Qarabağa və onun ətraf
rayonlarının hamısına erməni adları
qoymuşlar. Azərbaycan alimlərinin ermənilərin belə
əsassız iddialarına cavab verməsi çox vacibdir.
Hazırda bu istiqamətdə iş aparılır”.
G.
Baxşəliyeva demişdir ki, yaxın zamanlarda ermənilərin
Qafqaza gəlmə millət olduqlarını sübut edən
xəritələr toplu halında çap olunacaq: “Artıq
Türkiyədən də bır sıra xəritələr gətirilmişdir.
Hazırda ABŞ-dan da tarixi xəritələrin gətirilməsi
üçün iş aparılır. Bütün tarixi xəritələr
toplandıqdan sonra onlar ətraflı məlumatlarla birgə 3
dildə – Azərbaycan, rus və ingilis dillərində kitab
şəklində çap olunacaq.
Elm
aləmi çoxdan bilir ki, ermənilər Qafqaza gəlmə
millətdir. Bu kitab vasitəsilə geniş dünya
ictimaiyyəti də bu faktla daha yaxından tanış olacaq.
Bütün tarixi xəritələrdə Qafqaz ərazisində
Ermənistan yoxdur. Yeni aşkarlanmış xəritələr
isə ermənilərin Qafqaza sonradan köçüb gələn
bir millət olduğunu bir daha təsdiqləyir”.
Xalq qəzeti.- 2013.- 22 may.- S. 4.