İlin əvvəlindən
e-hökumət portalından 200 mindən çox istifadəçi
yararlanmışdır
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat
Hesablama Mərkəzinin statistikasına əsasən, ilin əvvəlindən Elektron hökumət portalına –
www.e-gov.az müraciət etmiş istifadəçilərin
sayı 202 586 nəfər təşkil etmişdir.
Bu dövr ərzində təxminən
192 min nəfər resursa kompyuter və noutbuklarla, 10 mindən
artıq insan mobil qurğular – planşet və smartfonlarla daxil
olmuşdur. Qeyd etmək lazımdır ki, mobil qurğular
arasında, “Apple” şirkətinin iPad planşet kompyuteri və
iPhone smartfonu liderlik edir.
Mərkəzin mütəxəssisləri internet-resursdan brauzerlər üzrə istifadə statistikasını da açıqlamışlar. Belə ki, daha çox istifadə Google şirkətinə məxsus Chrome brauzeri ilə qeydə alınmışdır, ikinci və üçüncü yerdə müvafiq olaraq Opera və İnternet Explorer qərarlaşmışdır, daha sonrakı yerləri isə Firefox və Safari brauzerləri tutmuşlar.
Samirə ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 22
may.- S. 6.