Sabirabadda rabitə xidmətinin keyfiyyəti yaxşılaşır

 

Son illər Sabirabad rayonunda istehsalat-təsərrüfat həyatının bütün sahələrində, o cümlədən poçt rabitəsi və kommunikasiyalar sahəsində davamlı, nəzərəçarpan uğurlar əldə olunur. Yaxınlarda Muğanın ən böyük rayonunda ezamiyyətdə olarkən rayon sakinlərinin sözügedən xidmət sahələrinin işindən həqiqətən razı qalmalarının şahidi oldum. Buna görə də həmin təşkilatların rəhbərləri ilə görüşüb başçılıq etdikləri kollektivlərin əldə etdiyi uğurlar, eləcə də qarşıda duran vəzifələr haqqında  daha geniş məlumat vermələrini xahiş etdim.

Şiraslan Qasımov, Azərbaycan MMC-nin rayon filialının müdiri:

– “Azərpoçt” MMC-nin Sabirabad rayon filialı ölkəmizin qabaqcıl rabitə təşkilatlarından biri hesab olunur. Kollektivimiz hazırda bir mərkəzi, iki şəhər, otuz beş kənd poçt şöbələri səkkiz poçt agentliyi vasitəsilə əhaliyə çeşidli poçt xidmətləri göstərir. Məlumat üçün bildirim ki, ilbəil artan bu xidmətlərə əsasən poçt ödəniş nişanlarının satışı, pul baratlarının göndərilməsi, dövri mətbuatın abunəçilərə  çatdırılması, bağlamaların qəbulu çatdırılması, sürətli poçt xidmətlərinin göstərilməsi, şəhərlərarası telefon danışığı qəbzlərinin çatdırılması, elektrik enerjisi, təbii qaz sudan istifadə haqlarının yığılması sair daxildir.

 Bəlli olduğu kimi, poçt-rabitə sahəsi yüksək səriştə nizam-intizam tələb edir. Sevindirici haldır ki, kollektivimizin üzvləri bu məsuliyyəti dərindən dərk edirlər. Bütün səviyyələrdə işin düzgün təşkilinin nəticəsidir ki, rayonumuzda hər il poçt-rabitə xidmətinin həcmi keyfiyyəti yaxşılaşır.

 Konkret faktlar da çəkə bilərəm. Məsələn, ötən il bütün plan tapşırıqlara artıqlaması ilə əməl etmişik. Bu ilin birinci rübünün proqnoz tapşırığı 103 faiz yerinə yetirilmişdir. Bu uğurları davam etdirmək, qarşıdakı rüblər ərzində daha yüksək göstəricilər əldə etmək əzmindəyik.

 Bu gün bizim qarşımızda bütün növ poçt göndərişlərinin ən geci 2 sutka ərzində çatdırılmasını təmin etmək vəzifəsi qoyulub. Bu vəzifənin öhdəsindən bütün ölkə rabitəçiləri kimi, biz uğurla gəlməyə çalışırıq. Bu da rayonda əhalinin poçt xidmətinə olan inam etibarını artırır. Nəticədə müştərilərin sayı təbii ki, xidmətdən əldə olunan gəlirlər artır.

 Hazırda rayonun mərkəzi kənd poçt şöbələrində Ermənistan istisna olmaqla, bütün MDB ölkələrinə, Pribaltika respublikalarına, eləcə İran, Türkiyə, Şərqi Qərbi Avropa dövlətlərinə, həmçinin Amerika Kanadaya, bir sözlə, dünyanın yaxın uzaq bütün guşələrinə pul baratlarının göndərilməsi qəbulu həyata keçirilir. Adı çəkilən ölkələrlə məktub, bağlama, banderol sair poçt göndərişlərinin mübadiləsi yerinə yetirilir.

 Son dövrdə rayonda yeni xidmətlərin həyata keçirilməsi uğurla təşkil olunub. Belə ki, rayonda hər bir fiziki hüququ şəxs poçt şöbələrində cari hesab elektron imza nümunələri aça bilir, valyuta mübadiləsi həyata keçirə bilir. İndi hər hansı bir poçt məntəqəsində Dövlət Yol Polisi cərimələrini ödəmək, hətta Western Union beynəlxalq pul köçürmələri xidmətindən faydalanmaq da mümkündür.

 Biz hər il rayonun böyük idarə müəssisələri ilə poçt-rabitə xidmətinin göstərilməsi ilə bağlı müqavilələr bağlayırıq. 2013-cü ildə bütün növ poçt rabitəsi xidmətlərinin göstəriləməsi ilə əlaqədar Rayon Prokurorluğu, Statistika İdarəsi, Meşə Təsərrüfatı Bərpaetmə Müəssisəsi, Mətbuatyayım şöbəsi, Qaz istismar sahəsi, Su-kanal idarəsi, “Kapital Bank” sair müəssisə təşkilatlarla yeni müqavilələr bağlanmışdır. İşimizin keyfiyyətindən razı qaldıqları üçün bütün idarə müəssisələr bizimlə həvəslə müqavilə bağlayırlar.

Tapdıq Bağırov, Sabirabad Telekommunikasiya Qovşağının rəisi:

 

– Bu gün ölkəmizdə rabitə-kommunikasiyalar sistemi çox sürətlə inkişaf edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü iliİnformasiya-kommunikasiya texnologiyaları ilielan etmişdir. Hörmətli dövlət başçımızAzərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında demişdir: “Biz geniş zolaqlı interneti hər kəndə gətirməliyik gətirəcəyik”.

Azərbaycanda bu sahədə daim artan diqqət qayğı artıq öz bəhrəsini verməkdədir. Bir həqiqətdir ki, bu gün Azərbaycanın informasiya-kommunikasiyalar sistemi yüksək dünya standartları səviyyəsinə çatmışdır. Bu faktı dünyanın nüfuzlu mütəxəssisləri etiraf edirlər. Biz, bu uğurlara görə, əlbəttə, çox sevinirik işimizin səmərəsini daha da artırmağa çalışırıq.

Azərbaycanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da kommunikasiya sistemində nəzərəçarpan uğurlar əldə olunmaqdadır. Biz qarşımıza məqsəd qoymuşuq ki, hər bir kənd yüksək keyfiyyətli internetlə təmin olunsun. Çalışırıq ki, mövcud kənd EATS-lərin (elektron-avtomat telefon stansiyaları -red) hamısının fibro-optik kabelə qoşulması təmin olunsun.

Bu vəzifənin öhdəsindən uğurla gəlmək üçün tədbirlər planı hazırlayaraq icra etməyə başlamışıq. Belə ki, 2013-cü ilin birinci rübü ərzində 7 kilometr məsafədə mərkəzi EATS-dən Qaralar kəndindəki EATS istiqamətində FO-12 kabeli çəkilmişdir. Bu kabelə rayonun Surra Axısxa kimi böyük kəndlərini əhatə edən stansiyaların qoşulması nəzərdə tutulub.

Texniki istismarın səviyyəsinin yüksəldilməsi məqsədi ilə Bulaqlı, Qalaqayın EATS-nin akkumulyator batareyaları daha uzunmüddətli enerji təminatı yaradan qurğularla əvəz olunmuşdur. Belə ki, hər iki kənddə 200F:S yüksəkdaşıyıcı sıxlığa malik akkumulyator /OP2S batareyaları quraşdırılmışdır. Cavad Əhmədabad kənd EATS- yüksək sürətli İnternet portlarının sayı 24 48 ədəd artırılmışdır. Nizamikənd, Qalacayın, Qaratəpə, Bulaqlı, Şəhriyar Ulacalı kənd EATS-nin daxili xətt şəbəkəsində təmir işləri aparılmışdır.

 Rayon mərkəzindəkiMuğan prospekti”ndə Bulaqlı istiqamətində 3 yerdə hava rabitə xətti ilə təşkil olunmuş kabellər yeraltı keçid vasitəsi ilə qoyulmuşdur. Şəhər telefon şəbəkəsində H.Həmidov, Füzuli küçələrində xətt şəbəkəsi qurğuların texniki normaya gətirilməsi üçün müvafiq işlər aparılmışdır.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 23 may.- S. 6.