Ömrün də zirvələri var

 

Ömrünün 65-ci baharını qarşılayan  bu insanın  öz  həyat fəlsəfəsi  var: Bilirsinizmi, dağlar kimi, insan ömrününöz zirvələri var, – deyir. –  İnsan  yaşayır  bu zirvələrə  çatanda bir  qədər  nəfəsini dərib geriyə boylanır, həyatda  necə  yaşadığını,  hansı  izləri  qoyduğunu götür-qoy  etməyə  çalışır  və qarşıdakı  zirvələrə  hansı məram-məqsədlə getmək, yarımçıq  qalmış işlərini tamamlayıb başa çatdırmaq  barədə düşünür. Ona görə  də gərək  dünyada   ancaq  yaxşı iz qoyasan. Bundan ötrü isə boya-başa çatdığın ailədə, oxuduğun  məktəbdə,  yaşadığın  mühitdə  müəyyən insanlıq  dərsi  almalısan.  Belə olsa,  həyatda  qətiyyətlə  addımlayar,  necə yaşadığını,  nədən  ötrü  yaşadığını yaxşı  dərk  edərsən. Ömrün  zirvələrinə  gedən  yolda qazandığım  hər  bir uğura görə  uşaqlıqdan  aldığım  insanlıq  dərsinə  borcluyam”.

Mayil  Bağırovun  həyata göz  açdığı, boya-başa çatdığı ailə  Qusarda  yaxşı  tanınır. Bu  ailədə  on uşaq  dünyaya göz açıb. Övladlarının —  altı oğlunundörd qızının  zəhmətkeş, ləyaqətli,  halal  insanlar  kimi böyüməsində  böyük  əməyi olan  Tağı Bağırov  xalq  arasında  adı hörmətlə  çəkilən  el ağsaqqalı  idi.  Rayonun  qabaqcıl təsərrüfat  başçılarından  sayılırdı.  Nəcib və   xeyirxah  əməlləri ilə   təkcə   Qusarda deyil,  qonşu  Quba  Xaçmaz  rayonlarında  da rəğbət qazanmışdı. İşdə,  eləcə də  ailədə  nə qədər  tələbkar    prinsipial  idisə,  bir o qədər  də həlim  və qayğıkeş  idi. Həmişə  deyərdi: “Hər bir valideyn öz  övladları  üçün  nümunə  olmalıdır. Övladlar  ata  qayğısını,  ana  nəvazişini hiss etməlidir.  Onların  zəhmətkeş,  tərbiyəli  böyüməsinə, təhsil  almasına  nail olmaq  valideynlərin  borcudur. Ailədə,  məktəbdə  insanlıq  dərsi  almayan  şəxs Vətənə, cəmiyyətə  fayda  verə bilməz”.

Mayil  müəllim  atasının  sözlərini  minnətdarlıqla xatırlayaraq  deyir ki,  həyatda  nəyə nail  olmuşamsa,  mənə  insanlıq  dərsi vermiş  valideynlərimə – rəhmətlik  atama, on  uşağın  qayğısını çəkmiş, “Qəhrəman ana”  adına  layiq  görülmüş anama borcluyam. Atam  qəlbimdə  torpağa  məhəbbət  hissi oyatdı.  Torpağı  sevdim, ona bağlandım. Lakin  atamı erkən  itirdik. Böyük  bir ailənin  ağır  yükü  anamın zərif çiyinlərinə düşdü.  Qırx  ilə yaxın  o, bizə  həm ana,  həm də  ata oldu.  Hamımızı  böyüdüb  ərsəyə  çatdırdı,  oxutdu,  ev-eşik, ailə  sahibi  etdi...”

Torpağa  bağlılıq  orta məktəbi  bitirən  gənci Gəncəyə,  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna  gətirib çıxardı. Müvəffəqiyyətlə  imtahan  verib  tələbə oldu.  1969-cu  ildə  alim-aqronom  diplomu  ilə institutu  bitirdikdən sonra Qusar  Xaçmaz  rayonlarında  aqronombaş  aqronom  işlədi.  1981-ci  ildə  bacarığı və   təşkilatçılığı  ilə diqqəti  cəlb edən 32  yaşlı  gənc  Qusarın ən  iri  toxumçuluq   təsərrüfatı  sayılan  Partiyanın  XXIII  qurultayı  adına  sovxoza  direktor  təyin olundu.

Təsərrüfat  başçısı  işləməyə  başladığı  ilk günləri  Mayil   müəllim belə  xatırlayır:  “Yeni  vəzifənin  məsuliyyətini  yaxşı hiss edirdim.  Etimadı doğrultmaq  üçün  geridə  qalan bir  sovxozu  qabaqcıl  təsərrüfatlar sırasına  çıxarmalı idim.   Ən  başlıcası  isə bunu  öz doğma   Urva  kəndim,   camaatımız üçün  etməli  idim.  Atamın  sözləri  karıma gəldi: “Bacarmadığın  işə  girişmə,  girişdiyin  işi  ləyaqətlə başa çatdır”. Vaxtilə ondan  öyrəndiklərimdən    rayonun  qabaqcıl  təsərrüfat   başçılarının  təcrübəsindən  faydalanıb  direktor  işləməyə  başladım.  Etiraf  edim ki, ilk  gündən  kəndin  ağsaqqalları  və gəncləri  mənə   dayaq oldular.  Hər işdə  onlara  arxalandım, məsləhətlərindən  faydalandım. Əl-ələ  verib təsərrüfatı  dirçəltməyə  başladıq".

Tezliklə  zəhmət  adamlarına  güvənən  gənc  direktorun  qazandığı  uğurlar hamını  heyran etdi.  1983-cü  ildə  sovxoz  dövlətə 220  ton əvəzinə  413  ton  meyvə,  920  ton  əvəzinə  2200  tondan  çox  kartof  təhvil verdi.  Bundan əlavə,  nəzərdə tutulduğundan  çox  taxıl,  ət  süd  istehsal  olundu.  Sovxoz  hər  hektardan  əldə edilən  kartof  məhsuluna  görə  respublikada  ən yaxşı  göstəriciyə  nail oldu.  Qazanılan  uğurlara görə sovxozda ilk  dəfə  məhsul  bayramı  keçirildi.  1983-cü  ildə   nailiyyətlər birə-iki artdı  respublika  mətbuatında  təsərrüfatın  təcrübəsi  geniş  təbliğ olunmağa başlandı. Əldə  etdiyi  yüksək  göstəricilərə görə,  sovxoz  Azərbaycan  KP MK-nın və respublika Nazirlər  Sovetinin  keçici  qırmızı  bayrağına  diplomuna layiq  görüldü.

Gənc direktor  sovxoza  rəhbərlik  etdiyi yeddi  ildə nəinki  doğma   kəndini, həm də   Qusar  rayonunu  respublikada  şöhrətləndirdi. Təsərrüfat ümumittifaq “Cinstərəvəz”  toxumçuluq  sisteminə  daxil  olduğundan  onun  təcrübəsi  ilə artıq  Sovet İttifaqı  səviyyəsində maraqlanmağa  başladılar.  Rayonda ilk dəfə  olaraq  ucqar  Urva  kəndinə  müasir tələblərə  cavab  verən  yol  qaz  kəməri  çəkdirən,  yeni içməli su kəmərini  işə  salan, idarə  binası, uşaq  bağçası,  hamam  tikdirən, Böyük Vətən  müharibəsi  iştirakçılarının  şərəfinə əzəmətli  abidə kompleksi  ucaldan,  əməkçilərin  mənzil  şəraitinin yaxşılaşdırılmasından örtü Urva  Palasa  kəndində 10  yaşayış  evi  tikdirən direktor  Mayil Bağırov respublikanın  bacarıqlı  təsərrüfat rəhbəri kimi  tanındı və  1987-ci  ildə   onu  Qusar  Rayon XDS  İcraiyyə  Komitəsinin sədri  vəzifəsinə  irəli  çəkdilər.

Yeni  vəzifədə  də o,  həmin  dövrün  çətinliklərinə  baxmayaraq,  xeyli uğur qazandı. Onun fəaliyyəti dövründə  Qusarda  yeni konserv zavodu  işə  salındı,  şəhərin  kanalizasiya  sistemi yenidən  quruldu,  avtovağzal  binası, 1100  şagird  yeri  olan  məktəb inşa  edildi. Bundan  əlavə,  17  kənddə  dəyirman, ayrı-ayrı  kəndlərdə  maldarlar  üçün  30  yaşayış binası  və digər  sosial  obyektlər  tikilib  istifadəyə verildi.  Rayonda  qazlaşdırmanın  həyata keçirilməsi    kənd  yollarının asfaltlaşdırılması  məhz  Mayil  Bağırovun  rayon soveti icraiyyə komitəsinin sədri işlədiyi  dövrdə  reallaşmışdır.

Təşəbbüskarlığı, əzmkarlığı     təşkilatçılıq  bacarığı  ilə seçilən  Mayil Bağırov  sonrakı  illərdə  Qusar  Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini,  humanitar  məsələlər  üzrə  müavini,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  millətlərarası  münasibətlər  şöbəsində  I dərəcəli  mütəxəssis,  fövqəladə hallar  şöbəsində  referent,  Qusar  meşə  təsərrüfatının  direktoru vəzifələrində  çalışmışdır.

Mayil  müəllim  bütün bu uğurlarını ulu öndər  Heydər Əliyevin   sayəsində  qazandığını  xüsusilə  vurğulayır: “O illər Heydər Əliyev kimi  müdrik  və uzaqgörən  bir  şəxsiyyətin  respublikaya  başçılıq  etdiyi, onun Sovet İttifaqının  nüfuzlu  rəhbərlərindən  biri olduğu  vaxtlar idi.  Qayğı    tələbkarlıq Heydər Əliyev  idarəçilik  məktəbinin  əsas  prinsipi  idi.   O  məktəbin gənc kadrları kimi gecə-gündüz  ümumi  üçün  çalışırdıq”.

Hələ  Sovet  dövründə  özünün  Heydər Əliyev  məktəbinin yetirməsi  olduğunu  sübut edən,  rəhbərlik  etdiyi  təsərrüfatın “Yüksək mədəniyyət və nümunəvi  ictimai  asayiş  sovxozu”  adına layiq  görülməsinə nail olan,  rayon icraiyyə  komitəsinin  sədri kimi çətin  bir dövrdə geniş  tikinti-abadlıq  işlərini  həyata  keçirən  Mayil Bağırov  ulu öndərin  idarəçilik sistemindən bacarıqla  faydalanır,  onun  yolu ilə qətiyyətlə  addımlayırdı. O,  daim  qurub-yaratmağa, öyrənməyə,  təkmilləşməyə  can atırdı. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan  Xalq   Təsərrüfatını  İdarəetmə  İnstitutunda  müasir  idarəetmə  üsulları,  istehsalın təşkili və planlaşdırılması  sahəsində  ixtisasartırma kursunu keçən  M.Bağırov  1991-ci  ildə Bakı Sosial  İdarəetmə  Politologiya İnstitutuna  daxil  olur  və 1994-cü  ildə politologiya ixtisası  üzrə   təhsilini  uğurla  başa çatdırır.

Mayil  müəllim   deyir ki,  rəhbər  işçi  idarəetmədən  yaxşı baş çıxarmaqla yanaşı,  həm də  yeni-yeni  biliklərə  yiyələnməyə, hər sahədə yeniliyin  tətbiqinə  çalışmalıdır. Kənd  təsərrüfatı sahəsində   aldığı  biliklərdən   mütəxəssis  kimi  yetərincə  bəhrələnməyə  səy  göstərən  M.Bağırovun  hələ  Qusarçay  zona  təcrübə  stansiyasında   kiçik  elmi  işçi kimi  yazdığı  elmi  məqalələr alimlərin diqqətini cəlb etmişdi. Bu  məqalələri  ilə o,   mədən  gübrələrinin  kartof  istehsalının  artırılmasında  əhəmiyyətli  rol  oynadığını  sübuta  yetirmişdi.  Mütəxəssislər   Azərbaycan  Elmi-Tədqiqat  Tərəvəzçilik  İnstitutunun dissertantı  Mayil  Bağırovun 1971-1974-cü illərdə  Qusar  rayonunun  Partiyanın XXIII qurultayı   adına   toxumçuluq  sovxozunda  apardığı   tədqiqat işinin  böyük  əhəmiyyətə  malik  olduğunu  bildirmiş, “Qusar  rayonunun  dəmyə  şəraitində  mineral  gübrələrin  forma  və dozalarının  kartof  bitkilərinin  böyüməsinə,  inkişafına    məhsuldarlığına  təsiri” mövzusunda  elmi işini yüksək  qiymətləndirmişlər.  O, ilk dəfə olaraq  respublikamızda  dağ şəraitində  kartofun əkilməsi, becərilməsi və yığılmasının  mexanikləşdirilməsi  bu  sahədə  texnologiyanın  təkmilləşdirilməsi məsələsini  qaldırmışdı.  M.Bağırovun  bir sıra  məqalələri Bakıda    Tbilisidə  çıxan  elmi məcmuələrdə  dərc  olunmuşdur.

Siyasi  sahədə  aldığı  biliklərdən    bacarıqla  istifadə  edən Mayil müəllim ölkəmizin ən  çətin dövrlərində  öz  sözünü dedi. Ötən  əsrin 90-cı illərini xatırlayan Mayil  müəllim  deyir ki, çox  kəşməkeşli illər  idi. Bir vətəndaş  kimi  baş verən  proseslərdən  kənarda  qala bilməzdim. O vaxtlar  hakimiyyəti idarə  edənlərin  milli  siyasətdə   buraxdığı  kobud səhvlər, onların  etnik   bölgələrin  milli  xüsusiyyətləri  ilə  hesablaşmaması  ağır nəticələrə  gətirib çıxarmışdı. Azərbaycan  parçalanmaq   təhlükəsi  qarşısında  qalmışdı.  Belə bir  vaxtda Heydər  Əliyev  məktəbinin yetirməsi olan bir  ziyalı  kimi  mən  birliyimizi   pozanlara  qarşı mübarizə aparırdım. 1992 – 1993-cü illərdə respublika Nazirlər Kabinetinin  millətlərarası  münasibətlər  şöbəsində çalışdığım  vaxt milli  siyasətdə  səriştəliyi  təmin edə  bilən  bir sıra  təkliflər   və məsləhətlər  verdim.  Təəssüf ki,  o vaxt  belə təkliflər qulaqardına vurulurdu.  Bu isə  ayrı-ayrı bölgələrdə  vəziyyətin  daha  da gərginləşməsinə səbəb olurdu.  Əgər o vaxt xalqın  arzusu  və tələbi ilə  Heydər Əliyev  hakimiyyətə  qayıtmasaydı,   müstəqilliyimizi itirəcək,  ölkəmiz  parçalanacaqdı.  Ulu öndər  Azərbaycanı   məhv olmaq  təhlükəsindən  qurtardı.  Milli  münasibətlər tədricən  qaydaya  salındı.  Müstəqil  Azərbaycanın bütün  vətəndaşlarının  bərabər hüquqlarına  təminat verən Konstitusiyası  qəbul olundu. Xalq öz  xilaskarının  rəhbərliyi  altında yeni  cəmiyyət, hüquqi  dövlət qurmağa  başladı.

Etiraf  edim ki, o dövrdə  baş verən  hadisələr  məni  qələmə  sarılmağa məcbur etdi.  Bir  vətəndaş    politoloq  kimi  hadisələrə  münasibətimi bildirməyə  başladım.  Məqalələrim həm yerli,  həm də respublika mətbuatında dərc olunurdu.

Mayil  müəllimin  “Xalq qəzeti”ndə, “Azərbaycan”, “Bakinski  raboçi”, “Həyat”, “Qusar”  qəzetlərində,   həmçinin  digər  mətbuat  orqanlarında  bir  sıra  yaddaqalan  məqalələri  dərc  olunub.  Həmin  məqalələri  öz  məzmununa  görə iki  yerə bölmək olar: milli  münasibətlərə,  milli birliyə  həsr edilmiş yazılar    respublikamızın,  onun  şimal  bölgəsində  yerləşən  Qusarın  müstəqillik  illərində  qazandığı  uğurları əks  etdirən  məqalələr.

“Xalq qəzeti”nin 18 iyul 1996-cı  il tarixli sayında  dərc olunmuş “Milli birliyin    sabitliyin  təminatçısı”  sərlövhəli  məqaləsi ölkəmizdə  qarışıqlıq yaratmaq,  demokratiya  sahəsində  inkişafımıza  mane olmaq  istəyən  qüvvələrə  tutarlı  cavab idi.  Səmimi  etirafı  və kəsərli  sözü ilə oxucu  qəlbinə  yol tapan  müəllif yazır:  Özümü  milli   münasibət məsələləri  üzrə  bilici  və peşəkar  hesab etməsəm də,  diletant  da  saymıram.  Uzun  müddət  rayonda  rəhbər  vəzifədə,  bir müddət də  Nazirlər  Kabinetində  milli  münasibətlər  şöbəsində  çalışmışam. Yeni  nəsildən  olan  bütün   mütəxəssislər  kimi,  siyasətçilərə də  hörmətim var.  Axı ölkənin  gələcək  taleyi onların  atacaqları  addımlardan  da asılı olacaq. Ancaq müxalifət  ona deyərəm ki,  hakimiyyətdə  olduğu  vaxtlarda  buraxdığı səhvləri təhlil  edib, nəticələr çıxarsın, özündə  onları  açıq  etiraf  etmək  qətiyyəti tapsın, dövlətin idarəçiliy  elmini  Heydər Əliyev  kimi nəhəng  siyasətçidən  öyrənməyə çalışsın”.

 

Mayil  müəllim  həm də  Azərbaycanda  yaşayan  azsaylı  xalqları,  milli  azlıqları  dövlətçiliyimiz  əleyhinə qaldırmaq  istəyən qüvvələrə  kəsərli  cavablar verirdi. 1997-ci  ilin mart  ayında MDB  ölkələrinin  rəhbərlərinə  ünvanlanmış  müraciəti  respublikamızın  ləzgi  ictimaiyyəti  adından məhz o imzalamışdı.  Odun  üstünə  yağ tökənlərə  aman verməyin!”  başlığı ilə  respublika qəzetlərində  dərc olunmuş  həmin  müraciət xalq  tərəfindən  rəğbətlə qarşılanmışdı.

Yalançı  demokratları  tənqid  atəşinə  tutan Mayil  Bağırovun “Bakinski raboçi”  qəzetinin  14 oktyabr 1995-ci il  tarixli  sayında dərc olunmuş “Yalançı  demokratların öz-özünü  ifşa  etməsi”  məqaləsini  onun ən yaxşı  yazılarından biri  saymaq olar.  O, həmin məqalədə ölkədə ictimai-siyasi  sabitliyi pozmaq,  prezident  seçkilərinə mane olmaq  istəyənlərin üzünü  ifşa  edir.  Radikal  qüvvələrin demokratiya  pərdəsi altında özlərinin  bəd  niyyətlərini həyata  keçirmək  istədiklərini  açıb göstərir.

Artıq   kəşməkeşli illər arxada  qalıb.  Bu  gün  Mayil  müəllimin  məqalələrinin  əsas  mövzusu  Azərbaycanın,  onun  ayrı-ayrı  bölgələrinin,  həmçinin  yaşadığı  Qusar rayonunun  uğurlarıdır. Bu uğurları özünəməxsus  tərzdə qələmə  alan müəllif  hər bir yazısı ilə   oxucu  qəlbinə  yol tapır.  Bu  baxımdan  onun  son illərdə  dərc  olunmuş “Tərəqqinin, inkişafın  ünvanı: Qusar. “Şimal  qapısı” böyük  turizm  mərkəzinə  çevrilir” (“Azərbaycan” qəzeti, 10  aprel  2011-ci  il), “Qusarböyük  arzuların  gerçəkləşdiyi  məkan (“Xalq qəzeti”, 31  oktyabr 2012-ci il)  sərlövhəli  məqalələrini    başqa  yazılarını  mübaliğəsiz  rayonda  qazanılmış uğurların  salnaməsi  adlandırmaq olar.

Ömrünün 65-ci  ildönümünü  qeyd edən,  nəcib  və xeyirxah  ziyalı  olan  Mayil Bağırov  qayğıkeş ailə  başçısı,  böyük  bir  nəslin,  eləcə də, sözün  həqiqi  mənasında,  elin ağsaqqalıdır.

“Xalq qəzeti”nin kollektivi  uzun illərdən bəri redaksiyamızla  fəal əməkdaşlıq  edən Mayil  müəllimə uzun ömür    cansağlığı  arzulayır.

 

Qüdrət PİRİYEV.

 

 Xalq  qəzeti.- 2013.- 25 may.- S. 7.