ABŞ-ın
dövlət katibi Con
Kerri Respublika Günü münasibətilə Azərbaycan
xalqını təbrik etmişdir
Təbrikdə deyilir: 28 May - Respublika Günü münasibətilə Azərbaycan
xalqını təbrik etməkdən məmnunam.
Amerika
Birləşmiş Ştatları və Azərbaycan
Respublikası möhkəm tərəfdaşlıq əlaqələri
qurmuşlar. Biz müstəqilliyin möhkəmləndirilməsində,
demokratik təsisatların gücləndirilməsində və
iqtisadi islahatların təşviqində Azərbaycanı dəstəkləməyə
sadiqik.
Təhlükəsizlik
məsələlərinə gəlincə, hərbçilərimiz
sülh və təhlükəsizlik naminə
çiyin-çiyinə dayandığından
Əfqanıstanın gələcəyinə töhfələrinə
görə Azərbaycana xüsusi minnətdarlığımızı
bildiririk. Həmçinin, uzun illər davam edən ikitərəfli
enerji əməkdaşlığı gələn ay “Cənub”
dəhlizi barədə son qərar qəbul edildikdən sonra
yeni mərhələyə qədəm qoyacaqdır.
Belə
bir əlamətdar günü qeyd edərkən daha dinc və
çiçəklənən bir dünya qurmaq
üçün Sizinlə birgə
çalışacağımıza ümidvarıq.
Xalq qəzeti.- 2013.- 25 may.- S. 8.