Mübariz Əhmədoğlu: Rusiya Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində fəallaşır
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
fəallaşır. Trend-in məlumatına
görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru,
politoloq Mübariz
Əhmədoğlu bu gün
keçirdiyi mətbuat konfransında demişdir.
Əhmədoğlu
qeyd etmişdir ki, Rusiyanın xarici işlər naziri Sergey
Lavrov azərbaycanlı həmkarı ilə birgə
keçirdiyi mətbuat konfransında bəyan etmişdir ki,
status-kvo hamı üçün, o cümlədən Rusiya
üçün qəbuledilməzdir: “Status-kvonun dəyişilməsi
təkcə Azərbaycanın torpaqlarının
qaytarılmasına deyil, həm də Ermənistanın
blokadadan çıxmasına gətirib
çıxaracaqdır. Bu isə Azərbaycanın, Ermənistanın,
eləcə də Dağlıq Qarabağda yaşayanların
maraqlarına cavab verir”.
Əhmədoğlunun
sözlərinə görə, Lavrovun bu bəyanatında bir
neçə mühüm məqam vardır: “Rusiya
açıq mətnlə Azərbaycanın
torpaqlarının geri qaytarılması məsələsini
gündəliyə gətirir. Rusiya
Ermənistanın blokadadan
çıxmasını Azərbaycanla əlaqələndirir.
Başqa sözlə, Ermənistanla Rusiya arasındakı əlaqənin Azərbaycan
ərazisi vasitəsi ilə bərpası gündəliyə
gətirilir. Rusiya subyekt
kimi heç bir formada Dağlıq
Qarabağın adını hallandırmır. Yalnız
Dağlıq Qarabağdakı əhalidən
danışır. Bu o
deməkdir ki, Rusiya
Dağlıq Qarabağın müstəqilliyini və onun Ermənistana birləşməsini qəbul
etmir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
indiki mövqeyinin dəyişilmə
ehtimalı çox azdır. Demək olar ki, mümkün
deyil”.
Əhmədoğlu
demişdir ki, Rusiya indiki mövqeyə Ermənistanın bu
vaxtadək apardığı oyunların mahiyyətini
anladıqdan sonra gəlmişdir: “Rusiyanın Ermənistana
satacağı qazın qiymətini qaldırması onun Ermənistanla
bağlı mövqeyinin dəqiqləşdiyini göstərir.
Azərbaycanda Rusiyanın mövqeyindəki bu dəyişiklik çoxdan
gözlənilirdi. Bir neçə kiçik anlaşılmazlığı nəzərə
almasaq, indiki vəziyyət
həm Rusiya, həm də Azərbaycanın
xeyrinədir; Dağlıq Qarabağda
müharibə alovlanacaqsa, bundan
Azərbaycanla yanaşı Rusiya da əziyyət çəkə bilərdi”.
Politoloq
vurğulamışdır ki, Ermənistan tarixi olmayan mifik, təbii
resurslardan məhrum, Rusiyanın hesabına
yaradılmış bir dövlətdir. Ona
görə də münaqişəni
qızışdırmaq Ermənistana sərf edir:
“Ermənistan Rusiyanı cəzalandırmaqdan ötrü
Dağlıq Qarabağda münaqişəni
alovlandırmaq üçün fürsət
axtarır və bu istiqamətdə fəaliyyətini
daha da intensivləşdirib.
Ermənistanın İranla əlaqələrində
son illər bu istiqamət
aşkar hiss olunurdu. Eləcə də Qərbin
Dağlıq Qarabağ münaqişəsini
yenidən alovlandırmaqla Rusiyanı regiondan
qovmaq ehtimalı da heç vaxt azalmayıb.
Ermənistanın Rusiyanı indiki
mövqeyindən geri çəkmək üçün potensialı yoxdur.
Belə vəziyyət bir neçə dəfə
təkrarlanıb. İndi Rusiya
Qafqazda baş verənlərə
kompleks yanaşma
ortalığa qoyub”.
Xalq qəzeti.- 2013.- 25 may.- S. 8.