Binəqədi rayonunda Respublika Günü münasibətilə tədbir keçirilmişdir
Binəqədi rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə Respublika Günü qeyd edildi. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxışında 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkədə elan edilməsini vurğuladı, eyni zamanda həmin respublikanın cəmi 23 ay ömür sürə bildiyini və xarici qüvvələrin təcavüzü nəticəsində süquta uğradığını bildirdi.
Natiq xatırlatdı ki, bu hadisədən sonra təqribən 70 il ərzində SSRİ-nin tərkibində mövcudluğunu davam etdirmiş Azərbaycan, nəhayət, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməyə nail oldu. V. İsmayılov daha sonra müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın qarşılaşdığı siyasi və sosial-iqtisadi çətinliklərdən, siyasi sistemin dəyişməsi və planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına keçidin ağrı-acılarından danışdı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərini nəzərə çarpdırdı, müharibə nəticəsində Azərbaycanın torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Bütün bu təlatümlərə və çətinliklərə sinə gərərək Azərbaycanı qaranlıq gecədən aydın sabaha aparmağa qadir ümummilli lider Heydər Əliyevin yalnız hakimiyyətə qayıdışından sonra ölkəmiz müstəqilliyini qoruyub saxlaya bildi, Ermənistanla atəşkəsə nail olunub işğal edilmiş ərazilərin dinc yolla qaytarılması istiqamətində sülh danışıqlarına başlanıldı, geniş miqyaslı sosial-iqtisadi islahatlara start verildi.
Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətləri, aparılmış islahatları, iqtisadi inkişafı düzgün müəyyənləşdirilmiş strateji kursun bəhrəsi adlandıran RİH başçısının müavini həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Hazırda Azərbaycanda qazanılan nailiyyətlərdən danışan
V. İsmayılov bildirdi
ki, ölkəmizin gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivləri
ilə bağlı vahid konsepsiyanın hazırlanması, strateji inkişafın gələcək
istiqamətlərinin prinsip
və vəzifələrinin
müəyyənləşdirilməsi müasir Azərbaycan dövlətinin qarşısında
dayanan əsas vəzifələrdən biri
hesab olunur. Azərbaycan
Respublikası Prezidentinin
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının hazırlanması
barədə" 2011-ci il 29 noyabr tarixli xüsusi sərəncamı məhz
bu məsələni qarşıya mühüm
vəzifə kimi qoyur.
Sonra tarix elmləri doktoru, professor Anar İsgəndərovun Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,
fəaliyyəti və
qazandığı uğurlar
barədə məruzəsi
dinlənildi. Alim əvvəlcə tədbir iştirakçılarını
əlamətdar bayram münasibətilə təbrik
etdi, 28 May gününün
Azərbaycan xalqının
tarixinə parlaq səhifə kimi əbədi daxil olduğunu bildirdi. Qeyd etdi ki,
95 il bundan
əvvəl, 1918-ci il
mayın 28-də Azərbaycan
xalqının tarixində
çox əlamətdar
bir hadisə baş vermişdir. Məhz həmin gün İstiqlal bəyannaməsi
qəbul olunmuş, Şərqdə ilk demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. Artıq
22 ildir
ki, xalqımız müstəqil və azad şəraitdə ilk demokratik dövlətin yaranması gününü
böyük təntənə
və iftixar hissi ilə qeyd edir. Əsrlər
boyu müstəqillik,
milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik
respublikası çox
az bir müddət,
cəmi 23 ay yaşamasına
baxmayaraq, onun fəaliyyət dövrü
milli dövlətçilik
tariximizin ən yaddaqalan mərhələlərindən
biri olmuşdur.
A. İsgəndərov ilk demokratik hökumətin mövcud olduğu qısa zamanda həyata keçirilən
taleyüklü islahatlardan
danışaraq müstəqil
Azərbaycan dövlətinin
formalaşıb möhkəmlənməsi
üçün görülən
misilsiz işləri qeyd etdi. Bildirdi ki,
parlament respublikası
olan Azərbaycan həmin dövrdə Şərqdə ilk dəfə
qadınlara seçki
hüququ vermiş, Azərbaycan dili isə dövlət dili elan olunmuşdur.
Natiq
1991-ci ildə yenidən
öz dövlət müstəqilliyinə qovuşan
Azərbaycanın daha
da inkişaf edərək dünya dövlətləri arasında
öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkdi, Prezident
İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar barədə danışdı.
Xatırlatdı ki,
1980-ci illərin sonu
1990-cı illərin əvvəllərində
SSRİ-nin süqutunun
qarşısıalınmaz prosesə çevrilməsi,
beynəlxalq aləmdə
yaranan əlverişli
tarixi şərait, bölgədə cərəyan
edən mərkəzdənqaçma
meyillərinin vüsət
alması, Ermənistan-Azərbaycan
münaqişəsi və
Dağlıq Qarabağ
probleminin həllində
o zamankı sovet rəhbərliyinin ermənipərəst
mövqeyi, ermənilərin
yaranmış boşluqdan
bəhrələnərək Azərbaycan torpaqlarını
bir-birinin ardınca işğal etməsi və s. hadisələr Azərbaycanda azadlıq hərəkatına rəvac
verdi. Azərbaycan öz müstəqilliyini
elan etdi. 1991-ci il oktyabrın
18-də respublika Ali Sovetində
müstəqillik haqqında
Konstitusiya aktı qəbul edildi. Lakin həmin dövrdə respublikaya rəhbərlik edən şəxslərin
idarəçiliyinin zəifliyi,
siyasi mübarizənin
milli vətəndaş
qarşıdurması müstəvisinə
keçməsi, iqtisadi-siyasi
sosial böhranın getdikcə dərinləşməsi
Azərbaycanı ciddi
təhlükə ilə
üz-üzə qoydu,
əhalinin gələcəyinə,
müstəqil dövlətçiliyinə
inamını sarsıtdı.
Ulu öndərimiz müstəqil
Azərbaycan dövlətinin
sükanı arxasına
keçəndən sonra
ölkənin milli ruhlu, qlobal düşüncəli
və dövlət təfəkkürlü vətəndaşlarını,
bütün sağlam
qüvvələri ətrafına
toplayaraq dövlətin
məqsəd və vəzifələrini müəyyənləşdirdi,
keçmiş sosialist
sistemindən yeni hüquqi dövlət quruluşuna, çoxmülkiyyətli
iqtisadiyyata, demokratik normalara və siyasi plüralizmə əsaslanın vətəndaş
cəmiyyəti modelinə
keçidinin konseptual
əsaslarını yaratdı
və 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyasına
daxil etdi.
Dahi şəxsiyyətin milli inkişaf siyasətindən
danışan A. İsgəndərov
bildirdi ki, demokratik normaları özündə əks etdirən adı çəkilən Konstitusiyanın
qəbulu, çoxpartiyalı
sistemin bərqərar
olunması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi
və demokratik parlament yaradılması, mətbuat və informasiya üzərində
bütün dövlət
tənzimləyici mexanizmlərinin
və senzuranın ləğvi həm milli inkişafı sürətləndirdi, həm
də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq
beynəlxalq ictimaiyyətə
onunla daha geniş əməkdaşlığa
ruhlandırdı.
Ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsi
barədə danışan
A. İsgəndərov qeyd
etdi ki, ulu öndərin müstəqillik dövrünün
1993-2003-cü illəri əhatə
edən keçid mərhələsində Azərbaycanın
milli inkişaf siyasətinin həm nəzəri əsaslarını
qoydu, həm də onu praktiki
şəkildə reallaşdıraraq
dövlət müstəqilliyinin
dönməzliyini təmin
etdi. Heydər Əliyevin milli
inkişaf təlimi Azərbaycandakı bütün
sonrakı proseslərin
təməlində dayanır
və bundan sonra da dayanacaqdır.
2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti
seçilən İlham
Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
və 1993-2003-cü illərdə
həyata keçirdiyi
milli inkişaf siyasətinin heç bir alternativi olmadığını, bu
strateji inkişaf kursunun bundan sonra da dönmədən
davam etdiriləcəyini
birmənalı şəkildə
bəyan etmişdir.
A. İsgəndərov Prezident İlham Əliyevin apardığı
siyasət nəticəsində
bu gün müasir Azərbaycanın
dinamik inkişaf etdiyini, dünyanın öndə gedən ölkələrindən birinə
çevrildiyini bildirdi.
Natiq çıxışının sonunda Azərbaycanın dünya ölkələri
sırasında öz
layiqli yerini tutduğunu, regionun vacib və strateji
əhəmiyyət kəsb
edən dövlətinə
çevrildiyini, beynəlxalq
əhəmiyyətli layihələrin
gerçəkləşdirilməsinə misilsiz töhfələr verdiyini bir daha
xatırlatdı, yaxın
gələcəkdə bu
uğurların daha da artırılması istiqamətində məqsədyönlü
iş aparıldığını
diqqətə çatdırdı.
Sonra tədbir
geniş konsert proqramı ilə davam etdirildi. Tanınmış
incəsənət ustalarının ifasında
səslənən xalq
mahnıları, bəstəkarların
əsərlərindən parçalar
iştirakçılar tərəfindən
alqışlarla
qarşılandı.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 26 may.- S. 4.