Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının VIII konfransı

 

Dünən YAP Nəsimi rayon təşkilatının VIII konfransı keçirilib. Təşkilatın sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransı açıq elan etdibildirdi ki, gündəlikdə iki məsələ var: Yeni Azərbaycan Partiyasının V qurultayına YAP Nəsimi rayon təşkilatından nümayəndələrin seçilməsi və 2013 - ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq.

M.İbrahimqızı qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü siyasi təşkilatdır. Təsadüfi deyildir ki, 1993 - ildən bəri keçirimliş bütün seçkilərdə partiyamız bütün rəqiblərinə böyük üstünlüklə qalib gəlib. YAP -ın sıralarının getdikcə artması bu təşkilata ölkə ictimaiyyətinin inam və etibarından irəli gəlir. Diqqətə çatdırıldı ki, YAP ilk dəfə müxalifət partiyası kimi yaradılmışdır. Partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi nəticəsində qısa zaman kəsiyində YAP hakim partiyaya çevrildi. Bu günə qədər də öz liderliyini qoruyub saxlayır. Ulu öndərin ən layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxilixarici siyasəti nəticəsində YAP - ın əlaqələri daha da genişlənmiş və təşkilatın üzvlərinin sayı sürətlə artmışdır. Bu gün Azərbaycan artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. M.İbrahimqızı əminliklə bildirdi ki, bu ilin payızında keçiriləçək prezident seçkilərində xalq dövlətimizin başçısı İlham Əliyevə yenidən etimad göstətək onu Prezident seçməklə son on ildə həyata keçirilmiş yüksək səviyyəli işlərə öz dəstəyini nümayiş etdirəcək.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev payızda keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən dedi ki, bu siyasi hadisənin mütəşəkkilliklə başa çatması üçün bütün imkanlardan istifadə olunmalıdır. Onun qənaətinə görə, bütün seçkilərdə Nəsimi rayonunun sakinləri fəal iştirak etmiş, seçkilərin şəffaflığının təmin olunması üçün qarşıya qoyulan vəzifələr uğurla icra olunmuşdur. Bunu beynəlxalq müşahidəçilərin rəyləri də təsdiqləyir. N.Məhəməliyev əminliklə bildirdi ki, builki prezident seçkiləri də obyektiv, ədalətli və demokratik şəkildə başa çatacaq. O, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin son illərdə həyata keçirdiyi tədbirlərin xalq tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq dedi ki, bu işlər ən yaxşı təbliğatdır. Bu gün Azərbaycanın dünya miqyasında reytinqinin sürətlə artması möhtərəm Prezidentimizin uğurlu daxilixarici siyasətinin bariz nümunəsidir.

N. Məhəməliyev radikal müxalifət nümayəndələri onların himayəsində olan bəzi kütləvi informasiya vasitələrinin ölkəmiz haqqında böhtan, yalan qarayaxmalar yazmasına münasibət bildirərkən dedi ki, bunlar bizim inkişafımızı, ölkəmizin beynəlxalq aləmə sürətli inteqrasiyasını gözü götürməyən dairələrin sifarişləri əsasında həyat keçirilir. Xalq isə belə xəbis adamların yalan və böhtanlarına əhəmiyyət vermir. Biz builki prezident seçkilərində bunun bir daha şahidi olacağıq.

Sonra M.İbrahimqızı Nəzimi rayonunda seçki qərargahının yaradılması barədə məlumat verdi. Səsvermə yolu ilə qərargahın 25 nəfər üzvü şeçildi.

YAP Nəsimi rayon təşkilatının VIII konfransında Yeni Azərbaycan Partiyasının V qurultayına 45 nəfər nümayəndə seçildi. Seçilmiş nümayəndələr səsə qoyularaq təsdiq edildi.

YAP Nəsimi rayon təşkilatının üzvləri fəxr edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva məhz bu təşkilatdan Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndə seçilmişlər.

Bununla da konfrans öz işini başa çatdırmışdır.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2013.- 26 may.- S. 6.