MASALLIDA BİR
GÜN
Gözəl bir may günü cənub bölgəsinin gözəl şəhəri Masallıya getmişdik. Gördük ki, bir çox yerində abadlıq-quruculuq işləri görülür, böyüyüb gözəlləşən rayon mərkəzində əsl canlanma hiss olunur. Əsaslı təmirdən sonra yeni görkəmdə gözlər önündə sərgilənən icra hakimiyyəti aparatının binası, qarşı yöndə yaradılmış gözəl meydan diqqət çəkir.
Bayraq Meydanı, “Qəhrəmanlar parkı”, yaxın küçələrdə naxışlı hasarların, səkilərin tikilməsi, yolların asfaltlaşdırılması fərəh doğurur. Yeni meydanın ətrafında landşafta uyğun dekorativ ağaclar, bəzək kolları əkilib. Yaşıllıqların çoxaldılması bu yerlərin gözəlliyini artırır.
Yeri gəlmişkən, bu ilin mart ayından Masallı daha rayon əhəmiyyətli şəhər sayılmır. Prezident İlham Əliyevin imzaladığı sərəncamla rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqinə start verilib. Ətraf ərazilərdən yüzlərlə hektar torpaq sahəsi Masallı şəhərinin inzibati ərazisinə birləşdirilir. Bu isə o deməkdir ki, şəhərin abadlığına indən belə daha çox fikir veriləcək, infrastruktur genişlənəcək, müasirləşdiriləcək. Hər il beynəlxalq folklor festivallarının, mötəbər idman yarışlarının keçirildiyi bir bölgə üçün bu, xüsusilə önəmlidir.
Bəxtimizdən həmin gün Masallıda tədbirlər
bolluğuna düşdük. Dostlardan
biri dedi ki, əslində, iki-üç aydır, demək olar, hər gün rayonun həyatında belə qələbəlik
olur. Ulu öndər Heydər
Əliyevin 90 illik yubileyi münasibətilə
çeşidli və
maraqlı tədbirlər
bir-birini əvəz edir. Təntənələr davamlı
xarakter daşıyır.
Öncə rayonun yuxarı ormanlıq ərazisində
“Turizm sərgisi” başlandı. Günəşli bir gün idi və gözəlliklər
işım-işım gülümsəyirdi.
Məlum
olduğu kimi, Masallı ölkəmizin tanınan turizm məkanlarından biridir.
Buranın təbii gözəllikləri
yurdun zövq sahibi olan vətənpərvər
övladlarının zəhməti
ilə daha da artırılıb, adamların istirahəti üçün hər cür şərait yaradılıb. Neçə-neçə turizm-istirahət mərkəzi
rəsmi lisenziya alıb. Meşə gəzintiləri, Yardımlı şəlaləsinə,
Lənkərana, Lerikə
səyahətlər, balıqçılıq,
atçılıq və
sair özəl əyləncələr üçün
zəruri imkanlar yaradılıb. Yerli mətbəxin
gözəl təamları
qonaqlara təmtəraqla
təqdim olunur. Təkcə ötən il 17850 nəfər
turist Masallıdakı
istirahət bazalarında
həvəslə dincəlib.
“Nağıl dünyası”
adlanan istirahət mərkəzində mövsüm
açılışına həsr olunan turizm sərgisi sayca üçüncüdür. Burada əksər
turizm obyektlərinin fərqli imkanları nümayiş etdirilirdi.
Musiqi sədaları ətrafa yayılırdı. Rayon rəhbərliyi,
qonaqlar sərgi ilə yaxından tanış oldular. Obyektlərin şəraiti barədə
məlumatlar, sənətkarların
əl işləri, ləziz yemək nümunələri, uğurları
əks etdirən sənədlər və fotoşəkillər hər
kəsdə maraq doğurdu. “İstisu”,
“Baba bulağı”, “Cənnət
bağı” və sair mərkəzlər sərgidə layiqincə təmsil olunmuşdu.
Rəsmi hissədə öncə
rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri, əməkdar
mədəniyyət işçisi
Lətifə Mövsümova
çıxış etdi. O dedi ki, Masallıda 28 turizm obyekti fəaliyyət göstərir.
Hər gün 1200 nəfərin istirahəti üçün
şərait var. Qonaqlara
üç istiqamətdə
marşrutlar üzrə
xidmətlər təklif
olunur. Buraya əsasən rayonun
zəngin təbiəti,
flora və faunası,
tarixi abidələri daxildir.
“Viləş Otel”in baş direktoru Səbinə İsmayıllı
dedi ki, Masallı, doğrudan da, nağıl misallıdır. “Buraya gəldiyim bir ildə rayonla,
adamları ilə xeyli doğmalaşmışam.
Dövlətin qayğısı sayəsində turizmi inkişaf etdirir və Masallını tanıtmağa çalışırıq.
Rayon rəhbərliyi də bizə köməkliyini əsirgəmir”.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynov yeni turizm mövsümünün
açılışı münasibətilə bütün
iştirakçıları təbrik etdi. Regional inkişaf üzrə Dövlət Proqramının
verdiyi imkanların fərəhli nəticələrindən
danışdı. “Diyarın təbii gözəllikləri turistlərin
cəlb edilməsi üçün yetərli
deyil. Gərək nümunəvi mətbəx,
səviyyəli xidmət
və reklam da olsun. Bu yöndə səylər
gücləndirilməlidir ki,
qonaq qəbulu imkanları artsın, turist axını güclənsin, Masallının
gələcəyi məhz
turizm gəlirləri hesabına təmin edilsin. Hər bir turizm obyektinə mövsüm boyu bol müştəri
qəbul etməyi arzulayıram”.
Sonra rayonun bədii kollektivləri maraqlı konsert proqramı təqdim etdilər.
Bir qədər
sonra Masallı şəhərindəki Gənclər
Mərkəzində “Ümummilli
lider Heydər Əliyevin azərbaycançılıq
məfkurəsinin gənclərin
vətənpərvərlik tərbiyəsində rolu”
mövzusunda konfrans oldu. Xatırladaq ki,
ötən il
martın 13-də bölgəyə
səfəri zamanı
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mərkəzin açılışında
şəxsən iştirak
etmiş və bölgə gənclərinin
nümayəndələri ilə
görüşmüşdü. Görüşdə"Azərbaycan Gəncliyi" Proqramının
icrasından, gənclərin
vəzifələrindən bəhs edilmişdi. Dövlət
başçısı sabahımızın
sahiblərinə tövsiyə
və tapşırıqlarını
da vermişdi.
Konfrans iştirakçıları
əvvəlcə ulu öndərin Masallı şəhərindəki möhtəşəm
abidəsini ziyarət
edərək önünə
gül dəstələri
qoydular.
Tədbiri Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı
Əli Məmmədov
açaraq mövzu ilə bağlı fikirlərini bölüşdü. Gənclərimizin seçdiyi ideoloji yolun üstün aspektlərini açıqladı.
Rayon gənclər və
idman idarəsinin rəisi Camal Manafov ideyanın önəmi barədə danışaraq mədəniyyətlərarası
dialoqda, dövlətçilik
ənənələrinin qorunub
gələcək nəsillərə
ötürülməsində əvəzsiz rolunu nəzərə çatdırdı.
Dəmirçi kənd orta məktəbinin direktoru Aytən Şükürova,
Ərkivan kənd orta məktəbinin direktoru Üzeyir Şükürov, Qəriblər
kənd məktəbinin
müəllimi Kənan
Haşımov milli dövlətçiliyin təməlinin
azərbaycançılıq məfkurəsi ilə möhkəmləndirilməsindən bəhs etdilər.
Masallı Rayon İcra Hakimiyyəti
başçısının müavini Nəsir Muxtarlı Gənclər və idman nazirliyinin
təşəbbüsü ilə keçirilən konfransın önəmini
dəyərləndirərək dedi ki, mllətin
ömrü onun mənəviyyatının, məfkurəsinin ömrü
qədərdir. Bu məfkurə dövlətə
bağlılığın, sədaqətin gösrəricisidir.
Strateji bir xəttdir. Natiq həmçinin məfkurə banisi Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı davam edən tədbirlər haqqında
danışdı.
Sonra təkliflər
səsləndi. Konfransı yekunlaşdıran Əli Məmmədov daim fəallıqları ilə seçilən Masallı gənclərinə
uğurlar dilədi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 26 may.- S. 6.