Düşənbədə
Azərbaycanın 28 May – Respublika
Günü münasibətilə bayram tədbiri keçirilmişdir
Azərbaycanın Tacikistandakı səfirliyi Düşənbədəki “Hyatt Regency” mehmanxanasında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirmişdir.
Mərasimin əvvəlində Azərbaycanın və Tacikistanın dövlət himnləri səslənmişdir.
Qəbulda Tacikistanın dövlət və hökumət strukturlarının nümayəndələri, deputatlar, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycan Tacikistandakı səfiri Abbasəli Həsənov qonaqları salamlamış, onları bayram münasibətilə təbrik etmişdir.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması
və fəaliyyəti
haqqında danışmış,
AXC-nin xalqımızın
taleyində önəmli
yer tutduğunu vurğulamışdır. Bildirmişdir
ki, 1918-ci ilin mayın
28-də Şərqdə ilk demokratik respublika olan AXC yaradılmış, cəmi 23 ay yaşamasına baxmayaraq
qısa müddət ərzində böyük
işlər görmüşdür. Təəssüf
ki, çox keçmədən
AXC xarici təcavüzə məruz
qalmış və Azərbaycan öz
dövlət müstəqilliyini itirmişdir.
Diplomat bildirmişdir ki, bu il
Azərbaycan xalqı və dövləti AXC-nin
yaranmasının 95, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyini qeyd
edir. Biz ulu öndərin 90 illiyi
ilə əlaqədar silsilə tədbirlər keçirmişik.
A.Həsənov qeyd etmişdir ki, keçmiş SSRİ dövründə sovet rəhbərliyi tərəfindən
müxtəlif vaxtlarda
Azərbaycanın tarixi
torpaqları hissə-hissə
alınaraq Ermənistana
birləşdirilmişdir. 1991-ci il oktyabrın 18-də
Azərbaycan xalqı müstəqilliyini yenidən
bərpa etmişdir.
Səfir diqqətə çatdırmışdır
ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan dövlətimizin
inkişafı, müstəqilliyin
qorunub saxlanılması
və möhkəmləndirilməsi
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə
qayıdışından sonra
xalqımız müstəqilliyin
ilk illərində üzləşdiyi
təhlükələrdən xilas olmuş, bütün sahələrdə
islahatlara başlanılmışdır.
Bildirilmişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. “Əsrin müqaviləsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri uğurla fəaliyyət göstərir.
Səfir, həmçinin tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Qars layihəsi haqqında da məlumat vermişdir. Diplomat
Azərbaycan - Tacikistan əlaqələrinin
inkişafından da
danışmışdır.
Tacikistanın xarici işlər naziri Xamraxon Zərifi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycan Tacikistanın etibarlı tərəfdaşdır. Tacikistan Prezidenti Emomali Raxmonun ötən ilin iyulunda Azərbaycana rəsmi səfəri zamanı imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində real iş gedir. Qeyd olunmuşdur ki, bu ilin mart ayında Düşənbə-Bakı Düşənbə birbaşa hava xəttinin açılması çox diqqətəlayiq haldır və bu addım iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.
Azərbaycandan dəvət olunmuş muğam ifaçıları
Aytən Məhərrəmova
və Vüqar Musayev muğam, xalq və bəstəkar
mahnılarını məharətlə
ifa etmiş, onların çıxışları
alqışlarla qarşılanmışdır. İfaçıları
tarda Ədalət Behbudov,
kamançada Pərviz Fərhadov
müşayiət etmişlər. Tacikistan
Milli Konservatoriyasının müəllimi,
ölkəmizdə keçirilmiş Beynəlxalq
Muğam Festivalının
iştirakçısı olmuş Xurşed İbrahimov azərbaycanlı
musiqiçilərlə birgə “Qarabağ
şikəstəsi”ni ifa etmişdir.
Tədbir iştirakçılarına 28 May - Respublika Günü ilə bağlı Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialını əks etdirən buklet və kitabçalar paylanmışdır. Məlumatlar toplusu Düşənbədəki səfirlik və nümayəndəliklərə də göndərilmişdir. Sonra iştirakçılar üçün ziyafət verilmişdir.
Qulu KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 26 may.- S. 3.