Nəsimi rayonunda “dəyirmi masa”
Nəsimi rayonunda 28 May-Respublika Günü münasibətilə “dəyirmi masa” keçirilmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev giriş sözü ilə açaraq, məruzə etdi. Bildirdi ki, 28 May- Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulmuşdur. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Həmin mürəkkəb dövrdə böyük çətinliklərə və maneələrə baxmayaraq, bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır.
Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Ulu öndərimiz qısa müddət ərzində ölkəmizi məhvə aparan bütün təhlükələri əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi oldu. Bügünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, 35 saylı tam orta məktəbin tarix müəllimi Səkinə Aslanova, 19 saylı tam orta məktəbin müəllimi Arzu Pirinin və başqalarının çıxışları dinlənildi. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və əhəmiyyətindən, həmin dövrdə baş verən hadisələrdən ətraflı danışdılar.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 28 may.- S. 6.