E-hökumət portalının mobil versiyası təqdim edilib

 

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama MərkəziElektron hökumətportalının mobil versiyasını - www.e-gov.az/mini təqdim edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 Mobil versiya xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb ki, bu da baxış üçün rahatlığı eyni zamanda internet-trafikə qənaəti nəzərdə tutur.

 Saytın səhifələrində qeydiyyatdan keçmək, dövlət qurumlarının elektron xidmətləri ilə tanış olmaq, elektron imzanın alınması üçün müraciət etmək, statistik məlumatları digər faydalı informasiyanı öyrənmək mümkündür.

 Qeyd edək ki, “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi fiziki şəxslərə, xarici vətəndaşlara vətəndaşlığı olmayan şəxslərə informasiya e-xidmətlərin göstərilməsininə şərait yaradan layihədir

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 30 may.- S. 8.