Zaqatalada “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik dövlət” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları öncə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkına gələrək ümummilli liderin abidə kompleksini ziyarət etmiş, abidənin önünə tər güllər qoymuş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.

Sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda “Azərbaycan Xalq Cümhuriyyəti  – Şərqdə ilk demokratik dövlət” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz bu cümhuriyyətin varisi olduğunu xüsusi vurğulamış, şərqdə ilk demokratik  dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.

Natiq XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyinin bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir.

Daha sonra Respublika Gününə həsr olunmuş film nümayiş olunmuş, məktəblilərin ifasında kompozisiya dinlənilmişdir. Elə həmin günün axşamı Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında  geniş konsert proqramı təşkil edilmişdir.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Konfrans iştirakçıları Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tələbələrinin ifasında ədəbi-bədii kompozisiyaya baxmışlar.

Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Azərbaycan Xalq Cümhuriyyəti - 90. Müstəqilliyin çətin yolu” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycanda ilk demokratik respublikanın yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmişdir. Natiq çıxışında Xalq Cümhuriyyətinin qısa fəaliyyət dövrünün müasir Azərbaycan dövlətçiliyinin bərpasında, dövlət müstəqilliyinin yenidən əldə edilməsi və demokratik dövlət quruculuğu istiqamətində tarixi əhəmiyyəti olduğunu vurğulamışdır. Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra, 1991-ci ildə xalqımızın yenidən öz istiqlaliyyətinə qovuşduğunu və müstəqilliyimizin ilk illərinin çox çətin, ağır və ziddiyyətli illər olduğunu qeyd etmiş, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın bu çətin anlarında öz xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdiyini, bu yolda heyrətamiz fədakarlıqlar göstərdiyini, xalqımızı bir çox bəlalardan xilas etdiyini xüsusi qeyd edərək, Respublika Günü münasibəti ilə tədbir iştirakçılarına təbriklərini çatdırmışdır.

Daha sonra konfransda “Var millətimin xətti bu imzalar içində”, “İki azadlıq günəşi (1918-1991)”, “Azərbaycan dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, “Vüqarımın zirvəsi, qürurumun tacı-Azərbaycan” mövzularında məruzələr dinlənilmişdir.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim etmişdir.

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2013.- 30 may.- S. 11.