İmişlidə 28 May - Respublika Günü qeyd olunmuşdur

 

İmişlidə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “28 May- Respublika Günümünasibətilədəyirmi masakeçirilmişdir.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev məruzə ilə çıxış edərək bidirmişdir ki, 1918-ci il mayın 18-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda azad, demokratik respublikanın qurulması olduqca böyük tarixi hadisədir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Natiq daha sonra bildirmişdir ki, Azərbaycan 1993-cü illərin əvvəllərində öz dövlət müstəqilliyini yenidən bərpa etməyə nail olmuşdur. Lakin o dövrdə ölkədə hakimiyyətdə olan qüvvələrin səriştəsiz yarıtmaz fəaliyyəti səbəbindən xalqımız  milli istiqlalını itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin çox çətin dönəmdə xalqımız böyük müdriklik nümayiş etdirərək ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir. Bu dahi siyasətçinin titanik səyləri Azərbaycanın suverenliyini qoruyaraq onu əbədi dönməz etmişdir.

 Məruzədə xüsusi vurğulanmışdır ki, bu gün Azərbaycan dövləti ümummilli liderin ən layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin uğurlu rəhbərliyi ilə böyük inkişaf tərəqqi yolundadır. Müasir Azərbaycan hazırda nəinki regionda, hətta bütün dünyada ən dinamik davamlı inkşaf edən ölkələrdən biri hesab edilir.

Tədbirdə həmçinin İmişli Rayon Ağsaqqallar Şurasının sədri Mirələkbər Həsənov başqaları çıxışlarında “28 May- Respublika Günü”nün yüksək dövlət səviyyəsində bayram edilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladıar. Qeyd etdilər ki, Azərbaycanın hər bir vətəndaşı böyük milli sərvətimiz  olan milli müstəqilliyimizin qorunması   gücləndirilməsi naminə bu gün əlindən gələni etməyə borcludur. Yalnız milli birlik həmrəylik nümayiş etdirməklə milli müstəqilliyimizi böyük bir tarixi ərmağan olaraq gələcək nəsillərə şərəflə ötürə bilərik.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 30 may.- S. 11.