Saatlını
rifaha qovuşduran yollar
Bir vaxtlar sevimli Səməd
Vurğun yazırdı ki, Muğan Muğan olsa biri
üç eylər... Aradan altmış-yetmiş il keçsə
də dildə-ağızda dolaşıb atalar məsəlinə
çevrilən bu sözlərdə böyük hikmət
var. Doğrudan da, Muğanın Muğan olub biri üç,
tufan olub üçü heç elədiyi məqamlar
çox olub. Deyirlər, yerin də, yurdun da insan
kimi bəxti, taleyi var. Bu gün taleyi üzünə gülən
bölgələrimizdən biri də Saatlıdır. Əvvəllər Saatlı daha çox problemlər
arasında sıxılsa da, son illər sözün əsl mənasında
inkişaf yolundadır, necə deyərlər, asfalta
çıxıb. Burada hərtərəfli
sosial-iqtisadi inkişafın nəfəsini duymaq, onu öz
gözü ilə müşahidə etmək çox
asandır”. “Yüz eşitməkdənsə
bir dəfə görmək yaxşıdır” məsəlinə
riayət edib bunun üçün sadəcə olaraq rayonun
bir başından daxil olub o biri başından çıxmaq
kifayətdir.
Bəs rayon
2013-cü ilin doqquz ayını əvvəlki ilin eyni
dövrü ilə müqayisədə necə başa vurub.
Qeyd edək
ki, ümumi məhsul istehsalının həcmi kənd təsərrüfatı
üzrə 6,3 faiz artaraq 101564
min manat, nəqliyyatda 3 faiz artaraq 1422,2 min manat, rabitə
üzrə 8,9 faiz artaraq 209,9 min manat təşkil etmişdir.
Pərakəndə əmtəə dövriyyəsinin həcmi 3 faiz artaraq 95029,5 min manat, əhaliyə
göstərilən pullu xidmətlərin həcmi isə 6
faiz artaraq 17117,1 min manat olmuşdur. Orta aylıq əmək
haqqı isə ötən ilin eyni dövrü ilə
müqayisədə 7,3 faiz artaraq 268,6 manata çatmışdır.
Bir az əvvəl
də qeyd edildiyi kimi, son illər Saatlı rayonu sözün həqiqi
mənasında yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Burada görülən
irimiqyaslı işlər sakinlərin diqqətini cəlb edir
və böyük razılıqla qarşılanır. Şəhərin və
ətraf ərazinin abadlaşdırılması istiqamətində
tədbirlər ardıcıllıqla davam etdirilir. Xüsusən də, Saatlı şəhərinin mərkəzi
hissəsinin yeni hazırlanmış layihələr əsasında
tamamilə yenidən qurulması nəzərdə tutulur.
Bütün bunlara uyğun olaraq ötən doqquz ayda Heydər
Əliyev prospektinin, digər küçə və
meydanların abadlaşdırılması məqsədilə
4000 kubmetr torpaq daşınmış, aqlay materiallarından
olan balyastivlarla 110 poqonometr məhəccər düzəldilmiş,
9 ədəd müasir tipli işıq dirəyi qoyulmuş,
prospekt boyu asfalt yoldan su, işıq, qaz və telekommunikasiya xətləri
keçirmək üçün 190 poqonometr keçid
polietilen borularla düzəldilmişdir. Şəhər ərazisində
4500 kvadratmetr mövcud hasarlar, 480 kvadratmetr metal darvazalar rənglənmiş,
vətəndaşların fərdi yaşayış evlərinin
1300 kvadratmetr dam örtüyü dəyişdirilmişdir. Şəhərin küçələri
boyu 450 ədəd bordür qoyulmuş, 8500 kvadratmetr yola
qum-çınqıl materiallar tökülməklə təmir
işləri aparılmış, 23200 kvadratmetr yol
asfaltlaşdırılmışdır. Bundan əlavə, şəhərin
Gənclər küçəsində yerləşən ikimərtəbəli
yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasad hissəsi
aqlay üzlük plitələrlə yenidən üzlənilmiş,
pəncərələr plastik pəncərələrlə əvəzlənmişdir.
Dövlət
başçısının “Saatlı rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında” 16
iyul 2013-cü il tarixli sərəncamına əsasən 44 min
nəfərin yaşadığı 17 yaşayış məntəqəsini
birləşdirən 21 kilometr uzunluğu olan Qarayevkənd-Smadakənd
yerli əhəmiyyətli avtomobil yolu tikilmişdir. Ümumi
uzunluğu Hacıqabul-Bəhramtəpə magistral avtomobil
yoluna qədər 23,2 kilometr olan bu yolun 21 kilometri Saatlı
rayonunun, 2,2 kilometri isə Sabirabad rayonunun ərazisidir. Yolun
Saatlıya düşən 11 kilometri və Sabirabada
düşən 2,2 kilometri tikilərək
avqustun 29-da istifadəyə verilmişdir. Avtomobil yolunun Qarayevkənd ərazisində
giriş hissədə ulu öndərin sözləri
yazılmaqla böyük ölçüdə portreti qurulmuş, 7 metr
hündürlüyündə yaşayış məntəqəsinin
adı yazılmış postament tikilmiş, həmin ərazidə 115 kvadratmetr sahədə mərmər
döşənmiş, 160 metr səki daşları
düzülmüş,
abadlıq və yaşılaşdırma işləri
aparılaraq həmişəyaşıl ağaclar və
gül kolları əkilmişdir.
“Saatlı rayonunda Olimpiya İdman
Kompleksinin və Gənclər Mərkəzinin tikintisi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli 1498 nömrəli sərəncamına
uyğun olaraq rayonda ötən il Gənclər Mərkəzi,
cari ilin avqust ayının sonunda isə Olimpiya İdman
Kompleksi istifadəyə verilmişdir. Şəhərin
M.Ağayev küçəsində, Araz çayının
sahilində yerləşən kompleksin ümumi sahəsi 4
hektardır.
Diqqəti cəlb edən mühüm işlərdən
biri də qısa müddətdə Bayraq meydanı kompleksinin
yaradılmasıdır. Bayraq meydanı Saatlı rayonundan şəhid
olanların barelyeflərini əks etdirən “Şəhidlər”
və 31 Mart Azərbaycanlıların soyqırımı abidələrinin
ərazisi ilə birləşdirilərək 2 hektar ərazidə
ümumi kompleks şəklində yaradılmışdır. Meydanda aypara şəkilli Bayraq muzeyi tikilmiş,
daş postament üzərində metaldan
tökülmüş Azərbaycanın xəritəsi və
dövlət gerbi əks olunmuş, ulu öndərin dövlət
müstəqilliyi barədə və Azərbaycanın himninin
sözləri stendlər üzərinə həkk
olunmuşdur. Muzeyin daxili kompozisiyası və
mahiyyəti birbaşa ulu öndərin xatirəsinə həsr
olunmaqla Azərbaycanda ilk və yeganə memarlıq abidəsidir.
Bayraq meydanında 82 metr hündürlüyündə
Bayraq qülləsi ucaldılmış, 16 mx 8 m
ölçülərdə dövlət bayrağı
asılmışdır. Meydanda aparılan abadlıq və yaşıllıq
işləri çərçivəsində 2500 kvadratmetr sahədə
üzlük plitələr döşənmiş, 160 poqonometr
orta əsrlərin memarlıq ənənələrinə
uyğun qala tipli daş hasarlar, 120 poqonometr tağ şəkilli
hasarlar hörülmüş, 3 ədəd qədim qala
qapıları qoyulmuş, orta əsr Azərbaycan əsgərlərinin
tökmə materiallardan 5 ədəd heykəli meydanda yerləşdirilmişdir
ki, bundan 3 ədədi qala divarları üzərində, 2 ədədi
isə muzey ərazisində qoyulmuşdur. Meydanın ərazisində 2 ədəd fantan tikilmiş,
daimi işıqlandırma və
su sistemi quraşdırılmış, oturacaqlar
qoyulmuş, yaşıllıq zolaqları salınmış,
həmişəyaşıl ağaclar və dekorativ gül
kolları əkilməklə ətraf ərazi
bütövlükdə
abadlaşdırılmışdır.
Yeri gəlmişkən,
Prezident İlham Əliyev Qarayevkənd-Smadakənd avtomobil
yolunun, eləcə də Olimpiya İdman Kompleksinin və
Bayraq meydanının açılışında iştirak
etmişdir.
Ötən ilin 9 ayında V.Zərbalıyev
adına Əliabad kənd 180 şagird yerlik ümumi orta məktəb
binasında, A.Mustafayev adına Qıraqlı kənd 220
şagird yerlik ümumi orta məktəb binasında, Adil
Çaxoyev adına 1176 şagird yerlik Fətəlikənd tam
orta məktəb binasında bərpa-gücləndirilməsi
işləri aparılmış, M.Əzizbəyov adına
1050 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi
əsaslı təmirdən sonra istifadəyə
verilmişdir.
Şəhərin Heydər
Əliyev prospekti, M.F.Axundov, M.Ağayev və digər mərkəzi
küçələri boyu, yeni tikilən obyektlərin ərazilərində,
eləcə də Saatlı şəhərindən
başlamaqla yol boyu ərazilərdə torpaq işləri
görülmüş, ötən 9 ay ərzində 40 min ədəd
müxtəlif növ həmişəyaşıl və
dekorativ ağaclar, gül kolları, habelə eldar
şamı, gəncə çinarı, limon (şərq)
tuyası, şəmşəd, sərv, zeytun, lüqustra kimi
ağaclar əkilmişdir.
2013-cü
ilin doqquz ayında
319-u daimi olmaqla 473 yeni
iş yeri yaradılmışdır. Məhsul
istehsalının həcminin yüksəlməsi, əmək
haqlarının, pensiya və müavinətlərin
artırılması və yeni iş yerlərinin yaradılması
əhalinin pul gəlirlərinə müsbət təsir
etmişdir.
Kənd təsərrüfatında
işin səmərəli təşkili, dövlət tərəfindən
məhsul istehsalçılarına göstərilən maliyyə
və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi,
əməkçilərin texnika ilə təminatı məhsul
istehsalının artımına təkan vermişdir.
Cari ilin əvvəlində 5824 nəfər buğda
istehsalçısına 816,2 min manat pul yardımı
verilmişdir. Bundan əlavə, 10077 nəfər
istehsalçıya 47678,37 hektar becərilən
əkin sahəsi üçün 1907,1 min manat subsidiya ödənilmişdir.
Saatlı “Aqroservis” filialı və
müvafiq təşkilatlar tərəfindən 2013-cü ilin
doqquz ayı ərzində 5261 nəfər istehsalçıya
əkin üçün 50 faiz güzəştlə
ümumilikdə 3857,4 ton azot kübrəsi
satılmışdır. Rayonda
fəaliyyət göstərən pambıq zavodları əhali
və fiziki şəxslər daxil olmaqla 4257 hektar sahə
üçün istehsalçılarla müqavilə
bağlamış, əhaliyə avans olaraq 367,8 min manat nəqd
pul verilmişdir. Oktyabr ayının 1-dək
rayonda 1722 ton xam pambıq tədarük edilmişdir.
2013-cü ildə sahələrdən 86232,2
ton buğda, hər hektarından 32,1 sentner olmaqla 9444 ton arpa yığılmışdır.
Həmçinin 5894 ton ət, 32759 ton süd və 5421 min ədəd
yumurta istehsal edilmişdir. Heyvandarlıq sahəsində
artım müşahidə edilmişdir. Belə ki,
hazırda rayon üzrə bütün təsərrüfat
kateqoriyaları üzrə iribuynuzlu mal-qara 66866 baş, o,
cümlədən ana inək və camışların
sayı 31669 baş, qoyun və keçilərin sayı 101947
baş olmuşdur.
2013-cü ilin 9 ayında 225,15
kilometr kollektor-drenaj 611,6 min
kubmetr lildən təmizlənmiş, 482 kilometr
suvarma kanallarında mexanizmlə 1255 min kubmetr lildən təmizləmə işləri
aparılmış, 120 ədəd hidrotexniki qurğu, 7 ədəd
istehsalat binası, 20 ədəd hidropost və 7 nasos
stansiyası cari təmir edilmişdir. Bundan əlavə
Araz çayında nasos stansiyalarının yanında
faşın hörgüsü vasitəsilə 423 kubmetr yamacbərkitmə
işi yerinə yetirilmişdir.
Məlum olduğu kimi, baş vermiş təbii fəlakət
nəticəsində rayonun subasmaya məruz qalmış 5
yaşayış məntəqəsində keçirilmiş
baxış nəticəsində 558 evin qəzalı
olduğu müəyyənləşdirilmişdir. 2010-cu ildə baş
vermiş təbii fəlakətlə əlaqədar bu günə
kimi ümumilikdə 558
yaşayış evi tikilmiş,
81 evdə bərpa-gücləndirmə aparılmış, 3 məktəb
binası, Nərimankənd qonaq evi və həkim
ambulatoriyası, 2 kənd məscidi əsaslı təmir
olunmuş,178 evdən ibarət yeni qəsəbə
salınmışdır. Dəymiş ziyanla bağlı 1191
ailəyə ümumilikdə 3409595 manat kompensasiya ödənilmişdir
ki, onun da 766,6 min manatı əkin sahələrinə dəyən
ziyana görə ödənilən kompensasiya təşkil
edir. Bundan əlavə Azərbaycan
Respublikasına pənah gətirmiş axıska türk ailələri
üçün 2012-ci ildə 8 fərdi yaşayış evi
tikilib istifadəyə verilmiş, cari ildə isə 89 evin
tikintisi həyata keçirilir.
Saatlı
şəhərində “Milli su təchizatı və
kanalizasiya xidmətləri layihəsi” çərçivəsində
su təchizatının yenidən qurulması və kanalizasiya
sisteminin yaradılması sahəsində şəhərin və
ətraf kəndlərin istehlakçılarının keyfiyyətli
və dayanıqlı su təchizatının aparılması
üçün su anbarı, nasos stansiyası, içməli
su laboratoriyası və əməliyyat mərkəzi, şəhərdaxili
paylayıcı su xətləri, 395 ədəd yanğın
hidrantı, ikinci dərəcəli su kollektorları və 11 ədəd
kanalizasiya nasos stansiyasının tikintisi üçün müvafiq ərazilər
ayrılmışdır. Saatlı şəhərində su təchizatı
və kanalizasiya sisteminin qurulması tədbirləri hazırda
davam etdirilir ki, layihə üzrə bu işlərin
2014-cü ildə başa çatdırılacağı nəzərdə
tutulmuşdur.
...Saatlıya
gedəndə bərbad yolların yaratdığı çətinliklərin
ağrı-acısı hələ çoxlarının
yadından çıxmayıb. Çox
şükür ki, xoşagəlməz mənzərə indi
yalnız xatirələrimizdə qalıb. Yeni çəkilmiş asfalt yollar adamın
üzünə gülür. Bu, təkcə
məsafəni azaltmır, eyni zamanda qəribə bir
könül rahatlığı və dinclik gətirir. Çünki bu yolun o biri başında adamı bir
rayonun rahatlığa, firavan yaşayışa haqqı
çatan insanların alqışları, xeyir-duaları
qarşılayır.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2013.- 2
noyabr.- S. 10.