Azərbaycan Metallurqlar CəmiyyətiWorldsteel”ə üzv seçildi

 

 

 Braziliyanın San-Paulo şəhərindəWorldsteel”in (Ümumdünya Polad İstehsalçıları Assosiasiyası) illik konfransı keçirilib.  Dünyada polad biznesini  birləşdirən ən iri sənaye assosiasiyalarından olanWorldsteel”in  payına planetin polad istehsalının 85%-i düşür. Qurumun bu dəfəki konfransında iştirak edənAzərbaycan Metallurqlar Cəmiyyətitəşkilata üzv seçilib.

 

Konfransın Regional Assosiasiyalarının görüşündə Azərbaycan metallurgiyasının təqdimatı keçirilib. Ölkə metallurgiyasının tarixi, respublikada fəaliyyət göstərən  aparıcı metallurgiya şirkətlərinin icmalı ölkə rəhbərliyinin bu sahənin inkişafına xüsusi diqqəti əks olunan materiallar nümayiş etdirilib. Azərbaycan hakimiyyətinin  həyata keçirdiyi uğurlu layihələr nəticəsində son illər ağır sənayenin, o cümlədən, metallurgiya maşınqayırma sənayesinin inkişaf etdiyinin vurğulandığı təqdimatda, iqtisadiyyatın neft gəlirlərindən diversifikasiya edilməsi - qeyri-neft sektorunun inkişaf etdirilməsinin hökümətin fəaliyyətinin prioritet istiqaməti olduğu göstərilib. Təqdimat “American Iron and Steel Institute”, “Brazil Steel Institute”, “China Iron and Steel Assoc.”, “German Steel Federation”, “Eurofer” “Avropa Polad İstehsalçıları Assosiasiyası s. bu kimi iri təşkilatların nümayəndələrinin böyük marağına səbəb olub.

 

Konfrans zamanı dünya iqtisadiyyatının inkişaf templəri polad istehlakının azalması müzakirə edilən mövzular sırasında olub. Mövcud olan problemlərə baxmayaraq, proqnozlara əsasən bu il dünya üzrə polada olan tələbat 3,1%, gələn il isə daha 3,3% artacağı bildirilib. Bir sıra ekspertlərin rəyinə görə isə faktiki artımWorldsteel”in proqnozlaşdırdığı rəqəmlərdən çox olmalıdır. Konfrans zamanı həmçinin, 2014-cü ildə artımın bir sıra amillərdən, o cümlədən, iri boru kəməri infrastruktur layihələrinin həyata keçirilməsindən asılı olacağı nəzərə çatdırılıb. Təşkilat Şurasının sədri A. Mordaşov inşaat sektorunda polada olan tələbatın sürətli artım templərinin müşahidə olunduğunu vurğulayıb. Konfransın sonunda  Worldsteel”in nizamnaməsinə  uyğun olaraq Aleksey Mordaşov  sədrlik ilinin sona çatması ilə assosiasiyanın Direktorlar Şurasındakı yerini Koreyanın  “POSCO”  şirkətinin baş direktoru Direktorlar Şurasının sədri cənab Cun Yanq Çunqa təhvil verib.

 

Xalq qəzeti.- 2013.- 2 noyabr.- S. 7.