Ölkə əhalisinin
“mavi yanacaq”la
təminatı
yaxşılaşdırılır
Son illər ölkəmizdə geniş infrastruktur layihələri həyata keçirilir ki, bu da əhalinin sosial-məişət şəraitinin getdikcə yaxşılaşdırılmasına imkan yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə əhalisinin elektrik enerjisi, qaz, içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşmış və bu istiqamətdə işlər hazırda da sürətlə davam etdirilir.
Əhalinin “mavi yanacaq”la
təminatı istiqamətində görülən işlər
də bu baxımdan diqqəti cəlb edir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin
2013-cü ilin doqquz
ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev
bu vacib məsələyə
toxunaraq demişdir:
“Qazlaşdırma Azərbaycanda təxminən 90 faizə
yaxındır. Son illərdə bütün şəhərlər
qazlaşdırılıbdır. Bu da hesab edirəm ki, tarixi nailiyyətdir... Kəndlərin
əksəriyyətində qazlaşdırma işləri təşkil
edilibdir. Ancaq hələ
ki, qaz almayan
kəndlər də vardır. Mən daim bu məsələlərə nəzarət
edirəm. Əminəm ki, bir
il, maksimum iki il ərzində əksər
kəndlərimizə təbii qazın verilməsi təmin
ediləcəkdir”.
Xatırladaq
ki, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq
olunmuş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” və “2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı”nda paytaxtda və bölgələrdə qazlaşdırma
ilə bağlı konkret tədbirlər
nəzərdə tutulmuşdur. Həmin tədbirlərin
icrası ilə bağlı mühüm
işlər görən ARDNŞ-in “Azəriqaz”
İstehsalat Birliyi
2013-cü ilin doqquz
ayını da yüksək nailiyyətlərlə
başa vurmuşdur. Belə ki, bu
dövrdə əhalinin və digər
istehlakçıların normal və təhlükəsiz
qaz təchizatının təmin
olunması, yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının
bərpası, qaz təchizatı şəbəkəsinin
əsaslı təmiri istiqamətində mühüm
işlər görülmüşdür.
Bu da ölkə Prezidenti İlham
Əliyevin qazlaşdırılma barədə
tapşırığının uğurla
yerinə yetiriləcəyinə inamı daha
da möhkəmləndirmişdir.
Əvvəlki
illərdə olduğu kimi,
hazırda da ölkənin qaz
təsərrüfatının inkişafı istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilir,
istismar müddəti başa
çatmış müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilir, həyətlərdə olan
qaz xətləri küçəyə çıxarılır və
onların üzərində sayğacların
quraşdırılması işləri davam
etdirilir. Qaz itkilərinin azaldılması məqsədilə əhali
istehlakçılarının mənzillərində istismar edilən istismar
müddəti başa çatmış mexaniki sayğaclar yeni “smart-kart” tipli sayğaclarla əvəz
olunur, sayğacsız təbii qazdan istifadə edən abonentlərin mənzillərinə
yeni sayğaclar
quraşdırılır, istismara
yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz
edilir. Bundan əlavə,
qaz şəbəkəsində səmərəli
texnika və texnologiyanın tətbiq edilməsinin
əhatə dairəsi genişləndirilir.
Bütün bu işlərin nəticəsidir
ki, cari ilin 1 oktyabr tarixinə
ölkə üzrə təbii qazla təmin
olunan abonentlərin sayı 1milyon 580 min 474-ə çatmışdır ki, bunun da
1 milyon 561 min 399-u əhali,
19 min 75-i isə qeyri-əhali abonentidir. Həmin abonentlərin
684 min 154-ü Bakı şəhəri,
896 min 320-si isə regionların payına düşür.
2013-cü il sentyabrın 1-nə olan məlumata əsasən,
əhali abonentlərinin mənzillərində 793 min 383 ədəd “smart-kart”
tipli sayğac
quraşdırılmışdır. Yeri gəlmişkən, “smart-kart” tipli qaz sayğaclarının əhatə dairəsinin
genişlənməsi və ödənişlərlə
bağlı əməliyyatların artması ilə əlaqədar
yarana biləcək texniki
problemlərin qarşısını almaq
məqsədilə əsaslı yeniliklər tətbiq edilmiş, bu sahədə müvafiq islahatlar aparılmışdır.
Kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac
yaratdığından mart ayından etibarən
yenilənmiş proqram təminatının
tətbiqinə başlanılmışdır. Bu isə təxminən 1 milyon
abonentə keyfiyyətli xidmət göstərməyə imkan verəcəkdir.
“Azəriqaz” İstehsalat Birliyinin ən mühüm
fəaliyyət istiqamətlərindən biri
də yaşayış məntəqələrinin
qazlaşdırılmasıdır.
Birliyinin fəaliyyətə
başladığı 2009-cu ildən ötən dövrdə ölkə üzrə qazla təmin olunmuş yeni əhali abonentlərinin sayı təqribən
400 mini keçmişdir.
Bununla
yanaşı, cəbhə bölgələrinə yaxın
yaşayış məntəqələrinin və sərhəd
rayonlarının qazlaşdırılmasına da xüsusi diqqət yetirilmiş, Ağdam və
Qazax rayonlarının qazlaşdırılması
tam başa
çatdırılmışdır.
Cari ilin ötən
dövründə də paytaxt Bakıda,
eləcə də regionlarda qazlaşdırma ilə bağlı
tədbirlər davam etdirilmişdir.
Belə ki, “2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı”na uyğun olaraq
paytaxtın Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayonlarının qaz təchizatının
yaxşılaşdırılması, qaz
kəmərlərinin və məişət qaz sayğaclarının fərdi həyətlərdən
çıxarılması, qaz kəmərlərinin
yenidən qurulması məqsədilə 201,2 kilometr boru xətti
quraşdırılmışdır. Qeyd etdiyimiz kimi, dövlət
başçısının müvafiq
tapşırığına əsasən bu
iş bölgələrdə də intensiv şəkildə davam
etdirilmiş, bir
sıra kənd və qəsəbələr “mavi
yanacaq”la təchiz olunmuşdur. “Azəriqaz” İstehsalat
Birliyindən aldığımız məlumata görə, cari ilin ötən doqquz ayında ölkə üzrə 6970,2 kilometr uzunluğunda yeni qaz kəmərləri
çəkilmiş, 1018,3 kilometr uzunluğunda xətlər isə əsaslı
təmir edilmişdir. Bütövlükdə
isə 2013-cü ilin doqquz
ayında ölkə üzrə 163 yaşayış məntəqəsi
qazlaşdırılmış, təxminən 100 mindən
artıq yeni əhali abonenti
qazla təmin edilmişdir.
Yeri gəlmişkən, “Azəriqaz” İB-nin fəaliyyətə
başladığı 2009-cu ildən ötən dövrdə
ölkə üzrə 23 min 127,9 kilometr yeni qaz
kəməri quraşdırılmışdır ki, bunun da
21 min 735,2 kilometri
regionların, 1210 kilometri Bakı şəhərinin,
182,7 kilometri isə magistral
kəmərlərin payına düşür.
Hesabat dövründə ölkənin
ayrı-ayrı regionları üzrə 2890,2 kilometr,
Bakı şəhəri üzrə
isə 3940,4 kilometr uzunluğunda
qaz xətləri əsaslı təmir edilmişdir. Bundan əlavə, son beş ildə ölkə üzrə 141,6 kilometr uzunluğunda magistral qaz xətləri əsaslı
təmir edilmişdir. Bu
da dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən uğurlu
sosial siyasətin məntiqi nəticəsidir.
ARDNŞ-nin “Azəriqaz” İstehsalat
Birliyində layihə-smeta sənədlərinin
ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması sahəsi
üzrə göstəricilər artmaqdadır. Belə
ki, 2013-cü ilin yanvar-sentyabr aylarında layihə-konstruktor bürosu tərəfindən 3770 layihə-smeta
sənədi hazırlanaraq birliyə və digər
sifarişçilərə təhvil verilmişdir
ki, bunun da 123-ü fərdi yaşayış evləri,
674-ü kənd və qəsəbələrin
qazlaşdırılması, 804-ü obyektlərin təmiri, 2134-ü sənaye və kommunal,
məişət obyektləri və qeyri-yaşayış sahələri,
35-i inzibati binalar, anbar binaları və s. tikinti işləri üzrədir. İlin ötən
doqquz ayı ərzində 2290 fiziki və
hüquqi şəxsin müraciəti əsasında hazırlanan
qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta
sənədləri
razılaşdırılmışdır. Bundan
əlavə, hesabat dövründə birliyin sifarişi ilə
hazırlanmış 1446 layihə-smeta sənədi
razılaşdırılmışdır.
Cari ilin yanvar-sentyabr
aylarında birlik üzrə əmək
şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və
təhlükəsizlik texnikası qaydalarına riayət olunması,
işçilərin sağlamlığının
qorunması, ekoloji qanunvericiliyə əməl
edilməsi və beynəlxalq standartların tətbiq edilməsi
istiqamətində də bir sıra təqdirəlayiq işlər görülmüşdür. Bu məqsədlə
ayrı-ayrı struktur bölmələrdə
əmək şəraitinin
yaxşılaşdırılmasına yönəldilmiş tikinti işləri
davam etdirilmiş,
işçilər xüsusi geyim və fərdi mühafizə vasitələri
ilə tam təmin olunmuş,
idarəetmə aparatının aidiyyəti mütəxəssisləri
tərəfindən yerlərdə aparılmış yoxlamalar zamanı aşkar
edilmiş
çatışmazlıqların aradan qaldırılması
üçün zəruri tədbirlər
görülmüşdür.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 6 noyabr.- S.6.