Milli Kitabxananın müasirləşməsində
əsaslı dönüş dövrü
Ölkəmizin inkişafı tarixinin son on illik dövrü iqtisadiyyatın davamlı, sürətli inkişafı və çiçəklənməsi kimi xarakterizə olunur. Bu, qısa zaman kəsiyində bütün sahələrdə əldə olunan nailiyyətlərin, dövlət səviyyəsində atılan cəsarətli addımların, uğurlu daxili və xarici siyasətin nəticəsidir. Dövlət başçısının siyasi iradəsi, gələcək perspektivlərə və reallığa əsaslanan uğurlu siyasəti, vaxtında və düzgün qərarlar qəbul etməsi bütün uğurlarımızın təməl prinsipləri olmuşdur. Bu tədbirlər kompleksində milli-mənəvi dəyərlərimizin mühafizəsi və təbliği istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətlərin varislik prinsipi əsasında gələcək nəsillərə çatdırılması konsepsiyasının reallaşdırılması təqdirəlayiqdir və xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Xüsusilə, ötən
on ildə bu istiqamətdə
çox səmərəli layihələr
reallaşdırılmışdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan bu məsələyə xüsusi
önəm verdi. Cənab Prezidentin 12 aprel 2004-cü
il tarixli “Azərbaycan
dilində latin qrafikasi
ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqinda” sərəncamı 70 illik sovet dönəmində
yaradılan və kiril əlifbası ilə
dərc olunan mənəvi dəyərlərimizin
müstəqillik dövründə latın qrafikalı əlifba
əsasında təhsil almış gənclərimizə
çatdırılması kimi mühüm və vacib bir vəzifənin tarixdə görünməmiş
böyük uğurla
həllinə yönəlmiş cəsarətli bir addım idi. Dünya
miqyasında analoqu olmayan
bu qərar möhtəşəm bir hümanitar aksiya səviyyəsinə qaldırılaraq böyük uğurla həyata
keçirilməyə başlandı. Qısa bir
zamanda sovet ideologiya maşınının 70 il ərzində
formalaşdırdığı milli mənəvi
dəyərlərimizin vacib hissəsi
hesab olunan klassik və müasir Azərbaycan
və dünya yazıçı və
şairlərinin əsərlərindən, lüğətlər
və ensiklopediyalardan, elmi-kütləvi ədəbiyyatdan
ibarət kitab kolleksiyaları latın
qrafikalı əlifba ilə nəşr olunaraq
xalqın ixtiyarına verildi.
Bu
aksiyanın müvəffəqiyyətlə həyata
keçirilməsi XX əsrin 90-cı illərinin əvvəllərində
ölkəmizdə aparılan diletant
dövlət siyasətinin vurduğu
yaraların sağaldılması yolunda ulu öndərimiz Heydər Əliyevin başladığı məqsədyönlü
siyasətin məharətlə davam
etdirilməsinə dəlalət
edirdi. Mədəniyyət sahəsində
köklü dəyişikliklərin, demək
olar ki,
başlanğıc nöqtəsi idi. Bu tədbirlərin
yekunu yaramaz siyasət
nəticəsində kitabdan, bilikdən, mənəviyyatdan
uzaq düşən gənclərimizin
biliyə, savada, mənəvi dəyərlərimizə
qovuşmasına daim çalışan və
“Kitab, kitabxana xalq, millət üçün,
cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat,
bilik, zəka mənbəyidir” deyən
xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarının təntənəsi
demək idi. Ulu
öndər 2003-cü ilin avqustunda
kiril əlifbasından istifadə
olunmasına dövlət səviyyəsində son qoyulması barədə sərəncam vermişdi. Dövlət
başçımız İlham Əliyev
isə bu sərəncamın əhəmiyyətini
daha da artırdı.
Bu sərəncamın icrası ilə əlaqədar
Milli Kitabxananın da
üzərinə ciddi vəzifələr
qoyulmuşdu. Həmin ədəbiyyatın
hər birindən 100 nüsxə Milli Kitabxanaya verilirdi və bizə
onların xarici ölkələrin milli kitabxanalarına, beynəlxalq kitab sərgi-yarmarkalarına göndərilməsi
və milli elektron
kitabxanasının yaradılması
tapşırılmışdı. Dövlət
başçısının sərəncamının
icrası məqsədilə son 10 il ərzində Milli
Kitabxanamız on minlərlə ədəbiyyatı
xarici ölkələrin milli
kitabxanalarına, yüzlərlə beynəlxalq kitab sərgilərinə göndərmişdir
və bu iş bu gün də uğurla davam etdirilir. Eyni zamanda, cənab Prezidentin sərəncamı
ilə dərc olunan kitabların elektron kitabxanasını yaradaraq
kitabxana “www.anl.az”
saytı vasitəsilə respublika ərazisində
və bütün dünyada
təbliğ edir.
Milli mənəvi dəyərlərimizə böyük
önəm verən və kitabxana işinə
diqqət və qayğısı ilə seçilən
hörmətli Prezidentimiz İlham
Əliyevin bu istiqamətdə ən uğurlu addımlardan biri
də 2008-ci ilin oktyabrında
imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı”nın təsdiq
olunması barədə sərəncamı olmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və
digər əlaqədar nazirliklər tərəfindən böyük uğurla icra olunan bu
Dölət proqramı Azərbaycanda kitabxana
işinin inkişafında tamamilə yeni bir mərhələ təşkil
etmişdir və bu
çərçivədə həyata keçirilən
tədbirlər ölkəmizdə yeni kitabxana erasının
başlanğıcını qoymuşdur.
Həmin
Dövlət Proqramının böyük
bir bölməsi Azərbaycan Milli Kitabxanasına həsr olunmuşdur
və burada Milli
Kitabxananın binasında əsaslı yenidənqurma işlərinin
aparılmasından başlamış onun
maddi-texniki bazasının möhkəmləndirilməsinədək,
informasiya-kommunikasiya
texnologiyalarının kitabxananın təcrübəsinə tətbiqindən
başlamış bütün kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılmasınadək, kitab
fondlarının zənginləşdirilməsi və oxuculara xidmət proseslərinin təkmilləşdirilməsi
işlərinin görülməsi və nəhayət yeni texnologiyaların tətbiqi sayəsində
milli kitabxanamızın
dünyanın ən modern kitabxanaları
səviyyəsinə qaldırılması nəzərdə tutulmuşdur. Bütün
bu tədbirlər kompleksinin
uğurla həyata keçirilməsi sayəsində
bu gün Azərbaycan
Milli Kitabxanası dünyanın ən
aparıcı milli kitabxanaları səviyyəsinə
qalxmışdır.
Dövlət
başçımızın neft gəlirlərinin
insan kapitalının inkişafına
yönəldilmiş məqsədyönlü maliyyə siyasəti
nəticəsində Milli Kitabxanada
əsaslı yenidənqurma işləri aparılmış, son nailiyyətlərə əsaslanmış
texnologiyaların tətbiqinə əsaslanaraq oxuculara
xidmət işinin bütün
prosesləri avtomatlaşdırılmış, zəngin
kitab fondlarının elektron
daşıyıcılara-kompyuter yaddaşına
köçürülməsi işləri müvəffəqiyyətlə
davam etdirilir. Bu gün Milli
Kitabxanaya gələn hər bir oxucu tək şəxsiyyət
vəsiqəsini təqdim etməklə elektron
oxucu bileti alır və
kitabxanaya daxil olaraq elektron kataloqda axtarış apararaq
istədiyi ədəbiyyatı bir düyməni
sıxmaqla birbaşa sifariş
verir. Kitabxananın bütün
zallarında wi-fi sistemi
vasitəsilə bütöv internet məkanı
yaradılmışdır. Bütün bunlar Azərbaycan dövlətinin
və onun başçısı hörmətli
Prezidentimiz İlham
Əliyev cənablarının mədəniyyətimizə, mənəvi
dəyərlərimizə, kitaba və kitabxanaya və ən nəhayət milli mənəvi sərvətlərimizin saxlanc yeri olan
Milli Kitabxanamıza diqqət və qayğısının
parlaq nəticəsidir. Qeyd
etməliyəm ki, bu
proqramın reallaşması bilavasitə Mədəniyyət
və Turizm Nazirliyinin
rəhbərliyi ilə həyata keçirilmiş
və nazirimiz Əbülfəs
Qarayevın daim nəzarətində olmuşdur.
2004-cü ildə məhz
hörmətli Prezidentimizin şəxsi
göstərişi ilə bizim kitabxanaya “Milli Kitabxana” statusunun verilməsi
də diqqətiçəkən hal hesab olunmalıdır. Ulu öndərimiz Heydər
Əliyevin “Kitaba, kitabxanaya
daim hörmət xalqımızın mədəniyyətini
nümayiş etdirən amillərdən biridir” kimi çox
qiymətli və mənalı fikrinə əsaslanaraq onun ideyalarını böyük
uğurla həyata keçirən layiqli davamçı missiyasını boynuna götürmüş
əsl ziyalı bir şəxsiyyət
Milli Kitabxanamıza öz
layiqli qiymətini vermiş
oldu. Bununla xalqımızın şanlı keçmişini
və bugününü özündə
yaşadan və gələcək nəsillərə
ərmağan edən tarixi məxəzləri
mühafizə edən və yaşadan Milli Kitabxananın işçilərinin əmək
haqqları bir neçə dəfə
artmış oldu və qiymətli kitab fondları xalqımızın milli sərvəti elan olunaraq onların dövlət tərəfindən
qorunması qanunvericiliklə təsbit olundu.
Azərbaycan kitabiyyatının və milli
mətbuatımızın arxiv fondunun yaradılması kimi
mühüm bir missiya Milli Kitabxananın
üzərinə qoyuldu. Kitabxanada
iş proseslərinin
avtomatlaşdırılması və informasiya
texnologiyalarının kitabxana işinə
tətbiqinə də bu ildən
başlanmışdır. Məhz bu ildən
başlayaraq Milli
Kitabxananın büdcəsi də bir
neçə dəfə artırılmışdır. Bütün bunlar Azərbaycan
dövlətinin, Azərbaycan Prezidentinin kitaba, kitabxanaya, mənəvi
dəyərlərə olan münasibətin
nəticəsi idi.
2008-ci ildə Milli Kitabxananın 85 illik yubileyinin dövlət səviyyəsində təntənəli
şəkildə keçirilməsi də möhtərəm Prezidentimiz İlham
Əliyevin diqqəti sayəsində mümkün
olmuşdur. O zaman hörmətli Prezidentimizin
Milli Kitabxanamızın 85 illik
yubileyində iştirak edən Avrasiya Kitabxanalar
Assambleyasının üzvlərinə, kitabxananın
kollektivinə və yubiley
iştirakçılarına təbrik məktubu
ünvanlaması və kitabxananın bir qrup əməkdaşlarına yüksək
dövlət mükafatlarının - “Əməkdar mədəniyyət
işçisi” fəxri adının
verilməsi və onların “Tərəqqi”
medalı ilə təltif olunması barədə sərəncamlar
imzalaması kollektivin və bütün kitabxana
ictimaiyyətinin böyük sevincinə səbəb
olmuşdu. Bu yüksək
etimaddan ruhlanan
kitabxananın kollektivi böyük
əzmlə fəaliyyət göstərməyə
başlamış və yeni-yeni uğurlar qazanmışlar. Həmin ildən başlayaraq, Milli Kitabxana respublika
miqyaslı möhtəşəm tədbirlərin – kitab bayramlarının və sərgilərinin,
yeni kitabların təqdimat mərasimlərinin,
beynəlxalq miqyaslı elmi konfransların
böyük uğurla
keçirildiyi məkana çevrilmişdir.
Son illərdə kitabxananın nəşriyyat
fəaliyyəti də genişlənmişdir:
Ölkəmizin Prezidenti İlham
Əliyevin Milli Kitabxanaya
verdiyi ən böyük
dəyər bu ilin iyun ayında onun “Azərbaycan
Milli Kitabxanasının 90 illik
yubileyinin keçirilməsi haqqında” xüsusi sərəncam imzalaması olmuşdur. Bu sərəncamda “Azərbaycan Milli
Kitabxanası cəmiyyətin intellektual-mənəvi
potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və
mədəniyyət xadimlərinin bir
neçə nəslinin formalaşmasına öz
töhfəsini vermişdir” - sözləri
ölkə rəhbərinin kitabxanamıza verdiyi
qiymət kimi dəyərləndirilməlidir.
Cənab Prezidentimiz bu
şanlı yubileyin dövlət səviyyəsində
keçirilməsinə rəvac vermişdir.
Sərəncamda yubiley təntənələrinin
dövlət səviyyəsində təşkili, yubiley çərçivəsində
dünyanın 70-dən artıq ölkəsinin milli kitabxanasının rəhbərlərinin
iştirakı ilə beynəlxalq tədbirlərin
keçirilməsini təmin etməyi müvafiq
icra hakimiyyəti orqanlarına
tapşırılmışdır.
Məhz
bu tapşırığın icrası olaraq bir sıra yubiley tədbirlərinin, Avropanın 44 ölkəsinin
milli kitabxana
direktorlarının iştirakı ilə Avropa
Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq
təşkilatının 27-ci konfransının, Avrasiya Kitabxanalar
Assambleyasının (BAE) 15-ci illik görüşünün və III Beynəlxalq
kitab
sərgi-yarmarkasının da Bakıda
keçirilməsi mümkün olmuşdur. Avropa Milli Kitabxanaları Konfransı
beynəlxalq təşkilatının prezidentinin
və vitse- prezidentlərinin, Avrasiya Kitabxanalar
Assambleyasının vitse-prezidentinin cənab
Prezident tərəfindən qəbul
olunması xüsusilə hamı tərəfindən rəğbətlə
qarşılanmışdır və cənab Prezidentimizin
bu görüşdə kitab,
mütaliə, kitabxana və bütövlükdə mənəvi dəyərlərimiz
haqqında söylədiyi dəyərli fikirlər
qonaqlarımızın heyrətinə səbəb olmuş və onlar,
Bakıda həyata keçirilən böyük
quruculuq işləri, Milli
Kitabxananın binasının və orada
görülən işlərin möhtəşəmliyi
barədə cənab Prezidentimizə dəyərli fikirlərini
söyləmişlər. III Beynəlxalq kitab
sərgisinin açılış mərasimində iştirak edən qonaqları Azərbaycan
xalqının kitaba, mütaliəyə böyük marağı xüsusilə heyrətləndirmişdir.
Yubiley günündə respublikamızın Prezidenti İlham
Əliyevin Azərbaycan Milli
Kitabxanasının əməkdaşlarının təltif
olunması barədə iki sərəncam
imzalaması kollektivimizin
böyük sevincinə səbəb oldu. Həmin sərəncamlarla
kollektivin 14 nəfər üzvünə
fəxri adlar, orden və
medallar verilmişdir.
Avropa Milli Kitabxanaları
Konfransının və Avrasiya Kitabxanalar Assambleyasının prezidentləri Akademik Opera və Balet Teatrında keçirilən yubiley tədbirində Milli
Kitabxanaya Dövlət
başçısı tərəfindən bu
dərəcədə yüksək önəmin verilməsini
xüsusi vurğulamışlar və öz təcrübələrində
görünməmiş hadisə hesab
etmişlər.
Sonda kollektivimizin
üzvlərinin və bütövlükdə fədakar
kitabxanaçılar ordumuzun əməyinə
verdiyi yüksək dəyərə
görə hörmətli
Prezidentimizə kitabxanamızın
bütün işçiləri adından təşəkkürümüzü
bildirir və dövlət
başçısını
növbəti prezident seçkilərində qazandığı möhtəşəm
və inamlı qələbə münasibətilə təbrik
edir, ona Azərbaycan
xalqının səadəti və ölkəmizin
çiçəklənməsi naminə daha
böyük uğurlar,
yeni-yeni nailiyyətlər arzulayıram!
Kərim TAHİROV,
Azərbaycan Milli
Kitabxanasının direktoru,
əməkdar
mədəniyyət işçisi, dosent
Xalq
qəzeti.- 2013.- 6 noyabr.- S.5.