Astara: gözəlliklərin ərsəyə gəldiyi
məkan
Astara müstəqil Azərbaycanımızın “cənub qapısı”dır. Sərhəddən ölkəmizin ərazisinə qədəm qoyan hər kəsin diqqətini öncə əyalət şəhərinin əlvan mənzərələri çəkir. Sanki Astara üzə gülür. Təbəssüm saçan parklar, xiyabanlar, geniş meydanlar, boy-boya verən yaraşıqlı binalar yaddaşlara “gözəl xəttlə” silinməz təəssüratlar yazır. Rayonun füsunkar təbiəti isə bir başqa aləmdir. Ulu dağlar, qədim qalalar, zümrüd ormanlıqlar, məlhəm sular əsrarəngiz təsir bağışlayır. Bugünkü Astaranı şöhrətləndirən həm də övladlarının onun hüsnünə yeni naxışlar vurmaları, yurdun gözəlliklərini daha da artırmalarıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın əvvəllərində Astarada olan zaman dövləti fəaliyyətində şəxsən böyük önəm verdiyi və maliyyə vəsaitlərini əsirgəmədiyi quruculuq işləri ilə yaxından tanış olmuş və bu yöndə görülən tədbirləri təqdir etmişdir. Astaralılar dövlət başçısının rayona növbəti səfərinin unudulmaz təəssüratlarını yaşayırlar. Onlardan biri də gənc həkim Aytən Şiriyevadır.
-Möhtərəm
cənab Prezidentimizi astaralılar
adından salamlamaq şərəfi məhz
mənə nəsib olduğu üçün özümü
xoşbəxt hiss edirəm, -deyə o, ürək sözlərini bölüşdü.
-Sevimli Prezidentimizə dedim
ki, ötən il rayonumuza tarixi səfəriniz
zamanı əsaslı təmir olunmuş Astara Rayon Mərkəzi Xəstəxanasının
birinci korpusunun
açılışını etmişdiniz. Əsaslı təmir edilmiş xəstəxanamız ən müasir tibbi
avadanlıqla təchiz olunmuşdur. Bununla da biz
tibb işçilərinə və bütün Astara əhalisinə
böyük bir hədiyyə
bəxş etmisiniz. İndi isə
xəstəxanamızın ikinci korpusunu istifadəyə verirsiniz. Mən beş ildir ki, burada
həkim kimi çalışıram. Uşaq həkimi olaraq çox
sevinirəm ki, bu korpusda uşaqlarımıza yüksək səviyyədə
xidmət edəcək poliklinika və stasionar şöbələr də vardır. İndi bu şəfa
ocağında sakinlərimiz yüksək səviyyədə tibbi xidmət alacaqlar.
Artıq sakinlərimiz müalicə və müayinə üçün uzağa
getməyəcəklər.
Təkcə səhiyyə
sferası deyil, həyatımızın bütün sahələri yüksək
sürətlə inkişaf edir. Növbəti prezident
seçkilərində yorulmaz fəaliyyəti,
mətin iradəsi dövlətimizi xoşbəxt və parlaq gələcəyə aparan
cənab İlham Əliyevə elliklə
səs verdik. Biz
ölkəmizin taleyini, öz
taleyimizi cənab İlham
Əliyevə ürəkdən etibar edirik. Prezidentimizlə fəxr edir
və bundan qürur duyuruq!
Sözügedən
tibb ocağının yenidən qurulmasına
2012-ci ilin mayında başlanılıb, bu ilin avqustunda
başa çatdırılıb.
Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə
tibbi avadanlıq və inventarın
alınması üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdı. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi
sahə 10 min 674 kvadratmetrdir.
Xəstəxananın birinci
mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika,
təcili tibbi yardım, laboratoriya
şöbələri, həmçinin gigiyena
və epidemiologiya mərkəzi yerləşir.
İnzibati bölmə, poliklinika,
fizioterapiya və pediatriya
şöbələri ikinci mərtəbədə
fəaliyyət göstərir. Burada
yaradılan şərait Astara sakinləri
ilə yanaşı, ətraf rayonların əhalisinə də
yüksək tibbi xidmət göstərmək
imkanı yaradır.
Astaralılar Azərbaycan
rəhbərinin bir gün
sonra Lənkəranda bölgənin gəncləri ilə keçirdiyi görüşü
də fəxrlə xatırlayırlar. Bu rayondan olan tələbə
Fərhad Həsənli həmin görüşdə
çıxış edərək ürək sözlərini
söyləmişdi. “Hörmətli
cənab Prezident, mən 15 yaşımda bu il ali
məktəblərə keçirilən qəbul imtahanında
650 bal toplayaraq Azərbaycan
Tibb Universitetinin
müalicə işi fakültəsinə
daxil olmuşam. Biz gənclərin gələcəkdə ali təhsil ocaqlarını bitirdikdən sonra yenidən bölgələrimizə
qayıdıb işlə təmin olunmağımız da vacib məsələlərdəndir. Bu sahədə
işlərin sistemləşdirilməsi üçün
müəyyən tədbirlərin görülməsini çox istərdim”.
Prezident İlham Əliyev bir daha
xatırlatmışdır ki, dünən
biz Astarada gözəl
xəstəxananın açılışını etdik. Ona görə Astarada həkim işləmək üçün bütün
imkanlar vardır.
İndi sən təxminən 5-6 il oxuyacaqsan. O vaxta qədər
Astarada yeni tibb ocaqları tikiləcəkdir... Sən gərək
yaxşı oxuyasan, yaxşı mütəxəssis
olasan. Əlbəttə, əgər hesab edirsənsə ki, Astaraya qayıtmalısan, mən buna çox şadam. Çünki bu gün bölgələrdə tikilən xəstəxanalar
inkişaf etmiş
ölkələrdəki tibb
ocaqlarından geri qalmır...
Dövlət
başçısının görüşlərdə bildirdiyi kimi, bölgələrin
inkişafı hər bir ölkənin real gücünü
göstərir. Son illərdə Azərbaycanın bölgələrində
aparılan işlər bir daha
Azərbaycanın qüdrətli ölkə olduğunu
təsdiqləyir. Çünki hər bir yerdə, hər bir
bölgədə inkişaf, quruculuq işləri gedir.
Ölkəmizin istənilən nöqtəsində, kəndlərdə,
qəsəbələrdə də böyük
quruculuq işləri gedir.
Rayonlar elə bil ki, bir-biri ilə rəqabət
aparır. Bu, sağlam
rəqabətdir, bizi inkişafa
doğru aparan rəqabətdir.
Bu vüsətin təməli qəbul edilmiş iki regional proqramla qoyulmuşdur. Yerlərdə insanların təşəbbüsləri,
zəhməti və öz dövlətinə
olan sədaqəti bu uğuru daha da möhtəşəm edir.
Astarada görülən işlər də, heç şübhəsiz, böyük
zəhmətin bəhrəsdir. Düzdür, büdcəmiz də artır, investisiya proqramı da
kifayət qədər böyükdür.
Ancaq bu maliyyə
imkanlarını real həyata çevirmək
artıq kadrların, vətənpərvər insanların işidir.
Rayon veteranlar şurasının
sədri Rafiq Əliyev:
-Son illər ölkədə
baş verən əsaslı dəyişikliklər,
aparılan quruculuq işləri, sosial problemlərin həlli məqsədilə həyata
keçirilən nəhəng
proqramlar, əhalinin həyat şəraitinin ilbəil yaxşılaşması
istiqamətində görülən
tədbirlər sonsuz fərəh və minnətdarlıq duyğuları
yaratmışdır. Növbəti beş ildə
də taleyimizi möhtərəm cənab
İlham Əliyevlə
bağlamağımızdan son dərəcə xoşbəxtik. İnanıram ki, qarşıdakı
dövrdə Azərbaycan
daha da güclənəcək,
regionlar tərəqqi
edəcək, insan amilinə daim üstünlük veriləcək.
Bu gün Astara da sürətlə
inkişaf edir, gözəlləşir. Dövlətin davamlı qayğısı, rayon rəhbərliyinin
böyük idarəetmə
potensialı, insanlara həssas münasibət bunu söyləməyə
əsas verir... Qəzənfər
müəllimin rayonda
yaratdığı işgüzar
ovqat hər kəsin fəallığının
artmasına səbəb
olur. Yeni layihələr, maraqlı
təşəbbüslər inkişafımıza xidmət
edir.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev səfəri zamanı Lənkəran sərhəd
dəstəsinin “Astara”
buraxılış məntəqəsinin,
sərhəd komendantlığının
və zastavasının
şəxsi heyəti
üçün yeni yaşayış şəhərciyi,
həmçinin sərhəd
komendantlığı və
sərhəd zastavasının
əsaslı təmir
olunmuş xidməti binalar kompleksinin açılışında iştirak
etmişdir.
Bu kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri
aparılmış, yaşıllıq
zolaqları salınmışdır. Şəhərcikdə hər cür
şərait yaradılmışdır. Ərazidə uşaq bağçası
və istirahət parkı da var.
Prezident
İlham Əliyev Astaraya səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə
avtomobil yolunun açılışında da
iştirak etmişdir. Dövlət başçısının
bu il 15 iyul tarixli sərəncamı
ilə həmin yolun və Siyaku-Rinə
yolunun inşasına
3,3 milyon manat vəsait ayrılmışdır. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun
tikintisinə cari ilin aprelində başlanmış və dörd aya başa
çatdırılmışdır. Yolun uzunluğu 13,5 kilometrdir. Yol boyunca1 körpü və 20 su ötürücüsü
tikilmişdir. Yeni avtomobil yolu
24 min nəfər əhalisi
olan 17 yaşayış
məntəqəsini əhatə
edir.
Astaranın Pəlikəş
inzibati dairəsinin ağsaqqalları və ziyalıları dövlət
başçısına ünvanladıqları
müraciətdə cənab
Prezidentin bütün
bölgələrə, rayonlara,
hətta qəsəbə
və kəndlərə
səfərlər etməsini,
sadə insanlarla görüşərək mövcud
problemləri ən qısa müddətdə
aradan qaldırmaq üçün sərəncam
və tapşırıqlar
verməsini hamılıqla
alqışlamış və bildirmişlər ki, sentyabrın 4-də Astaraya növbəti tarixi səfəri, açılışlarda iştirakı
ən əlamətdar
gün kimi onların yadında qalacaq. Ən ucqar dağlıq ərazini əhatə etməklə 13 kəndi birləşdirən Pəlikəş
inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yollarının
bərbad vəziyyətdə
olması sakinləri çox narahat edirdi. Onlar yazırlar ki, sentyabrın 12-də Deqədi-Pəlikəş yolunun
tikintisi ilə əlaqədar Prezident sərəncamını eşidəndə
sevincləri yerə-göyə
sığmadı, bir-birini
təbrik etdilər...
Şümrüd kənd tam orta məktəbinin direktoru Məmmədhüseyn Dadaşov:
-Dağ ərazisində
yaşayırıq. Hər dəfə rayon mərkəzinə
gələrkən əzablara
qatlaşırdıq. İcra hakimiyyətinin başçısı
Qəzənfər Ağayev
problemimizi lazımi dövlət strukturlarına
çatdırdı. Hörmətli Prezidentimizin rayonumuza növbəti səfərindən
sonra “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında”
və “Astara rayonunun Deqadi-Pəlikəş
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında”
imzaladığı sərəncamlar
rayonumuzun bütün
əhalisinin böyük
razılığına səbəb
olmuşdur.
Eniş-yoxuşlu, çətin yollarımız
abadlaşır, gediş-gəliş
rahatlaşır.
Prezident
İlham Əliyev “Gilan” İdman Klubu tərəfindən Ərçivan qəsəbəsində
inşa edilmiş Boks Mərkəzinin açılışında da
iştirak etmişdir. Bu mərkəzin
tikintisinə fevralda başlanmış və avqustda yekunlaşdırılmışdır. İdman qurğusunun ərazisində
hərtərəfli abadlıq
və yaşıllaşdırma
işləri aparılmışdır. Süni örtüklü yeni açıq mini futbol meydançası yaradılmışdır. İkimərtəbəli binanın birinci
mərtəbəsində işçilər
üçün hərtərəfli
şəraiti olan otaqlar da var. Burada müasir standartlara
uyğun qurulmuş məşq salonu idmançıların ixtiyarına
verilmişdir. Boksçuların ötən ay Gürcüstanda
keçirilən beynəlxalq
turnirdə yüksək
nailiyyətlər qazanması
bu qayğıya layiqli cavabdır.
Rayonda
son dövrdə məktəb
tikintisi, qəsəbə
və kənd yollarının asfaltlaşdırılması
və digər abadlıq-quruculuq işləri
xüsusilə geniş
vüsət alıb. Son 10 ildə
rayonda 30 yeni məktəb inşa olunub, 13 məktəb əsaslı təmir edilib. Təkcə builki “Bilik günü”ndə Astarada 2000 ümumi şagird yeri olan 6 yeni təhsil
ocağı qapılarını
şagird və müəllimlərin üzünə
açıb.
Bunlar Şuvi, Vaqo,
Siyakü, Rudəkənar,
Hamaşom və Asxanakəran kənd məktəbləridir.
Əhalinin
təbii qaza olan ehtiyacının ödənilməsi sahəsində
görülən işlər
daha sevindiricidir. 1450 təsərrüfatı,
4560 nəfər əhalisi
olan Şahağac kəndi sovet dönəmində təbii
qazla təmin olunsa da, sonralar
rayonun digər yaşayış məntəqələri
kimi bu kənddə
də qaz xətləri tamamilə dağılmışdı. Rayonun qaz təsərrüfatının
bərpası və yenidən qurulması istiqamətində aparılan
mühüm işlər
bir sıra yaşayış məntəqələrinə
təbii qazın verilməsini gerçəkləşdirdi. Nəhayət, ötən ay Şahağac
kəndi təbii qazdan istifadə edən rayonun 33-cü yaşayış məntəqəsi
oldu.
...Astarada bu torpağın şair oğlu İlham İlhami ilə də tanış
oldum. Mənə bağışladığı “İzsiz itmərəm” adlı kitabını maraqla oxudum. Şeirlərində
astaralıların yurd
sevgisini böyük ilhamla qələmə alıb:
Vurğunam hüsnünə
divanə kimi,
Sevirəm mən səni
bir ana kimi.
Eşqinlə alışan
pərvanə kimi
İstərəm hər zaman
yanım, ey Vətən!
Bəli, astaralıların hədəfi
yeni-yeni zirvələrdir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 7 noyabr.- S.6.