Xalq öz Prezidentinə
inanır,
güvənir və etibar edir
Seçkilər hər bir xalqın tarixində həlledici rol oynayan, onun gələcək inkişaf yolunu müəyyən edən mühüm siyasi hadisədir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi liderə bağlayır. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir şəxsin mənafeyini özündə əks etdirən siyasət hər zaman ictimai etimad qazanır, bəyənilir və dəstəklənir.
Ötən 10 ildə
ölkənin qazandığı böyük
uğurları gündəlik həyatında hiss
edən azərbaycanlıların növbəti prezident seçkiləri ilə bağlı seçimi də dəyişməz olaraq qalmışdır. Ulu öndər Heydər
Əliyevin çoxillik siyasi
kursunun ən layiqli
davamçısı, Azərbaycan
dövlətini işıqlı gələcəyə aparan, müstəqilliyimizin qarantı olan Prezident İlham
Əliyevin rəhbərliyi altında qazanılan uğurlar xalqın son
seçkilərdə alternativsiz və prinsipial seçimini təmin
etmişdir. Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur
layihələrin səmərəli nəticələr verməsi,
hər bir fərdin maraq
və mənafelərini özündə maksimum
səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət
başçısı İlham
Əliyevin yüksək bilik və
intellektə, təcrübə və istedada,
geniş dünyagörüşə, çevik idarəçilik məharətinə,
yüksək əzmə, qabiliyyətə malik
lider olduğunu bir daha nümayiş
etdirir.
Müdrik xalqımızın 10 il öncə
inanıb taleyini etibar
etdiyi cənab İlham
Əliyev həyata keçirdiyi qlobal layihələrlə ümummilli
liderin zəngin dövlətçilik
irsində müəyyən olunmuş böyük amalları hədəf
götürən, həyat gerçəkliyinə çevirən
qüdrətli siyasi xadim
olduğunu təsdiqləmişdir.
Dövlət başçısının yürütdüyü
siyasətin məqsədyönlülüyü,
ardıcıllığı, obyektiv
gerçəkliyə əsaslanması bir
sıra strateji sahələrdə əldə
olunmuş uğurlar fonunda bir daha
aydın görünür. Azərbaycan
xalqı Prezident İlham
Əliyevin rəhbərliyi altında qısa müddətdə
qazandığı yüksək nailiyyətlər dövlət
idarəçiliyinin uzun illər ərzində
formalaşmış mükəmməl mexanizmlər əsasında
həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə
son illər dünyanın lider
dövlətlərindən biri olaraq qalması ölkə rəhbərinin
müəyyənləşdirdiyi iqtisadi
prioritetlərin elmi əsaslara söykəndiyini
və respublikanın potensialı ilə
uzlaşdığını göstərir. Cənab İlham Əliyev hər
yeni il üçün
hökümətin həyata keçirməli olduğu
tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyən
etməklə onların icra prosesini şəxsi nəzarətində
saxlayır, habelə ölkənin strateji
resurslarını milki inkişafa
təkan verən qlobal layihələrin
reallaşdırılması yönündə səfərbər
edir.
“Əsl
siyasət konkret, real iş görməkdir” — deyən və cəmiyyət
qarşısında verdiyi hər bir vədi əməli fəaliyyəti ilə
doğruldan cənab İlham
Əliyevin “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının təsdiq edilməsi barədə 2012-ci il 30 dekabr tarixli sərəncamı bunun
bariz nümunəsidir. Dövlətə rəhbərlik fəaliyyətinin
ötən 10 ili Prezident
İlham Əliyevin Azərbaycan
xalqına, dövlətinə
qazandırdığı daha böyük uğurlarla əlamətdar
olmuşdur. Reallığı
düzgün qiymətləndirmək
bacarığı, praqmatikliyi, xalqına,
millətinə, Vətəninə sevgisi,
nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, məqsədə
doğru inamla irəliləməsi
cənab İlham Əliyevə xalqın rəğbətini
daha da artıran ən
mühüm mənəvi keyfiyyətlərdir.
Azərbaycan cəmiyyətində qəti olaraq
belə rəy formalaşmışdır ki,
Prezident İlham
Əliyev ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin
etmiş yeganə liderdir.
Son 10 ildə
həyata keçirdiyi çevik
və məqsədyönlü siyasətlə özünü
təcrübəli dövlət xadimi,
bacarıqlı rəhbər kimi təsdiqləməsi,
real ideya və proqramlarla
insanların inam və
etimadını qazanması onun yüksək
liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir.
Dövlət başçısı siyasi
lider olaraq insanları
öz ideya və
baxışları ətrafında birləşdirmək,
onların iradələrinə, qərarlarına təsir
göstərmək iqtidarında olduğunu
sübuta yetirmişdir.
Məhz bu keyfiyyətlərinə görə
də idarəçilikdə yüksək uğurlara
imza atmışdır. Prezident
İlham Əliyev, eyni
zamanda, ölkəmizdə elm
və təhsilin inkişafına xüsusi
önəm verir. Bu heç də təsadüfi deyil,
çünki hər bir
millətin tərəqqisi məktəb, təhsil və müəllimlə
bağlıdır. Buna görə də
haqlı olaraq müəllimləri hər
bir cəmiyyətin elitası
adlandırırlar. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Gələcək bilikli, elmli insanların
çiyinləri üstündə qurulacaqdır”, “Təhsil
millətin gələcəyidir” müdrik
kəlamlarına daim sadiq
qalan dövlət
başçımız hər il yüzlərlə təhsil müəssisəsinin
tikilməsinə, əsaslı təmir olunmasına,
yenidən qurulmasına, habelə onların dünya
standartlarına cavab verən müasir avadanlıqla təchiz edilməsinə xüsusi diqqət
yetirir. İstedadlı gənclərimizin xarici ölkələrin ən nüfuzlu
universitetlərində yüksək səviyyədə təhsil
almalarına hər cür şərait
yaratması, qayğı göstərməsi dövlət
başçısının təhsillə bağlı
apardığı siyasətin tərkib hissələrindən
biridir. Eyni zamanda, səhiyyə və mədəniyyət
sahələrində görülən saysız-hesabsız
işlər xalqımızın gələcəyi üçün təqdirəlayiqdir.
Bakının siması gündən-günə dəyişir,
gözəlləşir, inkişaf edir. Şəhərin hər bir
yerində ucaldılan, minlərlə
insanın yaşadığı çoxmərtəbəli,
yaraşıqlı evlər və inzibati binalar göz
oxşayır. “Qara şəhər”
adı ilə məşhur olan məkan
artıq Ağ şəhərə çevrilmiş, öz füsunkar gözəlliyi ilə fərqlənməkdədir.
İnsanların asudə vaxtlarının səmərəli
keçməsi üçün
yaradılmış yüksək səviyyəli şərait
hər kəsi valeh edir.
Bütün bunlar bariz təcəssümünü
Dənizkənarı Milli Parkda,
dünyada analoqu olmayan Bayraq Meydanında və Bakının müxtəlif
yerlərində , həm də regionlarda xüsusi zövqlə salınmış yeni-yeni parklarda , xiyabanlarda,
yaşıllıq massivlərində, bağlarda
tapmışdır.
Dövlət başçısının
qeyd etdiyi kimi Azərbaycan iqtisadi sahədə
Ermənistandan ən azı 10 dəfə güclüdür.
Hərbi sahədə də üstünlüyü
ələ alan, Azərbaycan dövləti
Dağlıq Qarabağ problemini
sülh yolu ilə həll
etmək niyyətindədir. Bu da təbii ki, geosiyasi vəziyyət və bölgədə
gedən proseslərlə bağlıdır. Son
vaxtlar gedən proseslər deməyə əsas verir ki, danışıqlar bir nəticə verməlidir.
Ermənistanın
təcavüzkar siyasətinin
qurbanlarına çevrilən
1 milyon 200 min qaçqın
və məcburi köçkünün isə
münaqişənin həllinə
qədər yaşayış
şəraitinin yaxşılaşdırılması
istiqamətində dövlət
tərəfindən görülən
tədbirlər nəticəsində
bütünlükdə çadır
düşərgələri ləğv edilmiş, əvəzində yeni qəsəbələr və
yaşayış binaları
inşa olunmuşdur. Soydaşlarımızın sosial
müdafiəsi məqsədilə
2003-2013-cü illərdə ölkə prezidenti tərəfindən 51 fərman
və sərəncam imzalanmış, Nazirlər
Kabineti 165 qərar və sərəncam, Milli Məclis isə 10 qanun qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə
təsdiq edilmiş “Qaçqınların və
məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı”
və həmin proqrama edilmiş əlavələr bu sahədə mühüm rol oynamışdır. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən
ayrlmış vəsait
hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir tipli qəsəbə salınıb
ki, bununla da 40 min qaçqın və məcburi köçkün ailəsinin
(180 min nəfərədək) mənzil-məişət şəraiti
yaxşılaşdırılıb və bu proses
davam etməkdədir.
Canlı
şahidi olduğum bir faktı qeyd etmək istərdim. 2011-ci il
24 dekabr tarixi cənab Prezidentimizin 50 yaşının tamam olduğu gün dövlət başçımız
öz xanımı ilə birlikdə Ağcəbədi rayonunda
Taxtakörpü də
552 ailə üçün
inşa olunmuş yeni qəsəbədə
laçınlı məcburi
köçkünlərlə görüşə gəlmişdi.
Möhtərəm Prezidentimiz
görüş zamanı
dedi: Laçın Azərbaycanın gözəl
güşələrindən biridir. Laçınlılar bütün dövrlərdə
Azərbaycana, azərbaycançılıq
fəlsəfəsinə sadiq
olmuşlar. Bu gün də bu belədir”.
Cənab Prezidentimiz
həmin gün nə qədər də səmimi,
qayğıkeş, humanist, əsl xalq atası
kimi görünürdü.
O bildirdi ki, “Mən, adətən, öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə
bunu qeyd edim və bu
gün mən öz ailəmlə birlikdəyəm, mənim
ailəm sizsiniz. Eyni zamanda, mən çox şadam ki, bu günü
hamımız üçün
müqəddəs olan
Qarabağ torpağında
qeyd edirəm. ”Bu hadisə dünya
tarixində, bəlkə
də, görünməmiş
bir işdir. Bunu ancaq qəlbi xalqla döyünən əsl liderlər edə bilərlər.
Hələ vaxtı ilə ulu öndər
də laçınlılar
haqqında demişdir:
“Laçından Azərbaycanın
nə qədər görkəmli elm, mədəniyyət,
dövlət xadimləri
çıxıbdır. Bu baxımdan Laçın rayonu
həm təbiətinə,
həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən
biridir. ”Bəli, müdriklərin dediklərinə
layiq olan Laçın camaatı həmin tarixi gündən 2013-cü il 9 oktyabr prezident seçkilərinə
hazır idi. Və laçınlılar
cənab Prezidentimiz İlham Əliyevi prezident kürsüsündə
nəinki növbəti
5 il üçün,
həm də ömürlük o kürsüdə
görmək arzusundadırlar.
9 oktyabr 2013-cü il tarixi yetişdi. Qədirbilən bütün Azərbaycan
xalqı kimi dövlətinə, rəhbərinə
sadiq olan laçınlılar da seçki məntəqələrinə
gedərək cənab
Prezidentimizə halal haqqı olan səslərini verdilər.
İnkişaf
və sabitlik ölkəmizin beynəlxalq
arenada nüfuzunu da ildən ilə
artırır. Məhz
bunun nəticəsidir
ki, bir çox
beynəlxalq tədbirlərə,
toplantılara Bakı
ev sahibliyi
edir. 2013-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycanın süni peyki kosmosa buraxıldı.
Bu da tariximizə
nadir hadisə kimi daxil oldu. 2015-ci ildə birinci
Avropa Olimpiya Oyunlarının Azərbaycanda
keçirilməsi ilə
bağlı qərarın
qəbulu ölkəmizin
beynəlxalq aləmdə
nüfuzunun artdığına
daha bir nümunədir.
Azərbaycanın
müstəqil, suveren
dövlət kimi dünyada şöhrəti
günbəgün artır. Ölkə başçısının
ötən müddətdə
xarici dövlətlərə
səfərləri, BMT, ATƏT,
İƏT və digər
beynəlxalq təşkilatlarda
keçirilən zirvə
toplantılarında çıxışları,
BMT TŞ-yə Azərbaycanın
qeyri-daimi üzv seçilərkən dünyanın
155 ölkəsinin dəstəyini
qazanması ölkəmizin
diplomatiya tarixinə yeni parlaq səhifə
açdı.
Bu gün paytaxtla yanaşı, respublikamızın
regionları da dinamik inkişaf edir. Çox sevindirici haldır ki, cənab Prezident işlərinin çox olmasına baxmayaraq, yorulmadan ölkənin bütün
bölgələrinə səfərlər
edir, görülən
işlərlə yerində
tanış olur, lazım olan işlərin görülməsinə dərhal
göstəriş verir.
Azərbaycan
dövlətinin və
xalqının demokratiya
yolu ilə inamla irəlilədiyini bu günlərdə başa çatan mühüm siyasi hadisə— prezident seçkiləri ilə bir daha bütün
dünyaya nümayiş
etdirdi. Bu seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, ən şəffaf, ədalətli
və azad seçkilər kimi düşdü. Azərbaycan
xalqı özünün
tarixi və ən doğru seçimini edərək cənab İlham Əliyevlə birlikdə irəliləməyə səs
verdi. Oktyabrın
19-da Azərbaycan xalqının
həyatında çox
mühüm hadisə
baş verdi.
Növbəti 5 ildə də
müstəqil Azərbaycana
rəhbərlik edəcək
möhtərəm İlham
Əliyevin andiçmə
mərasimi keçirildi.
Dövlət başçısının andiçmə mərasimindəki
nitqinin bir məqamı diqqəti cəlb edir. “Azərbaycan
xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç
vaxt müstəqilliyimiz
bu qədər möhkəm olmamışdır.
Biz hamımız bundan
sonra da çalışmalıyıq və
çalışacağıq ki, ölkəmizi inkişaf etdirərək müstəqilliyimizi əbədi,
dönməz edək”.
Azərbaycan müstəqilliyin ilk
illərindəki ölkə deyil.
İqtisadiyyatı 3 dəfə yüksəlmiş, iqtisadi sahədə keçid
dövrünü başa
vurmuş, dövlət büdcəsi 25 milyard dolları keçmiş,
valyuta ehtiyatı 50 milyard
dollara çatmışdır. BMT Təhlükəsizlik
Şurasının üzvü olan Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, dünyada
nüfuz sahibidir. Azərbaycan
xalqı öz liderinə, demokratik
prinsiplər əsasında, açıq və şəffaf
şəkildə seçdiyi Prezidentinə
inanır, güvənir və etibar edir.
Varaşil MƏMMƏDOV,
əməkdar müəllim
Xalq qəzeti.- 2013.- 7 noyabr.- S.4.