Müstəqil Azərbaycanın
ilk Konstitusiyasının
qəbulu müasir tariximizin ən mühüm hadisəsidir
Azərbaycanda yeni Konstitusiyanın qəbulu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Belə ki, ümummilli liderimizin rəhbərliyi ilə başlanan islahatlar artıq ölkəmizdə qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini reallaşdıran yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bu Konstitusiya dövrün tələblərinə cavab verməli, milli maraqları, Azərbaycanın özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.
1994-cü
ilin iyul ayında Milli Məclisin iclasında ulu
öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul
olan xüsusi komissiyanın
fəaliyyətə başlaması qərara alındı. Dahi rəhbər dəfələrlə layihənin
açıq müzakirəsini təşkil etdi. Bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını
reallaşdırmaq üçün ulu öndər
layihənin hazırlanması zamanı onun
hər bir müddəasını şəxsən
nəzərdən keçirmiş,
dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla
yanaşmışdı. “Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir
Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasında demokratik prinsiplər əsasında
uzun müddət sabit
yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə
hakimiyyəti - bunlar hamısı
xalqın iradəsinə söykənməli, seçkilər
yolu ilə təmin olunmalıdır”- deyən
ulu öndər Heydər Əliyev Azərbaycan
Respublikasının ilk
Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın
tarixi keçmişinin
milli dəyərlərindən, həm də
ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin
təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi
irəli sürmüşdü.
Beləliklə,
1995-ci il noyabrın 12-də Azərbaycan
xalqı özünün çoxəsrlik
dövlətçilik ənənələrini davam etdirərək, bütün
cəmiyyətin və hər kəsin
firavanlığının təmin edilməsini, ədalətin,
azadlığın və təhlükəsizliyin bərqərar
edilməsini istəyərək
ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin
Konstitusiyasını qəbul etdi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin
ən mühüm hadisələrindən
biri olmaqla, ulu öndər Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu mənada tariximizə Heydər Əliyev
Konstitusiyası kimi daxil
olan Əsas Qanunun qəbulu
cəmiyyət həyatında demokratik dəyişikliklərə
böyük yol
açdı, insan hüquq
və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait
yaratdı, bütün sahələrin
inkişafına təkan verdi,
xalqın tarixi ənənələrinə,
milli və mədəni dəyərlərinə
uyğun olan, eyni zamanda, ölkədə
müasir dünyəvi və vətəndaş
cəmiyyəti quruculuğu tələblərinə
cavab verən dövlətçiliyin
formalaşması, siyasi və hüquq sistemlərində sabit
özülün
yaradılması işində mühüm
addım oldu.
Hakimiyyətin
yeganə mənbəyi kimi xalqın
tanınması, ölkənin bütövlüyünün
qorunması, insan hüquq
və azadlıqlarının dövlətin ali
məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğuna
imkan verən ideyaların Konstitusiyasının əsasında
dayanması ölkəmizin bu ali sənədinin son dərəcə
mütərəqqi olmasının əsas xüsusiyyətləridir.
Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını
özündə ehtiva etməklə
yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə
alıb, onları özünəməxsus
milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib.
Ümumilikdə isə Azərbaycan Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd – insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təminatı
məramı dayanır. Bu mənada təsadüfi deyil ki, insan şəxsiyyətinin
toxunulmazlığı, onun həyat və
sağlamlığının qorunması, layiqli
həyat səviyyəsinin təmini, humanizm
və insanpərvərlik prinsipləri Azərbaycan
Konstitusiyasının başlıca mahiyyətini təşkil
edir. 12 fəsil, 158 maddədən ibarət
olan Azərbaycan Konstitusiyasında insan hüquq və
azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya
ideallarına sadiqliyinin göstəricisidir.
Keçmiş sovet
konstitusiyalarından fərqli olaraq,
müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsini dövlətin ali məqsədi
kimi bəyan edib. Konstitusiya insan və vətəndaş
hüquqlarını, azadlıqlarını gözləməyi
və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının da üzərinə vəzifə
olaraq qoyub.
Ulu öndər Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət
həyatının bütün sahələrində
əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi,
vətəndaş cəmiyyəti institutlarının,
qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə
olunması, Avratlantik məkana inteqrasiya, bütövlükdə
respublikanın həyatında özünü
qabarıq göstərən fundamental dəyişikliklər
və pozitiv yeniliklər Azərbaycan
Konstitusiyasında yenidən bir sıra əlavə
və dəyişikliklər edilməsini gündəmə gətirdi.
Başqa sözlə, sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər
salmağı və onu daha
da təkmilləşdirməyi zəruri etdi. Bu məqsədlə
2009-cu il martın 18-də keçirilən
referendum Azərbaycan xalqının
demokratikləşmə və liberallaşmaya
xidmət edən, insan
hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini
təsdiq etdi. Yeni əlavə və dəyişikliklər
mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq
və azadlıqları ilə bağlı prinsipial
əhəmiyyətli məsələlərin bu
sənəddə daha dolğun
ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının
liberallığı, demokratik səciyyə
daşıması ilə seçildi.
Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə
hüquqi və siyasi
islahatların da genişləndirilməsinə
təminat yaradan konstitusiya
islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü
kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma
çıxarılan məsələlərin xalq
tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik
həyatında hiss edən,
respublikanın əldə etdiyi uğurlarla qürur duyan xalqımız daha təminatlı
gələcəyə, yüksək maddi-sosial
rifaha, davamlı demokratikləşməyə
aparan mövcud siyasi kursa alternativ
görmür.
Yeri gəlmişkən, 1995-ci ildən sonra
ölkəmizdə iki konstitusiya
islahatı aparılıb. İlk dəfə 2002-ci ildə Azərbaycanda
konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə
çarpan sürətli inkişafdan
irəli gəlirdi. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin “Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi məqsədi ilə ümumxalq
səsverməsi (referendum) keçirilməsi
haqqında” 22 iyun 2002-ci il
tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilmiş referendumun
nəticəsi kimi Konstitusiyaya
obyektiv reallıqdan irəli gələn
bir sıra mütərəqqi dəyişikliklər
edilib.
2002-ci
ildə keçirilmiş Konstitusiya
islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü
qabarıq göstərən fundamental dəyişikliklər,
Prezident İlham
Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının
bütün sahələrində əldə
edilən uğurlar - sosial-iqtisadi
islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş
cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının
dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya
prosesinin yüksək dinamizmlə davam etdirilməsi və digər pozitiv yeniliklər Azərbaycan
Konstitusiyasında yenidən bir
sıra əlavə və dəyişikliklərin edilməsini
gündəmə gətirdi. Dinamik şəkildə
əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, onu
daha da təkmilləşdirməyi
vacib məsələyə çevirdi. Bu məqsədlə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da hüquqi
nöqteyi-nəzərdən Konstitusiyanın bir
sıra normalarını təkmilləşdirmək məqsədi
daşıyan, əsasən dövlətin sosialyönümlüyünün
artırılmasına, insan hüquq və
azadlıqlarının daha səmərəli
təmin olunmasına, o cümlədən
bir şəxsin iki dəfədən
artıq prezident seçilməsi ilə
bağlı hüquqi cəhətdən əsaslandırılmamış
və ictimai tələblərə cavab verməyən məhdudiyyətin aradan qaldırılmasına,
ali dövlət hakimiyyəti
orqanlarının, habelə məhkəmə hakimiyyəti
orqanlarının və bələdiyyələrin işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə
yönəlmiş “Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin ümumxalq səsverməsinə
çıxarılması barədə qərar qəbul edildi.
2009-cu il
martın 18-də Konstitusiyaya əlavə
və dəyişikliklərə münasibəti öyrənən
ümumxalq səsverməsi Azərbaycan
xalqının demokratikləşmə və liberallaşmaya
xidmət edən, insan
hüquqlarının qorunmasında əlavə imkanlar açan
islahatları dəstəklədiyini bir daha təsdiqlədi. Yeni əlavə və dəyişikliklər
mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq
və azadlıqları ilə bağlı prinsipial
əhəmiyyətli məsələlərin bu
sənəddə daha dolğun
ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının
liberallığı, demokratik səciyyə
daşıması ilə seçilir.
Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə
hüquqi və siyasi
islahatların da genişləndirilməsinə
təminat yaradan bu konstitusiya islahatı həm də xalqın
hakimiyyətə olan inamının bariz təcəssümü kimi
diqqəti çəkir.
Ümumxalq referendumunun nəticələri
həm də təsdiqlədi ki, Azərbaycan
seçicisi Konstitusiyaya
edilən dəyişiklikləri həm şəxsən özünün, həm də respublikanın
gələcək taleyi baxımından əhəmiyyətini
düzgün dəyərləndirir.
Konstitusiyanın
qəbulundan sonra respublikamızda insan və vətəndaş hüquq
və azadlıqlarının müdafiə mexanizminin
formalaşması bir sıra istiqamətləri,
o cümlədən Konstitusiyanın insan hüquq və
azadlıqları sahəsində təsbit etdiyi
prinsip və müddəaların realizəsi
mexanizmini müəyyən edən və insan hüquqları sahəsində beynəlxalq
standartlara cavab verən
cari qanunvericilik
bazasının formalaşdırılması, institusional
sahədə, yəni insan hüquq
və azadlıqlarının təmini və müdafiəsi
bilavasitə funksiyasına daxil edilmiş dövlət hakimiyyəti
orqanlarının formalaşdırılması və
onların sisteminin təkmilləşdirilməsi,
bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi,
hüquqi maarifləndirmə işinin təşkili və inkişafı, bu sahədə qeyri-hökumət təşkilatları
ilə əməkdaşlığın
formalaşdırılması və inkişafı, insan hüquqları sahəsində elmi araşdırmaların inkişafı kimi istiqamətləri əhatə etdi.
Həyata
keçirilən islahatlar demokratik
ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin
formalaşmasına, konstitusiya nəzarəti
funksiyasını həyata keçirən xüsusi
məhkəmə orqanının yaradılmasına, insan hüquqları üzrə müvəkkil
institutunun təsis edilməsinə,
hüquq-mühafizə fəaliyyətinin daha da təkmilləşdirilməsinə,
qeyri-hökumət təşkilatlarının və kütləvi
informasiya vasitələrinin hüquqi maarifləndirmə və insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin
genişləndirilməsinə səbəb olmaqla
insan hüquqlarının təmin
edilməsi sahəsində səmərəli müdafiə mexanizminin formalaşmasına gətirib
çıxarmışdır.
Vüqar SƏRDAROV
Xalq
qəzeti.- 2013.- 9 noyabr.- S.5.