Transatlantik ticarət zonası yaradılır
Reallıq tərəfləri iqtisadi əlaqələri dərinləşdirməyə vadar edir
ABŞ və Avropa Birliyi transatlantik azad ticarət zonanın yaradılması barədə danışıqları bərpa etdi. Danışıqların ikinci mərhələsində istehlakçıların hüquqlarının müdafiəsi və məxfi məlumatların verilməsi, o cümlədən maliyyə xidmətləri bazarının tənzimlənməsi kimi ikitərəfli ticarətdə vacib məsələlər müzakirə olunacaq. Proqnozlara görə, müzakirələrdə ciddi problemlər yaranmasa, transatlantik ticarət zonasının yaradılması 2014-cu ildə başa çatacaq.
Transatlantik Ticarət və İnvestisiya
Tərəfdaşlığının yaradılması barədə
danışıqların davam etdiriləcəyini
ABŞ-ın və AB-nin nümayəndələri
Den Mallani və İqnasio Qarsio Bersero bildirdilər. Hər iki nümayəndə
danışıqların noyabrın 15-dək davam
edəcəyini də vurğuladı. Ticarət
zonasının yaradılması istiqamətində
danışıqların ikinci mərhələsinin
başlanması haqqında razılaşmanın hələ “Böyük səkkizlər”in Loh-Erne
sammitində əldə olunduğu bildirilir. Həmin sammitdə tərəflər
bütün fikir
ayrılıqlarına 2014-cü ilin
sonunadək son qoyacaqlarına da əmin olduqlarını
açıqlamışdılar. Məsələylə
bağlı ilk ikitərəfli görüş cari ilin iyul ayında keçirilmişdi, danışıqların ikinci mərhələsinin isə oktyabr ayında yekunlaşdırılması nəzərdə
tutulurdu. Lakin ABŞ-da büdcə
böhranından və Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının Avropa ölkələrində casusluq
etmələri barədə məlumatların mətbuata
sızmasından sonra baş
qaldırmış qalmaqallar
danışıqların təxirə salınmasına səbəb
olmuşdu.
Gözlənilir ki, elektron məlumatların
ötürülməsinin tənzimlənməsi və intellektual hüquqların qorunması məsələləri
ticarət paktı çərçivəsində müzakirə
olunucaq. Məlumdur ki,
ABŞ-ın “Google” və “Microsoft” iri
korporasiyaları məxfi informasiyalarla
bağlı sərt normaların tətbiq edildiyinə görə
AB ölkələrində bir sıra məhdudiyyətlərlə
qarşılaşır. Qida məhsullarının
təhlükəsizliyi məsələsində də ciddi fikir
ayrılığının olduğu qeyd edilir. Eyni
sözləri maliyyə xidmətləri barədə də
demək olar. Mütəxəssislər
deyirlər ki, ABŞ tərəfi maliyyə
məsələləri barədə müzakirələrin
aparılmasına həvəs göstərmir. Buna
görə də danışıqlarda maliyyə məsələsinin
ciddi əngəl törədəcəyi düşünülür.
Danışıqlarda
müzakirə olunan məsələlərdən
biri də gömrük
rüsumlarıdır. Hazırda ABŞ və AB arasında gömrük rüsumu orta hesabla 4 faiz təşkil edir. Rəqəm tərəflər arasında ciddi narazılıq yaratmasa
da, müxtəlif tənzimləmə və
standartların, həmçinin istehlakçı
hüquqlarının qorunmasında normaların mövcudluğu ticarətə mane
olan problemlər sırasında göstərilir.
Hesablamalara görə, sadalanan
problemlərin aradan qaldırılması
idxalın 10-20 faiz ucuzlaşmasına səbəb
olacaq. Avropa
Komissiyasının hesablamalarına əsasən, AB-dən
okeanın o tayına ixracatı 6 faiz (təqribən 220 milyard
avro), ABŞ-ın “Köhnə Dünya”ya ixracatısa 8 faiz (240 milyard avro) artacaq. Bununla yanaşı, avropalılar AB-dən nəqliyyat
vasitələrinin ixracatının 149 faiz
artacağına ümid edirlər. Ancaq mütəxəssislər belə bir artımın ABŞ-ın texniki
standartları tamamilə vahid formaya salmasından sonra baş verə biləcəyini
vurğulayırlar. Avropalı iqtisadçıların
hesablamalarına görə, Birləşmiş Ştatlar texniki normalar məsələsində razılıq
verərsə, AB hər il 119 milyard avro qazanacaq.
Amerikalılar da uduzmayacaqlar,
belə ki, ABŞ hökuməti qüvvəyə
minəcək sövdələşmələrdən 750 min yeni iş
yerinin yaradılacağına ümid edir.
Politoloqların fikrincə,
azad ticarət zonasınan
yaradılması ABŞ və AB arasında iqtisadi
inteqrasiyanın dərinləşməsinə səbəb olacaq, həmçinin hər iki
tərəfdə iqtisadi artımın
yüksəlməsinə təkan verəcək. Bundan əlavə, azad
ticarət zonasının yaradılması Avropa
məhsullarına tələbatı artıracaq və avrozonada maliyyə sabitliyinin
bərpasına yardım edəcək. Daha
vacib məqamlardan biri
də budur ki, ABŞ
və Avropa Birliyi
arasında yaradılacaq azad ticarət
zonası qlobal problemlərin həllinə
istiqamətlənmiş cəhdlər üçün
də ciddi əməkdaşlıq simvolu olacaq. Bu gün heç
kimə sirr deyil ki, Asiyanın artan iqtisadi çəkisi geosiyasi
arenada oyun
qaydalarını dəyişir və dünya
siyasətinin diqqəti Atlantikadan Sakit Okean regionuna
istiqamətlənir. Buna görə də mütəxəssislər
düşünürlər ki, Avropa sürətlə dəyişən geosiyasi arenada yerini tutmağa məcburdur
və yaradılacaq azad ticarət
zonası transatlantik siyasi
əlaqələrin möhkəmlənməsinə səbəb
olacaq, eyni zamanda, Birləşmiş Ştatların
“Köhnə Dünya”ya
marağının azalması barədə dolaşan
iddialara da son qoyacaq. Ən
başlıcası, transatlantik ticarət
razılaşması hər iki tərəfə
iqtisadiyyatı Qərbin əsas maraqlarına uyğun
yaratmağa imkan verəcək.
Səbuhi Məmmədov
Xalq qəzeti.- 2013.- 17 noyabr.- S.8.