Azərbaycanın beynəlxalq

münasibətlər sistemində rolu

 

Son iyirmi illik tariximizə nəzər saldıqda ölkəmizin böyük nailiyyətlərə imza atmasının şahidi oluruq. Bu nailiyyətlər dövlətimizin beynəlxaq aləmdə imicinin artmasının və iqtisadi qüdrətinin günü-gündən yüksəlməsinin təkzibolunmaz nümunəsidir. Azərbaycanın qısa zaman ərzində uğurlu daxilixarici siyasət yeritməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi və region ölkələrini iqtisadi və hərbi gücünə görə geridə qoyması yuxarıda sadaladıqlarımızı bir daha təsdiq edir.

 

Qətiyyətlə deyə bilərik ki, bu daxilixarici siyasətin təməlində ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş siyasət dayanır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Artıq Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevrilib. Dünyanın aparıcı söz sahibinə malik olan ölkələri və onların nüfuzlu tədqiqat institutları da bu faktı dəfələrlə etiraf ediblər.

20 sentyabr 1994-cü il ölkəmizin müstəqil daxilixarici siyasət yolunu seçməsində dönüş nöqtəsi olan həmin gün də dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Türkiyə, Norveç, Yaponiya, Böyük Britaniya, Rusiya və Səudiyyə Ərəbistanı kimi  dövlətləri  ilə Azərbaycan arasında “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft kontraktı imzalanmışdır. Bu ölkələrin  Amoko, bp, MakDermontt, Yunokal, LUKoyL, Statoyl, Eksson, Penzoyl, İtoçu, Remko, Delta, Türkiyə Petrolları kimi iri neft şirkətləri ilə ARDNŞ arasında  “Azəri” “Çıraq”  “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi və neft hasilatının pay bölgüsünə dair saziş bağlanmışdır. Məhz bu müqavilə Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşularaq, beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratmışdır. Müqavilənin imzalanması ilə iştirak edən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsas təməl qoyulmuşdur. Bununla da Azərbaycanın beynəlxalq aləmdə geosiyasi mövqeyinin daha da möhkəmlənməsi və  dünya iqtisadiyyatına sürətli inteqrasiyası üçün münbit şərait yaranmışdır. Onu da qeyd edək ki, bu uğurlu sazişin reallaşması ümummilli lider Heydər Əliyevin bir siyasətçi və dövlət xadimi kimi müdrikliyinin və gərgin zəhmətinin sayəsində mümkün olmuşdur.

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu neft sektorundakı uğurlu nəticələrlə bitmir. Belə ki, müstəqilliyini yenicə qazanmış ölkəmizin gələcək taleyi ilə bağlı müxtəlif təşkilatlar tərəfindən ümidsiz proqnozlar səsləndirilsə də, ulu öndər Heydər Əliyevin yürütdüyü uğurlu daxilixarici siyasət bütün bu fikirlərin üstündən xətt çəkmişdir.

ATƏT-in Lissabon sammitində 2- 3 dekabr 1996 - cı ildə Heydər Əliyev yüksək siyasi iradə nümayiş etdirərək Azərbaycanın maraqlarını beynəlxalq aləmin gözü önündə qətiyyətlə müdafiə etmişdir. Həmin sammitdə 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı bəyannamə qəbul edilmişdir. Bəyannaməyə qoşulan dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və belə halları aradan qaldırmaq üçün qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanmışdır.

Lissabon Zirvə toplantısında Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi də vilayətin bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəyanat ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir.

Əsası ümumilli lider tərəfindən qoyulan bu uğurlu siyasət sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Ümumiyyətlə, Azərbaycanın son on ildəki inkişafına nəzər yetirsək deyilənlərin şahidi olarıq. Deyə bilərik ki, Beynəlxalq Enerji Sammiti, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Avroviziya mahnı müsabiqəsi, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışı, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərin Bakıda keçirilməsi, ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və eyni zamanda, TŞ-yə iki dəfə sədrlik etməsi Azərbaycanın dünya arenasındakı nüfuzundanmühüm rolundan xəbər verir. Dünyanın aparıcı ölkələri Azərbaycana etibar edir. Məhz elə bu  inamın nəticəsidir ki, 2015-ci il Avropa Oyunlarının keçirilməsi də Bakıya həvalə olunmuşdur. İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar 8 dekabr  2012-ci ildə Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdir. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin qərargahında, “Foro İtalikostadionunda keçirilmişdir. Baş Assambleya iştirakçıları arasında gizli səsvermə nəticəsində Azərbaycanın 48 səsdən 38-ni  toplaması ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzetimada malik olduğunu göstərir.

Digər tərəfdən, Azərbaycanın ilk kosmik süni peyki olan “Azərspeys-1”in orbitə buraxılması əlamətdar hadisə kimi ölkəmizin tarixinə düşmüşdür. Onu da qeyd edək ki, yaxın 2015-ci və  2016-cı  illərdə Azərbaycan ikinciüçüncü peykini kosmosa buraxmağa hazırlaşır. Bu prosesdə beynəlxalq şirkətlər yaxından iştirak edirlər. Ölkəmizə qarşı göstərilən bu isti münasibətin əsas səbəbi isə, təbii ki, yenə də dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurlardır.

Ölkəmizin enerji siyasəti bu gün dünyada mühümstrateji rola malikdir. Qloballaşan dünyada enerji təhlükəsizliyi ən ümdə məsələlərdən biri sayılır. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyatamüasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində beynəlxalq müstəvidə aparıcı mövqeyə malikdir. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin ilbə-il möhkəmlənməsinə səbəb olur. Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin yaxından iştirakı təkcə bir ildən az (2012-ci ilin iyun ayından 2013-cü ilin fevral ayınadək ) müddət ərzində Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələrində iştiraka imza atması yuxarıda deyilənləri bir daha təsdiqləyir.

Bütün sadalananlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirir. Ümumiyyətlə, yuxarıda dediklərimizlə yanaşı, Azərbaycan bir sıra digər sahələrdə də dünya birliyinə öz töhfələrini verməkdədir. Bu mənada, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabittolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkə olaraq qəbul edilir.

Son illər nüfuzlu beynəlxalq təşkilatların, maliyyə qurumlarının Azərbaycan haqqında hesabatları və rəyləri də bu faktı təsdiqləyir. Məsələn, biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar, həyata keçirilən səmərəli tədbirlər nəticəsində “Dooing Business” hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib. 2009-cu ildə dərc olunmuş hesabatda Azərbaycan “ən islahatçı” ölkə elan edilib. “Dünya Rəqabətlilik Hesabatı 2012-2013" hesabatına əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində qazandığı uğurlardandır.

Ümumiyyətlə, son illər ölkəmizdə iqtisadi təhlükəsizliyin təmin olunması və həyata keçirilən uğurlu iqtisadi siyasət beynəlxalq reytinq agentliklərinin diqqətindən kənarda qalmayıb. Dünyanın üç nüfuzlu reytinq agentlikləri - “Fitch”,  Standard and Poors”, “MoodysAzərbaycanın kredit reytinqini yüksəldib. Bununla da, Azərbaycan Cənubi Qafqazda investisiya reytinqi alan ilk yeganə ölkəyə çevrilib. Hazırda bu uğurlar fonunda ölkəmiz sürətli inkişafını davam etdirir beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirir. Təbii ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli balanslaşdırılmış siyasət nəticəsində mümkün olmuş ölkəmizi regionun ən güclü lider dövlətinə çevirmişdir.

 

Elçin ABBASOV,

Xalq qəzeti

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 Xalq qəzeti.- 2013.- 24 noyabr.- S.4.