Azərbaycan dünyada ən
dinamik inkişaf edən
ölkədir
Dünya dəyişir, millətlər, xalqlar azad firavan yaşamağın yollarını arayırlar. Azərbaycan isə öz yolunu müəyyənləşdirmişdir. Azərbaycan artıq 22 ildir müstəqillik yolunda inamla addımlayır. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin hakimiyyəti illərində bu müstəqillik daha da möhkəmləndi, Azərbaycan beynəlxalq miqyasda sayılıb- seçilən ölkələr sırasına yüksəldı.
Hər
sahədə uğurlar göz
qabağındadır. İqtisadiyyatımız dinamik inkişaf etdi, sosial sahədə nailiyyətlərimiz ildən-ilə
artdı. İnsanların rifah halı
yüksəldi, əməkhaqları, pensiyalar mütəmadi olaraq
artırıldı. Yoxsulluğun səviyyəsi aşağı salındı, işsizlik, demək
olar ki, minimuma endirildi. Bir sözlə, Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi.
Mədəniyyət,
təhsil sahəsində isə uğurların miqyası daha genişdir. Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Bu gün xalqın milli-mənəvi dəyərlərinin
qorunması, təbliği sahəsində həyata keçirilən layihələr diqqətəlayiqdir. Bizim muğam və aşıq sənətimiz, Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına salınmışdır. Azərbaycan UNESCO kimi nüfuzlu beynəlxalq
təşkilatla əməkdaşlığı
ildən- ilə genişləndirir.
Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumları
ənənəvi hal
almışdır. Bütün bunlarda Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın mühüm xidmətləri olmuşdur.
Son illər
Azərbaycanda şəhərsalmanın geniş vüsət
alması şəhərlərimizin
və rayon
mərkəzlərinin
simasının tamamilə
müasirləşməsinə şərait
yaratmışdır. Bir Bakıya
baxın: son vaxtlar onun siması
tanınmaz dərəcədə
dəyişmişdir. Yeni parklar, xiyabanlar, yaraşıqlı binalar şəhərimizə məxsusi
gözəllik bəxş edib. Hələ
“Ağ Şəhər” layihəsi reallaşandan sonra Bakı
daha da gözəlləşəcək. Mən
hərdən regionlara səfər edirəm. Rayonlarda geniş quruculuq, yenidənqurma işləri gedir. Hər şey yeniləşir,
gözəlləşir. Çox sevinirəm ki, ulu öndərin
ideyaları belə sürətlə reallaşır.
Qarşıda Dünya Azərbaycanlılarının
Həmrəylik Günü,
Yeni il bayramları gəlir.
Azərbaycan xalqı bu bayramları ruh yüksəkliyi ilə
qarşılayır.
Xalqımızı, dünyanın müxtəlif guşələrində
yaşayan azərbaycanlıları bu bayramlar münasibəti
ilə təbrik edir, Azərbaycanımıza əminamanlıq,
sülh
arzulayıram.
Ömər ELDAROV,
Azərbaycan Rəssamlıq
Akademiyasının
rektoru, akademik
Xalq
qəzeti.- 2013.- 31 dekabr.- S.3.