Elmimiz yeni uğurlar
yolundadır
Şərəfli tarixi keçmişə, çoxsaylı ziyalılara, tarix boyu əldə etdiyi möhtəşəm elm, sənət və mədəniyyət uğurlarına, zəngin təbiətə, əlverişli geopolitik mövqeyə, müxtəlif təbii resurslara, intellektual insan kapitalına malik Azərbaycan müasir dünyada özünəməxsus yeri, mövqeyi olan güclü dövlətdir və dünyanın hansı güşəsində yaşamasından asılı olmayaraq hər bir azərbayanlının qürur mənbəyidir. Azərbaycan məhfumu dünya azərbaycanlılarını vahid ideya, məqsəd və məram ətrafında birləşdirə bilən müqəddəs, ali dəyərdir!
Təsadüfi
deyildir ki, dünya azərbaycanlılarının həmrəyliyinin
əsasında dayanan ümummilli
ideya məhz azərbaycançılıq
ideologiyasıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan
bu ideologiyanın mənəvi inteqrativ potensialı sayəsində dünyanın
müxtəlif yerlərində yaşayan azərbaycanlılar müqəddəs Vətən
məfkurəsi ətrafında sıx birləşmiş, onlarda xalqın, millətin taleyüklü
məsələlərinə vahid
mövqedən münasibət formalaşmışdır. Azərbaycançılıq məfkurəsinə əsaslanan xalqımız özünün
milli dövlətçilik ənənələrinə,
tarixi və mədəni irsinə söykənən
müasir demokratik-hüquqi
dövlət quruculuğu yolunu
seçərək bu yolda inamla
addımlamaqdadır. Artıq bu gün dünyanın istənilən yerində
yaşayan azərbaycanlıların mənafeyini
müdafiə edən,
onların vahid ideya
ətrafında birləşməsində maraqlı olan müstəqil,
güclü Azərbaycan
Respublikası vardır!
İyirmi illik müstəqillik
yolu keçmiş Azərbaycan
hazırda Prezident İlham
Əliyevin rəhbərliyi ilə öz
inkişafının keyfiyyətcə yeni
mərhələsinə qədəm qoymaqdadır. Bu baxımdan
yola saldığımız 2013-cü il Azərbaycan üçün
xüsusilə uğurlu olmuşdur.
2013-cü ildə İlham Əliyevin məqsədyönlü
və uğurlu siyasəti nəticəsində
ölkəmiz bir sıra beynəlxalq səviyyəli
layihələrə imza
atmışdır. Respublikamız Azərbaycanın ilk telekomunikasiya peykini -
“Azerspace-1”-i orbitə
çıxarmış, Şahdəniz-2 kimi
layihələrinin imzalanması ilə Azərbaycanın
dünyanın enerji təhlükəsizliyinin
təminatında oynadığı rol daha da yüksəlmişdir.
Sözsüz ki, Azərbaycanın
yüksələn nüfuzu dünya azərbaycanlılarının daha sıx və möhkəm şəkildə
vahid ideya ətrafında
birləşməsinə öz töhfələrini
verəcəkdir.
Yola saldığımız 2013-cü ili Azərbaycan elmi üçün də uğurlu
hesab etmək olar. Bu il hər şeydən əvvəl Azərbaycan
Milli Elmlər Akademiyası üçün islahatlarla
müşayiət olunan yeni
yüksəliş mərhələsi kimi
yadda qaldı. AMEA-nın intellektual
potensialının inkişafı, onların daha
geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə
cəlb edilməsi istiqamətində kompleks
tədbirlər həyata keçirildi. Müasir şəraitdə elmi işin daha effektiv həyata keçirilməsi üçün elmi potensialla iş sahəsində
yeni idarəçilik mexanizmlərinin tətbiqini
təmin edən layihələr işlənib
hazırlandı. İntellektual gəncliyi
ölkənin ümumi inkişaf
tempinə uyğunlaşdırmaq, elmimizin
gələcək taleyinin etibarlı əllərdə
qorunmasını təmin etmək məqsədi ilə gənc
alimlərlə bağlı bir sıra
addımlar atıldı.
Bizim hədəfimiz Azərbaycan aliminin dünyaya müasir elmi informasiya daşıyıcısı kimi inteqrasiyasına nail
olmaqdır. Bu məqsəd xaricdə və
Azərbaycanda yaşayan hər bir azərbaycanlı alim və
ziyalı qarşısında böyük
məsuliyyət qoyur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin də
vurğuladığı kimi, Azərbaycan
elm sahəsində də regionun
lider dövlətinə çevrilməlidir.
İnanırıq ki, “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasında
qarşıya qoyulan məqsəd və ideyalar tezliklə öz
gerçək nəticələrini verəcəkdir.
Qarşıdan gələn
2014-cü ildə Azərbaycan alimlərinin I
qurultayının keçirilməsi nəzərdə tutulur. Elmi fəaliyyətin daha da təkmilləşdirilməsi,
alimlər arasında ünsiyyət imkanlarının və elmi mübadilənin yüksəldilməsi üçün atılan bu
addım, sözsüz ki,
dünyada yaşayan
azərbaycanlı alimlərin Azərbaycan Milli
Elmlər Akadamiyası ilə sıx əməkdaşlığına
öz töhfəsini
verəcəkdir. 2014-cü ildə Azərbaycanın elmi potensialı bir tərəfdən
dövlətin günü-gündən elmə artan diqqət və qayğısı, digər
tərəfdən də özünün
daxili intellektual səfərbərliyi
sayəsində yeni dövrün
tələbləri baxımından daha
mütəşəkkil və sistemli xarakter alacaq,
respublikanın sosial-iqtisadi və mədəni-mənəvi
inkişafında bundan sonra
da yaxından iştirak
edəcək, dünya elminə öz layiqli töhfələrini
verəcəkdir.
Əziz həmvətənlər, Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir və sizlərə Vətənimiz Azərbaycan naminə atdığınız bütün addımlarda uğurlar arzulayırıq!
Akif ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik
Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.4.