Füzuli: cəbhə xəttində,

tonqal boyunda yeni il arzuları...

 

...Yolumuz Qazaxlar kəndinədir. Horadiz şəhəri ilə arası çox da uzaq deyil, cəmi 10 kilometrdir. Ancaq əvvəllər, az qala, saatlarla vaxt itirməli olurduq. İndi isə son vaxtlar çəkilmiş rahat asfalt yol bizi hiss olunmadan Qazaxlar kəndinə gətirir.

Qazaxlar Füzuli rayonunun cəbhə xəttinə ən yaxın olan yaşayış məntəqələrindən biridir. Elə yerlər var ki, ara məsafəsi 500 metrdir. Əkin sahələri, örüş yerləri, necə deyərlər, bir güllə məsafəsindədir. Ancaq bu vəziyyət, üstəgəl, demək olar ki, hər gün pozulan atəşkəs qazaxlıların əlini işdən soyutmur. Onlar heç nədən qorxmayaraq gündəlik qayğılarla məşğul olur, əkib-becərir, ayaqlarını doğulub böyüdükləri doğma ata-baba torpaqlarına daha möhkəm dirəyirlər.

Əvvəllər kəndin əhalisi 900 nəfərə yaxın olub. İndi isə burada cəmi 500 nəfər yaşayır. 1994-cü ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin güclü əks-hücumu nəticəsində azad olunan kəndlərdən biri də Qazaxlardır. Ancaq namərd düşmən öz vəhşi xislətinə bu dəfə də sadiq qalmışdı: kənd tamamilə yandırılmış, yollar, körpülər, su, qaz, elektrik xətləri dağıdılmışdı. Deməli, başqa kəndlərdə olduğu kimi, burda da geniş və əsaslı bərpa işləri aparmaq, geri qayıdan kənd sakinləri üçün müvafiq şərait yaratmaq tələb olunurdu.

Yeri gəlmişkən, onu da əlavə edək ki, son vaxtlar burada aparılan bərpa və yenidənqurma işləri daha da sürətləndirilmiş, hər cür şəraitə malik infrastruktur yaradılmışdır. Məsələn, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə kəndə gedən yol asfaltlaşdırılmışdır. Elektrik işığı, təbii qaz və içməli su sarıdan heç bir problem yoxdur. Onu da öyrəndik ki, burada tibb məntəqəsi, uşaq bağçası, kitabxana da fəaliyyət göstərir. İşğal zamanı dağıdılmış məktəbin yerində isə 240 yerlik yeni bina tikilir.

Qazaxlara ilin son günündə axşamüstü çatdıq. İlk anda gördüyümüz mənzərə qəribə olduğu qədər də maraqlı idi. Məsələ burasındadır ki, kəndin ortasında, məkəzi meydanda böyük tonqal çatılmışdır. Ətrafı isə adamlarla dolu idi. Biztonqal başına gəldik.

- Axşamın xeyir. Yeni iliniz mübarək...

- Xoş gəldiniz. Bizsizi təbrik edirik. Görürsünüz də, tonqalımızın dilləri hara qalxır. Qoy bu, düşmənlərimizə, nəhayət, bir dərs olsun. Bizim evlərimizi yandırmaq, ocağımızı söndürmək, ağaclarımızı kəsmək, ruhumuzu öldürmək mümkün deyil. Tezliklə belə ocaqları Şuşada, Ağdamda, Laçında da... yandıracağıq.

- Allah qoysa... Mən də sizinlə razıyam. Tezliklə belə ocaqları Qarabağımızın hər yerində yandıracağıq...

Çərkəz Qəhrəmanov kəndin ən yaşlı sakinidir. 84 yaşı var. Uzun həyat yolunda çox hadisələrin şahidi olub, çox döngələrdən, çox aşırımlardan keçib. Ancaq ermənilərin son namərd hərəkətlərini heç nə ilə müqayisə edə bilmir. Əlindəki odun parçalarını, çır-çırpını ocağın üstünə atır, onu sönməyə qoymur. Xəyalı isə uzaqlardadır:

- Ha fikirləşirəm, bir tərəfə çıxara bilmirəm... Necə oldu ki, biz bu həqiqəti unutduq. Axı atalarımız gözəl deyib ki, itlə dostluq elə, amma ağacı yerə qoyma. Həm də biz bunların namərdliklərini çox görmüşdük axı. Yadıma bir bayatı düşür:

Əzizim, Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə qoçaq olsa,

Heç verməz ordu bada.

Haqq sözlərdir. Biz o kişini, ulu öndərimizi vaxtında hakimiyyətə gətirməliydik. Sizi inandırıram ki, hadisələr başlanandan Heydər Əliyev hakimiyyət başında olsaydı, torpaqlarımız gedərdi, bu qədər itkilərimiz olardı.  isə... keçəni qaytarmaq olmaz. Olan oldu. İndi gərək olub-keçənlərdən bir nəticə çıxaraq, çəkici bir yerə vuraq, düz yolla gedək. Dediyim odur ki, hər kəs əlindən gəldiyi qədər, gücü çatdığı qədər ölkə rəhbərinə kömək etməli, sinəsini qabağa verməlidir. Yaddan çıxarmaq olmaz ki, güc birlikdədir. Düşmən gec-tez bu gücün, bu birliyin qarşısında diz çökəcəkdir.

Oqtay Alışov Qazaxlar bələdiyyəsinin sədridir. Deyir ki, yola salmağa hazırlaşdığımız 2013-cü il, bütövlükdə, Füzuli rayonu üçün, o cümlədən Qazaxlar kəndi üçün əlamətdar yaddaqalan olmuşdur. Belə ki, kəndin bir çox sosial problemləri məhz bu ildə öz müsbət həllini tapmış, evlərin bərpası davam etdirilmiş, ümumi məhsul istehsalı artırılmışdır.

- Əsas məqsədimiz odur ki, kənd əhalisinin hamısı öz doğma ev-eşiyinə qayıtsın, cəbhə xəttinə yaxın olan bu kənddə həyat daha gur coşqun olsun. Bələdiyyə sədri daha çox yeni ildə görüləcək işlərdən danışır. Şübhəsiz ki, yeni ildə müharibə nəticəsində yandırılmış dağıdılmış evlərin, ictimai binaların bərpası tam başa çatdırılacaqdır. Deməli, əhalimizin sayı xeyli artacaqdır.

Kənd əməkçilərinin çörəyi bu torpaqdan çıxır. Onlar əsasən taxılçılıqla, heyvandarlıqla məşğul olurlar. İldən-ilə ümumi məhsul istehsalı artır. Deməli, gəlirimiz çoxalır. Ailələrin, demək olar ki, hamısı özlərinə illik bəs edəcək qədər taxıl, kartof, soğan, ət, süd, yumurta istehsal edə bilirlər. Qalanlarını isə bazara çıxarırlar. Bir sözlə, heç nədən korluğumuz yoxdur. Yeganə dərdimiz Füzulinin, eləcə Qarabağımızın hələ işğal altında olan ərazilərinin yağı düşməndən azad olunmamasıdır. Ölkə Prezidenti İlham Əliyevin müdrik qətiyyətli daxili xarici siyasət xətti isə bizi hər gün o böyük qələbəyə yaxınlaşdırır. Qoy bu tonqal başında qarşıladığımız 2014-cü il arzularımızın çin olan ili olsun.

Təranə Şərifova Qazaxlar kənd orta məktəbinin direktorudur. Deyir ki, müəllimlərin , şagirdlərin sevinci hədsizdir. Ona görə ki, yeni ildə artıq tikintisi başa çatmaqda olan yeni məktəbdə dərs keçəcəyik.

Cəbhə xəttində yerləşən məktəblərin çətinlikləri çoxdur. Təsəvvür edin ki, hər gün atəş səsləri eşidilir. Yaşlı adamlar yenə belə təhlükəli məqamlarda özlərini qoruya bilirlər. Orta məktəb şagirdləri üçün isə daimi atəş altında yaşamaq oxumaq çox çətindir.

Ancaq gördüyünüz kimi, biz heç nədən qorxub çəkinmirik. Möhkəm inanırıq ki, bütün bunlar müvəqqətidir, keçicidir. Ölkə Prezidentinə, onun daxili xarici siyasət xəttinə, sabaha olan sarsılmaz inam ümid bizə güc, qüvvət verir. 2014-cü il at ilidir. At isə dədə-babadan muraddır. Qoy qədəm qoyduğumuz 2014-cü il bizi muradımıza çatdırsın, doğma torpaqlarımız yağı düşməndən azad olunsun.

Biz tonqal başında Əlizadə Abbasovla da tanış olduq. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Ağır döyüş əməliyyatlarını, şəhid dostlarını yada salmaq, çətin olsa da, susa bilmir:

-Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvar ayının əvvəllərində başlanan güclü əks-hücumu hərb tariximizin şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin xalqa tarixi müraciəti hər kəsdə böyük vətənpərvərlik, düşmənə qarşı hədsiz nifrət hissləri oyatmışdı. Heç təsadüfi deyildir ki, Füzuli istiqamətində başlanan əks-hücum nəticəsində 22-dən çox yaşayış məntəqəsi azad edildi. Bizim kənddən şəhid olanlar, itkin düşənlər oldu.

Ancaq qoy namərd düşmən bilsin ki, son qəti hücum hələ qabaqdadır. Biz bir qarış da olsun, torpaqlarımızı düşmən tapdağında qoymayacağıq.

Əlbəttə, müharibə ölüm, qan, faciə deməkdir. Biz şəhid verməyin demək olduğunu yaxşı bilirik. Ölkə Prezidenti İlham Əliyevin bütün diplomatik səyləri məhz buna yönəlib. Yox, əgər qarşı tərəf haqq, ədalət yoluna gəlməsə, o zaman biz hamımız bir nəfər kimi silaha sarılmağa hazırıq.

Yeri gəlmişkən, deyək ki, yola saldığımız il təkcə Qazaxlar kəndi yox, bütövlükdə, Füzuli rayonu üçün uğurlu olmuşdur. Belə ki, sosial-iqtisadi mədəni sahədə dinamik inkişaf təmin edilmiş, əvvəlki illərlə müqayisədə ümumi məhsul istehsalı artmış, onlarla müxtəlif təyinatlı ictimai binalar emal müəssisələri tikilib istifadəyə verilmiş, müasir infrastruktur yaradılmışdır.

...Qazaxlar kəndindəcəbhə xəttində, tonqal başında yeni il axşamında başlanan söhbət gecə yarıyadək davam edir. Elə bil ki, həyatın sərt sınaqları, yaşananlar, gördükləri ağrılı-acılı hadisələr onları daha da mehribanlaşdırıb, birləşdirib, daha güclü, daha səfərbər edib. Bəlkə, ona görədir ki, tonqal başından çəkilib getmək istəmirdilər. Ağsaqqallar xatirələr danışır, gənclər coşqunluqla deyib-gülürdü, evlərdən musiqi səsləri ətrafa yayılırdı. Tonqal isə sönmək bilmirdi... Adama elə gəlirdi ki, az qala, ərşə dirənən alov dilləri külli Qarabağı işığa bürüyüb...

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.6.