Dəmir yolunun tarixində yeni dönüş mərhələsi

 

Müstəqil Azərbaycanın indi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin ali kürsülərdən eşidilməsi, beynəlxalq və regional layihələrdə  aktiv iştirak etməsi ümummilli lider Heydər Əliyevin uzun illər apardığı mübarizənin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olmuşdur.  Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında  həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxilixarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz həmin illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmişbunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində olduğu 1983-87-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Həmin illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar.

Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin  zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulanbu günuğurla  davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  hazırda daha intensiv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq, həmçinin regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirak edir.

Son illər ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə 20 iyul 2009-cu il tarixdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncam imzalamış, bununla da yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur.   15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq olundubu işlər sürətləndi. Bununla da gələcəkdə Azərbaycanın  dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.

Görülən işlərin məntiqi nəticəsi kimi, 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət Proqramına uyğun olaraq, vaqonlokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar daha intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda  islahatların aparılmasına öz müsbət təsirini göstərməkdədir. Çünki   dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi yeni mərhələyə qədəm qoyub. Ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi”nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın “İxrac” Bankı ilə 215 milyon avro məbləğində kredit müqaviləsi imzalanmışdır. Dövlət Proqramına uyğun olaraq, bu vəsaitlərə lokomotiv, yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən “Dəmir yolu nəqliyyatı haqqında” Qanun layihəsi Ədliyyə Nazirliyinin rəy və təklifləri nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yenidən baxılmış və Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.

5 vaqondan ibarət olanEkspress” qatarının vaqonları VEST QAS müəssisəsi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən 2009-cu ilin fevralında əsaslı-bərpa və təmir üçün Slovakiya Respublikasının “Sazvrudkizavoduna göndərilmiş, 2011-ci il oktyabr ayının 28-də respublikamıza gətirilmişdir. Bu vaqonların istismar müddəti 28 il, yəni sürəti saatda 160 kilometr olmaqla 2039-cu ilə qədər nəzərdə tutulmuşdur.

Bundan başqa, istismar müddətini başa vurmuş 50 sərnişin vaqonu da əsaslı təmir üçün “Dneprovaqontəmirquraşdırma” ASC-yə göndərilmişdir. Bu günlərdə 35 vaqon əsaslı təmir edilərək ölkəyə gətirilmiş, Bakı-Tbilisi və Bakı - Moskva istiqamətində xəttə buraxılmışdır.

Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bakı-Böyük Kəsik istiqamətində 317 kilometrlik yolun əsaslı təmiri davam edir, bu günə kimi 280 kilometr yol əsaslı təmir olunub. Dövlət Proqramının icrası istiqamətində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsinin bir hissəsini maliyyələşdirmək məqsədilə kredit sazişi imzalanmışdır. Layihənin əsas məqsədi Bakı-Böyük-Kəsik dəhlizi boyu Azərbaycanda dəmir yolu xidmətlərini təkmilləşdirmək, o cümlədən ADY-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat-iqtisadi effektivliyini və potensialını gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində, Dövlət Proqramına uyğun olaraq dəmir yolunun Bakı - Böyük-Kəsik sahəsində elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi uzun müddətdir ki, müzakirə olunmuşdu.

Enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunmuş və ATEF Şirkətlər Qrupu (podratçı) ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında 3 avqust 2012-ci ildə  müqavilə imzalanmışdır.

Bu müqavilənin icra qrafikinə əsasən, podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdıraraq start vermişdir. Eyni zamanda işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər start mərhələsindədir, hazırda layihələndirmə işləri aparılır. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması  da gündəmdədir.

Dünya Bankının layihəsi çərçivəsində 50 ədəd dəyişən cərəyanla işləyən yeni yük lokomotivlərinin alınması üzrə müvafiq prosedurlara uyğun olaraq işlər davam etdirilir.

Neft dağılmalarına qarşı cavab tədbirlərində potensialın yaradılmasının tərkib hissələrindən biri kimi  “Fövqəladə Hallar Qatarı” MMC-nin maddi-texniki bazasının yenidən qurulması istiqamətində bir sıra islahatlar aparılır. Zəruri yeni texnika, maşın-mexanizmlər, materiallar alınmış və “Fövqəladə Hallar Qatarı” MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli, YevlaxŞabran bölmələri arasında paylanılmışdır.

Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərindəki yeni ikinci körpününkörpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508 kilometrində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 kilometrində Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası görülən işlər sırasındadır.

Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib istifadəyə verilmişdir.

22 fevral  2012-ci ildə 24 saylı Salyan rels-qaynaqlama qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına start verilmişdir.

4 iyul 2012-ci ildə Qızılca qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunkeri istismara verilmişdir.

1 mart 2012-ci ildən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq edilmişdir.

Dövlət Proqramının icrası ilə bağlı layihələrin həyata keçirilməsində, texniki iqtisadi əsaslandırmaların və texniki sənədlərin işlənməsində, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamının icrası olaraq dəmir yolunun 2020-ci ilədək İnkişaf Konsepsiyasının hazırlanmasında “Əsaslı TikintiTexniki Nəzarət” MMC tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci ildə imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın dəmir yolunda icrasını təmin etmək, Azərbaycan Respublikası Nəqliyyat Nazirinin  25 iyun 2012-ci il tarixli fərmanının icrası ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi altında işçi qrupu yaradılmışdır.

İşçi qrup “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yeni elektron xidmət növlərinin müəyyən edilməsi və tətbiqi istiqamətində gərgin aparır.

Göründüyü kimi, Dövlət Proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsi nəticəsində qatarların hərəkətnin  təhlükəsizliyi təmin ediləcək və   hərəkət sürətinin yüksəldilməsi təmin olunacaqdır. Dövlət Proqramının preampulasında bu, çox dəqiq ifadə olunub: “Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır”.

Növbəti illərdə də Dövlət Proqramının icrası ilə əlaqədar   Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Ümidvaram ki, qarşımızda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində kollektivimiz əzmlə çalışacaqdır.

Son olaraq, qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımıza  qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyibu günuğurla davam etdirilən inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

 

 Arif ƏSGƏROV,

 

“Azərbaycan Dəmir Yolları”

 

Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

Xalq qəzeti.- 2013.- 1 oktyabr.- S. 9.