GƏNCƏ: Humanitar Kollecin bu günü sabahı

 

Gəncə Humanitar Kolleci uzun illər Pedaqoji Texnikum kimi fəaliyyət göstərib. 1997-ci ilin fevralında isə texnikum şəhərdəki avtomexanika, baza inşaat, elektron sənayesi yüngül sənaye texnikumları ilə birləşdirilərək Gəncə Humanitar Kolleci adlandırılıb. Təbii ki, ixtisasların sayı da çoxalıb müxtəlif sahələri əhatə edib. Hazırda 4 əyani, 1 qiyabi 1 tədris-təcrübə şöbəsində 8 ixtisas-ailə ev təhsili, məktəbəqədər təlim tərbiyə, peşə təlimi, maliyyə işi, dizayn, musiqi müəllimliyi, bədən tərbiyəsi üzrə orta ixtisas təhsilli kadrlar hazırlanır.

Tələbələrin sayı 2200 nəfəri keçib. Kollecin 3 tədris korpusu var. Tədrisin daha keyfiyyətli aparılması üçün tələbələrin ixtiyarına 200-ə qədər auditoriya, 54 kabinet laboratoriya verilmişdir. Başqa sözlə, təhsil ocağında hər cür şərait vardır.

Bütün bunlara baxmayaraq, kollecdə uzun illərdən bəri yığılıb qalmış problemlər var ki, hazırda rəhbərlik əlaqədar nazirliyin şəhər icra hakimiyyətinin köməyi ilə onların həlli ilə məşğuldur.

Kollecə keçən ilin noyabr ayından Fəxrəddin Zeynalov rəhbərlik edir. Şəhərdə sayılıb-seçilən, təcrübəli təhsil işçilərindən biridir. Məhz onun təşkilatçılğı, təşəbbüsü, tələbkarlığı sayəsində neçə müddətdir kollecdə nizam-intizam gücləndirilib, davamiyyət mənimsəmə faizi yüksəlib, hər cür neqativ halların qarşısı alınıb bu təhsil ocağı artıq şəhərin ictimai-siyasi həyatında fərqlənməyə başlayıb.

Ən böyük vəzifələrimizdən biri kollecin əvvəlki şan-şöhrətini özünə qaytarmaqdır, – deyə Fəxrəddin Zeynalov bizimlə söhbətində görüləcək işlərə toxunur: – Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə elə bir işgüzarlıq mühiti yaradıb ki, kənarda müşahidəçi kimi qalmaq mümkün  deyil. Hamımızın təşəbbüskarlığı artıb, məsuliyyətimiz yüksəlib, doğma şəhərə məhəbbətimiz birəbeş çoxalıb.

Kollecdə görüləsi işlər hələ çox olsa da, artıq burada həyata keçirilən tədbirlər onu göstərir ki, tezliklə təhsil ocağı öz görkəmini tamamilə dəyişəcək. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə, Azərbaycan dövlətinin uğurlu daxili xarici siyasətini əks etdirən guşə o qədər nəfis, gözəldir ki, önündən keçən hər bir tələbə, müəllim bir anlığa ayaq saxlayır, buradakı zəngin materiallarla tanış olurlar.

Bu faktı ona görə qabarıq qeyd edirik ki, kollecdə belə məsələlərə çox zövqlə, həssaslıqla, yenilik hissi ilə yanaşırlar.

Nizam-intizam ön plana çəkilib. İmtahanlaraçıq qapışəraitində valideynlərin iştirakı ilə keçirilir. İmtahan sessiyası dövründə operativ qərargah fəaliyyət göstərir. Bütün bu işlərə formal yanaşılmır, təcrübəli müəllimlərin, lazım gəldikdə, hətta tələbələrin rəyləri öyrənilir, onların təklifləri nəzərə alınır. Bu baxımdan tədris prosesində tərbiyə işinin düzgün planlaşdırılmasına xüsusi önəm verilir, tədris prosesi düşünülmüş sistemli  şəkildə qurulur.

Yuxarıda qeyd etdik ki, şəhərin ictimai-siyasi həyatında kollec kollektivi yaxından iştirak edir. Təsadüfi deyildir ki, YAP Gəncə təşkilatının ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumşəhər tədbirində kollecin kollektivi ali orta ixtisas müəssisələri arasında fərqlənərək birinci dərəcəli diploma layiq görülmüşdür.

Kollecin xor kollektivi xalq çalğı alətləri ansamblı şəhər ictimaiyyətinin rəğbətini qazanmışdır. Təsviri incəsənətDizaynşöbəsinin müəllim tələbələrinin şəhərimizdə keçirilən bütün sərgilərdə təqdim etdikləri əl işləri yüksək rəy alır, hamının marağına səbəb olur. İl ərzində müxtəlif mövzularda təşkil olunmuş sərgilərdə 200-dən çox əl işi nümayiş etdirilmişdir.

İdman sahəsində uğurlar çoxdur. Tələbə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün qruplar kurslar arasında yarışlar təşkil olunur.

Bir faktı da qeyd edək ki, yaxınlıqda şəhərin İdman-Olimpiya Kompleksinin yerləşməsi  gənclərin idmana olan marağını qat-qat artırıb onlar ən müxtəlif yarışlara həvəslə cəsarətlə qatılır, layiqli yerlər tuturlar. Elə təkcə şəhərin ali orta ixtisas təhsil müəssisələri arasında keçirilmiş XII tələbə spartakiadasının proqramına daxil edilmiş idmanın 7 növü üzrə keçirilən yarışlarda kollecin komandaları ayrı-ayrı idman növləri üzrə 4 birinci, 3 ikinci yerlərə layiq görülmüşlər.

... Gəncə Humanitar Kollecində bir neçə gündür ki, yeni dərs ili başlanıb. Yenə tələbələrin şən səsləri dəhlizlərdən, idman qurğularından gəlir, auditoriyalardan müəllimlərin mühazirələri eşidilir. Burada sabahın orta-ixtisas təhsilli kadrları hazırlanır. Onların  necə kadr olacağı indinin müəllimlərindən, məsuliyyətindən, nizam-intizamdan asılıdır.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 1 oktyabr.- S. 11.