Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

 

Unutsaq unudularıq

 

Bu gün  XX əsr Azərbaycan ədəbiyyatının klassiki, qüdrətli qələm sahibi, istedadlı nasirdramaturq, sənət nəzəriyyəçisi və teatr xadimi, unudulmaz xalq yazıçısı İlyas Əfəndiyevin xatirə günüdür. Unudulmaz sənətkar 60 illik yaradıcılığı dövründə sovet rejiminin normativ sxemlərinə məhəl qoymayaraq, öz fitri istedadı ilə yazdığı əsərlərində xalqın tarixi keçmişindən, qəhrəmanlıq yolundan, insanın mənəviyyatından, onun istək və arzularından, daxili hiss və duyğularından, humanist dəyərlərindən çıxış etmişdir. Sosializm realizmi deyilən  qondarma (əslində ideologiyanı təbliğ edən) bir metodun tüğyan etdiyi zamanda yazıçı xalqı düşündürən, milli dəyərləri ehtiva edən və mənəvi dünyasını ifadə edən əsl sənət əsərlərini yaratmışdır. Vətənimizi iki yerə parçalayan müstəmləkəçilik siyasəti, xalqımızın bütövlüyü və müstəqilliyi hər an sənətkarı düşündürən məsələlər olmuşdur.

Bütün zamanlarda həqiqəti söyləmək əsl istedad sahiblərinin, cəsarətli, namuslu  vicdanlı sənətkarların  başlıca qayəsi olub. Sovet dönəmində dilə gətiriləsi mümkün olmayan real həyat həqiqətlərini sərbəst fikir azadlığı ilə ədəbiyyata gətirmək sənətkardan məharət,  əsl vətəndaşlıq qeyrəti və cəsarəti tələb edirdi. İlyas Əfəndiyev özünəməxsus sənətkar sərbəstliyini, düşüncə və  duyğularını ifadə edərək yazırdı: “Gərək sənətkar... insan təbiətinin ən gizli qatlarında olan həqiqəti, onun dünyaya münasibətini, bütün əlamətlərini, faciəsini, sevincini- bax, bunu ortaya çıxara bilsin; çıxara bilirsə, bu, deməli, yazır, yaza bilir, sənətkardır, çıxara bilmirsə, sənətkar deyil”.

Altmış illik yaradıcılığı dövründə  İlyas Əfəndiyev altı roman–“Söyüdlü arx” (1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981); beş povest - “Kənddən məktublar” (1939), “Aydınlıq gecələr” (1941), “Torpağın sahibi” (1952), “Qaçaq Süleymanın ölümü” (1993), “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” (1996); qırx yeddi hekayə, bir çox oçerklər, xatirələr yazıb. 50 ildən çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan qüdrətli sənətkarın dram əsərləri yeni rejissoraktyor nəslini formalaşdırıb. İlyas Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı “Mahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan” (1981), “Şeyx Xiyabani” (1986), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) tarixi dramları keçmişə yeni təfəkkürlə  yanaşması, xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır.

İlyas Əfəndiyev tarixə müraciət edəndə yaşadığı dövr haqqında  fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi dünyasını araşdırmaq, cəmiyyət və fərd, insanzaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə enir, dövrün ictimai-fəlsəfi mənzərəsini gerçək müstəvidə verməyə çalışırdı. 90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, SivasKayseri şəhərlərində nümayiş etdirilmişdiqardaş ölkədə hərarətlə qarşılandı. Müasir türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Türkiyənin məşhur rejissoru Kənan İşıq müsahibələrinin birində demişdi: Siz bu iki tamaşa ilə (söhbət “Sevgililərin cəhənnəmdə vüsalı” və “Bizim qəribə taleyimiz” tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiniz. Çünki, bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq bütün insanlara aiddir”.

Xalq şairi Bəxtiyar Vahabzadə İlyas Əfəndiyev yaradıcılığının estetik təravətindən və bədii hüsnündən bəhs edərək yazırdı: “Qarabağ torpağından boy atan əziz qardaşım, sizin, demək olar ki, bütün əsərlərinizə Qarabağın ab-havası, ruhu, özünəməxsus təbiəti, bir sözlə, bütün gözəllikləri hopub. Sizin əsərlərinizdə Daşaltı çayının şırıltısı, “Xarı-bülbül”ün əfsanəvi  gözəlliyi, İsa bulağının zümzüməsi, Qarabağ bülbüllərinin cəh-cəhi yaşayır”.

Xalq yazıçısı İlyas Əfəndiyevin nəzəri-estetik irsi kulturologiya elminin müasir problemləri baxımından dəyərli mülahizələrlə zəngindir. Dramaturqun sənət haqqında öz konsepsiyası var və ədib yaradıcılığı boyu onu reallaşdırmağa çalışmışdır. İlyas Əfəndiyevin sənət görüşləri heçmarksist dünyagörüşünə əsaslanmırdı. O, bu səpkili məqalələrində tarixiliyi metodoloji meyar kimi əsas tutur, mənəvi keçmişimizdən böyük iftixar hissi ilə danışırdı. Yazıçı bədii əsərlər yazmaqla yanaşı, publisistik məqalələr, klassikmüasir yazıçılarımızın yaradıcılığı haqqında ədəbi-tənqidi yazılarla, yeni kitablar və filmlər haqqında resenziyalarla mədəniyyət və incəsənətin digər sahələrinə aid sanballı məqalələrlə də dövrü mətbuat səhifələrində müntəzəm çıxış etmişdir. O, teatrkinonun, musiqi və rəssamlığın, rejissoraktyor sənətinin müxtəlif sahələri haqqında məqalələr yazmaqla bərabər, günün vacib məsələlərinə də öz münasibətini bildirmişdir.

İlyas Əfəndiyev teatrın xalqın mədəni səviyyəsinin yüksəldilməsində rolunu yüksək qiymətləndirərək yazırdı ki, Akademik Dram Teatrımız bu gün dünyanın ən yaxşı teatrları sıyahısındadır. Dramaturqun estetik görüşlərində teatr mədəniyyətinə həsr etdiyi elmi - nəzəri məqalələr xüsusi aktuallıq kəsb edir. Müəllifin teatr görüşləri barədə ayrı - ayrı tədqiqat əsərlərində, məqalə və resenziyalarda yetərli təhlillərə yer verilmişdir. Lakin kulturologiya elminin indiki mərhələsinə nəzər saldıqda aydın olur ki, İlyas Əfəndiyevin teatr  görüşləri geniş miqyasda tədqiqata cəlb edilməlidir.

Xalq yazıçısı Elçin bu münasibətlə yazmışdır: “Fikir versək görərik ki,  Akademik Milli Dram Teatrının, qismən də başqa teatrların  tamaşaları, daha geniş götürsək, ümumiyyətlə, teatr, dramaturgiyakino  problematikası İlyas Əfəndiyevin ədəbi tənqidində mühüm yer tutur. Yəqin, bu da təsadüfi deyil ki, Azərbaycan yazıçılarının II qurultayına (1954) və III qurultayına (1958) dramaturgiya haqqında  məruzələri İlyas Əfəndiyev etmişdironun  həmin  məruzələri əsasında yazdığı “Müasir dramaturgiyamız”, “Son illərdəki dramaturgiyamız haqqında”, eləcə də “Cavan dramaturqlar” və s. kimi  sanballı məqalələri, “Kəndçi qızı”ndan tutmuşAntoni Kleopatrayacan bir çox tamaşalar haqqında genişciddi resenziyaları, teatr xadimləri barədə  esseləri bir tərəfdən Azərbaycan teatr sənətinin, digər tərəfdən isə Azərbaycan sənətşünaslığının inkişafında, yüksək bədii-estetik meyarların formalaşmasında az rol oynamamışdır".

İlyas Əfəndiyev xalqımızın tarixi keçmişini  dərindən öyrənməyi və ona tam yiyələnməyi tövsiyə edərək göstərirdi ki, bizim xalq Vətənini, mədəniyyətini sevən, onun üçün hər fədakarlığa hazır bir  xalqdır.  Yetmiş ildə rejim insanları dəhşətlər içində qorxuda-qorxuda onların mənəviyyatlarını kütləşdirmişdir. Onların varlığına köləlik psixologiyası hakim olmuşdur. Bir millətin adı, əlifbası, tarixi əlindən alınandan, iqtisadiyyatı kimi, mənəviyyatı da heç bir müstəqil hüquqa malik olmayandan sonra, o, nə eləyə bilərdi? Fəqət, bütün sərt qadağalara, dəhşətli stalinizm repressiyalarının qorxusuna, təqiblərə, zülmlərə baxmayaraq  Azərbaycan xalqının milli mənəvi dəyərləri, özəl adət-ənənələri heç bir zaman itməmişdir.

İlyas Əfəndiyevin mədəniyyət məsələləri ilə bağlı nəzəri görüşlərinin mərkəzində bu gün  öz elmi aktuallığını saxlayan bir cəhət diqqəti cəlb edir: “Azərbaycan incəsənəti, Azərbaycan elmi dünya mədəniyyəti xəzinəsinə dəyərli əsərlər vermişlər. Çox qədimlərdən gələn mədəniyyət estafetimiz yeni yüksəkliklərə qalxır”. Dünya ədəbiyyatına, dünya mədəniyyətinə dərindən bələd olan yazıçı əsl sənətin ideya-bədii siqlətini onun məna gözəlliyi ilə  ölçürdü. İlyas Əfəndiyevin bədii əsərlərində  olduğu kimi nəzəri-estetik görüşlərində də xalqımızın milli-mənəvi dəyərləri, xüsusən  adət-ənənələri, qonaqsevərlik, toy, nişan mərasimləri mühüm yer tutur.

İlyas Əfəndiyevin musiqi sənəti haqqında qələmə aldığı məqalələri müasirliyi və aktuallığı ilə diqqəti cəlb edir. Bu baxımdan “Parlaq ulduz” (Üzeyir Hacıbəyov), “Qüdrətli sənətkar” (Qara Qarayev), “Tarzən” (Qurban Pirimov), “Xanəndəlik, müğənnilik sənəti haqqında”, “Müasirlik, sənətkarlıq, xəlqilik”, musiqişünas Firudin Şuşalıya yazdığı “Karvan gedir” adlı açıq məktubu və s. əsərləri daha səciyyəvidir. Onun məqalələri arasında xanəndəlik, müğənnilik sənəti haqqında da maraqlı mülahizələr var. Və bu mülahizələrdə muğam sənətinin sehri, qədim kökləri, valehedici gözəlliyi yüksək sənətkarlıqla incələnir.

İlyas Əfəndiyev Azərbaycan dilini incəliklərinə qədər dərindən duyan,  sevən və dilə həssaslıqla yanaşan  sənətkar idi. Sənətkarın fikrincə, “Azərbaycan dili dünyanın ən ahəngdar, musiqili, şirin dillərindəndir. Biz yazıçılar heç zaman bunu unutmamalıyıq. Azərbaycan ədəbi dili daim inkişaf edir, yeni sözlərlə, ifadələrlə, yeni çalarlarla zənginləşir, bununla belə, saflığını, koloritini saxlayır. Biz dilimizi, onun saflığını, gözəlliyini qorumalıyıq. Onu məhəlləçiliklər, jarqonlar, süni ifadələr alağının basmasına yol verməməliyik. Yazıçı üçün dil onun  ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə  işlətməlidir ki,  o hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq rəğbətini qazanır”.

İlyas Əfəndiyev dünya ədəbiyyatının görkəmli simalarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasını vacib  sayırdı. O, bədii tərcümənin nəzəri məsələlərinə dair faydalı fikir və mülahizələr söyləmişdir. Yazıçı Azərbaycan dilinin zənginliyini həm də dünya ədəbiyyatını  bu dilə tərcümə olunmuş əsərlər vasitəsilə öyrənməkdə görürdü. Xalq yazıçısı Azərbaycan  kinosunun mühüm problemlərinə dair bir sıra  məqalələrin də  müəllifidir.

İlyas Əfəndiyev Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan bir şəxsiyyətdir. XX əsr Azərbaycan teatr tarixində “İlyas Əfəndiyev teatrı”  anlayışı danılmaz kulturoloji faktdır. İlyas Əfəndiyevin zəngin bədii irsi milli ədəbiyyatımızın, teatrın, kino sənətinin inkişafına böyük təsir göstərmiş, onun ayrılmaz hissəsi olmuş və mədəniyyətimizin yeni səviyyəyə qalxmasını təmin etmişdir.

Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən 17 il keçir. Ancaq onun mütəfəkkir şəxsiyyəti və həmişəyaşar zəngin bədii irsi həmişə bizimlədir.

 

 

Vəfa XANOĞLAN,

 

 filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 3 oktyabr.- S. 6.