Ən dəyərli resurslarımız insanlarımızdır

 

Azərbaycan Respublikasının Qanunvericiliyinə görə “Müəssisə- mülkiyyət formasından asılı olmayaraq, ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir”. Qeyd olunduğu kimi, hər bir müəssisənin fəaliyyətində əsas məqsəd ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsidir ki, burada da istər məhsul istehsal edən, satan, müvafiq və xidmətlərin yerinə yetirilməsinin icraçısı birbaşa insandır.

Bugünkü daim yeniləşən, inkişaf edən, bazar iqtisadiyyatının qayda və qanunlarının tələbləri ilə idarə olunan bir dünyada rəqabətədavamlı şəkildə fəaliyyət göstərmək və inkişaf etmək üçün bazara keyfiyyətli məhsul və xidmət çıxarmaqla müştərilərin rəğbətini qazanmaq lazımdır. Bütün bunların əldə edilməsində əsas meyar  iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirmək  mühüm amildir  və əsas bu istiqamətdə  işlər görülməkdədir.

Bu gün neft -qaz hasilatının kəşfiyyatından tutmuş neft-qaz kimya məhsullarının satışının həyata keçirilməsi ilə yanaşı, bir çox önəmli sosial layihələrin tikintisini də həyata keçirməklə ölkə iqtisadiyyatının hərtərəfli inkişafında, tərəqqisində xüsusi rolu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) insan resurslarının kəmiyyətinin və keyfiyyətinin planlaşdırılması, seçilməsi, vətəndaşların işə qəbul edilməsi, yerləşdirilməsi, inkişaf etdirilməsi, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, karyera planlarının hazırlanması və həyata keçirilməsi, bacarıq və səriştələrinin idarə edilməsi, əməyin təhlükəsizliyinin təmin edilməsi, işçilərlə əlaqələrin inkişaf etdirilməsi, onların motivasiyalarının artırılması, işçilərin və vətəndaşların əlaqədar müraciətlərinə baxılması, insan resurslarının idarə edilməsi proseslərinin optimallaşdırılması, avtomatlaşdırılması və standartlaşdırılması çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün ən dəyərli resurslar insanlarımızdır. Bu isə bizdən hər bir əməkdaşımıza fərdi yanaşma tələb edir.

ARDNŞ-də bu günün və gələcəyin tələblərinə cavab verən kadrların seçilməsi, hazırlanması və saxlanılması istiqamətində geniş taktikistrateji tədbirlər həyata keçirilməkdədir. Belə ki, şirkət üzrə işə qəbul prosesi müsabiqə yolu ilə həyata keçirilir ki, bu da müvafiq vakansiya üzrə iddialı olan hər bir Azərbaycan vətəndaşına bu yarışmada iştirak etmək və tələb olunan bilik və bacarığına uyğun olaraq ARDNŞ-də işə qəbul olunmaq şansını verir. ARDNŞ-də mütəmadi olaraq yaranan boş yerləri üzrə vakansiyanın təsvir formaları şirkətin koorporativ veb səhifəsində (www.socar.az) elan edilir. Namizədlər tərəfindən elektron qaydada doldurulmuş müraciətlərin vakansiyanın tələblərinə uyğunluğu yoxlanılır və test imtahanına dəvət olunurlar.Test imtahanında keçid balını toplamış namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılırlar.Xüsusi praktiki qabiliyyətlərin yoxlanılması üçün peşə sınaq imtahanları təşkil olunur. Fərdi müsahibələr təşkil olunaraq namizədlərin vakansiyanın tələbinə müvafiq sahə üzrə bilik, bacarıq və fərdi davranış keyfiyyətləri yoxlanılır. Müraciət olunan vakansiyanın tələblərinə uyğun gələn və müsabiqə nəticəsində tələb olunan balı toplamış iddiaçılar əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimdən keçərək, yeri ilə ilkin tanışlıqdan sonra ARDNŞ-də işlə təmin olunurlar.Müsabiqədən uğurla keçmiş və göstərdiyi nəticələrinə görə işə qəbul edilmiş namizədlə müqayisədə nisbətən aşağı bal toplamış iddiaçılar ARDNŞ-nin Kadr Ehtiyyatı Bazasına ( KEB) daxil edilirlər.

Kadr Ehiyatı Bazasına daxil edilmiş vətəndaşların namizədliyinə gələcəkdə ARDNŞ üzrə eyni adlı və şərtli vakansiya olduqda müsabiqədən kənar baxıla bilər. Müsabiqə nəticələri barədə məlumatlar vətəndaşlara elektron poçt, sms və veb-saytın “müsabiqə nəticələri” bölməsi vasitəsi ilə çatdırılır. 2012-ci ilin sentyabr ayından 2013-cü ilin iyul ayınadək 1150 adda 1808 ədəd vakansiya ARDNŞ-in koorporativ veb-səhifəsində (www.socar.az ttp://www.socar.az) elan olunmuş və həmin səhifənin “karyera” bölməsinin “ axtarışı” bölümünə (http://careers.socar.az ttp://careers.socar.az) daxil olub müvafiq vakansiyalar üzrə elektron müraciət formasını doldurmuş 53039 nəfər vətəndaşın təqdim etdiyi məlumatlarının vakansiyanın təsvir formasında əks olunan tələblərə uyğunluğu yoxlanılmışdır.

Bu mərhələdən keçən 14767 nəfər namizəddən 1947 nəfəri peşə sınaq imtahanlarında iştirak etmişdir. Peşə sınaq imtahanlarında 669 nəfər müsbət nəticə əldə etmişdir. Ümumilikdə 3034 nəfər müsahibə mərhələsində iştirak etmişdir ki, onlardan da 880 (KEB-dən göndərilən namizədlər də daxil olmaqla) nəfəri işlə təmin edilmək üçün ARDNŞ-in idarə və müəssisələrinə göndərilmiş, 281 nəfəri isə ARDNŞ-nin Kadr ehtiyatı bazasına (KEB) daxil edilmişdir.

Eyni zamanda, ARDNŞ-də gənclərlə bağlı bir sıra işlər də həyata keçirilir ki, bunlardan  Xarici Təqaüd Proqramına qoşularaq seçilmiş gənclər dünyanın ən nüfuzlu universitetlərində şirkətin maliyyə dəstəyi ilə təhsil aldıqdan sonra ARDNŞ-də müsabiqədənkənar işlə təminat və güzəştli şərtlərlə mənzil almaq imkanı əldə edirlər. ARDNŞ-də 2006-cı ildən etibarən həyata keçirilən Xarici Təqaüd Proqramına bu günə qədər 221 gənc cəlb olunmuşdur ki, onlardan 74 nəfəri hazırda təhsil alır, 147 nəfər isə təhsilini başa vurub şirkətdə ixtisaslarına uyğun müvafiq işlə təmin olunublar.  Bu proqrama cəlb olunan 221 nəfərdən  165 nəfəri magistratura, 35 nəfəri bakalavr və 3 nəfəri isə uzmanlıq pilləsi üzrə təhsil alıb və alırlar.

Daxili Təqaüd Proqramında iştirak edərək seçilmiş gənclər hər ay 100 AZN məbləğində təqaüd, ARDNŞ-də müsabiqədən kənar işlə təminat “Gənc mütəxəssis” statusu almaq imkanı və gənc mütəxəssis kimi güzəştli şərtlərlə mənzil almaq imkanı qazanırlar.

Yay Məktəbində iştirak etmişseçilmiş gənclər xaricdə təhsil almış mütəxəssislərlə interaktiv müzakirələrdə iştirak edir, ekskursiyalar təşkil olunur, neft sənayesi ilə yaxından tanış olmaq üçün müxtəlif strukturlarda mütəxəssislərlə görüşürlər. Builki Yay Məktəbi layihəsinə 2013-cü il  iyunun 7-dən 28-dək sənəd qəbulu həyata keçirilmişdir. “SOCAR Yay Məktəbi 2013” layihəsinə 276 nəfər namizəd müraciət etmişonlarda 210 nəfəri layihənin şərtlərinə və tələblərinə cavab verdiyi üçün müsabiqənin 1-ci turuna-test imtahanına dəvət almışdır. Test imtahanlarında namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50 test tapşırığı təqdim olunmuşdur. Layihənin1-ci turundan ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 85 nəfər namizəd 2-ci tura-müsahibələrə buraxılmışdır. Müsahibələrdə namizədlər bilikdünyagörüş, ixtisas, davranış və digər kriteriyalar əsasında qiymətləşdirilmişdir. Müsahibələrdə özünü doğruldan, mütəxəssislərin suallarına daha düzgün cavab verən 36 nəfər namizəd iştirakçı seçilmək hüququ qazanmışdır.İştirakçı seçilən namizədlər (tələbə-ARDNŞ işçisi) 25  avqust 3  sentyabr 2013-cü il tarixlərində Ramada-Baku Otelində “SOCAR Yay Məktəbi 2013” layihəsində iştirak edərək Azərbaycanın və xarici ölkələrin 16 universitetiniARDNŞ-ni təmsil etmişlər. Layihə müddətində iştirakçılar qruplara ayrılmış, gündəlik olaraq qruplar arasında intellektualinteraktiv yarışlar keçirilmişqruplardan biri qalib olmuşdur. Əvvəlki illərdən fərqli olaraq, builki Yay Məktəbində qalib gəlmiş qrupun.  9 sentyabr 2013-cü il tarixindən 13    sentyabr 2013-cü il tarixinədək Türkiyənin İzmir şəhərində yerləşən PetkimStar Neft Emalı Zavodlarına ekskursiyası təşkil olunmuşdur. Ənənəvi olaraq layihənin sonunda ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin layihə iştirakçıları ilə görüşü keçirilir.

Yay Təcrübəsi proqramına qoşulan gənclər nəzəri biliklərin tətbiqi, rəsmi təcrübəsi (əmək kitabçası, əmək müqaviləsi) və vəzifəyə uyğun əmək haqqı almaq hüququ qazanırlar ki, bu da onların gələcəkdə şəxsi işlərinin dolğunluğunu təmin edir.

ARDNŞ üzrə zəruri olan təlimlərin mərkəzləşdirilmiş qaydada müəyyənləşdirilməsi, sistemləşdirilməsi, ARDNŞ üzrə yeni kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasının təşkil edilməsi, peşə-ixtisas müəssisələrinin (təlim mərkəzlərinin) təlim-tədris prosesinə nəzarətin aparılması peşəkar fəhlə kadrlarına olan təlabatı təmin edir.

Orta məktəblərdə şagirdlərlə mütəmadi görüşlərin təşkili onlarda qeyd edilən layihələrlə bağlı ətraflı təssüratlar yaratmaqla yanaşı mühəndisliyə olan marağı da artırır.

ARDNŞ-də kadr potensialına olan tələbatın təhlili və planlaşdırılması işləri də həyata keçirilir. Karyeranın planlaşdırılması və idarə edilməsi mərhələlər üzrə xidməti fəaliyyətin qiymətləndirilməsi, vəzifələr üzrə ehtiyat işçilərin müəyyənləşdirilməsi, əməyin ödənilmə dərəcəsinin artırılması üçün işçilərin müəyyənləşdirilməsi, başqa işə keçiriləcək işçilərin müəyyənləşdirilməsi, daxili təlimçilərin müəyyənləşdirilməsi, təlim ehtiyacları olan işçilərin müəyyənləşdirilməsi ilə tənzimlənir. İşçilərlə əlaqələrin icrası, şikayət, ərizə və müraciətlərə baxılması, işçilərin maddiqeyri-maddi (psixo-sosial) ehtiyaclarının və onların əmək şəraitinə uyğunluğunun müəyyənləşdirilməsi, məmnunluq sorğularının keçirilməsi yolları ilə tənzimlənir. Uçot və SAP BRP İnsan Resursları Modulunun tətbiqi ilə müvafiq əməliyyatların  sistemdə düzgün aparılmasına nəzarət, müvafiq informasiyanın sistemə daxil edilməsinə nəzarət, ARDNŞ-in işçilərinin uçotunun aparılması, müvafiq statistik hesabatların hazırlanması prosesləri idarə edilir.

Test imtahanlarında təqdim edilən test tapşırıqlarının vahid bir bazada saxlanılması və idarə edilməsi məqsədilə Test Tapşırıqlarının Elektron Bazası (TTEB) yaradılmışdır. Test tapşırıqları sahə üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən mürəkkəblik səviyyələrinə görə hazırlanıb, ekspertizadan keçirilərək təsdiqləndikdən sonra müvafiq qaydada TTEB-yə daxil edilir. TTEB-yə daxil edilmiş hər bir test tapşırığının məxfiliyinin qorunması və test tapşırıqlarının mərkəzləşdirilmiş qaydada idarə edilməsi heç bir kənar müdaxilə olmadan xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

Bütün yuxarıda qeyd edilən işlərin görülməsi tam şəffaf, obyektiv, ədalətli və düzgün həyata keçirilir. Biz baş verə biləcək istənilən qanunqayda pozuntularına qarşı ciddi şəkildə diqqət göstərir və qabaqlayıcı tədbirlərlə yanaşı, daima maarifləndirmə işləri aparırıq. Bunun üçün çəkinmədən istənilən əlaqəli qurumlarla və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edərək işimizin hər zaman düzgün qurulmasına çalışırıq.

Həyata keçirilən bütün mütərəqqi işlərin nəticəsində əldə edilən nailiyyətlər ictimaiyyət tərəfindən daima yüksək rəğbətlə qarşılanmış və qiymətləndirilmiş, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Obyektiv, şəffaf işə qəbul prinsiplərinin tətbiqinə və təqaüd proqramlarının təşkilinə görə”  ölkəmizin nüfuzlu nəşrlərindən olanBiznes  Consaltinq” jurnalı tərəfindən təsis edilmiş “UĞUR” milli mükafatına layiq görülmüşdür.

 Doğrudur, bütün bu işlərin həyata keçirilməsində müəyyən obyektivsubyektiv səbəblərdən problemlərlə də rastlaşılır. Bu problemlərin  həllində isə şirkət rəhbərinin daimi dəstəyi  bizə yaxından köməklik göstərir.

 

 

Asif BƏKİRLİ,

 

ARDNŞ-in Baş ofisinin

 

İnsan Resursları Departamentinin rəisi

 

Xalq qəzeti.- 2013.- 4 oktyabr.- S. 11.