ABŞERON: sosial-iqtisadi
inkişafın bariz nümunəsi
Ən əsası diqqət və
qayğıdır
Hər
bir yenilik,
inkişaf insan amilinə, onun rahatlığına
xidmət edəndə daha
faydalı və məzmunlu olur.
Abşeron rayonunun 2013-cü ilin ötən
dövründə sosial-iqtisadi inkişafından,
abadlıq-quruculuq tədbirlərindən, qazandığı
uğurlardan və nailiyyətlərdən material hazırlamaq
zərurəti yarananda
öncə bəzi statistik rəqəmlərə
nəzər salmaq qərarına gəldim. Rayon rəhbərliyinin vətəndaşların
problem və
qayğıları ilə dərindən maraqlanması və həlli istiqamətində müxtəlif tədbirlər
görməsi xüsusilə diqqətimi çəkdi. İndi abşeronlular “bir nömrəli
ünvana”- rayon
icra hakimiyyətinə böyük ümidlərlə üz
tuturlar. Çünki burada rayon sakinləri ilə münasibət
qanunlara və
insan hüquqlarına hörmət prinsipləri əsasında tənzimlənir.
Elə
buna görədir ki, cari ilin ötən dövründə
abşeronlular icra hakimiyyətinə
1966 müraciət ünvanlayıblar. Onlara
operativ münasibət bildirilib. Bundan əlavə, rayon
icra hakimiyyətinin başçısı üç yüzdən çox sakini qəbul edərək
onların problemləri ilə
şəxsən maraqlanıb və nəticədə
müvafiq tədbirlər görülüb.
Digər vacib bir məqama da toxunmaq lazımdır ki, rayonda məskunlaşmış məcburi köçkünlərin (rəsmi məlumatlara əsasən, hazırda rayonda 33973 (8941 ailə) məcburi köçkün yaşayır) müraciətlərinə də həssaslıqla yanaşılır. Xırdalan şəhərində və Aşağı Güzdək qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə təminatındakı problemləri aradan qaldırmaq üçün bir ədəd 400 kv-lıq, bir ədəd 250 kv-lıq transformatorun quraşdırılmasını, 3 kilometr uzunluğunda elektrik xəttinin çəkilməsini bu istiqamətdə görülmüş işlərə və silsilə tədbirlərə kiçik bir nümunə kimi göstərmək olar. “Dövlətqaçqınkom”un sifarişi ilə Masazırda məcburi köçkünlər üçün tikilmiş 15 ədəd 5 mərtəbəli 756 ailəlik binanın, 540 şagird-yerlik məktəbin və 240 yerlik uşaq bağçasının istifadəyə verilməsi də 2013-cü ilin keçən dövrünün payına düşür.
Rəqəmlər
- sürətli inkişafın
göstəricisi
Ölkəmizin iqtisadi qüdrətinin yüksəlişində Abşeron rayonu da xüsusi çəkiyə malikdir. 2012-ci ilin birinci yarısı ilə müqayisədə rayonda sənaye məhsulunun ümumi həcmi 6 faiz artmaqla 56,9 milyon manata, nəqliyyat sektorunda yük daşınması 14 faiz artmaqla 568 min tona, pərakəndə əmtəə dövriyyəsi 5 faiz artmaqla 118,1 milyon manata, əhaliyə göstərilən pullu xidmətlər 60 faiz artmaqla 34,7 milyon manata çatdırılmışdır. İlin birinci yarısında iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 267,4 milyon manat investisiya yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Tikinti təşkilatları öz imkanları ilə cari ildə 129,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz artıq tikinti işləri görmüşlər.
Rayonda 10,8 milyon
manatlıq kənd təsərrüfatı məhsulları istehsal
olunmuşdur. Heyvandarlıq sahəsinin artımı bu il
də davam etmişdir. İyulun 1-dək iribuynuzlu
qaramalın sayı
19063 baş, davarların sayı 106002 baş,
quşların sayı isə
803,8 min baş
olmuşdur. Həmçinin
1223 ton ət, 19061 ton
süd, 31,9 milyon ədəd yumurta,
2673 sentner yun
istehsal olunmuşdur. Bu dövrdə 1828
ton müxtəlif tərəvəz
yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 51 faiz
artım deməkdir. İyulun 1-nə qədər əkin sahələrindən 840 ton taxıl toplanılmış
və məhsul yığımı başa
çatdırılmışdır.
Son illər
Abşeronda əkinçilik və bağçılıq, üzümçülük və tərəvəzçilik sahəsinə maraq göstərən sahibkarların sayı
xeyli artmışdır. Son iki ildə təkcə zeytun bağlarının
sahəsi 130 hektar çoxaldılmışdır.
Sözsüz
ki, sahibkarlığın inkişafı
üçün
yaradılmış əlverişli şərait özəl sektorun
xüsusi çəkisini
artırır. Məlum dövrdə
Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə
abşeronlu sahibkarlara
42 layihə üzrə 10
milyon 556 min
manat güzəştli
kredit verilmişdir.
Bizi yollar səsləyir...
Abşeron rayonu ilə bağlı bu yazını
hazırlayarkən onun kənd və qəsəbələrinə
bir daha yolumu saldım. Çox yox, cəmi 8-9 il əvvələdək
Abşeron rayonunun ən ağrılı problemlərindən
biri kənd və qəsəbə yollarının tamamilə
bərbad halda olması idi. İndi dövlət
başçısının sərəncamlarına əsasən
ayrılmış vəsaitlər hesabına, həmçinin
rayonun daxili imkanları ilə bu sahədə də xeyli
iş görülmüş və ürəkaçan vəziyyət
yaranmışdır.
Dövlət
başçısının 24 may 2012-ci il tarixli sərəncamı ilə 73 min nəfər əhalinin
yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil
avtomobil yolunun yenidən qurulması üçün ilkin
olaraq 4 milyon manat vəsait ayrılmışdır. Ötən
dövrdə Saray - Novxanı istiqamətində bu yolun
tikintisi davam etdirilmiş, 20000 kvadratmetrdən çox asfalt salınmışdır.
Bundan əlavə, dövlət başçısının
5 aprel 2013-cü il tarixli sərəncamı ilə 70 min nəfər
əhalinin yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi məqsədilə
ilkin olaraq ayrılmış 2 milyon manat vəsait
hesabına da intensiv işlər
aparılır.
Cari ilin
ötən dövrü ərzində daxili imkanlar hesabına rayonun
yaşayış məntəqələrinin küçə və
yollarının təmiri də eyni templə davam etdirilmişdir.
Bütövlükdə
rayonun küçə və
yollarına 75000 kubmetrdən çox
çınqıl-qırmadaş döşənmiş, 101,976
kvadratmetr sahə asfaltlanmış, mərkəzi küçələrin kənarlarındakı hasarlara,
evlərin və obyektlərin fasadlarına 2300 kvadratmetr aqlay,
təbii qaya və
çay daşları ilə
üz çəkilmiş, 1339
poqonometr səki daşı düzülmüş, 1073
kvadratmetr yeni hasar
tikilmiş, piyada səkilərinə 1654
kvadratmetr tamet döşənmişdir.
Abşeronda ekoloji vəziyyətin
yaxşılaşdırılmasına, yaşıllaşdırmaya da
xüsusi qayğı ilə yanaşılmışdır.
İl başlayandan indiyədək rayon ərazisində 16394
ədəd ting, 124100 ədəd dekorativ
gül əkilmiş, 33900 kvadratmetr sahədə süni
çəmənlik
(qazon)
yaradılmışdır.
Kommunikasiya sistemi əsaslı şəkildə
yenilənir
Ötən
illərdə olduğu olduğu kimi, 2013-cü ildə də
abşeronluların elektrik enerjisi, təbii
qaz və su ilə
təminatına diqqətlə
yanaşılmışdır. Yaşayış məntəqələrində müxtəlif gücə malik
11 ədəd transformator
istifadəyə
verilmiş, 733 ədəd yüksək gərginlikli, 80 ədəd 0,4
kv-luq dayaq, 40,9 kilometr
naqil, 7396 metr kabel dəyişdirilmiş, 51,8 kilometr
özünüdaşıyan izolyasiyalı naqil və 2872 ədəd
elektrik sayğacı
quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin
sifarişi əsasında rayon üzrə bütövlükdə müxtəlif diametrli
borularla 69,4 kilometr daşıyıcı və
küçədaxili
qaz xətləri çəkilmiş, 7233 ədəd “Smart-kart”
tipli elektron sayğac
quraşdırılmışdır.
Elm Çində də olsa...
1400 il əvvəl İslam peyğəmbəri belə
buyururdu: elm Çində də olsa, onun ardınca gedin. Bu mənada son illər Abşeron rayonunda təhsilə
ən önəmli sahələrdən biri kimi
yanaşılır. Bu il Abşeron
rayonu üzrə orta məktəbləri bitirmiş 1461 məzundan
1102-si ali məktəblərə qəbul üçün sənəd
vermişdir. Bunlardan 672-si ali məktəblərin
tələbəsi adını qazanmışdır. 58 nəfərin
balı 500- dən, 16 nəfərin
göstəricisi isə 600 baldan çox olmuşdur.
Neçə illik müşahidələrim icra hakimiyyətinin
başçısı Zakir Fərəcovun yüksək təşkilatçılıq
və quruculuq bacarığına yaxından bələd olmaq
imkanı verir.
Buna görə də tam səmimiyyətlə
deyə bilərəm ki, dövlətin yaratdığı
imkanları uğurla təhsilin inkişafına istiqamətləndirməyi
bacaran, bu sahənin yüksəlişi üçün
qayğısını və köməyini əsirgəməyən
rayon rəhbəri kimi onun məhz belə yüksək nəticələr
ummağa tam mənəvi haqqı çatır.
Ötən
dərs ilində Saray qəsəbə
3 saylı tam orta məktəbinin məzunu Günay Nəsirova
və Xırdalan şəhər 3 saylı tam orta məktəbinin
məzunu Güləndam Cəbiyeva
təlim və tərbiyədə yüksək nailiyyətlərinə
görə qızıl medala layiq görülmüşlər.
Onlar ali məktəblərə
yüksək nəticələrlə qəbul olaraq
aldıqları qızıl medalları
doğrultmuşlar.
Bundan
başqa, Güzdək qəsəbə tam orta məktəbinin
müəllimi Orucəli Bədəlov, Novxanı kənd 1
saylı tam orta məktəbin direktoru Taliyyə Mirzəyeva,
Saray qəsəbə 14 saylı uşaq
bağçasının müdirəsi Məhbubə
Sadıqova “Əməkdar müəllim” adına layiq
görülmüşlər.
Abşeron rayonu sürətlə inkişaf edir. Bu da məktəblərə
şagird axınını gücləndirir. 2012-2013-cü
dərs ilində rayonda 76 sinif komplektində 1656 şagird
artmışdır. Şagird sıxlığını
azaltmaq məqsədilə Məmmədli kənd tam orta
məktəbinin yararsız binası sökülərək
yerində 960 şagird yerlik məktəb binası
tikilmişdir. Xırdalan şəhər 1 və
7 saylı tam orta məktəblərdə əlavə tədris
korpusları tikilməkdədir. Yaşayış
massivlərində orta məktəblərə əlavə
korpuslar və müasir standartlara cavab verən uşaq
bağçaları tikilir.
Mədəniyyət sahəsində görülən
işlər barəsində. Bu günə qədər Xırdalan şəhərində yerləşən
rayon mədəniyyət və
istirahət parkında
ötən ilin ikinci
yarısından tikintisinə başlanılmış Heydər
Əliyev Mərkəzinin əzəmətli binasının
divar-hörgü işləri başa
çatdırılmış, akt zalının dam konstruksiyası
tamamlanmışdır.
Hazırda əsas korpusda dam örtüyünün
metal konstruksiyası quraşdırılır
və fasad üzlənir.
Bundan əlavə,
Qobu qəsəbəsində 220 tamaşaçı-yerlik mədəniyyət
mərkəzinin tikintisi tamamlanmışdır.
Mədəni-
kütləvi tədbirlər sırasında yalnız bunu demək
kifayətdir ki, ulu öndər Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş silsilə tədbirlər
ölkəmizin hər guşəsində olduğu kimi,
Abşeron rayonunda da çox təntənəli şəkildə
keçirilmiş və abşeronluların yaddaşında
uzun illər silinməyəcək izlər və xoş təəssüratlar
yaratmışdır. Abşeron rayonunun 50 illik
yubileyindən bəhs edən və yüksək səviyyədə
keçirilmiş tədbir də sakinlərin hədsiz sevincinə
və marağına səbəb olmuşdur.
Abşeron rayonunda əhalinin sağlamlığı
üçün bir sıra vacib tədbirlər
görülür, xüsusilə yeni tibb müəssisələri
tikilir və müasir avadanlıqlarla təchiz olunur.
Tikintisi
davam etdirilən yeni rayon mərkəzi xəstəxanasının yeraltı
torpaq işləri bu günədək başa çatdırılmış, hazırda
zirzəmi hissəsində tikinti-quraşdırma işləri aparılır. Hökməli qəsəbəsinin “Atyalı”
yaşayış məntəqəsində yerli
bələdiyyənin vəsaiti hesabına
bir mərtəbəli, on
bir otaqlı həkim
məntəqəsi tikilmişdir. Həmçinin
Fatmayı bələdiyyəsinin vəsaiti hesabına tikilmiş iki
mərtəbəli, 14 otaqdan
ibarət həkim məntəqəsi də əhalinin istifadəsinə verilməyə hazırdır.
Son illər
rayon gəncləri istər bilik və bacarıqlarını
nümayiş etdirməkdə, istərsə də idman yarışlarında məharətlə
iştirak edərək uğurlu nəticələr
qazanırlar. Bu ilin ötən dövründə rayon gəncləri
ölkə və beynəlxalq turnirlərdə 68 medal qazanıblar. Onlar beynəlxalq yarışlardan 12
qızıl, 8 gümüş, 11 bürünc medalla
qayıdıblar. Şübhəsiz ki, Xırdalan şəhərində tikilən
Olimpiya İdman Kompleksinin fəaliyyətə
başlaması ilə rayon idmançılarının nailiyyətləri
daha da çoxalacaq, rayon həm də idman
yarışlarının keçirilməsində daha fəal
iştirak edəcək. Hazırda kompleksin ikinci mərtəbəsinin
yükdaşıyan monolit
konstruksiya-inşaat işləri başa
çatdırılmış, metal konstruksiya
işlərinə
hazırlıq
görülməkdədir.
Bundan
başqa, daxili imkanlar hesabına Masazır kəndində mövcud
standartlara uyğun inşa
edilən
Stadion-İdman Kompleksi də
idmanla intensiv məşğul olmaq üçün əlavə
şərait yaradacaq.
Son illərdə rayonda aparılan abadlıq işləri,
səliqə-sahman, yeni su və kanalizasiya xətlərinin
çəkilməsi, yaşıllıqların
salınması infeksion xəstəliklərin azalmasına səbəb
olmuşdur.
Son 3 ildə rayonda heç bir xüsusi təhlükəli
infeksion xəstəlik, kütləvi qida zəhərlənmələri,
idarə olunan infeksiyalar qeydə alınmamışdır. Bunun səbəbi hər bir
infeksion xəstəliyin vaxtında aşkarlanması,
hospitalizasiyası, xəstələrin xəstəxanadan
çıxdıqdan sonra dispanser qeydiyyatına
alınması, xəstəlik ocaqlarında tamamlayıcı
dezinfeksiya işlərinin aparılmasıdır.
1 yaşa qədər uşaqların peyvəndə cəlb
olunması, demək olar ki, tam şəkildə həyata
keçirilmişdir.
Son 4-5 il ərzində
rayonun sanitariya təmizliyinə nəzarət zamanı
Xırdalan şəhərində, qəsəbə və kəndlərdə
250-yə yaxın qeyri-qanuni zibillik ləğv olunmuş, 96
yerdə yeni zibil meydançası tikilmiş, 500-ə qədər
konteyner gətirilmiş, 12 ədəd yeni zibil daşıyan
maşın alınmış, zibillərin gündəlik
daşınması qrafik əsasında təşkil olunaraq
yaxşılaşdırılmışdır.
Yeniləşən binalar rayonun
simasına xüsusi yaraşıq verir
Abşeronun
şəhər, qəsəbə və kəndlərinin simasını dəyişən abadlıq-quruculuq işlərində
rayonun təmir-tikinti təşkilatları və Mənzil-kommunal
təsərrüfatı istehsalat birliyi yaxından iştirak
edir. Cari ilin birinci
yarısında da bu işlər uğurla davam
etdirilmiş, mənzil fondunun saxlanılması istiqamətində konkret tədbirlər həyata
keçirilmişdir. Xırdalan şəhərində 25,
26, 27 və
28-ci məhəllələrdə
səkkiz beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsələri əsaslı təmir
olunmuşdur. 20, 27 və 30-cu
məhəllələrdə 15 çoxmərtəbəli,
çoxmənzilli yaşayış
binasının giriş və zirzəmi
qapılarının, mərtəbələrarası
pəncərələrinin dəyişdirilməsi,
pilləkən qəfəsələrinin əsaslı təmiri davam etdirilir.
2013-cü
ilin ötən dövründə Xırdalan şəhərində on Mənzil
Tikinti Kooperativi tərəfindən 5,
7, 9, 12 və 18 mərtəbəli
34 yaşayış binasının tikintisi davam
etdirilmişdir.
Keçmiş
Bakı
quşçuluq
fabrikinin ərazisində
23 bir
girişli, 3 mərtəbəli yaşayış binası
istifadəyə
verilmişdir. Müvafiq
dövrdə Masazır kəndindəki “Qurtuluş-93” və “Yeni Bakı”
MTK-lar tərəfindən üç ədəd iki
girişli, beş mərtəbəli, üç ədəd bir
girişli, on mərtəbəli, bir ədəd
üç girişli, 12 mərtəbəli yaşayış binaları istifadəyə verilmişdir. “Mehdiabad Gənclər Şəhərciyi”ndə dörd
ədəd 6 mərtəbəli yaşayış evi
istismara qəbul
edilmiş, dörd qrupluq
özəl uşaq bağçasında isə
son tamamlama işləri görülməkdədir.
2013-cü ilin ötən dövrü ərzində 400-dən çox vətəndaşa pensiya təminatı aparılmışdır. 1230 ailənin 4929 üzvünə ünvanlı sosial yardım təyin edilmişdir. 1824 vətəndaş üçün telefon çəkilmiş, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 95 ədədə, internet istifadəçilərinin sayı isə ümumi telefon istifadəçilərinin 97 faizinə çatdırılmışdır. Rayon poçtamptının tabeliyindəki 24 poçt şöbəsi və 1 poçt agentliyi tarif gəlirləri proqnozuna artıqlaması ilə əməl etmişdir. Rayon məşğulluq mərkəzi vasitəsilə 515 300-dən çox vətəndaş işə düzəlmişdir. Rayonda 1500-ə yaxın yeni iş yeri açılmışdır. RİH başçısı yanındakı Büdcədənkənar İnkişaf və Bərpa Fondundan ehtiyacı olanlara 40000 manatdan çox yardım olunmuşdur.
... Bu ardıcıllıqla Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar. Əslində buna ehtiyac da yoxdur. Amma bir məsələ dəqiqdir: rayon inkişaf edir, abadlaşır, gözəlləşir. Və bu yüksəliş abşeronların ürəyincədir.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2013.-
6 oktyabr.- S. 5.