Naftalan: itirilmiş şöhrət necə qaytarılır

 

Naftalan Şəhər İcra Hakimiyyətindən aldığım arayışda bir məqam diqqətimi daha çox cəlb etdi: Cari ilin ötən ayları ərzində şəhərdə fəaliyyət göstərən sanatoriyakurort birliklərinə 8 minədək  pasiyent turist gəlmişdir. Bunların 2 min nəfərə yaxını xarici vətəndaşlardır. Bu isə ötən ilin eyni dövründəkindən təxminən 2 dəfə çoxdur.

Əlbəttə, yuxarıda göstərdiyimiz rəqəmlərin dinamikası bir turizm-sağlamlıq mərkəzi olmaq etibarilə maraq doğurur və elə ona görə də bu mövzuda ayrıca yazı hazırlamaq qərarına gəldim. Düzdür, keçmiş Sovetlər birliyi dövründə Naftalana müalicəyə və istirahətə gələnlərin sayı ildə 70-75 min nəfərə çatırdı. Ancaq ötən əsrin 80-ci illərinin sonunda, bütövlükdə, respublikanı bürüyən xaosanarxiya Naftalandan da yan keçməmişdir. Üstəlik, erməni işğalı zamanı doğma yurd-yuvasından didərgin düşmüş yüzlərlə ailə də məhz buradakı sanatoriyalarda məskunlaşmışdır.

İndi vəziyyət tamamilə başqadır. Belə ki, burada məskunlaşmış qaçqın və məcburi köçkün ailələri üçün ayrıca binalar tikilmiş, şəhərcik salınmışdır. Başqa sözlə desək, həmin sanatoriyaların yerində müasir binalar tikilmişdir. Digər tərəfdən, yeni sanatoriyalar istifadəyə verilmişdir. Bu da onunla nəticələnir ki, yuxarıdakı statistikadan da göründüyü kimi, ildən-ilə müalicəyə və istirahətə gələnlərin sayı artır.

Yaradılan şərait, bu istiqamətdə görülüb başa çatdırılan və hazırda da davam etdirilən işlər xüsusilə maraq doğurur. Düzdür, mütəxəssislərin gəldiyi yekdil rəyə görə, dünyada Naftalan neftinin əvəzi yoxdur, bu misilsiz şəfa ocağı min bir dərdin dərmanıdır. Təsadüfi deyildir ki, sanatoriyaların çoxunda “Əsa muzeyi” yaradılmışdır. Yəni, bura əsa ilə ağır vəziyyətdə gələnlər 5-10 günün içində onları atır, özlərini  sağlamgümrah hiss edirlər. Muzeylər də məhz belə yaranmışdır.

Ancaq orası da var ki, müalicəyə və istirahətə gələnləri həm də şəhərdə və sağlamlıq ocaqlarında yaradılan şərait, göstərilən xidmət və s. daha çox maraqlandırır. Bu baxımdan son illər Naftalanda həyata keçirilən tədbirlər, həqiqətən, böyük fərəh doğurur. Qeyd edək ki, Qızılhacılı dairəsindən şəhərə gələn asfalt yol tamamilə yenidən qurulmuşdur. Naftalanda Bayraq meydanı yaradılmış, şəhərin bütün küçə və səkilərində abadlıq işləri aparılmışdır. Qaz, elektrik enerjisis. sosial problemlər həll olunmuş, yeni yaşıllıq zolaqları, parkxiyabanlar salınmışdır. Dünya standartlarına cavab verən “ÇİNAR” və “QAŞALTI” sanatoriyaları istifadəyə verilmişdir.

Azərbaycan Prezidentinin 2013-cü il sentyabr ayının 10-da Naftalana səfəri isə şəhərin ictimai-siyasi, sosial-mədəni həyatında tarixi hadisəyə çevrilmişdir. Ölkə rəhbəri Naftalana səfəri çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəlin önünə gül dəstəsi qoymuşdur. Dövlət başçısı Heydər Əliyev mərkəzinin açılışında, şəhərə içməli su verilməsi mərasimində iştirak etmiş, “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Respublika Prezidenti şəhər ictimaiyyəti nümayəndələri ilə görüşdə son illər Naftalanda görülmüş işləri yüksək qiymətləndirərək demişdir: “Bir daha demək istəyirəm ki, Naftalan Azərbaycanda artıq turizm mərkəzlərindən birinə çevrilir... Bildiyimə görə, fəaliyyət göstərən yeni otellərə artıq turistlərin gəlişi artır. Daha da artacaqdır. Yəni burada daha çox reklam işi düzgün qurulmalıdır. Çünki, indi dünyada turistləri cəlb etmək üçün ölkələr arasında rəqabət gedir. Yəni turistlərin gəlişi, əlbəttə, hər bir ölkənin iqtisadiyyatına bir töhvə olur. Mən inanıram ki, yaxın gələcəkdə Naftalan haqqında dünyada çox geniş məlumat olacaqdır”.

Əbəs yerə deməyiblər ki, su aydınlıqdır, bolluq, bərəkətdir. Ancaq təəssüf ki, Naftalanda içməli su həmişə problem olmuşdur. Nəhayət, bu yaxınlarda bu vacib sosial problemöz həllini tapmışdır. Bu münasibətlə keçirilən mərasimdə “AZƏRSU” ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirmişdir ki, şəhərdə su təchizatı və kanalizasiya sistemləri 1970-ci illərdə yaradılmışdır. Naftalanda su şəbəkəsinin uzunluğu 47 kilometrdir. 16 kilometr kanalizasiya şəbəkəsi şəhərin kiçik bir hissəsini əhatə ediristismara yararsızdır. Hazırda şəhər əhalisinin sayı 9 min nəfərdir. Onların yalnız 81faizi içməli su ilə təchiz edilir, sutkada su 4-5 saatlıq qrafik əsasında verilir. Bu isə, əlbəttə, yolverilməzdir.

Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya lahiyələri” çərçivəsində həyata keçirilmişdir. Layihə 2035-ci ilə – prespektiv inkişaf nəzərə alınmaqla, Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə, 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanmışdır. Su yeni mənbədən–Ballıqayadan verilir. Şəhərin davamlı su təchizatı üçün Ballıqaya – Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilmişdir. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su verilir ki, bu da sakinlərin təlabatını tam ödəməyə imkan verir. Toplanan çirkab suların axıdılması məqsədilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaqdır. İndiyə kimi kanalizasiya şəbəkəsinin 10 kilometrlik hissəsində işlər başa çatdırılmışdır.

Dövlət başçısı bu əlamətdar hadisə münasibətilə şəhər sakinlərini təbrik etmişsuyun verilməsini bildirən düyməni işə salmışdır. Başqa sözlə desək, Naftalan şəhərində içməli su problemi birdəfəlik həll olunmuşdur.

Ölkə rəhbərinin tarixi səfəri, keçirdiyi görüş və söhbətlər, verdiyi qiymətli məsləhət və tövsiyələr işlərin gedişini xeyli sürətləndirmiş, bütün imkan və səylər hərəkətə gətirilmişdir. İnsanların sabaha olan inam və ümidləri daha da artmışdır.

Yeri gəlmişkən, bəzi xarakterik faktları bir daha xatırlayaq. Başlanmış genişmiqyaslı tikinti- abadlıq və quruculuq işləri bu güneyni sürət və keyfiyyətlə davam etdirilir. Belə ki, “Qarabağ” sanatoriyasında, 280 yerlik körpələr evində artıq son tamamlama işləri görülür. Bundan başqa, Naftalan Bələdiyyəsi üçün yeni inzibati binanın inşasına başlanmışdır. İndiyə kimi şəhərin çoxmərtəbəli yaşayış binalarının 11-də  fasad əsaslı şəkildə təmir edilmişdir. “Qələbə” parkında da əsaslı təmir işləri başlanmışdır.

Cari ilin mart ayında Naftalan şəhərinin müasir tarixində daha bir yeni səhifə açılmışdır. Naftalan şəhərinin Fransanın Leql şəhəri ilə yanaşı, İtaliyanın Pozitano şəhəri ilə də əməkdaşlıq imkanları müzakirə edilmişprotokol imzalanmışdır. Bütün bunlar isə şəhərin gələcək sosial- iqtisadi inkişafı baxımından çox önəmlidir.

Naftalana bu səfərimiz zamanı ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşdük. Ölkəmizin, xalqımızın həyatında böyük tarixi hadisə olan növbəti prezident seçkilərinə hazırlıq işlərinin gedişi ilə maraqlandıq, adamların arzu və düşüncələrini öyrəndik. Məlum oldu ki, şəhərdə 4 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələr 96 saylı Goranboy- Naftalan seçki dairəsinin tərkibindədir. Burada seçicilərin sayı 5138 nəfərdir. Biz 41 saylı seçki məntəqəsində olduq. Burada təmir, texniki-təchizat, seçki siyahıları və s. məsələlər vaxtında həllini tapmışdır.

 

Məntəqənin sədri Akif Məmmədov bildirdi:

 

Oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərinə tam hazırıq. Hər gün işlərin gedişi barədə dairə seçki komissiyasına məlumat veririk. Ümumiyyətlə, bütün işlərimizi mərkəzi seçki komissiyasının müvafiq təlimatlarına uyğun aparırıq. Hər gün seçicilər arasındayıq. Demək istəyirəm ki, onların gün-güzaranına, həyat şəraitinə, arzu və təkliflərinə yaxşı bələdəm. Seçicilər indidən öz fikir və düşüncələrini dilə gətirir, arzularını açıqca bildirirlər. Hamının istəyi bir nöqtədə birləşir: sabitliyə, inkişafa, daha xoş günlərə səs vermək! Başqa bir seçim ola da bilməz.

 

İsmayıl Muradov, həkim:

 

– Ölkə prezidenti şəhərimizə sonuncu səfəri zamanı demişdi ki, şəhər xəstəxanasının təmirinə ehtiyac var və yəqin ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaqdır. Bu, əlbəttə, biz səhiyyə işçilərinin böyük sevincinə səbəb olmuşdur. Ona görə də ölkə rəhbərliyinə hədsiz minnətdarlığımızı bildiririk.

Şəhərimizin son illərdəki inkişaf və yüksəlişi gözlərimiz qarşısında baş verir. Abadlıq və quruculuq işləri günbəgün artır, şəhərimiz daha abad, yaraşıqlı və gözəl olur. Deməli, inkişaf və yüksəliş dönməz xarakter daşıyır. Biz bu yüksəlişə, abadlığa, xoşbəxt gələcəyimizə səs verəcəyik.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 6 oktyabr.- S. 6.