Azərbaycanın
dünya birliyinə sürətli
inteqrasiyası düzgün müəyyənləşdirilmiş
siyasi strategiyanın nəticəsidir
Müsahibimiz hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynovdur.
- Cahangir müəllim, Azərbaycan artıq özünün müstəqillik tarixinin 22-ci ilini yaşayır. Bu illər ərzində respublikamızın keçdiyi yol məşəqqətli olsa da, artıq beynəlxalq aləmdə söz sahibinə çevrilmişik. İstərdik ki, müstəqillik tariximizin keçdiyi yola sizin də münasibətinizi öyrənək.
- Son iki ildir ki, mən Azərbaycanın XVIII əsr tarixinin araşdırılması ilə məşğul oluram. Bununla əlaqədar olaraq Azərbaycan tarixi ilə bağlı xeyli sayda yazılmış mənbə ilə tanış olmuşam. Tədqiqatlarımın xeyli hissəsini İran İslam Respublikasının və Türkiyə Cümhuriyyətinin arxiv materialları əsasında aparmışam. Araşdırdığım tədqiqatlardan bir daha belə nəticəyə gəldim ki, Azərbaycan qədim və böyük bir tarixə malikdir. Çox təəssüflər olsun ki, uzun illər sovet tarixçiləri bunu saxtalaşdırmış, min il tarixi olan Azərbaycan dövlətini xırda xanlıqlar səviyyəsində təqdim etmiş və nəhayət, Azərbaycanın bir hissəsini XIX əsrin əvvəllərində işğal etməklə turançılığa və azərbaycançılığa böyük bir zərbə vurmuşdur. XX əsrin əvvəllərindən İran deyilən məkanda da farsların hakimiyyətə gəlməsi ilə böyük Azərbaycan dövləti süquta uğramışdır. Məhz 1918-ci il mayın 28-də Şimali Azərbaycanda ilk müstəqil respublika yaranmışdır. Məhz bugünkü Azərbaycan Respublikasını böyük və qədim bir Azərbaycan dövlətinin sələfi kimi tanımalıyıq. XVIII əsrdə Azərbaycan-Əfşar dövlətinin sahəsi 5 milyon kvadratkilometr ərazini əhatə etmişdir. Həmin ərazidə bu gün bizə gəlib çatmış Azərbaycanımızı hər birimiz göz bəbəyimiz kimi qorumalıyıq.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, keçən əsrin 90 - cı illərində yenidən ölkəmizin başı üzərini “qara buludlar” almışdı. Azərbaycan xarici və separatçı qüvvələrin təzyiqi ilə yenidən parçalanma təhlükəsi ilə üzləşmişdi. Həmin zaman mən Ali Sovetin deputatı kimi 1992-ci il martın 6-da parlamentin tribunasından “Birləşməsək, xalq bizi bağışlamaz” devizi ilə müraciət etdim. Həmin dövrdə respublikamızı separatçı qüvvələrdən və düşdüyümüz ağır vəziyyətdən qorumaq məqsədilə Heydər Əliyevin hakimiyyətə gətirilməsini ilk dəfə parlamentdə təklif etdim. Onun nüfuzundan, dövlət idarəçiliyindəki zəngin təcrübəsindən, siyasi dünyagörüşündən istifadə olunmasına çağırdım.
Bu gün ölkəmizdə yaradılmış davamlı ictimai-siyasi sabitliyin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Qüdrətli şəxsiyyətin möhkəm təməllər üzərində bünövrəsini qoyduğu daxili və xarici siyasətin uğurlu davamı ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Mən gündəlik mətbuatı çox yaxından izləyirəm və qardaş Türkiyə Cümhuriyyətində apardığım araşdırmalar zamanı da şahidi oldum ki, Azərbaycanın dünya birliyindəki mövqeyi əvvəlki illərlə müqayisədə xeyli artıb və iqtisadi cəhətdən daha da qüdrətli olub. Sevindirici haldır ki, bu inkişaf yalnız neft amili ilə əlaqəli deyil. Beynəlxalq standartlara cavab verən çoxlu sayda istehsal və sənaye müəssisələri yaradılmış, bir milyondan artıq yeni iş yerləri açılmış, ümumi daxili məhsul istehsalı bir neçə dəfə artmış, ən əsası isə Azərbaycan dünya birliyində söz sahibinə çevrilmişdir. Bütün bunlar son on ildə həyata keçirilən məntiqli və düşünülmüş strategiyanın nəticəsidir.
Təbii ki, Azərbaycan dünyada neft - qaz ölkəsi kimi tanınır. Onu da qeyd edək ki, dünyanın bir çox ölkələrində təbii sərvətlər, faydalı qazıntılar mövcuddur. Çox uzağa getməyək. Azərbaycanla qonşu olan bir sıra dövlətlər zəngin neft və qaz yataqlarına malikdir. Ancaq dünyanın ən iri neft şirkətləri məhz ölkəmizlə bu sahədə əməkdaşlığa üstünlük verdilər. Bunun əsas səbəblərindən biri ölkəmizdə davamlı ictimai - siyasi sabitliyin yaradılması və dövlət başçısına olan inam və etimaddan irəli gəlir. Mən ulu öndər Heydər Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə imzalanmış neft müqaviləsini xatırlatmaq istərdim. Bu il “Əsrin müqaviləsi”nin 19 - cu ildönümü tamam oldu. Məndə olan məlumata görə bu müqaviləni imzalayan şirkətlər bu günə qədər Azərbaycana 300 milyard dollara qədər investisiya qoyublar. Bu milyardlar ölkəmizin inkişafına, yeni infrastruktur layihələrinin yaradılmasına, əhalinin həyat tərzinin yaxşılaşdırılmasına sərf olunub. Bu gün hər birimiz bu inkişafın, tərəqqinin, firavanlığın şahidiyik.
Mən iki ilə yaxın idi ki, Azərbaycandan ayrılmışdım. Qeyd etdiyim kimi, qardaş Türkiyə Cümhuriyyətində elmi yaradıcılıqla, tədqiqat işləri ilə məşğul olurdum. Bakıya qayıdanda isə gördüklərim məni heyrətə gətirdi. Mən sanki, dünyanın inkişaf etmiş ən gözəl şəhərlərindən birində idim. Bəli, bura doğma Bakı idi. Qısa müddət ərzində aparılan abadlıq və yenidənqurma işləri adamı valeh edir. Bütün bu işləri həyata keçirmək üçün təbii ki, iqtisadi güc lazımdır. Demək, ölkəmizin iqtisadi qüdrəti sürətlə artır. Dünyanın heç bir ölkəsində belə sürətli inkişaf ola bilməz. İndi şahidi oluram ki, bu yenidənqurma işləri təkcə paytaxtda deyil, bütün regionlarda həyata keçirilir. Rayonlarda elə istehsal müəssisələri yaradılıb ki, hətta inkişaf etmiş ölkələrdə belə müəssisə yoxdur. Sevindirici haldır ki, həmin müəssisələrdə işləyənlər də yerli sakinlərdir. Bu da hər bir soydaşımız üçün böyük bir problemə çevrilmiş işsizliyin aradan qaldırılmasında çox böyük əhəmiyyət kəsb edir.
- Azərbaycanda demokratik proseslərin inkişafı daim diqqət mərkəzində saxlanılan prioritet sahələrdəndir. Siz bir hüquqşünas kimi bunu necə qiymətləndirirsiniz?
- Mən təcrübəmə əsaslanaraq
deyə bilərəm ki, dünyanın heç bir yerində ideal cəmiyyət yoxdur.
Dünyanın inkişaf etmiş,
hətta, yüz - iki yüz il demokratiya
təcrübəsi olan ölkələrində
də narazılıqlar, nöqsanlar, etiraz
aksiyaları mövcuddur.
Hər bir ölkənin özünün
daxili problemləri var.
Mən elə Türkiyə Cümhuriyyətində olarkən
müəyyən etiraz aksiyalarının
şahidi oldum. Hətta,
bu narazılıq o həddə
çatdı ki, asayiş
keşikçiləri ilə yerli sakinlər
arasında qarşıdurma yarandı. Sonradan
bu narazılıq tədricən aradan qaldırıldı və həyat əvvəlki
axarı ilə davam etdirildi.
Bunu şişirtmək, siyasiləşdirmək
əhəmiyyətsiz bir şeydir.
Bizdə də belə hallar olub. Lakin ulu
öndərin həyata keçirdiyi
uzaqgörən siyasət bunun
qarşısını müdrikliklə alıb. Bir qədər əvvəl
vurğuladığım kimi, “Əsrin
müqaviləsi” imzalanandan bir qədər sonra bir neçə dəfə dövlət
çevrilişinə cəhd oldu. Lakin qüdrətli
siyasi xadim Heydər
Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi
və siyasi
uzaqgörənliyi xarici düşmənlərimizin
və müstəqil dövlətimizin inkişafını gözü götürməyən dairələrin
təhriki ilə hazırlanmış belə antikonstitusion
hərəkətlərin
qarşısını ustalıqla aldı. Bu
da növbəti dəfə xarici şirkətlərdə ölkəmizə
və dövlət başçısına böyük
inam yaratdı. Ondan sonra Azərbaycana investisiya qoyan şirkətlərin sayı
daha da artdı.
Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft kəməri,
Bakı - Supsa qaz kəməri, Bakı - Tbilisi - Qars
dəmir yolu xəttinin əsası məhz bundan sonra qoyuldu. Ulu öndərin siyasi xəttinin onun
adına layiq davam etdirilməsi həmin infrastruktur layihələrin həyata
vəsiqə almasına
böyük imkanlar yaratdı. Bu gün hər birimiz bu layihələrin uğurlarından bəhrələnirik.
Müstəqil dövlətimizin sürətli inkişaf yoluna qədəm qoymasına məhz bu layihələr geniş yol açıb. İndi Azərbaycan
öz təbii sərvətlərini heç
bir dövlətin köməyinə ehtiyac olmadan Avropa və dünya bazarlarına çıxara
bilir. Yeni TANAP qaz kəməri
tezliklə Azərbaycan
qazını Türkiyə
vasitəsilə Avropa
ölkələrinə çıxaracaq.
Bu gün torpaqlarımızın
20 faizi işğalçı
Ermənistan dövlətinin
nəzarəti altındadır. Buna baxmayaraq, Azərbaycan bütün sahələr
üzrə Cənubi Qafqazın lider dövlətidir. Belə bir
şəraitdə demokratik
proseslərin inkişafı
həmişə prioritet
məsələ kimi diqqət mərkəzində
saxlanılır. Hər bir
ölkədə keçirilən
seçki prosesinin nəticələri həmin
ölkədə demokratiyanın
inkişafının hansı
səviyyədə olmasını
səciyyələndirən əsas amillərdəndir.
Son illər ölkəmizdə
keçirilən seçkilər
inkişaf etmiş bir sıra ölkələr
üçün nümunə
ola bilər.
Bunu seçkiləri izləmiş
beynəlxalq müşahidəçilərin
yekun rəyləri də təsdiqləyir.
Bir sıra araqarışdıran və
kimlərinsə sifarişlərini
icra edən xəyanətkarların və
ermənipərəst ekspertlərin
yalan məlumatlar yaymaları da ədalətli keçirilmiş
seçki prosesinə
mənfi təsir göstərmir. Bunun əsas səbəbi
ölkəmizdəki demokratik
proseslərin inkişafının,
insan hüquq və azadlıqlarının
müdafiəsi istiqamətində
dövlət başçısının
həyata keçirdiyi
tədbirlərin və
qətiyyətli addımların
dünyanın nüfuzlu
beynəlxalq təşkilatları
tərəfindən düzgün
və obyektiv qiymətləndirilməsidir. Mən hamıya müraciət edərək deyirəm ki, gəlin, Azərbaycanımızı bizi
gözü götürməyənlərdən
qoruyaq. Gəlin, belələrinə qarşı birgə mübarizə aparaq.
Kimlərsə antiazərbaycan
dairələrin çirkli
pullarına və yalan vədlərinə aldanıb onların sifarişlərini yerinə
yetirməklə millətimizin
adına ləkə gətirməməlidir.
Ulu öndərin memarı olduğu müstəqil Azərbaycanımızı qorumaq
hər bir soydaşımızın ən
müqəddəs, ən
ülvi borcudur. Müstəqilliyimizin gələcək taleyi gənclərimizdən
aısılıdır. Hazırda ölkəmizdə
gənclərin beynəlxalq
aləmə inteqrasiya
olunması, hərtərəfli
təhsil almaları, sərbəst fəaliyyətinin
təmini üçün
dövlət proqramları
qəbul olunub. Bütün bunlar yetişən gənc nəslin hərətərəfli inkişafı
məqsədini daşıyır.
Ona görə də doğma, müstəqil Azərbaycanımızın qorunmasında
gənclərin üzərinə
daha böyük məsuliyyət düşür.
Ümid edirəm ki, Azərbaycan gəncliyi dövlətimizin
bu sahəyə göstərdiyi xüsusi qayğıdan yetərincə
faydalanıb, bu gün həyata keçirilən daxili və xarici siyasətə sadiqlik nümayiş etdirəcək, müstəqil
dövlətimizin beynəlxalq
aləmdəki reytinqinin
daha da yüksəldilməsi
üçün bütün
imkanlardan istifadə edəcək. Mən inanıran ki,
məhz bu gəncliyin qüvvəsi hesabına düşmən
işğalında olan
torpaqlarımız azad
ediləcək. Bu gün həyata keçirilən uğurlu
daxili və xarici siyasət də bundan xəbər verir.
- Hazırda ölkəmiz çox önəmli siyasi hadisə ərəfəsindədir. Təbii ki,
mən bu yaxınlarda keçiriləcək
prezident seçkilərini
nəzərdə tuturam.
Bu seçkilərin
də demokratik ruhda keçiriləcəyinə
böyük inam var. Sizin də fikirlərinizi
bilmək maraqlı olardı.
- Bilirsinizmi, Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirilməsi
üçün mükəmməl
qanunvericilik bazası formalaşdırılıb. Sevinirəm
ki, bu sənədlərin
hazırlanmasında mənim
də zəhmət payım var. Azərbaycan Respublikasının Seçki
Məcəlləsinin hazırlanmasında
əməyim az
olmayıb. 2003 - cü ildə mən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının (indi Komitə) sədr müavini idim. Seçki Məcəlləsi hazırlanarkən
biz dünyanın inkişaf
etmiş dövlətlərinin
seçki təcrübəsi
və bu sahədəki qanunvericilik
aktları ilə yaxından tanış
olduq, qabaqcıl təcrübəni öyrəndik.
Bundan əlavə beynəlxalq təşkilatların nümayəndələrinin,
həmçinin tanınmış
ictimai-siyasi xadimlərin,
hüquq ekspertlərinin
iştirakı ilə
dəfələrlə monitorinqlər
keçirdik. Nəticədə beynəlxalq standartlara uyğun mükəmməl
Seçki Məcəlləsi
hazırladıq. Artıq
10 ildir ki, ölkəmizdə bütün
seçkilər bu əhmiyyətli sənəd
əsasında keçirilir.
Söz yox ki, Seçki
Məcəlləsinə bu
illər ərzində
bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Bu da təbii
qarşılanmalıdır. Çünki ölkəmiz sürətlə
inkişaf edir, müxtəlif beynəlxalq
konvensiyalara qoşulur,
demokratik proseslərin
inkişafına xüsusi
önəm verilir.
Belə bir şəraitdə Seçki Məcəlləsi
daha da təkmilləşdirilməlidir.
İnanıram ki, builki prezident seçkiləri də şəffaf və ədalətli olacaq və bu da ölkəmizin
beynəlxalq aləmdəki
nüfuzunu daha da artıracaq.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 6 oktyabr.- S. 10.