Beynəlxalq
müşahidəçilər 9 oktyabr - prezident seçkilərini
demokratik, şəffaf, ədalətli seçki kimi yüksək
dəyərləndirdilər
Kanadadan Sheila Copps: “Seçkilərin ədalətli,
şəffaf və demokratik şəkildə keçirilməsi
aydın hiss olunur. Diqqətimi çəkən məqamlardan
biri də odur ki, bir insan iki dəfə kağız
götürmür. Bu da o deməkdir ki, seçki prosesində heç bir
saxtakarlığa yol verilmir. Bununla yanaşı, vətəndaşlar
öz səslərini ardıcıllıqla verirlər. Saatlar keçdikcə seçicilərin sayında
xüsusi aktivlik nəzərə çarpır. İnsanlar yüksək əhval-ruhiyyədə məntəqələrə
gələrək, səslərini verirlər. Azərbaycanda seçki prosesinə çox məsuliyyətlə
yanaşıldığı ortadadır”.
Filippini təmsil
edən Domini Torrevillas Suarez: “4 seçki məntəqəsində
müşahidə aparan zaman səsvermədə kişilərin
çoxluq təşkil etdiyinin şahidi oldum. Əvvəlcə,
qadınların az olması diqqətimi
çəksə də, saatlar keçdikcə tarazlıq
yarandı. Qadın seçicilər arasında
da xüsusi aktivlik müşahidə edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki,
Azərbaycanda prezident seçkiləri texniki cəhətdən
yaxşı təşkil olunub. Səsvermə
prosesi normal keçir, hələlik qayda pozuntuları
müşahidə olunmayıb. Bizim
olduğumuz məntəqələrdə hər şey
yaxşı təşkil edilib. Hər məntəqədə
seçici siyahılarının olması, yerli və beynəlxalq
müşahidəçilərin səsvermənin gedişini
izləməsinə şərait yaradılması xoşumuza
gəldi. Çünki bu, Azərbaycanın
demokratiyasının əsas göstəricilərindən biridir”.
ATƏT
Parlament Assambleyasının (PA) müşahidə
missiyasının rəhbəri Doris Barnet: “Son 20 ildə
bütün dünyada, o cümlədən Azərbaycanda
seçki prosesi yaxşı tərəfə dəyişib. Biz seçki prosesində maraqlıyıq və onun
Azərbaycanda neçə keçirildiyini bilmək istəyirik”.
GUAM-ın
baş katibi, bu təşkilatın Müşahidə
Missiyasının rəhbəri Valeri Çeçelaşvili:
“Mən də daxil olmaqla GUAM-dan olan müşahidəçilər
bir sıra seçki məntəqəsinə baş çəkdik
və orada seçkilərə yaxşı
hazırlığın şahidi olduq. Ümumilikdə
mənim qiymətləndirməm müsbətdir. Biz gördüklərimizdən çox məmnunuq.
Azərbaycan demokratik seçki nümunəsi
göstərməyə qadir olduğunu sübut etdi”.
ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) direktoru Yanes Lenarçiç: “ATƏT DTİHB-nin
300-dən çox müşahidəçisi səsvermənin
monitorinqini həyata keçirir. Hələlik
aparılan müşahidənin nəticələri barədə
şərh vermək tezdir və qurumun bütün
müşahidəçiləri öz hesabatlarını təqdim
etdikdən sonra missiya öz qiymətləndirməsini elan edəcək.
Bizi ümumi mənzərə maraqlandırır.
Bu, mozaika kimidir, biz hələlik onun
ayrı-ayrı hissələrini görürük. Hər hansı müşahidəçinin məntəqədə
gördükləri mozaikanın yalnız bir hissəsidir.
Azərbaycanda fəaliyyət
göstərmiş uzunmüddətli missiya seçki
kampaniyasının ayrı-ayrı mərhələləri -
kampaniyanın KİV-də
işıqlandırılmasını, MSK-nın və
ümumən seçki administrasiyasının fəaliyyətini,
namizədlərin apardığı kampaniyanı
müşahidə edib. Bu gün
müşahidəçilər səsvermənin gedişini və
məntəqələr bağlandıqdan sonra səslərin
sayılması prosesini də izləyəcəklər".
“Ədalətli seçkilər
uğrunda” Təşkilatından olan beynəlxalq
müşahidəçi, İsraildən olan vəkil Yakob
Qriqori: “Azərbaycanda seçki texniki cəhətdən
yaxşı təşkil olunub. Səsvermə
prosesi normal keçir, pozuntular müşahidə olunmayıb.
Biz Bakıdakı 6 məntəqədə olduq.
Bizim olduğumuz məntəqələrdə hər
şey yaxşı təşkil edilib. Hər
məntəqədə seçici siyahılarının
olması, yerli müşahidəçilərin səsvermənin
gedişini izləməsinə şərait yaradılması
xoşumuza gəldi. Ümumən vəziyyət
normaldır və biz hər hansı qanun pozuntusu qeydə
almadıq. Adları seçici
siyahılarında olmayan seçicilərin adları xüsusi
siyahıya salınır və sonradan MSK tərəfindən
təsdiqlənir. Beləliklə, onlar
öz səsvermə hüququndan istifadə edə bilirlər”.
Serbiya
parlamentinin nümayəndəsi, beynəlxalq müşahidəçi
Vladimir İlic: “Səsvermə prosesi başlayandan bir neçə
seçki məntəqəsində olmuşuq. Bu
mərhələ üçün hər şey
qaydasındadır və normaldır. Hələlik
heç bir problemlə qarşılaşmamışıq”.
Gürcüstan parlamentinin üzvü, ATƏT PA-nın
vitse-prezidenti Georgi Sereteli. “Azərbaycanda prezident
seçkiləri sakit, normal şəkildə, qanuna uyğun
keçirilir. Bu ana kimi biz Binəqədi və
Biləcəridə 8-9 seçki məntəqəsində
olduq. Bəzi seçki məntəqələrində
seçici sıxlığı müşahidə olunub.
Məntəqələrdə çoxlu
müşahidəçilər var, nöqsan yoxdur. Bir çox məntəqələrdə veb-kameralar
var. İndi görək günün ikinci yarısında
seçki prosesi necə keçiriləcək. Əgər
bu cür davam etsə, sonda bu proses tərəqqi kimi qiymətləndiriləcək”.
Qayana Parlamentinin spikeri, beynəlxalq müşahidəçi
Rafael Trotman. “İnsanlar həvəslidir, məntəqələrdə
çoxsaylı seçici müşahidə olunur. Çox aktiv və davamlı səsvermə prosesi
gedir. Bir məntəqədə
açılış mərasimində iştirak etdim. Himn oxundu, çox bəyəndim. Açılışdan əvvəl himnin
oxunması bu prosesə necə ciddi
yanaşıldığını göstərir. Əvvəllər başqa ölkələrin də
seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, burada keçirilən
seçkilər bütün normalara uyğun şəkildə
aparılır”.
ATƏT-in
müşahidə missiyasının üzvü, Slovakiya
parlamentinin deputatı Andrey Kolesnikov: “Səsvermə prosesi
çox yaxşı şəkildə təşkil edilib”.
Türkiyə
parlamentinin CHP-dən olan deputatı Ensar Oğut: “Seçkilər
çox gözəl, demokratik, şəffaf keçirilir,
kameralar quraşdırılıb. Seçicilərə
heç bir təzyiq göstərilmir. İnsanlar
tam sərbəst şəkildə səs veriblər. Onların baş barmaqlarına boya da vurulur.
Seçkidə kim qalib gəlirsə-gəlsin,
uduzan adamın əlini sıxsın”.
Avropa
Parlamentinin Çexiyadan olan deputatı Jiry Mastalka: “Səhər
müşahidələrə başladığımız
üçün deyə bilərəm ki, insanlarınız
savadlıdır və qanuna uyğun şəkildə səsvermə
hüquqlarından istifadə edirlər. Mən
olduğum yerlərdə heç bir pozuntu, hətta heç
bir şikayət belə eşitmədim. Seçki
prosesi normal keçir”.
Polşa
parlamentinin üzvü Tadeuş Vozniak: “Biz Azərbaycanda
demokratiyanın necə inkişaf etməsini izləyirik. Bu vaxta qədər bir neçə seçki məntəqəsində
olmuşuq və heç bir pozuntu müşahidə etməmişik.
Ümumiyyətlə, deyə bilərəm ki,
seçki prosesi normal keçir”.
Türkiyəli
millət vəkilləri Əli Özgündüz və Malik
Əjdər Özdəmir: “Seçki prosesi sakit və öz
axarı ilə davam edir. Seçicilər
üçün hər cür şərait yaradılıb.
Məntəqədə seçicilər
üçün yaradılan imkan təqdirəlayiqdir. Hər kəs gəlib öz səsini sakit və
rahat şəkildə verir. Yəqin ki,
gün ərzində onlar öz səslərini fəal şəkildə
verəcəklər”.
Filippini təmsil
edən Amado Valdez: “Apardığım müşahidələr
nəticəsində gördüm ki, əhalinin prezident
seçkilərinə inamı olduqca böyükdür. Seçkiyə olan axın yüksəkdir. Səhərə nisbətən günortaya yaxın
olduğumuz məntəqələrdə seçicilərin
sayı daha çox idi. Bu da yəqin ki,
vaxtdan irəli gəlir. Səhər tezdən
olmasına baxmayaraq, hər kəs seçki məntəqələrinə
yüksək əhval-ruhiyyədə gəlir. Bu da diqqətimi çəkən məqamlardan biri
oldu. Azərbaycanda prezident seçkilərinin
bu qədər demokratik və şəffaf keçirilməsini
gözləmirdim. Gözlədiyimizdən
daha da uğurlu nəticə ilə qarşılaşdıq”.
Türkiyədən
Gözde Dizdar: “Seçki prosesinə nəzər yetirdikdə
hiss olunur ki, Azərbaycan bu işə çox ciddi
hazırlaşıb. Hər şey yüksək
səviyyədə təşkil olunub. Bununla
yanaşı, seçki prosesini izləyən müşahidəçilər
arasında müxtəlif siyasi partiyaları təmsil edən
nümayəndələrin olması ölkənizin güvənini
daha da artırmış olur. Prezident
seçkiləri Azərbaycan xalqının taleyində
çox əhəmiyyətli rola malikdir. Çünki
kimin prezident seçilməsi bundan sonra dövlətinizin
inkişafını və 5 illik gələcəyini təyin
edəcək. Ona görə də mən
belə düşünürəm ki, Azərbaycan xalqı
seçki məsuliyyətini dərk edir. Onlara
heç bir müdaxilə edilmədiyini də nəzərə
alsaq, demokratik seçim etməkdə kifayət qədər sərbəst
olduqlarını deyə bilərik. Buna
görə də indidən seçkilərdə qalib gələcək
prezidentə uğurlar arzulayırıq. Seçkilərin
özü bütün beynəlxalq standartlara cavab verir”.
MDB
müşahidə missiyasının üzvü Anna Karzalova:
“İndiyə qədər gördüklərimi normal qiymətləndirirəm.
Mənim olduğum məntəqə vaxtında
açıldı. Gördüyümüz
təcrübəyə əsasən səsverməyə ilk
olaraq yaşlı nəslin nümayəndələri gəliblər”.
İslam
Əməkdaşlıq Təşkilatının (İƏT)
müşahidə missiyasının rəhbəri Habib
Kaabaçi: “Biz artıq bir
neçə seçki məntəqəsində olmuşuq,
müşahidələr aparmışıq və indiyə qədər
müşahidələrimizdən seçkinin yüksək səviyyədə
təşkil olunduğunu deyə bilərəm. Bu, demokratiyanın və yaxşı idarəçiliyin
göstəricisidir. Seçkilərdə
gənclər aktiv iştirak edirlər. Bu
seçkinin insanların etimadını
doğruldacağına və insanların düzgün
seçim edəcəklərinə əminəm”.
ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan
(DTİHB) iki müşahidəçi - Barbara Miller və
Dmitri Serov: “17 saylı Yasamal üçüncü seçki
dairəsinin 30 saylı məntəqəsində Azərbaycanda
keçirilən prezident seçkilərini müşahidə
etdik. Seçici fəallığı yüksəkdir”.
Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP)
nümayəndə heyətinin rəhbəri Jose De Venesiya: “Azərbaycanda
seçkilər çox sakit demokratik şəkildə həyata
keçirilir. Seçki prosesində bizi narahat
edən heç bir məqam yoxdur. Hələlik,
hər şey demokratik və sakit qaydada davam edir. Qeyd edək ki, seçkilər prosesində bu saata qədər
heç bir qanun pozuntusu qeydə alınmayıb”.
İndoneziyadan
olan beynəlxalq müşahidəçilər Menera Artaul və
İnkiriband Robert İmmanuel: “Seçki normal, şəffaf
şəraitdə keçir, hər hansı pozuntu halı
yoxdur, müşahidəçilərə seçkini
müşahidə etmək üçün normal şərait
yaradılıb”.
MDB
Parlament Assambleyasının təmsilçisi olan beynəlxalq
müşahidəçi Nataliya Kondratenko: “Səsvermə tam
şəffaf və demokratik keçir, indiyədək prosesə
heç bir müdaxilə halı müşahidə
olunmamışdır. Hazırda MDB PA-nın 3 təmsilçisi
Göyçayda, iki təmsilçisi isə Ağdaşda
seçki prosesini izləyir. Vətəndaşlar
seçki məntəqələrinə gələrək
müstəqil şəkildə istədikləri namizədə
səs verirlər”.
Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi,
həmsədri, Nepal, Vyetnam və Koreya müşahidəçilər
qrupunun rəhbəri Çunq Ey Yonq: “Azərbaycanda
seçkilər demokratik və sülh şəraitində
keçirilir. Azərbaycan da Koreya kimi, demokratik
istiqamətdə inkişaf edən ölkədir. Müşahidələrimiz əsasında deyə
bilərəm ki, ölkənizdə seçkilər şəffaf
keçirilir. Seçici fəallığı hiss olunan
dərəcədədir. Azərbaycanın bizi
müşahidəçilər qismində seçkilərə
dəvət etməsi ölkənizin demokratiyasından və
özünə olan güvənindən xəbər verir.
Biz müşahidələrimiz zamanı bu
güvənin nə dərəcədə doğru
olduğunun şahidi oluruq. Azərbaycanda
seçkilər gözlədiyimizdən də sakit və
şəffaf keçirilir”.
Bolqarıstandan
olan müşahidəçi
Həmid Həmid: “Azərbaycanda seçki ab-havası
çox yüksəkdir. Bütün
seçicilərdə xüsusi aktivlik müşahidə
edilir. Seçkilər şəffaf
keçirilir. Vətəndaşlar
demokratik şəraitdə səslərini verir, heç bir
problemlə qarşılaşmırlar. Saatlar
keçdikcə seçici aktivliyi də xüsusi nəzərimizə
çarpır”.
MDB
İcraiyyə Komitəsinin sədri - icraçı katibi
Sergey Lebedev: “Azərbaycanda seçki kampaniyası kifayət qədər
sakit keçir. Seçicilərin səsvermədə
öz hüquqlarını ifadə etmələri
üçün bütün şərait yaradılıb”.
Türkiyənin
“Hürriyyət” qəzetinin dünənki sayında Azərbaycanda
seçki mühiti, seçkinin nəticələrilə
bağlı fikirlər, eləcə də rəy
sorğuları yer alıb: “10 namizədin
yarışdığı seçkilərdə
hazırkı Prezident İlham Əliyevin qalib gələcəyi
birmənalıdır. Qəzet “Cihan” xəbər
agentliyinə istinadən yazır ki, İlham Əliyevin
reytinqi seçki təbliğatı müddətində beynəlxalq
müstəqil təşkilatların apardığı
sorğu və araşdırmaların heç birində səksən
faizdən aşağı düşməyib. Mütəxəssislərin fikrincə, Əliyevin
seçicilərin 80 faizindən çoxunun səsini ala biləcəyinin
əsas səbəbi ölkədə yaşanan iqtisadi
sabitliklə bağlıdır”.
19
saylı Nərimanov rayon birinci seçki dairəsinin məntəqələrində
müşahidə aparan 16 siyasi təşkilatın təmsil
olunduğu Latın Amerikası və Karib dənizi ölkələrinin
siyasi təşkilatlarının konfransı sədri Qustavo
Karvajal Moreno: “Seçki fəallığı cox yüksəkdir.
Barmaqlara mürəkkəb vurulması təcrübəsini
alqışlayıram. Müşahidələrim
zamanı hər hansı qanun pozuntusuna rast gəlməmişəm”.
İranın Azərbaycanda
keçirilən prezident seçkilərində müşahidəçisi,
İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri
Əhəd Qəzai: “Biz artıq 5-6 seçki məntəqəsində
olmuşuq, müşahidələr aparmışıq və
indiyə qədər müşahidələrimizdən əhalinin
səhər saatlarından seçkilərdə aktiv
iştirak etdiyinin şahidi olmuşuq. İndiyədək
Azərbaycanda keçirilən bir neçə seçki
prosesini müşahidəçi kimi izləmişəm.
Bu dəfəki seçkini o birilərdən fərqləndirən
cəhətlərdən biri əhalinin hələ ilk
saatlardan aktiv olaraq səsvermədə iştirak etməsidir.
Seçkinin keçirilməsi prosesində nizam
və intizamın olduğunu müşahidə etdim. Heç bir qanun pozuntusu ilə rastlaşmadıq.
Seçki elə təşkil olunub ki, qanun
pozuntusunun olması üçün şərait yoxdur”.
63
Saylı Sabirabad birinci seçki dairəsinin 8 saylı şəhər
seçki məntəqəsində səsverməni
müşahidə edən Amerikanın ölkəmizdəki
səfirliyinin nümayəndələri Dotokumaşe Desilva və
Qarsiya Juan Karlos: “Hələki heç bir qanun pozuntusu ilə
rastlaşmamışıq”.
Moldova Mərkəzi
Seçki Komissiyasının (MSK) sədri Yuri Çokan: “Azərbaycanda
prezident seçkiləri üçün hər şey
yüksək səviyyədə hazırlanıb. Seçkilər ştat rejimində keçir, səhər
saatlarında məntəqələrin açılması ilə
əlaqədar bütün prosedurlarda iştirak etmişik, yəni
bura seçki qutularının möhürlənməsi,
seçki bülletenlərinin sayılması, müşahidəçilərin
qeydiyyata alınması daxildir. Bütün
seçki məntəqələrində logistika yaxşı
səviyyədədir. Bakıda bir
çox seçki məntəqələrində və şəhərdən
kənarda veb-kameralar quraşdırılıb. Biz səhər saatlarından insanların seçki
məntəqələrinə gəlməsinin şahidi
olmuşuq. Hətta məntəqələrin
birində növbə yaranıb”.
Almaniya
Bundestaqının keçmiş üzvü Uolter Kolbou: “Biz
altı seçki məntəqəsində olduq, onlarda
çox yüksək seçici fəallığı
müşahidə olunurdu. Adamlar səs vermək
istəyirdilər və belə imkana malik olduqlarına görə
şad idilər. Seçki məntəqələrində
müxtəlif partiyaların nümayəndələrinin
görünmələri xoş təsir bağışlayan
fakt idi”.
Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
(QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident
seçkilərinin gedişini izləyən
bolqarıstanlı müşahidəçi Enio Savov: “Mən
çox şadam ki, dünyanın ən gözəl şəhərlərindən
biri olan Bakıdayam. Bolqarıstanda Azərbaycandakı
demokratik proseslər də daxil olmaqla ölkənin
inkişafını böyük maraqla izləyirlər. Əminəm ki, bu seçkilər müstəqil
inkişaf edən Azərbaycanın demokratik inkişaf yolunu
bir daha göstərəcək”.
Avropa Parlamentinin Polşadan olan üzvü Yaçek Vlosoviç: “Məntəqələrdə müxtəlif namizədlər və ölkələrdən olan müşahidəçilər iştirak edirlər. Mən dünyada seçkilərin müşahidə olunması üzrə bir çox missiyaların tərkibində işləmişəm. Böyük təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan seçkiləri çox yaxşı təşkil edib. Azərbaycanda seçici fəallığı Avropa İttifaqı (Aİ) ölkələrindən çox yüksəkdir”.
Avropa Parlamentinin Avropa Mühafizəkarlar və
İslahatçılar Siyasi Qrupunda Çexiya nümayəndə
heyətinin lideri Miroslav Ouzki: “Təşkilatçılıq
baxımından hər şey çox gözəldir.
Heç bir neqativ hal qeydə alınmayıb”.
Xalq qəzeti.- 2013.- 10 oktyabr.- S. 3.