Ölkəmizin bütün bölgələrində
seçicilər yüksək fəallıq nümayiş
etdirmişlər
Sabitliyə, inkişafa, daha xoşbəxt
gələcəyə bəslənən inam
YEVLAX
... Səhər tezdəndir. Neçə gündür davam edən yağış kəsib, buludlar dağılıb. Göyün üzü tərtəmizdir. Günəşli, sakit bir günə başlayırıq. Kürün sahilində, yollar ayrıcında yerləşən Yevlaxın abad, yaraşıqlı küçələri ilə addımlayırıq. Hər yerdə qələbəlik, bayram əhval-ruhiyyəsi hiss olunur. Şəhər sakinləri dəstə-dəstə seçki məntəqələrinə doğru axışırlar.
Biz də həmin adamlara qoşulub seçki məntəqələrindən birinə - 8 saylı orta məktəbdə fəaliyyət göstərən 17 saylı məntəqəyə gəlirik. Adamlar növbə ilə bülleten götürüb qeydiyyatdan keçir, pərdə arxasına keçirdilər. Onlar öz iradəsini, arzu və istəyini açıq, aydın və şəffaf şəkildə ifadə edirdilər.
Məntəqənin sədri Mehriban Məcnunova ilə səsvermənin gedişi barədə söhbət edirik:
- Səsvermə təzə başlanıb, gördüyünüz kimi, artıq növbə yaranıb. Adamlarımızın prezident seçkilərinə göstərdikləri maraq, fəallıq yüksəkdir. Başqa cür də ola bilməz. Onlar qarşıdakı 5 il üçün öz talelərinə və gələcəklərinə səs verirlər. 1330 nəfər seçicimiz var. Hələlik heç bir narazılıq qeydə alınmayıb. Adamlarımız hər hansı kənar təsir olmadan, azad şəkildə, öz istədikləri namizədə səs verirlər.
Seçki məntəqəsinin həyətində Əjdər Əhmədovla tanış olduq. Ömrünün ixtiyar çağını yaşayır. Ancaq səsverməyə ilk gələnlərdəndir:
- Ömrüm boyu çox seçkilərdə iştirak etmişəm. Ancaq bu dəfəki prezident seçkilərində daha böyük həvəslə iştirak edirəm. Bilirsinizmi niyə? Ona görə ki, ürəyimdə tutduğum namizədin gördüyü böyük işlərin canlı şahidiyəm. Ona inanıram, onu bir lider kimi sevirəm.
48 saylı Yevlax seçki dairəsinə gəldik. Dairə komissiyasının sədri Yaşar Abbasov bildirdi:
- Dairənin tərkibində 32 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələrlə müntəzəm əlaqə saxlayırıq, səsvermənin gedişi normaldır. Hələlik heç bir yerdə narazılıq, qanun pozuntusu qeyd alınmamışdır. Onu da bildirim ki, məntəqələrimizin 15-də veb-kameralar quraşdırılmışdır.
ZƏRDAB
5 saylı Qoşaoba seçki məntəqəsində maraqlı bir faktın şahidi olduq. Yaşı 80-ni adlamış Sürəyya Qarayeva səsverməyə oğlanları, qızları, gəlinləri, nəvələri, nəticələri ilə birlikdə gəlmişdi: cəmi 25 nəfər.
Sürəyya nənə bülleteni birinci götürdü və dedi:
- Yaxşı deyiblər ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyük sözü ağsaqqal, ağbirçək öyüd-nəsihəti hər yerdə olduğu kimi, burada da vacibdir. Xeyir-dua ilə səs verib, evimizə-eşiyimizə qayıdacağıq. Hamımız da seçimimizi özümüz etmişik. Allah-taala xalqın səsini qazanan rəhbərə uğur, xoşbəxtlik qismət eləsin. Xalqımız seçimindən yarısın.
Məntəqənin sədri Oqtay Nurəliyev isə dedi:
- Seçicilərimizin sayı 1405 nəfərdir. İndiyə kimi onların, demək olar ki, yarısı səsvermədə iştirak edib. Heç bir qanun pozuntusu qeydə alınmayıb, hamı sərbəst şəkildə gəlib öz istədiyi namizədə səs verir. Əvvəlki seçkilərlə müqayisədə seçici fəallığı da yüksəkdir.
92 saylı Zərdab-Ucar seçki dairəsi 48 seçki məntəqəsini əhatə edir. Bunlardan 42-si Zərdabda, 6-sı isə Ucarda fəaliyyət göstərir.
Dairə komissiyasının sədri İsmayıl Əhmədovun telefonları, demək olar ki, susmaq bilmirdi. Vaxt tapıb bunları söylədi:
- Zərdab rayonu üzrə seçicilərin sayıl 33074 nəfərdir. Seçki məntəqələri ilə müntəzəm olaraq əlaqə saxlayırıq, demək istəyirəm ki, seçici fəallığı çox yüksəkdir. Məntəqələrdən aldığımız son məlumatlara görə, artıq seçicilərin yarıdan çoxu öz iradələrini ifadə etmişlər.
Biz Zərdab şəhər 1 saylı, 15 saylı Qoruqbağı, 17 saylı Məmmədqasımlı, 23 saylı Gəlmə, 30 saylı Çallı seçki məntəqələrində də olduq. Hər yerdə yüksək mütəşəkkiliyin, ruh yüksəkliyinin, seçici fəallığının şahidi oduq.
GORANBOY
Biz Goranboya günortadan
sonra çatdıq. Burada 2 seçki
dairəsi – 96 saylı
Goranboy-Naftalan və
97 saylı Goranboy-Ağdam-Tərtər
seçki dairələri
fəaliyyət göstərir.
Seçicilərin ümumi sayı
isə rayon üzrə
51680 nəfərdir.
96 saylı Goranboy-Naftalan seçki dairəsinin sədri Arif Abbasov söhbət zamanı bildirdi:
– Seçki məntəqələrindən
alınan son məlumatlara
görə, seçicilərin
artıq 50-55 %-i öz iradələrini ifadə etmişlər. Yerli və beynəlxalq müşahidəçilərə hər hansı qanun pozuntusu, yaxud neqativ hadisə
barədə məlumat
daxil olmayıb. Adamlarımız heç bir
kənar təsir olmadan seçki məntəqələrinə gəlir,
əvvəlcədən müəyyən
etdikləri, bəyəndikləri
namizədə səs
verirlər.
22 saylı Fəxralı seçki məntəqəsində
ilk dəfə səs
verən Əfsanə
Rəsulova ilə tanış olduq. Sevinc və
həyəcanını gizlədə
bilmirdi:
- Həyatımın ən xoşbəxt gününü
yaşayıram. Hiss edəndə
ki, xalqımızın,
dövlətimizin gələcək
inkişaf və yüksəlişində sən
də iştirak edirsən, sevincimin həddi-hüdudu olmur. Mən, əlbəttə, bir gənc olaraq daha yaxşı yaşamaq, daha sürətli inkişaf edən bir ölkənin
vətəndaşı olmaq
istəyirəm. Elə ona
görə də inandığım, etibar etdiyim namizədə səs verdim.
LAÇIN
Məlum hadisələrlə əlaqədar
olaraq laçınlılar
respublikanın müxtəlif
şəhər və
rayonlarında müvəqqəti
məskunlaşmışlar. Başqa sözlə
desək, növbəti
prezident seçkiləri
ilə bağlı yaradılmış məntəqələrin
sayı çoxdur.
Bu isə sössüz
ki, işin təşkilində daha çox çevik və operativ metodlarla işləməyi
tələb edir.
121 saylı Laçın dairə
seçki komissiyasının
sədri Hüseyn Səfərov səsvermənin
gedişi barədə
məlumat verərək
dedi:
– 42 şəhər
və rayonda təşkil olunmuş 100
seçki məntəqəsində
44088 nəfər laçınlı
səs verməlidir. İlk dəfə səs verəcək gənclərin
sayı 2067 nəfərdir.
Yaşı 80-100 arasında olanların
sayı 1070 nəfər,
100-dən yuxarı olanların
sayı isə 16 nəfərdir. Məntəqələrlə müntəzəm əlaqə saxlayırıq.
Hələlik yerlərdə heç
bir qanun pozuntusu aşkar edilməyib. Adamlarımızın əhval-ruhiyyəsi yüksəkdir.
Onlar növbəti prezident seçkilərində böyük
fəallıqla iştirak
edirlər. Belə deməyə
tam əsas var ki, bizim rayonda
da demokratik şəraitdə, heç
bir kənar təsir olmadan, şəffaf şəkildə
başa çatacaqdır.
Saat 15-də Vağazin
qış obasında
təşkil edilmiş
88 saylı seçki məntəqəsinə baş
çəkdik. Öyrəndik ki, burada 848
nəfər seçici
var. Artıq onların
yarısı səsvermədə
iştirak edib.
Məntəqənin həyətində 92 yaşlı Alıqulu Quliyevlə tanış olduq. Yenicə səs vermişdi. Ona görə də rahat idi, qəlbi qürur və iftixar hissi ilə döyünürdü. Hiss olunur ki, danışmağa sözü çoxdur:
- Yaxşı deyiblər ki, aşıq gördüyünü çağırar. Mən də ömrümün bu ahıl çağında səhv edə bilmərəm. Ona görə də gördüklərimə, şahidi olduqlarıma səs verdim. Axı bunları görməmək nankorluqdur, namərdlikdir. Laçınlıların həmişə sözü də, əməli də bir olub. Biz o insanı ölkə rəhbəri görmək istəyirik ki, bugünkü sabitlik və inkişaf gələcəkdə də davam etidirilsin. Seçəcəyimiz prezidentin doğma ata-baba torpaqlarımızı geri qaytarmağa gücü, qüdrəti və təcrübəsi çatsın.
* * *
Biz günün sonunda həmin rayonların seçki dairələri ilə bir daha əlaqə saxladıq. Səsvermənin gedişi, yekun göstəricilərlə maraqlandıq. Məlum oldu ki, Yevlaxda seçicilərin 74,48 faizi, Zərdabda 74,55 faizi, Goranboyda 71,1 faizi, Laçında isə 76,24 faizi səsvermədə iştirak etmiş və öz iradəsini, açıq və demokratik şəkildə ifadə etmişlər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 10 oktyabr.- S. 11.