Belçikalı beynəlxalq müşahidəçi Andrey Oberexin: Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən və keçirilməsindən məmnunuq

 

ABŞ-ın “LR GlobalStrateji Araşdırmalar Mərkəzinin baş direktoru Lenço Rendon: “Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçirilir. Düşünürəm ki, dünya bunu görməlidir. Mən çox şadam ki, Azərbaycana gəlib seçkiləri müşahidə etmək imkanı əldə etmişəm və bu demokratik prosesləri öz gözlərimlə görürəm”.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin seçkiləri müşahidə missiyasının Belçikadan olan üzvü Racimira Vilyamas: “Azərbaycanda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində səsvermənin gedişini izlədim. Burada heç bir qanun pozuntusu ilə rastlaşmadım, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hətta məni təəccübləndirdi ki, Azərbaycanda məhkumlar da səsvermə hüququndan istifadə edə bilir. Bu, demokratiyanın ən yüksək göstəricisidir”.

MDB Parlamentlərarası Assambleyadan (PA) olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski: “Azərbaycanda prezident seçkilərində seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur. Hiss olunur ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki sisteminin təkmilləşdirilməsi üzərində işləyib. Şübhəsiz ki, bu, azad iradənin bildirilməsinin təmin edilməsinə və bu günün təntənəsinin hiss edilməsinə yardım edir”.

Bolqarıstan, İndoneziyaŞri-Lankadan olan beynəlxalq müşahidəçilər qrupunun rəhbəri Viktor Papazov: “Seçki məntəqəsinə gələn insanlar mehriban, gülərüzdür. Mən son parlamentondan öncəki seçkiləri də müşahidə etmişəm. Məsələn, parlament seçkilərində bir gərginlik duyulurdu, bəlkə də bu, parlament seçkilərində çoxsaylı partiyaların iştirakı ilə bağlı idi. Ancaq 10 namizədin iştirak etdiyi bu seçkilərdə gərginlik müşahidə etmədim”.

Belarus Mərkəzi Seçki Komissiyasının sədri xanım Lidiya Ermoşina: “Seçkiləri izləmək üçün Belarusun müşahidə missiyası Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında səsvermə prosesini izləyirlər. Mən müşahidə etdiyim məntəqələrdə səsvermənin seçici fəallığı ilə keçdiyini gördümheç bir qanun pozuntusuna rast gəlmədim. İnanıram ki, səsvermə azad, şəffaf və demokratik şəraitdə başa çatacaqdır”.

Belçikalı beynəlxalq müşahidəçi Andrey Oberexin: “Seçki məntəqələrində insanların çox olması bəzi hallarda səs-küyə səbəb olur. Amma ümumilikdə götürdükdə, seçki prosesində ciddi nöqsanlar qeydə alınmayıb. Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”.

ABŞ-ın Dallas şəhərində yerləşən Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru Lidiya Louson: “Bu gün saat 7:30-dan müşahidələrə başladıq və 10 seçki məntəqəsində olduq. Hər məntəqədə seçki qanunu ilə bağlı materiallar var idi. Hər şey qanunlara uyğun keçir. Biz seçki komissiyalarının üzvləri və müşahidəçilərlə danışdıq və onlar pozuntu qeydə almadıqlarını dedilər. Müşahidələrimizi məntəqələr bağlanana qədər davam etdirəcəyik”.

Amerikalı müşahidəçi Barbara Miller: “Müşahidə apardığımız zaman hər hansı qanun pozuntusu aşkarlanmayıb. Seçicilərin rahat şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb”.

COPAL-ın vitse prezidenti Fransisko Rosales Argüello: “Səsvermədə məxfilik tam şəkildə qorunur. Hər kəs rahatlıqla gizli şəkildə səs verir. Müxtəlif partiya müşahidəçilərinin seçki prosesini izləməsi səsvermənin şəffaflığından xəbər verir. Azərbaycanda demokratiya günü-gündən inkişaf edir. Bu gün müşahidə etdiyimiz seçkilər də bunun bariz nümunəsidir”.

COPAL-ın baş katibi Joze Rivera Banuet:  “COPAL 29 ölkədən 62 partiyanın üzvlərini özündə cəmləşdirir. Biz Azərbaycanda keçirilən prezident seçikiləri ilə yaxından maraqlanırıq. Səsvermə prosesini izləyirik. Apardığımız müşahidələr zamanı heç bir qanunsuz əmələ rast gəlməmişik. Seçki prosesində yeni texnologiyalardan istifadə olunur. Barmaqlara xüsusi məhlulun vurulması səsvermənin düzgünlüyünü bir daha sübut edir. Beynəlxalq və yerli müşahidəçilərin səsvermə məntəqələrində yerləşdirilməsi çox yaxşı haldır. Burada müxtəlif partiyaların üzvləri əyləşirlər. Bu da seçkilərin demokratikliyindən və şəffaflığından xəbər verir”.

Qara Dəniz QHT Forumunun Müşahidə Missiyasının rəhbəri İsmayıl Safi: “Azərbaycan paytaxtının seçki məntəqələrində səsvermə prosesi kifayət qədər yüksək səviyyədə təşkil edilib. Günün birinci yarısında müşahidə missiyası üç seçki məntəqəsində olub. Hər üç seçki məntəqəsində səsvermə prosesi yüksək səviyyədə təşkil olunubbu, ilk baxışdan da görünür. Səsvermə prosesini həm hakim partiya, həm müxalifətdən olan, həm də müstəqil müşahidəçilər izləyirlər. Biz onların fikirləri ilə yerindəcə tanış olduq. Onların hamısı seçki prosesini yüksək qiymətləndirir. Mənim Bolqarıstan və Türkiyədən olan həmkarlarım da eyni fikirdədir”.

Almaniya ParlamentiAvropa Şurasının deputatı, professor Hakkı Keskin: “Azərbaycanda prezident seçkilərində iştirak yüksək səviyyədədir. İndiyə kimi hər şey normal görünür. Gəzdiyimiz məntəqələr çox gözəl məktəblərdə təşkil olunub. Almaniyada belə gözəl məktəblər yoxdur. Azərbaycanda möhtəşəm bir inkişaf var: “Seçki qutularının demək olar ki, hamısının başında xanımlar dayanıb. Bu da o deməkdir ki, Azərbaycan xanımları siyasətlə maraqlanırlar. Bu, çox gözəl bir hadisədir. Seçicilər fəaldır”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının Gümüşhanədən olan millət vəkili Feramuz Üstün: “Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Sumqayıtda bir sıra seçki məntəqələrində müşahidələr apardıq. Burada seçki prosesi öz qaydasında, şəffaf keçir. Bizim müşahidələrimiz zamanı heç bir qanun pozuntusuya şikayət daxil olmayıb”.

Bayburt millət vəkili Bünyamin Özbək: “Biz Azərbaycanda baş verən irəliləyişləri alqışlayırıq. Biz bir millət, iki dövlətik və seçkilərdə kimin qələbə çalmasından asılı olmayaraq, Azərbaycan xalqı üçün demokratikdaha da inkişaf etmiş bir ölkənin olmasını arzu edirik”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Böyük Britaniyadan olan üzvü Mayk Hankok: “Azərbaycanda keçirilən prezident seçkilərinə start veriləndən bu vaxta qədər heç bir hüquq pozuntusu müşahidə etməmişəm. Proses həqiqətən asanrahat keçir. Xüsusi olaraq Azərbaycan qadınlarının seçkilərdəki fəallığına diqqət çəkmək istəyirəm. Onlara böyük ehtiramımı çatdırmaq istərdim, çünki seçkilərin keçirilməsində olduqca keyfiyyətli təşkilatçılıq edirdilər. Ən azı 10 seçki məntəqəsində olmuşam. İnsanların şikayət edə biləcəyi ən xırda nöqsan belə yox idi. Digər mühüm cəhət isə insanların mütəşəkkil şəkildə seçkilərə gəlməsidir. Onların üzündə sevinc hissi var idi, heç kim əsəbi, stressli deyildi. Ümumilikdə deyə bilərəm ki, bu gün çox uğurlu keçir və inanıram ki, belə də davam edəcək”.

 

 

Xalq qəzeti.- 2013.- 11 oktyabr.- S. 5.