Avropa Şurasının üzvü Tumbarello Roberto: “Azərbaycanda seçkilərin şəffaflığı bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstündür

 

ASEAN təşkilatının baş katibinin sabiq müavini İmmanuel Robert İnkirvanq:

 

“35 saylı Xətai III seçki dairəsində yerləşən 6 seçki məntəqəsində olub, müşahidə aparmışıq.  Səhər saatlarında 11:00-dan sonra seçici fəallığı artıb. Müşahidə etdiyim seçki məntəqələrinin hər birində 300-400 seçici səs vermişdi. Məntəqələrin əksəriyyətində videokameraların quraşdırıldığını da qeyd etmək istərdim. Seçki komissiyalarının üzvləri müşahidəçilərlə mehriban münasibət qurmağa çalışırdılar. Ümumilikdə seçkilər yaxşı təşkil olunub”.

 

Belçikalı beynəlxalq müşahidəçi Davi Kirs:

 

İnsanlar öz fikirlərini, öz seçimlərini sərbəst şəkildə ifadə edirlər. 6 seçki məntəqəsində müşahidə aparmışıq və səsvermə prosesində ciddi nöqsan qeydə almamışıq”.

Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç müşahidə apardığı 36 Saylı IV Xətai Seçki Dairəsinin 36 saylı məntəqəsində olubheç bir nöqsan qeydə almayıb. Səfir deyib ki, səsvermə öz axarında gedir:

“Yaxşı şərait yaradılıb, heç bir qanun pozuntusu yoxdur. Heç bir şikayət daxil olmayıb. Məntəqədə müxtəlif siyasi partiyaların nümayəndələri də müşahidə aparırlar. Aktivlik müşahidə olunurbu, deməyə əsas verir ki, seçicilər öz düzgün seçimlərini edirlər”.

 

Almaniya parlamentinin deputatı Ermin Valter Nadler:

 

“Biz bir neçə seçki məntəqəsində olmuşuq. Apardığımız müşahidələr seçkilərin demokratik şəffaf keçdiyini göstərir. İndiyədək heç bir neqativ hal qeydə alınmayıb. Səsverməyə gələnlər arasında qadınların çoxluğu müşahidə olunur”.

 

Avropa Parlamentinin Çexiyadan olan deputatı Jiry Mastalka:

 

Beş seçki məntəqəsində müşahidə aparmışıq. Səhər müşahidələrə başladığımız üçün deyə bilərəm ki, insanlarınız savadlıdır qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Mən olduğum yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitmədim. Seçki prosesi normal keçdi”.

Asiya Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPTİ) təşkilatının üzvü Muhammad Jusuf Kalla:

Məntəqələrdə heç bir neqativ halla qarşılaşmamışıq. Azərbaycanda seçki prosesi şəffaf demokratik istiqamətdə keçirilir. Apardığımız müşahidələr əsasında deyə bilərəm ki, həm biz, həm seçicilər hüquq pozuntuları ilə rastlaşmayıb. Məntəqələrdə xüsusilə yerli xarici müşahidəçilərin öz vəzifələrini icra etmələri üçün lazımı şərait yaradılıb. Seçki məntəqələrində quraşdırılan kameralar şəffaflığın təminatıdır. Seçkilərdə iştirak etməkdə ölkə prezidentini seçməkdə vətəndaşlar biz gözlədiyimizdən çox maraqlıdırlar”.

 

Avropa Şurasının üzvü Tumbarello Roberto:

 

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinin demokratik şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb. Komissiya tərəfindən hər bir kiçik detal belə düşünülüb. Azərbaycanda seçkilərin şəffaflığı bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstündür. Ölkənizdə seçki ab-havası var bu seçicilərin aktivliyinin, seçkiyə olan maraqların göstəricisidir”.

 

Quba rayonunda seçki prosesini izləyən RusiyanınExo planetıjurnalının baş redaktoru Elmar Hüseynov:

 

Səsvermə prosesinin normal gedişatı üçün bütün zəruri şərait yaradılıb, daha ətraflı seçki siyahısı hazırlanıb ki, bu da səsvermə zamanı növbələrin yaranmamasına imkan verir”.

 

ATƏT-in müşahidə missiyasının üzvü, ukraynalı Dmitri Serov:

 

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunmuşdur. İnsanlar seçkidə fəallıq göstərirlər. İnsanların səs verməsi üçün gözəl şərait yaradılıb hər şey öz qaydasında keçdi”.

Avropa Akademiyasının Bosniyadan olan müşahidəçisi Nermina Kapetanovic Makedoniyadan olan müşahidəçisi Hristina Runcheva:

Olduğumuz seçki məntəqələrinin əksəriyyətindən çox yaxşı müsbət rəylərlə ayrılmışıq. Heç bir şikayət yoxdur. 11 seçki məntəqəsində olmuşuq”.

 

ABŞ-dan olan beynəlxalq müşahidəçi, iqtisadiyyat üzrə professor David Podoff:

 

Bir təhsil işçisi kimi deyə bilərəm ki, mən məsələlərə fərqli prizmadan da baxıram. Seçki məntəqələrinin binalarından, onların məktəblərdə qurulmasından çox təsirlənmişəm. Bu onu sübut edir ki, ölkənin gələcəyi onun təhsilli gənclərindən asılıdır. Bu seçki prosesini 5 ballıq şkala ilə 4.5 balla dəyərləndirirəm”.

 

ABŞ-dan olan beynəlxalq müşahidəçi, hüquqşünas Timothy Michael McGivern:

 

“Seçkilər çox maraqlı, ədalətli keçdi. 6-7 seçki məntəqəsində olmuşuq, proseslər normal idi. İnsanlar çox həvəsli görünürdülər. Biz 92 yaşlı bir qoca gördük, o bildirdi ki, 5 il əvvəl bu məntəqədə səs verib ümid edir ki, 5 il sonra da seçkilərdə iştirak edəcək. Hər şey əladır. Seçki prosesinin gedişini 5 ballıq şkala ilə 5 balla dəyərləndirirəm”.

 

Xalq qəzeti.- 2013.- 13 oktyabr.- S. 3.