Nəsimi rayonu: ilin 9 ayı uğurlu olub
Nəsimi rayonunda 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmş yığıncaq keçirilmişdir.
Tədbiri Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
açaraq bildirmişdir
ki, cari ilin 9 ayında ölkəmizdə nailiyyətlər
əldə olunmuş,
böyük infrastruktur
layihələri və
proqramlarının icrası
müvəffəqiyyətlə davam etdirilmiş, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində
zəruri tədbirlər
həyata keçirilmişdir.
9 ayda əhalinin pul gəlirləri 7,6 faiz artmış,
ölkə iqtisadiyyatına
17,7 milyard dollar həcmində
investisiya qoyulmuş, valyuta ehtiyatları 49,4 milyard dollara çatmışdır. İlin
9 ayı ərzində
ölkəmizdə 90 min yeni
iş yeri açılmışdır. Əldə
edilən bu nailiyyətlər əsası
Azərbaycanın ümummilli
lideri Heydər Əliyev tərəfindən
qoyulan və bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
həyata keçirilən
müdrik siyasətin bariz nümunəsidir.
Natiq bildirmişdir
ki, ötən 9 ayda Nəsimi rayonunda da sosial-iqtisadi
sahədə nailiyyətlər
əldə edilib. Hesabat dövründə
rayonda 301 milyon 105 min manat həcmində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə
24,1 faiz çoxdur. 9 ay ərzində
rayonda 1480 yeni iş yeri açılmışdır.
2013-cü
ilin 9 ayında Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən
2361 ailəyə ünvanlı
dövlət sosial yardımı verilmişdir.
Mərkəzin əməkdaşları 354 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti
göstərmişlər.
İnşası başa çatdırılmış Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə
Korpusunun
açılışı olmuşdur. Açılış
mərasimində Azərbaycan
Respublikası Prezidenti
cənab İlham Əliyev iştirak etmişdir.
Yeni tədris ili
ərəfəsində rayondakı
2 tam orta məktəbdə
yeni korpuslar inşa edilmiş, 5 tam orta məktəbdə isə əsaslı təmir işləri görülmüşdür. Azərbaycan
Respublikası Prezidenti
cənab İlham Əliyev 19 və 240 saylı məktəblərin
əsaslı təmirdən
sonrakı vəziyyəti
ilə tanış
olmuş, tapşırıq
və tövsiyələrini
vermişdir. 74 və 92 saylı körpələr evi-uşaq
bağçalarının əsaslı təmirindən
sonra açılış
mərasimlərində Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Sonra rayon icra
hakimiyyəti başçısının
müavini Anar Tağıyev hesabat məruzəsi ilə çıxış etdi. O dedi ki, ilin 9 ayı
ərzində rayonda istehlak bazarı dinamik inkişaf etmiş, əhaliyə 792
milyon 922 min manatlıq
mallar satılmış
və xidmətlər
göstərilmişdir. Hesabat
dövründə rabitə
müəssisələri tərəfindən
göstərilən xidmətlərin
həcmi keçən
ilin eyni dövrü ilə nisbətdə 83,1 faiz yüksələrək 29 milyon
6118 min manat təşkil
etmişdir. Nəqliyyat
sektorunda fəaliyyət
göstərən müəssisələr
isə 331 milyon 214 min
manat həcmində iş görmüş və xidmətlər göstərmişlər ki,
bu da keçən
illə müqayisədə
14 ,1 faiz çoxdur.
Ötən dövrdə Nəsimi
Qaz İstismar İdarəsi tərəfində
istehlakçılara 6 milyon
631 min 486 manat həcmində
təbii qaz satılmış və satışın 103 faizi ödənilmişdir. Rayon qaz istismar sahəsi
tərəfindən 16357 mexaniki
sayğac “Smart-kart” sayğacları
ilə əvəz edilmişdir. İlin
9 ayında Nəsimi
Rayon Enerji Təchizatı
və Satışı
İdarəsi tərəfindən
25,2 milyon manatlıq elektirk enerjisi satılmış və ödəniş 100
faiz təşkil etmişdir. Hesabat dövründə Nəsimi Rayon Sukanal Departamenti tərəfindən
60820 paqonometr su borusu çəkilib.
Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da abadlıq və yenidənqurma işləri həyata keçirilir. Hazırda Cavadxan küçəsində
yeni park salınır,
H. Əliyev və R.Məmmədov küçələrinin
kəsişməsində yerləşən
“Heydər parkı”nda
əsaslı təmir
işləri yekunlaşmaq
üzrədir. 29 ünvanda binaların fasadlarında təmir işləri aparılır.
Rayon ərazisində istehsal
olunan və satılan istehlak mallarının keyfiyyətinə
nəzarəti gücləndirmək
məqsədilə reydlər
keçirilir. Hər həftə rayondakı
“Təzə Bazar” MMC və 3-cü mikrorayondakı
“Kəndli yarmarkası”
ərazilərində satış
təşkil edilir.
Burada 40-50 ton həcmində
müxtəlif çeşidli
bazar qiymətlərindən
aşağı məhsullar
satılır.
“Azərbaycan Respublikası
Regionlarının Sosial-İqtisadi
İnkişafı Dövlət
Proqramı (2011-2013-cü illər)”
nın icrası
ilə əlaqədar
Nəsimi rayonunda həyata keçirilən
tədbirlər rayon icra
hakimiyyəti rəhbərliyi
tərəfindən nəzarətdə
saxlanılır.
Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin
rəisi Laçın
Mustafayev, rayon
enerji təchizatı və satışı idarəsinin rəisi Ramil Yusifov, Nəsimi Sukanal Departamentinin rəisi Teymur Fərzəliyev və başqaları çıxış
etdilər. Onlar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev yekun
çıxışı etdi.
Tədbirdə Milli Məclisin deputatları Ziyad Səmədzadə və Asim Mollazadə iştirak edirdilər.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 18 oktyabr.- S. 9.