Səbail rayonu ilin doqquz ayını uğurla başa vurmuşdur

 

Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında ilin  9 ayının sosial-iqtisadi yekunları ətraflı müzakirə olunmuşdur.

Toplantının əvvəlində rayon ictimaiyyətinin ölkə başçısı İlham Heydər oğlu Əliyevə oktyabr ayının 9-da keçirilən prezident seçkilərində qazandığı inamlı qələbə münasibəti ilə təbriki səslənmiş, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə ali fəaliyyətində dövlət rəhbərinə yeni uğurlar arzulanmışdır.

Giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkədə 9 ay ərzində qazanılmış nailiyyətlər Prezident İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasətin nəticəsidir.

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan başçı bildirmişdir ki, 2013-cü ilin doqquz ayı ərzində ərazidəki sənaye müəssisələrində 17,566,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir.  Nəqliyyat müəssisələri 408,9 milyon manatlıq və ya keçən illə müqayisədə 1,6  faiz çox, rabitə müəssisələri 471,2 milyon manatlıq və ya 2,1 faiz çox  xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya 1.263,4 milyon manat olmuş, keçən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz artmışdır. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1.104,1 milyon manat olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artmışdır.

İlin əvvəlindən pərakəndə ticarət şəbəkəsindən əhaliyə 183,3 milyon manat məbləğində  ya 2,8 faiz çox istehlak malları satılmış,  219,3 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz  çoxdur. Həmin dövr ərzində əhaliyə 61,2 milyon  manatlıq    ya  29,4 faiz  çox  iaşə  xidmətləri  göstərilmişdir.

2013-cü ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113398 nəfər, orta aylıq əmək haqqının məbləği isə 999,1  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  5,7 faiz çoxdur. İlin əvvəlində 1585 yeni yeri açılmışdır ki, bunlardan hamısı daimidir. Ümumiyyətlə, 2009-cu ilin yanvarından 2013-cü ilin oktyabr ayının 1-dək rayonda 10079 daimi yeri açılmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2013-cü ilin ilk 9 ayı ərzində   Dövlət Musiqili Komediya Teatrının binasının, 3 saylı Vərəm Əleyhinə Dispanserin, C.Hacıyev  adına 3 saylı Uşaq Musiqi Məktəbinin, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının, A.H.Kazımov adına 1 və Bayıldakı 33 saylı saylı şəhər poliklinikalarının, 44 saylı uşaq bağçasının,  Dağüstü parkın ərazisinin bir hissəsinin  əsaslı təmir-yenidənqurması işləri başa çatdırılmışdır. Bundan əlavə, “Azadlıq” meydanında yeraltı  qaraj istifadəyə verilmiş, 20-ci yaşayış sahəsində 2 yeni yarımstansiya şəbəkəyə qoşulmuşdur. Bibiheybət qəsəbəsində post məntəqəsi açılmış, 70 saylı uşaq bağçası üçün ikimərtəbəli əlavə korpusun tikintisi və bağçanın köhnə binasının təmiri başa çatmışdır. Proqramın icrasına uyğun olaraq, Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır.

Prezident İlham Əliyevin sərəncamı ilə tikilən kütləvi informasiya vasitələri işçiləri üçün  yeni binanın iyulun 22-də ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilmişdir.

Elektrik Təchizatı və Satış İdarəsi, Qaz İstismar Sahəsi, Sukanal Departamenti sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.

2013-cü ilin ilk 9 ayı ərzində Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 422 ailə (1682 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 119 manat sosial yardım təyin olunmuşdur.

Məşğulluq Mərkəzində ilin 9 ayı ərzində 750 nəfər işaxtaran vətəndaş  daimi işlə təmin olunmuşdur. Ümumilikdə, 9 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 11 min nəfər olmuşdur.

Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər təşkil olunmuş, görüşlər keçirilmişdir.

İclasda Milli Məclisin deputatı Fuad Muradov, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov    başqaları çıxış etmişlər.

Yığıncaqda DünyaAvropa çempionatlarında qalib olmuşmükafata layiq yerlər tutmuşAttilaidman klubunun bir qrup idmançı və məşqçisinə mükafatlar təqdim olunmuşdur.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 19 oktyabr.- S. 6.