Gəncə:
Doqquz ayda doqquz möhtəşəm obyekt
Abadlaşdırılmış saysız-hesabsız binalar, küçələr, park və xiyabanlar, digər sosial tikililər şəhəri daha da gözəlləşdirmişdir
Heç kim inana bilmir ki, Gəncədə qısa vaxt ərzində belə möhtəşəm obyektlər, daha dəqiq desək, əsl memarlıq nümunələri tikilib başa çatdırılıb. Oxucu onların şəkillərini yaxın günlərdə görəcək. Hələlik isə ən möhtəşəm 9 obyektin adlarını sadalayırıq: Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlik “Amfiteatr”, “Şəlalələr” kompleksi, “Zəfər tağı”, Nizami Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, Məhsəti Gəncəvi Mərkəzi... Bəli, 9 möhtəşəm obyekt! Bir-birindən gözəl, yaraşıqlı, müasirliklə tarixi memarlıq ənənələrini özündə birləşdirən abidələr.
Təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi, köməyi ilə ərsəyə gələn obyektlərdir və günbəgün çiçəklənən Gəncəyə yeni bir təravət verəcək, 4000 illik yaşını qeyd etməyə hazırlaşan qədim şəhəri daha gəlişli-gedişli edəcək. Ötən ilin sentyabrında Gəncədə Nizaminin 870 illik yubiley günlərində iştirak edən Qazaxıstanın böyük mütəfəkkiri və ictimai xadimi Oljas Süleymenovla görüşüb söhbət edərkən dediyi sözləri bir daha xatırlatmaq istəyirəm: “İşlər Gəncədə belə sürətlə gedərsə, şəhəriniz tezliklə dünyanın ən arzuolunan məkanına çevriləcək”.
Bu sözlərdən cəmi bir il keçib. Amma bu bir ildə şəhər hamının gözü qarşısında tanınmaz dərəcədə dəyişib. Şəhər icra hakimiyyətində keçirilən fəallar yığıncağında yuxarıda qeyd etdiyimiz fikirlər dönə-dönə səsləndi. Eyni zamanda, qeyd olundu ki, ölkə başçısının təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək “ASAN” Xidmət Mərkəzinin tikintisi başa çatdırılmışdır. Mərkəz şəffaflığın artırılmasına, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına, elektron xidmətlərdən daha geniş yararlanmağa kömək göstərir. Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Regional Mərkəzi də istifadəyə verilmişdir. Burada qərb regionu üzrə 11 rayon və şəhərin 1 milyondan çox vətəndaşına xidmət göstəriləcəkdir. Bu mərkəzdə gün ərzində 300-dən çox vətəndaşın qəbul edilməsi üçün şərait yaradılmışdır. Atatürk prospektində 3,3 hektar ərazidə ümumi yaşayış sahəsi 32 min 819 kvadratmetr olan 4 ədəd 7 mərtəbəli, 2 ədəd 5 mərtəbəli yaşayış binasının inşası davam etdirilir. Heydər Əliyev prospektində şəhərin memarlıq üslubuna uyğun Nizami və Kəpəz rayon polis idarələrinin inzibati binalarının inşası davam etdirilir. Kəpəz Polis İdarəsinin inşası artıq başa çatdırılmışdır. Ümumi sahəsi 9 min kvadratmetr olan 8 mərtəbəli “Aura Park” ticarət və əyləncə mərkəzi, ümumi sahəsi 1140 kvadratmetr olan iki mərtəbəli “Cold İmperial” əyləncə mərkəzi istifadəyə verilmiş, burada əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Son bir ildə
Nizami prospektində 69, Xətai prospektində 23 fərdi ev inşa edilmişdir. Həmin
prospektlərdə yollar genişləndirilmişdir. Regionların sosial-iqtisadi inkişafı II Dövlət
Proqramı çərçivəsində Gəncəçayın
şəhər ərazisindən keçən hissəsində
sahilboyu bərkitmə işlərinin aparılması və
çayın məcrasının yenidən qurulması davam etdirilir.
Sahilboyu park salınır, mövcud parklar yenidən
qurulur, sosial obyektlər inşa edilir. Ü.Hacıbəyov
küçəsində 3 kilometrə yaxın məsafədə
avtomobil yolu 25 metr, hətta bəzi yerlərdə 30 metr
genişləndirilmiş, yol kənarında yerləşən
12 çoxmərtəbəli binanın dam örtükləri
əsaslı təmir olunaraq mansard formasında yenidən
qurulmuşdur. Şəhərdə yol
infrastrukturunun təkmilləşdirilməsi, əhalinin
rahatlığı və təhlükəsizliyinin təmin
edilməsi istiqamətində aparılan mühüm işlər
hesabat dövründə də davam etdirilmişdir.
Uzunluğu 6,5 kilometrə yaxın məsafədə
olan Xətai prospektinin yol hissəsi təxminən iki dəfə
genişləndirilməklə 22-25 metrə
çatdırılmışdır. H.Əliyev prospekti ilə
Xətai prospektini birləşdirən F.Əliyev və
V.Xuluflu küçələri əsaslı təmir edilərək
2,5 kilometr məsafədə yol 22-25 metr
genişləndirilmişdir. H.Cavid, Q.Hüseynli və
H.Hüseynzadə küçələrinin avtomobil yolu
genişləndirilmiş və həmin küçələrdə
35-ə yaxın evin fasad hissəsi, hasarı kərpiclə Gəncəyə
xas memarlıq üslubunda yenidən üzlənmiş, ehtiyac
duyulan tikililərin dam örtüyü yenilənmiş, yeni
işıqlandırıcı sistem
quraşdırılmışdır. Hacıkənd qəsəbəsində
aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq qəsəbənin
mərkəzi yolunun kənarında 1200 paqonometr bardür
qoyulmuş, 450 kvadratmetr səki daşı döşənmiş,
1600 kvadratmetr istinad divarı hörülmüş, 375
kvadratmetr aqlay və 160 ədəd səlcukdan istifadə
edilmişdir. Qəsəbədə 3 min 800
kvadratmetr sahədə abadlıq işləri
aparılmış, kitabxananın çardaq hissəsi yenidən
qurulmuşdur.
Hazırda
qəsəbə icra nümayəndəliyinin binasının
fasad hissəsi aqlayla üzlənir, H.Zeynalabdin adına
parkda abadlıq-quruculuq işləri aparılır. Dövlət
başçısının müvafiq sərəncamı ilə
5 yaşayış qəsəbəsini Gəncə şəhəri
ilə birləşdirən avtomobil yollarının tikintisi
cari ildə də davam etdirilmiş və Şıxzamanlı
qəsəbəsində 1,6 kilometr uzunluğu olan Azərbaycan,
Ağamalıoğlu və H.Sultanov küçələrinə
asfalt döçənmiş, 70-ə yaxın
işıqlandırma sistemi quraşdırılmış, yol
kənarına həmişəyaşıl ağaclar əkilmiş,
küçələrdə dayanacaqlar
quraşdırılmışdır.
Hazırda sakinləri narahat edən mənzil-məişət
problemləri istiqamətində irimiqyaslı tədbirlər
görülür, yaşayış binalarının dam
örtükləri əsaslı təmir olunur, həyətyanı
sahələr abadlaşdırılır. Qısa
müddətdə mənzil fonduna məxsus 250-yə yaxın
çoxmərtəbəli binanın dam örtüyü dəyişdirilmişdir.
Lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də müvafiq tədbirlər
görülür. Şəhərin
ayrı-ayrı küçələrində və digər
inşa edilən obyektlərin qarşısında 86 min 480
kvadratmetrdən çox tamet döşənmişdir. Ötən dövr ərzində şəhərdə
mövcud yaşıllıqlara yüksək səviyyədə
aqrotexniki qulluq göstərilməsi, əlavə
yaşıllıq zolaqlarının salınması,
mühafizəsi daim diqqət mərkəzində
saxlanılmışdır. Ulu öndər Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər
çərçivəsində yaşıllıqların
salınması, ağac əkilməsi ilə bağlı
ümumşəhər iməcilikləri keçirilmiş,
ümummilli liderin adını daşıyan parkda minlərlə
yeni ağac əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmiş,
təmizlik işləri aparılmışdır. Bundan əlavə,
şəhərin müxtəlif ərazilərində 135 mindən
çox ting salınmış, 1 milyon 260 mindən çox
mövsümi gül və çiçək əkilmiş,
18 hektar sahədə çəmənlik salınmış,
30 ədəd subartezian quyusu təmir olunmuş və yeniləri
vurularaq istifadəyə verilmişdir. Əhalinin
asudə vaxtının və istirahətinin səmərəli
təmin edilməsi üçün Ə.Əliyev,
İstiqlal, Eminbəyli, M.Ş.Vazeh, M.Hadi və digər
parklarda yenidənqurma, abadlıq, təmir və tikinti işləri
həyata keçirilir. F.Əmirov adına
parkın ikinci hissəsində geniş abadlıq-quruculuq
işləri aparılaraq əhalinin istifadəsinə
verilmişdir.
Qısa zaman kəsiyində şəhərdə
aparılan abadlıq-quruculuq işlərinin geniş miqyas
almasının ən başlıca səbəbi ölkə
Prezidenti İlham Əliyevin Gəncəyə və onun əhalisinə
olan diqqət və qayğısıdır. Həyata
keçirilən tədbirləri əhali razılıqla
qarşılayır və fəal iştirakçısına
çevrilir. Yeni inşa olunan beynəlxalq
avtovağzalın zirzəmisi, iki mərtəbəsi, dam
örtüyünün tikintisi, eləcə də mühəndis-kommunikasiya
xətləri tam başa çatdırılmışdır.
Gəncədə Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri ilə yanaşı, məcburi
köçkünlərə diqqət, qayğı göstərilir. Onlara mənəvi
dayaq olmaqla bərabər, maddi yardımlar,
qarşılaşdıqları problemlərin həllində
kömək göstərilir. Gəncə Şəhər
İcra Hakimiyyəti tərəfindən cari ilin 9 ayı ərzində
43 nəfər Qarabağ müharibəsi əlili və şəhid
ailəsinə fərdi mənzil inşası və
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə
torpaq sahəsi ayrılmış, 4 nəfərə isə
ayrılmış torpaq sahəsində ev inşa
edilmişdir.
Hesabat dövründə 28 nəfər Qarabağ
müharibəsi əlili və şəhid ailəsinə, həmçinin
aztəminatlı ailələrə təmənnasız mərasim
xidmətləri göstərilmişdir. Cari ilin əvvəlindən
Yeni Gəncə yaşayış massivində əlillər və
şəhid ailələri üçün inşa edilmiş
9 mərtəbəli binanın istismara verilməsi ilə 81
ailə, o cümlədən 34 nəfər Qarabağ
müharibəsi əlili, 33 nəfər şəhid ailəsi,
12 nəfər Çernobıl əlili və 1 nəfər
Böyük Vətən müharibəsi əlili mənzillə
təmin edilmişdir. Şəhər icra hakimiyyəti
başçısının təşəbbüsü ilə
Vətənin azadlığı, xalqın səadəti
uğrunda canlarından keçən şəhidlərimizin
xatirəsini əbədiləşdirmək üçün
qısa müddətdə “Şəhidlər” Memorial Kompleksi
inşa edilmiş, onların şərəfinə 22 metr
hündürlüyündə əzəmətli monumental abidə
ucaldılmışdır.
Şəhərin
ali və orta ixtisas təhsil müəssisələrinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə Gəncə-Bakı
istiqamətində hər binada 60 ailə olmaqla, 25 ədəd
çoxmərtəbəli yaşayış binasının və
digər sosial obyektlərin inşası başa
çatdırılmışdır. İndi
burada son tamamlanma işləri aparılır. Bu yaşayış massivi inşa edilən məcburi
köçkün şəhərciklərindən ən
böyüyüdür. Dövlət
başçısının müvafiq tapşırıq və
tövsiyələri əsasında tikinti işləri sürətlə
aparılmaqla yanaşı, keyfiyyətə də ciddi fikir
verilir. Şəhərdə məskunlaşmış məcburi
köçkün ailələrinə ilin əvvəlindən
bayram günlərində 90 min manat dəyərində ərzaq
yardımı edilmiş, qanunla müəyyən edilmiş
qaydada kommunal xidmətlərindən – elektrik enerjisi, təbii
qaz və içməli sudan pulsuz istifadə təmin
olunmuşdur.
Gəncədəki mövcud iqtisadi sərbəstlik,
özəl bölmənin inkişafı üçün
yaradılmış münbit şərait yerli sahibkarlar tərəfindən
şəhər iqtisadiyyatına yatırılan sərmayənin
çoxalmasına, xarici sərmayəçilərin isə Gəncəyə
marağının artmasına səbəb olmuşdur. Gəncə Şəhər
İcra Hakimiyyətinin və İqtisadi İnkişaf
Nazirliyinin birgə təşəbbüsü ilə Türkiyə
Respublikasının iqtisadi inkişaf nazirinin müavini,
fövqəladə və səlahiyyətli səfiri, habelə
digər mötəbər qonaqların iştirakı ilə
“Regional İnkişaf: Strateji hədəflər və perspektivlər”
mövzusunda elmi-praktik, yerli sahibkarların iştirakı ilə
isə “Heydər Əliyev və Azərbaycan
regionlarının inkişafı” mövzusunda geniş
konfranslar keçirilmişdir. İlin əvvəlindən
şəhər üzrə sahibkarlıq fəaliyyəti həyata
keçirən 76 hüquqi və 2 min 326 fiziki şəxs
qeydiyyata alınmışdır. Bu da
iqtisadi fəallığı səciyyələndirən
mühüm göstəricilərdəndir. Sahibkarlara
göstərilən hərtərəfli dövlət dəstəyinin
bariz nümunəsi kimi Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən 2013-cü ilin 9 ayı ərzində
Gəncədə 19 sahibkarlıq subyektinə müvəkkil
kredit təşkilatları vasitəsi ilə 8 milyon 342 min
manat məbləğində güzəştli kredit vəsaiti
ayrılmışdır. Dövlətin güzəştli
kreditindən yararlanan sahibkarların həyata keçirəcəyi
bu layihələrin icrası nəticəsində 111 yeni
iş yeri yaradılacaqdır. II regional Dövlət
Proqramının icrası ilə əlaqədar 2009-2012 və
2013-cü ilin 9 ayı ərzində şəhərdə
15685 yeni, o cümlədən 13968 daimi iş yeri
açılmışdır. Yalnız 2013-cü ilin
yanvar-sentyabr aylarında 3290, o cümlədən 2901 daimi
iş yeri yaradılmışdır ki, bu da işsizlik səviyyəsinin
aşağı salınmasına təsir edən əsas amillərdən
biridir.
Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və köməyi sayəsində
şəhərin təhsil, səhiyyə, mədəniyyət
və idman müəssisələrinin müasirləşdirilməsi
və problemlərinin mərhələli həlli, inkişaf
etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin
dərindən mənimsənilməsi, habelə həmin
müəssisələrdə kompyuter və informasiya
texnologiyalarının geniş tətbiqi sahəsində bir
sıra mühüm işlər görülür. Ölkənin,
eləcə də Gəncə şəhərinin sosial-mədəni
inkişafında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir.
Şəhər icra hakimiyyəti təhsil
ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi,
müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin
olunması, mövcud məktəblərin yenidən əsaslı
təmiri, yenilərinin inşası məsələlərini
daim diqqət mərkəzində saxlayır. Payız-qış mövsümünə
hazırlıqla əlaqədar 18 saylı tam orta məktəb
və xarici dillər təmayüllü gimnaziya istisna olmaqla
bütün təhsil müəssisələrində
müasir istilik sistemləri və qazanxanalar
quraşdırılmışdır. 2012-2013-cü
tədris ilində 2960 şagird yerlik 4 məktəb binası əsaslı
təmir olunmuşdur. Cari ilin mart ayında 840 şagird
yerlik 16 saylı tam orta məktəbdə,sentyabr ayında isə
31 saylı tam orta məktəbdə bərpa-gücləndirmə
işləri aparıldıqdan sonra istifadəyə
verilmişdir. Burada pedaqoji kollektivə və
şagirdlərə yüksək səviyyədə təlim-tədris
şəraiti yaradılmış, tədris laboratoriyaları
yeni avadanlıqlarla təmin edilmiş, həyətyanı sahədə
əlavə yaşıllıq zolağı
salınmışdır. Ötən tədris
ilində şəhərin 3, 8, 15, 22, 30, 32 və 43 saylı
tam orta məktəbləri yüksək zövqlə əsaslı
təmir edilmiş, şagirdlərin istifadəsinə
verilmişdir. Yaxın günlərdə 4, 16, 25, 26 və
39 saylı tam orta məktəblərin, Uşaq
Yaradıcılıq Mərkəzinin, 3 saylı peşə məktəbinin
və 1 saylı peşə liseyinin
açılışı gözlənilir. 12, 26 və 40
saylı tam orta, 1 saylı peşə məktəbində, 2
saylı peşə liseyində və sanatoriya tipli internat məktəbində
əsaslı təmir işləri görülür. 2 saylı peşə məktəbinin tikintisinə
başlanmışdır. Atatürk
prospekti ilə M.Hacıyev küçəsinin kəsişməsində
şəhər təhsil idarəsinin yeni inzibati
binasının inşası davam etdirilir. 2012/2013-cü
dərs ilində məktəblərin XI siniflərini bitirən
2563 nəfər şagirdin hər biri tam orta təhsil
haqqında attestat almışdır. 20 saylı tam orta məktəbin
məzunu Ülkər Əliyeva və 26 nömrəli məktəb-lisey
kompleksinin məzunu Gülsel Şərifova qızıl medala
layiq görülmüşlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin 7 mərtəbəli,
502 yerlik tələbə yataqxanası binasının
inşası davam etdirilir, aqrotexnologiya və baytarlıq təbabəti
və zoomühəndislikfakültələrində təmir
işləri aparılmış, ekologiya mühəndisliyi və
meşəçilik kafedrasının nəzdində
hidrometeorologiya qurğuları
quraşdırılmışdır. Universitetdə əsaslı və
cari təmir işlərinə, həyətyanı sahənin
abadlaşdırılmasına 433 min 500 manat vəsait xərclənmiş,
91 min 625 manat həcmində isə avadanlıq və inventarlar
alınmışdır. Azərbaycan Texnologiya Universitetində
ümumi sahəsi 1050 kvadratmetr olan idman zalı, 1 və 6
saylı tədris binalarının istilik sisteminin əsaslı
təmirinə, həyətyanı sahənin
abadlaşdırılmasına və digər təmir işlərinə
309 min 873 manat vəsait xərclənmiş, 38 min 974 manat həcmində
isə avadanlıq və inventarlar alınmışdır.
Gəncə
Dövlət Universiteti və Azərbaycan Müəllimlər
İnstitutunun Gəncə filialında da növbəti tədris
ili ilə əlaqədar auditoriya və tədris
korpuslarının, həmçinin binaların daxili və
xarici istilik sisteminin təmiri ilə əlaqədar müəyyən
işlər görülür, həyətyanı sahələr
abadlaşdırılır. Gəncə Dövlət
Universitetində iclas və idman zallarında, eləcə də
tələbə yeməkxanasında əsaslı təmir
işləri aparılmışdır. Lazımı
yeni inventar və avadanlıqlar əldə edilir.
Şəhər səhiyyə idarəsi əhaliyə
göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə
çatdırılması, səhiyyə müəssisələrinin
müasir tibbi avadanlıq və inventarlara təmin edilməsi
istiqamətində müəyyən tədbirlər həyata
keçirmişdir. Ötən müddətdə səhiyyə
ocaqlarında da yenidənqurma və təmir-tikinti işləri
davam etdirilmişdir. Bu sahədə görülən
işlərin davamı olaraq Abbas Səhhət adına 1
saylı şəhər və yoluxucu xəstəliklər xəstəxanalarında
əsaslı təmir işləri sürətləndirilmiş,
Təcili Tibbi Yardım Xəstəxanasında və 2
saylı poliklinikada yeni istilik sistemi
quraşdırılmış, Təcili Tibbi Stansiyanın və
2 saylı uşaq xəstəxanasının dam
örtüyü əsaslı təmir olunmuşdur. A.Səhhət
adına xəstəxananın nəzdində rayonlararası
hemodializ mərkəzi ən müasir avadanlıqlarla təchiz
olunaraq açılmışdır, psixiatriya xəstəxanasında,
2 və 5 saylı, 1 və 2 saylı Uşaq
poliklinikalarında təmir işləri başa
çatdırılaraq istifadəyə verilmişdir.
Vərəm əleyhinə xəstəxanada yeni
müasir tələblər səviyyəsində qurulmuş
rayonlararası bakterioloji laboratoriya fəaliyyətə
başlamışdır. Ənənə olaraq cari ildə Gəncə
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü
ilə Hacıkənd qəsəbəsində 400 nəfərdən
çox məcburi köçkünə, həmçinin
yerli sakinlərə rengenoflüoqrafik, ultrasəs,
elektrokardioqrafik və laborator müayinələri
keçirilmişdir. 9 nəfərə stasionar
tibbi xidmət göstərilmişdir. Akademik Zərifə
Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun bir qrup həkimi 2 gün Gəncə şəhərində
zəruri tibbi avadanlıqla təchiz edilmiş “səyyar
klinikada” katarakta, gözdaxili təzyiq, uşaqlar isə
infeksion və çəpgözlük kimi göz xəstəlikləri
üzrə 243 nəfər müayinə edilməklə, 27 nəfər
üzərində “yetişmiş qocalıq kataraktası”
üzrə cərrahiyyə əməliyyatı
aparılmışdır.
...Gəncənin
hər günü maraqlıdır. Müxtəlif tədbirlər,
görüşlər, müsabiqələr, beynəlxalq
konfranslar, baş meydandakı möhtəşəm konsertlər...
Şəhər sakinləri ilə söhbət edərkən
deyirlər ki, bizim sevinməyə, şənlənməyə
haqqımız var. Çünki Gəncənin bu günə
çatmasında hamının payı var. Təbii ki, ölkə
Prezidentinin dəstəyi ilə şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev ötən dövrdə
yüksək təşkilatçılığı, təşəbbüskarlığı,
hədsiz dərəcədə gərgin zəhməti sayəsində
Gəncədə görünməmiş işlər həyata
keçirib. Bunu artıq şəhərin hər
bir sakini dilə gətirir, etiraf edir. Gəncədə
ölkə Prezidenti İlham Əliyevə əhalinin mütəşəkkilliklə
səs verməsi şəhərin bu günü və
sabahı naminə görülən işlərə verilən
qiymət kimi səciyyələndirilir.
Hamlet QASIMOV
Xalq qəzeti.-
2013.- 20 oktyabr.- S. 10.