Sabunçu rayonu: uğurların miqyası genişlənir

 

Bakı şəhəri son illər böyük sürətlə inkişaf edir. Onun ətraf qəsəbələri də tanınmaz dərəcədə dəyişmiş, yeni yollar, körpülər salınmış, yeni məktəblər inşa edilmiş, qaz, işıq, su problemləri qismən həll olunmuşdur. Elə Sabunçu rayonunun kənd və qəsəbələri də inkişafın yeni dövrünü yaşayır. Bu ilin 9 ayı ərzində Sabunçu rayonunun qazandığı nailiyyətlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə bu barədə ətraflı söhbət açıldı.

Müşavirəni giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda cənab Prezident geniş və əhatəli çıxış edərək 2013-cü ilin doqquz ayının çox uğurlu keçdiyini, qarşıda duran bütün vəzifələrin icra edildiyini bildirmişdir.

Cənab Prezident öz yekun nitqində növbəti beş il ərzində də bölgələrdə və eləcə də Bakı qəsəbələrində mövcud olan bütün sosialiqtisadi məsələlərin həlli üzrə tədbirlərin davam etdiriləcəyini bildirmişdir. Dövlət başcısı Bakıətrafı qəsəbələrdən bəhs edərək demişdir: “Bakıətrafı qəsəbələrin inkişaf proqramı da bu il başa çatmalıdır. Bu, çox böyük proqramdır. Ancaq icra müddəti çox qısadır - cəmi iki il. Çalışmalıyıq ki, bu ilin sonuna qədər bütün qəsəbələrdə nəzərdə tutduğumuz layihələr icra edilsin”.

Sonra natiq dedi ki, 2013-cü ilin 9 ayı ərzində Sabunçu rayonunun iqtisadisosial sahələrində də dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir. Belə ki, cari ilin 9 ayı ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalının ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 32,1 faiz artaraq 289,5 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 151,3 milyon manat təşkil etmiş, tikinti-quraşdırma işlərinə ayrılmış vəsaitin həcmi 3,1 faiz artaraq 127,5 milyon manat olmuşdur. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində, eləcə də mərkəzi dövlət orqanları, Bakı şəhəri və rayonun daxili imkanları hesabına 9 ay ərzində böyük həcmli tikinti-quraşdırma və abadlıq işləri görülmüş, sosial əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən Sabunçu rayonunun Zabrat, NardaranMaştağa qəsəbələri ərazisindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün rayon icra hakimiyyətinə iki milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına artıq icra hakimiyyətinin sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min kvadratmetr, Nardaran qəsəbəsində 13,5 min kvadratmetr, Maştağa qəsəbəsində isə 17,5 min kvadratmetr yol tikintisiasfalt örtüklərinin vurulması işləri yerinə yetirilmişdir.

Zabrat qəsəbəsindəki kəskin qəza vəziyyətində olan keçmiş 2 saylı uşaq bağçasının binasında məskunlaşmış 10 ailə köçürülməklə orada icra hakimiyyəti tərəfindən aparılan təmir-bərpa işləri də artıq başa çatdırılmışdır.

Bundan əlavə, daxili imkanlar hesabına Bakıxanov qəsəbəsində rayon icra hakimiyyətinin Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi üçün yeni ikimərtəbəli binanın inşası və rayon icra hakimiyyətinin inzibati binasında yenidənqurma, əsaslı təmir işləri ilə yanaşı, Bakıxanov qəsəbəsi ərazisində Sabunçu rayon və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi üçün bina inşa edilməkdədir. Rayon Prokurorluğunun yeni inzibati binası isə artıq istifadəyə verilmişdir. Bakıxanov qəsəbəsində Heydər Əliyev adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri ilə yanaşı, Heydər Əliyev Mərkəzinin də inşası davam etdirilir.

Cari ilin əvvəlindən əhalinin qaz, su, elektrik enerjisi, istilik və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində və eləcə də mənzil fondunun təmir-bərpası üzrə də xeyli görülmüşindidavam etdirilir.

Sanitar-təmizlik və abadlıq işlərinin daha intensiv və keyfiyyətlə aparılmasında ötən il MKTB-nin yeni texnika ilə təchizatının böyük rolu olmuşdur.

Rayon ərazisində 50-dək müxtəlif binada məskunlaşmış 2100 məcburi köçkün ailəsinin məişət-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən təmir-bərpa işlərinin aparılmasına kömək edilmiş, onların enerji, su təchizatı və digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanılmışdır.

Natiq onu da xüsusi olaraq vurğuladı ki, oktyabrın 9-da respublikamızda xalqımızın gələcək taleyində mühüm əhəmiyyət kəsb edən növbəti prezident seçkisi keçirilmişdir. Bununla bağlı rayonda fəaliyyət göstərən hər 3 dairə seçki komissiyası və 104 seçki məntəqəsinin hazırlığı üzrə qanunvericilikdə nəzərdə tutulmuş bütün vəzifələr yerinə yetirilərək seçkilərin ən yüksək səviyyədə keçirilməsi təmin edilmişdir. Ölkəmizin digər bölgələrində olduğu kimi, Sabunçu seçicilərinin də mütləq əksəriyyəti seçimlərini düzgün edərək ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən, artıq bütün sahələrdə böyük uğurlara nail olan, doğma xalqını və Vətənini dərin məhəbbətlə sevən, tərəqqipərvər, iradəli Prezidentinə – İlham Əliyevə səs vermişdir.

Bu böyük uğur münasibətilə hamınızı təbrik edir, seçkilərin təşkilində əməyi olmuş hər bir şəxsə öz təşəkkürümü bildirirəm!

İnanırıq ki, Azərbaycanımızı inamla inkişaf etdirən, xalqımızı işıqlı gələcəyə doğru aparan, müdrik dövlət başçımız İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşərək qarşımıza qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəyik.

Sonra Sabunçu rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Nadir Tağıyev , 7 saylı istilik sistemləri istismar sahəsinin rəisi Kamil Ələkbərov, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi  Yusif Əliyev, rayon qaz istismar idarəsinin rəisi İsmixan Nəsirov çıxış edərək 9 ay ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

 

 M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 20 oktyabr.- S. 11.