Nərimanov rayonunda cari ilin doqquz ayına
yekun vurulmuşdur
Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı
yanında şuranın
növbəti iclası
keçirildi. Tədbirdə ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrdən
geniş bəhs edildi, hesabat dövründə Nərimanov
rayonunun sosial-iqtisadi inkişaf istiqamətləri və
qarşıda duran vəzifələr geniş
təhlil olundu.
Tədbir iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. Şura
üzvlərinin,
idarə, müəssisə
və təşkilat rəhbərlərinin iştirak
etdikləri tədbiri
giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı
Abdin Fərzəliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının
sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin ölkənin
bütün şəhər
və rayonlarında geniş müzakirə edildiyini diqqətə çatdırdı.
Hesabat məruzəsi ilə çıxış edən
A. Fərzəliyev oktyabr
ayının 6-da Nazirlər
Kabinetinin 2013-cü ilin
doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr
olunmuş iclasında
dövlət başçısı
İlham Əliyevin ölkənin sosial-iqtisadi
inkişafının bütün
sahələrində əldə
edilmiş nailiyyətlərlə
bağlı söylədiyi
fikirlərin bəzi məqamlarına toxundu. Nazirlər Kabinetinin iclasında müzakirə
edilən hər bir məsələnin Bakı şəhərinin
aparıcı rayonlarından
biri olan Nərimanov rayonunun sosial-iqtisadi həyatı üçün də müstəsna
əhəmiyyət kəsb
etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi inkişafı istiqamətində
cari ilin doqquz ayı ərzində görülmüş
işlərə yönəltdi.
Qeyd olundu ki, 2013-cü ilin doqquz ayının
yekunlarına görə,
rayon iqtisadiyyatının əsasını
təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər
də daxil olmaqla 1 milyard 447 milyon manatlıq məhsul istehsal olunmuş, ötən ilin müvafiq dövrünə nisbətən
103,2 faiz artım sürəti qeydə alınmışdır. Hesabat
dövrü ərzində
istehlakçılara 1 milyard
450,9 milyon manatlıq sənaye məhsulu göndərilmiş,
istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət
sektorunun xüsusi çəkisi 83,5 faiz təşkil etmişdir. İlin doqquz ayında sənaye kompleksində işləyənlərin
sayı 9948 nəfər
təşkil etmiş,
onların orta nominal əmək haqqı 7,9 faiz artaraq 551,1 manata çatmışdır.
Yeni müəssisələrin
yaradılması, mövcud
müəssisələrin fəaliyyətinin
bərpa edilməsi nəticəsində doqquz
ay ərzində rayonda
1971 daimi iş yeri yaradılmışdır.
Yanvar-sentyabr aylarında bütün
mənbələr hesabına
əsas kapitala 282,9 milyon manatlıq investisiya qoyulduğunu diqqətə çatdıran
natiq bildirdi ki, hesabat dövründə
rayonun tikinti təşkilatları tərəfindən
öz gücləri ilə yerinə yetirilmiş işlərin
həcmi 1 milyard 533 milyon manat təşkil
etmişdir ki, bu da əvvəlki ilin 9 ayı ilə müqayisədə 2,4 dəfə çox olmuşdur. Bu sahədə çalışanların
sayı isə 15 min
533 nəfər olmuş
və onların orta aylıq əmək haqqı 2,2 faiz artaraq 490,6 manata çatmışdır.
Məruzəçi daha sonra bildirdi ki, ilin əvvəlindən
iqtisadiyyatın başqa
sahələrində olduğu
kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən
biri olan pullu xidmətlərin həcmi də xeyli artaraq 185,5 milyon manata çatmış,
bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz
çoxdur.
Ticarət və
nəqliyyat sahələrinin
də xeyli inkişaf etdiyini vurğulayan A. Fərzəliyev
dedi ki, cari ilin 9 ayında ticarət üzrə pərakəndə
əmtəə dövriyyəsinin
həcmi 664 milyon manat olmaqla 0,2 faiz, əhaliyə göstərilən ictimai
iaşə xidmətinin
həcmi 58,1 milyon manat olmaqla 25,2 faiz artmışdır. Yanvar-sentyabr aylarında əhaliyə göstərilən
nəqliyyat və rabitə xidmətinin
həcmi də artmışdır. Belə
ki, 9 ay ərzində əhaliyə 38,3 milyon manatlıq nəqliyyat və 223,6 milyon manatlıq rabitə xidmətləri göstərilmiş,
bu sahələrdə
əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,6 faiz və 17,6 dəfə artım əldə olunmuşdur.
A.Fərzəliyev ölkə Prezidenti İlham Əliyevin Bakı şəhərinin
və ətraf qəsəbələrin sosial-iqtisadi
inkişafına dair təsdiq etdiyi müvafiq proqramların, imzaladığı sərəncamların,
verdiyi tapşırıqların
Nərimanov rayonunun da tərəqqisinə təkan verdiyini vurğuladı. Belə ki, ilin əvvəlindən “Gənclik”
metrostansiyasının ətrafında
yerləşən binaların
fasadlarının milli
memarlıq üslubunda
yenidən qurulması,
Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov
prospektinin yenidən qurulması, şəhərin
baş planına uyğun digər layihələrin həyata
keçirilməsi işləri
davam etdirilmişdir.
Bundan əlavə, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik Həsən Əliyev küçələrində istismar
müddətini keçmiş,
yararsız hala düşmüş yaşayış
binalarının, qeyri-yaşayış
obyektlərinin sökülərək
başqa ərazilərə
köçürülməsi istiqamətində mühüm
işlər görülmüşdür.
Qeyd olundu ki, Nərimanov
rayonunun qısa zaman kəsiyində geniş
quruculuq məkanına
çevrilməsinin ən
ümdə səbəblərindən
biri ölkəmizin bütün bölgələri
kimi, bu rayona da ölkə
Prezidenti İlham Əliyev tərəfindən
xüsusi diqqət və qayğı göstərilməsidir. Belə
ki, dövlət başçısı 2013-cü ilin 9 ayı ərzində dörd dəfə Nərimanov rayonunda olmuş, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov
rayonundakı
110/35/6 kilovoltluq yarımstansiyasının,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
yeni korpusunun, eləcə də “Qələbə meydanı”
müxtəlif səviyyəli
tunel tipli yol qovşağı layihəsi çərçivəsində
inşa edilən beş tunelin açılış mərasimlərində
iştirak etmiş və Dədə Qorqud parkında həyata keçirilən
işlərlə tanış
olmuşdur.
Azərbaycan və Rusiya Federasiyasının Həştərxan
vilayəti arasında
əməkdaşlıq əlaqələrinin
son zamanlar xeyli genişləndiyini diqqətə
çatdıran A.Fərzəliyev
Prezident İlham Əliyevin göstəriş
və tapşırığı
ilə Həştərxan
şəhərində sosial
sahəyə xeyli investisiya cəlb edən bir sıra
genişmiqyaslı layihələrin
həyata keçirildiyini
bildirdi, bu sahədə görülən
işlərdən geniş
bəhs etdi.
Başçı, həmçinin rayonun abadlaşdırılması, mənzil-kommunal
obyektlərinin istismarı
vəziyyətinin yaxşılaşdırılması
sahəsində 2013-cü ilin
9 ayı ərzində
görülmüş işləri
konkret faktlarla əsaslandıraraq növbəti
payız-qış mövsümünə
hazırlıqla bağlı
görülmüş işləri
diqqətə çatdırdı.
Qeyd olundu ki, ötən müddətdə
Nərimanov Rayon Enerji
Təchizatı və
Satışı İdarəsi
tərəfindən ayrı-ayrı
ünvanlarda yeni transformator məntəqələri
quraşdırılmış, hava xətləri əsaslı təmir edilmiş, köhnə sayğac elektron tipli sayğaclarla əvəz olunmuşdur. Yanvar-sentyabr ayları ərzində
rayon su kəməri istehsalat zonası tərəfindən müxtəlif
ünvanlarda 11596 paqonometr
uzunluğunda metal və
plastmas borular dəyişdirilmiş, 121 ədəd
nasos və 79 ədəd mühərrik
təmir olunmuş, 29
ədəd su anbarı yuyulmuşdur. Nərimanov
Rayon Qaz İstismar İdarəsi tərəfindən
isə yeni magistral qaz kəmərləri
çəkilmiş, qaz
tənzimləyici şkaf
və qurğular təftiş edilmiş, yeniləri quraşdırılmışdır.
Cari ilin doqquz ayında
rayon əhalisinin sosial
müdafiəsinin gücləndirilməsi,
yoxsulluğun azaldılması
istiqamətində dövlət
başçısının müvafiq fərman, sərəncam və tapşırıqları
rəhbər tutularaq rayonun xidmət sahələri və idarələri tərəfindən
ardıcıl tədbirlər
həyata keçirildiyi
diqqətə çatdırıldı.
Məruzə ətrafında çıxış
edən Milli Məclisin deputatı Rasim Musabəyov, Nərimanov Rayon Əhalinin
Sosial Müdafiə Mərkəzinin direktoru Babək Hüseynov və 36 saylı tam otra məktəbin direktoru İradə Babayeva cari ilin ötən doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində
uğurlu göstəricələrin
əldə olunmasını son illər dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən genişmiqyaslı
işlərin məntiqi
nəticəsi kimi dəyərləndirdilər. Ölkəmizin davamlı inkişafının
təmin olunması istiqamətində səylərini
bundan sonra da davam etdirəcəklərini
bildirdilər.
Şura
iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun
daha da abadlaşdırılması,
quruculuq işlərinin
davam etdirilməsi, sakinlərin daha rahat və firavan
yaşamaları, çalışmaları
və istirahətlərinin
təşkili üçün
qarşıda çox
mühüm və ciddi vəzifələr qoymuşdur. Bu vəzifələrin
yerinə yetirilməsi,
dövlət başçısı
İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam
etdirilməsi, Nərimanov
rayonuunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi
üçün bütün
lazımi tədbirlər
həyata keçiriləcək.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 22 oktyabr.- S. 6.