Azərbaycanın dinamik inkişafının mühüm mərhələsi (2003-2013-cü illər)

 

Son günlər Azərbaycanın ictimai-siyasi həyatı iki mühüm hadisə ilə yaddaqalan olmuşdur. Bunlardan birincisi, şübhəsiz, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanması, ikincisi isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünün qeyd edilməsidir.

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovun analitik yazısında Azərbaycanın son 10 ildə qazandığı uğurlardan bəhs olunur.

 

AzərTAc həmin yazını təqdim edir.

 

Sürətli inkişafı şərtləndirən sosial-iqtisadi amillər

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, oktyabrın 19-da təntənəli surətdə and içərək yenidən Prezident kimi fəaliyyətə başlayan dövlətimizin başçısı İlham Əliyevin 2003-2013-cü illəri əhatə edən əvvəlki rəhbərliyi dövrü Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratikmüasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Həmin uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 40 iqtisadiyyat arasındadır.

Keçən 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. 2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olmuş, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım qeydə alınmış, son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır.

Son on ildə Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmış, ölkə iqtisadiyyatına bütövlükdə bu ili nəzərə almaq şərti ilə 150 milyard dollar investisiya qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları təqribən 30 dəfə artmış və 49,4 milyard dollara çatmışdır. Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 40 ölkəsi sırasına daxil olmuşdur.

Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridironun səviyyəsi cəmi 7 faizdir. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, yoxsulluq on ildə təxminən on dəfə azalmış və bu ilin sonuna yoxsulluğun səviyyəsi 6 faizdən aşağı, işsizlik isə hazırda  5 faizə düşmüşdür. Bütövlükdə 2003-cü ildən bugünədək ölkədə 1 milyon 200 mindən çox yeni yeri yaradılmış, onlardan 910 mini daimi yeridir və ölkədə inflyasiya 2,3 faiz səviyyəsindədir. Bu, Azərbaycanda uğurla aparılan makroiqtisadi siyasətin təzahürüdür.

Bütün yuxarıda göstərilən faktlar və rəqəmlər ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmişdir. Bu göstəricilər insanların gündəlik həyatına, ölkəmizin inkişafına, infrastruktur layihələrinin icrasına öz təsirini göstərmişdir.

2012-ci ildə Azərbaycana 22 milyard dollar məbləğində sərmayə yatırılmış, ölkəmiz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş Sovet məkanında aparıcı ölkəyə çevrilmişdir. Cari İlin birinci yarısında isə ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi, təqribən 7 milyardı daxili, 5 milyardı isə xarici sərmayələrdir. Ümumilikdə  isə, il ərzində 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir. Nəticədə Azərbaycan dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmiş və qətiyyətlə demək olar ki, 2003-cü ildə qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur.

Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edirlər. Bütün hesabatlarda ölkəmiz öncül mövqelərdə durur. 2012-ci ildə dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’sreytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmiş, Dünya İqtisadi ForumununQlobal Rəqabətlilik Hesabatı”nda respublikamız artıq dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir.

2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmiş və 2013-cü il fevralın 8-də ilk süni telekommunikasiya peykimizin orbitə çıxarılması ölkəmizin tarixinə çox əlamətdar bir gün kimi düşmüşdür. Bununla da Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur.

Azərbaycanın yeni neft strategiyasının işə düşməsi, xüsusilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropadünya bazarlarına çıxışını təmin etmişdir. Bu da ölkəmizdə təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycandan dünyanın 30-dək ölkəsinə neftneft məhsulları ixrac edilir.

Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkəmizin rolu daha da yüksələcəkdir. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin “mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcəkdir.

 

Xarici siyasət, mədəni-humanitar sahədə qazanılan uğurlar

 

Ölkəmiz Avropa təhlükəsizlik  arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olanAvropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ)  arasında  enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramına qoşulmaqla  bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə dövlət siyasətini, milli maraqlarımızı ifadə edən layihələr həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq səviyyədə tanınmış tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair  möhtəşəm tədbirlərin  keçirilməsi, eləcə də paytaxtımızın 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı  elan edilməsi ilə bağlı qərar da, İslam Konfransı Təşkilatı ilə əməkdaşlığın genişlənməsi də Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Bununla yanaşı, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyinə nail olaraq  inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun sübutu olaraq qəbul edilməlidir. Azərbaycan, ötən on il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin  artan fəallığı danılmaz faktdır. Bu,  müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət kimi dəyərləndirilməlidir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsilçiliklə yanaşı, Qoşulmama Hərəkatına da üzv olmuşdur. MDB ölkələrindən yeganə olaraq Azərbaycan Meksikada keçirilən “Böyük iyirmiliyin (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət almışdır. Seulda keçirilən nüvə təhlükəsizliyinə qarşı mübarizəyə həsr olunmuş Sammitdə, NATO-nun Çikaqo zirvə toplantısında Prezident İlham Əliyevin məntiqli nitqləri çox böyük maraqla qarşılanmışdır.

Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir. 2011 və 2013-cü illərdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunmuşbu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə reallaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu da artıq ənənə halını almışdır.

Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət, “Rusiya-Azərbaycan dialoqu-2012”, III Rusiya-Azərbaycan Regionlararası Forumlarına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına, Qəbələ Beynəlxalq musiqi festivallarına, “Eurovisionmusiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur.

Bununla yanaşı, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqmövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda ilk iclasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna və digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha əyani surətdə sübut etmişdir ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzdir.

Son on ildə Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri keçirilmişdir. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünyaAvropa çempionatlarının Bakı şəhərində təşkilinin mütəmadi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Avropa Olimpiya Komitəsində də inam yaratmışdır. Ona görə də 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyildir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar ölkəmizin uğuru olmaqla, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir.

Bununla yanaşı, FİDE-nin qərarına əsasən, ölkəmizin “Dünya Kuboku-2015" və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idmanOlimpiya aləminin Azərbaycana marağını daha da artırmışdır. Bundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə dair rəsmi qərar qəbul edilmişdir.

Son 10 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin işğalı faktı nəzərə alınaraq ordu quruculuğu prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmiş və bu gün Azərbaycan ordusu maddi-texniki, silah-sursat təchizatı, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur.

Əgər 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idisə, 2012-ci ildə bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, onu göstərir ki, ordu quruculuğu Azərbaycan dövlətinin prioritet vəzifəsidir. 2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunmuş, hərbi təyinatlı müəssisələr işə salınmış və həmin müəssisələrdə artıq 750 çeşiddə məhsul istehsal edilir. Müqayisə üçün qeyd etmək olar ki, təcavüzkar Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır. Yəni, bizim ancaq hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

Ölkəmizin artan bu siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənmişdir.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son vaxtlar isə Avropa ParlamentiNATO-nun zirvə toplantılarında qəbul edilən qərarlarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğala son qoyulması tələb olunur.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü  və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı  beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll ediləcəyi ilə bağlı ümidləri daha artırmışdır. Eyni zamanda, dövlətimizin başçısı bəyan  etmişdir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.

Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin bu  işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunubunun beynəlxalq hüquq normaları  ilə təsdiq edildiyini vurğulamışdır. Ona görə yalnız Azərbaycan xalqının  iradəsinə, gücünə arxalanmaqla dövlət başçısı iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini bildirərək qeyd etmişdir ki, “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyevin  münaqişənin nizama salınması prosesində hücum taktikasına üstünlük verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsinə möhkəm zəmin yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən dövlət başçısı İlham Əliyev yüksək diplomatik fəaliyyəti sayəsində ölkəmizin dünyanın  siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə Azərbaycan yalnız regional deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanmışdır. Azərbaycanın artıq dünyanın 70-dən artıq ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycan artıq Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.  Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi  bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin  demilitarizasiyası, Avratlantik strukturlara inteqrasiyas. məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Hesab edirik ki, bu son 10  ildə aparılan siyasətin ən uğurlu nəticəsidir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun  son on ildə dinamik şəkildə inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmiş, bu gün dövlətimiz və xalqımız üçün çox vacib olan problem -  işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpa olunacağına  olan ümidləri daha da artıraraq perespektivdə Azərbaycanın ən qüdrətli dövlətlər sırasında duracağını şərtləndirmişdir.

 

Xalq qəzeti.- 2013.- 23 oktyabr.- S. 4.