Azərbaycan təhsilində
yeni mərhələ...
Mən müəllim peşəsindən daha şərəfli
peşə tanımıram.
Heydər ƏLİYEV
Ümummilli lider
Bu gün ölkəmizin ictimai-siyasi həyatında davamlı yeniləşmə baş verir. Müstəqil Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş, bəşəri, demokratik dəyərlərin üstün tutulduğu sivil dövlətlərindən birinə çevrilir. Xalqımızın mədəni intibahını daha da sürətləndirmək, sivil dünya xalqlarının elm, bilik marafonunda qürurverici öncül sıralarda yer almaq çox vacibdir.
Zamanın qarşımızda irəli sürdüyü hədəf və çağırışlara yalnız elm və təhsildə uğurlu islahatların həyata keçirilməsi yolu ilə nail olmaq olar. Dünya təcrübəsi də göstərir ki, təhsil bütün zamanlarda tərəqqinin hərəkətverici qüvvəsi olub. Yaxşı haldır ki, son vaxtlar milli təhsilimiz azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş Azərbaycanda modernləşmə prosesinin lokomotivinə çevrilir. “Mən müəllim peşəsindən daha şərəfli peşə tanımıram” sözlərini olduqca səmimi və böyük məhəbbət hissi ilə yüksək tribunalardan söyləyən ümummilli lider Heydər Əliyev həyatı boyu müəllimə, ziyalıya daim böyük diqqət və qayğı göstərib.
Ulu öndərin Azərbaycan xalqının parlaq gələcəyinə hesablanmış əbədiyaşar siyasəti başqa sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də xalqımızın azad və demokratik seçkilərdə ortaya qoyduğu vətəndaşlıq mövqeyi ilə artıq üçüncü dəfə dövlət başçısı seçilmiş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Prezidentinin müasir dövrdə elm və təhsilimizin ən yüksək dünya standartlarına çatdıırılması naminə ölkəmizdə neft kapitalının insan amilinə çevrilməsi siyasətini dövlətimizin inkişaf prioritetlərindən biri elan etməsi, bu istiqamətdə görülən böyük davamlı işlər respublikamızın hazırda dünyanın intellektual mərkəzlərindən birinə çevirməkdədir.
Azərbaycan indi regionda təhsilə ən çox sərmayə qoyan ölkədir. Bu gün dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni məktəb binaları tikilərək istifadəyə verilmir, bizdəki qədər məktəblərin ən müasir İKT ilə təchiz olunmasına diqqət yetirilmir. Nəhayət, son vaxtlar dövlətimizin başçısı tərəfindən Təhsil Nazirliyinin rəhbərliyinə yüksək dövlətçilik, təfəkkürlü, peşəkar kadrların gətirilməsi bu sahəyə verilən böyük dəyərin təzahürüdür.
Hər bir ölkənin dünyada mövqeyini adamların bilikləri və insan kapitalı müəyyənləşdirir. Yeni təhsil naziri hörmətli Mikayıl Cabbarov milli təhsilin inkişafını, bütövlükdə, ölkəmizin sürətli tərəqqisi və demokratikləşdirilməsi kontekstində görür. O haqlı olaraq bildirir ki, “sivil ölkələrdə tərəqqini şərtləndirən əsas kriteriyalar ölkələrin zənginliyi, təhsil sistemi, eyni zamanda, insanların bilikli olmaları ilə ölçülür”.
Azərbaycanın da milli intibahı milli təhsilin yetirdiyi və formalaşdırdığı savadlı, bilikli insanların hesabına mümkün olacaq. Düzgün, milli və bəşəri dəyərlər üzərində qurulmuş milli təhsil konsepsiyasının real icra mexanizminin müəyyən edilməsi vacibdir və bu istiqamətdə daim novator, peşəkar mövqe sərgiləməyi tələb edir. Fikrimizcə, hörmətli nazir məhz belə bir prinsipial və ədalətli mövqe ortaya qoyub.
Yeni təhsil naziri qarşıda duran vəzifə
və problemləri tam halında görür və onların vaxt itirlmədən həlli
üçün real tədbirlər görür. Lakin
nazir “Sual yaranır - biz indiki
olduğumuz yerdən olacağımız yerə necə
çatmalıyıq?” - deyərək hədəfləri müəyyən
etməklə kifayətlənmir. O, bu hədəflərə
aparan istiqamətləri də açıqlayır. Onun fikrincə,
Azərbaycanın milli təhsil sistemi beş əsas elementdən
ibarət olacaq: “Qeyd olunan beş əsas elementdən birincisi
müəllimlərdir. Müəllimlərlə bağlı
ölkədə ciddi işlər görülməlidir.
İkinci, element görülən işlərin mahiyyəti ilə
bağlıdır. Yəni, orta məktəblərdə,
universitetlərdə gənclərə nələr öyrədilməlidir.
Üçüncü element idarəetmə ilə
bağlıdır və bu da vacib məsələlərdəndir.
Dördüncü
element təhsilin infrastrukturu ilə, beşinci element isə
resurslarla bağlıdır. Yəni bura maliyyə
resursları daxildir”.
Nazir
bildirib ki, Azərbaycanda bütün təhsil pillələrində
adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi,
idarəetmənin təkmilləşdirilməsi, bütün
maraqlı tərəflərin cəlb olunmasını təmin
edən idarəetmə modelinin yaradılması, təhsil
müəssisələrinin müstəqilliyinin
artırılması, müasir qiymətləndirmə
sisteminin yaradılması, peşə təhsili infrastrukturunun
əsaslı şəkildə müasirləşdirilməsi,
müəllim hazırlığının gücləndirilməsi,
nəticələrə əsaslanan differensial əməkhaqqı
və mükafatlandırma sisteminin yaradılması və sair
bu kimi məsələlər öz müsbət həllini
tapmalıdır.
Bütün bunlar düzgün müəyyənləşdirilmiş
vəzifələrdir. Təhsil Nazirliyi tərəfindən son dövrdə həyata
keçirilən bir sıra əməli addım yuxarıda açıqlanan hədəflərin
kağız üzərində qalmayacağına ümidlər
yaradır.
Görülən tədbirlərdən bir neçəsini
xatırlamaq yerinə düşər. Son illər bir sıra
hallarda şagirdlərin orta məktəbləri bitirmələri
və attestat almaları bir
müşkülə çevrilmişdi. Biri
şagirdi, bəziləri pedaqoqları, digərləri orta məktəblərdə
yekun imtahanlarını təşkil edən qurumu
günahlandırırdı. Təhsil
Nazirliyinin keçmiş rəhbərliyi adi, sağlam məntiqin
əksinə olaraq, sanki, orta məktəb məzunlarının
bir hissəsinin attestat almasından daha çox almamasında
maraqlı görünürdü.
Açıq
etiraf edilməyən həqiqət bu idi ki, nazirlik orta məktəb
məzunlarının ali və orta ixtisas məktəblərinə
qəbulu üzrə test imtahanlarında aşağı nəticələr
göstərə biləcəklərindən, bununla da TQDK rəhbərliyi tərəfindən
tənqidə məruz qalacağından çəkinirdi. Beləliklə, bu iki dövlət qurumu arasında
baş verən və uzun illər davam edən qeyri-sağlam rəqabət
milli təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi.
Yeni təhsil
naziri ictimaiyyəti çox narahat edən bu problemin çətinlik
çəkmədən optimal həlli yolunu tapa bildi. Bütün məzunlara orta məktəbi bitirmələri
barədə (qeyri-məqbul imtahan cavabları qeyd olunmaqla)
attestat verilməsi qərara alındı. TQDK
ilə münasibətdə isə qarşılıqlı
ittihamların əksinə olaraq etimad və əməkdaşlıq
yoluna üstünlük verildi.
Digər bir məsələ. Uzun illlər cəmiyyətə
təlqin olunurdu ki, məktəbin problemləri, o cümlədən
maddi qayğıları imkanlı valideynlərin birbaşa
yardımı olmadan həll oluna bilməz. “Fond pulu”,
“abunə pulu” və sair bu kimi qeyri-populyar tədbirlərə
əl atan və ya buna vadar olan məktəblər də,
müəllimlər də nüfuzdan düşürdü.
Bir müddət əvvəl Mikayıl Cabbarov birmənalı
şəkildə bəyan etdi ki, Azərbaycan dövləti
kifayət qədər zəngindir və məktəbin maddi
problemlərini özü həll etməyə qadirdir. Belə
aydın və konkret münasibətin sərgilənməsi məktəbə
və müəllimə mənəvi üstünlük qazandırmaqla
bərabər, onu ayrı-ayrı şəxslər və
valideynlər qarşısındakı açıq və
gizli “öhdəliklər”dən azad edir. Bir
sözlə, məktəbi “ələbaxımlılıq”
psixologiyasından xilas etmiş oldu.
Bunlar geniş ictimaiyyətə bəlli olan
faktlardır.
Bəlli olmayan, lakin artıq praktik fayda gətirən
onlarla tədbir və addım var ki, bunların hər biri barədə
təhsil nazirliyi öz veb səfifəsində geniş məlumat
verir.
Qarşıda görüləsi işlər, əlbəttə,
daha çoxdur. Vacib planlardan biri müəllim əməyinin
düzgün stimullaşdırılmasıdır. Bu zaman, təbii ki, pedaqoqun əməyinə verilən
maddi və mənəvi dəyər onun şagird və tələbələrin
mükəmməl bilik almaları üçün sərf
etdiyi əməyin ölçü və keyfiyyətinə
adekvat olmalıdır. Yaxşı müəllimin
və yaxud böyük şagird kontingenti olan məktəblərin
direktorlarının əmək haqları fərqli,
differensial, lakin bütün hallarda ədalətli meyarlarla
müəyyən edilməlidir. Bu istiqamətdə
nazir müəyyən planlarının olduğunu gizlətmir.
Yeri gəlmişkən, təhsil naziri 2013-cü ildə
Bilik Günü ilə əlaqədar keçirilən tədbirlər
zamanı müəllimlərin peşəkarlığı,
onların karyera inkişafı və fəaliyyətlərinin
stimullaşdırılması, yeni metodlara verdikləri önəmə
görə əmək haqqının differiensial yanaşma əsasında
müəyyənləşdirilməsinin zəruri olduğunu
bir daha vurğulamışdı.
Başqa
bir mühüm məsələ müəllim kadrlarının davamlı
olaraq ixtisasartırma kurslarına cəlb edilməsidir. Bu məsələ Qərb dövlətlərində
daim diqqət mərkəzində saxlanılır. Nə gizlədək, bizdə uzun illər təhsil
sahəsində kadrların yenidən hazırlığına
prinsipsizlik mövqeyindən yanaşılırdı.
Bu il ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulu zamanı imtahan
vermiş namizədlərin bir qisminin bilik səviyyəsinin
kifayət qədər yüksək olmadığı müəyyən
olunub. Çıxış yolu kimi, müəllim
hazırlığı aparılan ixtisaslar üzrə təhsil
proqramlarına yenidən baxılması nəzərdə
tutulub. Fikir verin, müəllimlər əvvəllər
olduğundan fərqli olaraq birbaşa ittiham olunmur, problemi
doğuran səbəblərin aşkar edilərək aradan
qaldırılması nəzərdə tutulur. Bu da təhsildə həqiqi dönüş
üçün zəmin yaradır.
Bundan başqa, Mikayıl Cabbarovun təhsil sahəsində
təkilf etdiyi və həyata keçirdiyi bir çox dəyişikliklər
məntiqli və başadüşüləndir. Nazir bildirir
ki, Azərbaycanda şagirdlər ildə 32 həftə
oxuyurlar. Dünya ölkələrində
isə orta hesabla 38 akademik həftə mövcuddur. Bu da
o deməkdir ki, hər il bizim şagirdlər
digər ölkələrin şagirdlərinə nisbətən
6 həftə az dərs oxuyurlar. Nazirin fikrincə, Azərbaycanda
şagirdlərin digər ölkələrin şagirdlərindən
6 həftə az oxuması təhsil
proqramını asanlaşdırmır, əksinə, çətinləşdirir.
Son illər bir çox nüfuzlu pedaqoqlar, ziyalılar
orta məktəb dərsliklərindəki mətnlərin
çətin qavranılan, mürəkkəb olmasından
giley edirdilər. Düşünürəm
ki, məktəblərimizdə akademik təhsil həftələrinin
azlığı da dərsliklərin həddindən artıq
“yüklənməsi”nə səbəb olub. Dərsliklərin sadələşdirilməsi
mövzunun daha yaxşı qavranılmasına kömək edə
bilər.
Nazir haqlı olaraq hesab edir ki, təhsil sistemi
bacardığı səviyyədə deyil, tələb olunan
səviyyədə mütəxəssislər
hazırlamalıdır. Bunun üçün tədris proqramlarının
hazırlanmasında tədrisin nəticələri əsas
meyar kimi götürülməlidir. Deməli, orta və
ali məktəblərdə tədris
prosesinin məzmunca yeniləşməsinə nail olmaq
vacibdir. Bu vəzifələrin
hər biri ali və orta məktəb
müəllimlərinin çalışdıqları təhsil
ocaqlarına maddi bağlılığını təmin və
təşkil etməklə mümkündür. Bu problemlərin
bir günün, ya beş günün, hətta bir neçə
ayın ərzində həll ediləcəyini düşünmək də
sadəlövhlük olardı. Lakin onların həlli
istiqmətində ciddi və planlı işlər
aparıldığı artıq göz qabağındadır. Azərbaycanın təhsil
sistemi ölkəmizin sürətli inkişafı
üçün səriştəli kadrlar yetişdirməlidir.
Təqdir olunan haldır ki, təhsil naziri bu
mühüm vəzifənin öhdəsindən gəlmək
üçün məhz professionallarla işləməyə
üstünlük verir. O deyir: “Biz əgər
qapımızı professionalların üzərinə
açsaq, onlar təhsilin yüksəlməsinə öz
töhfələrini verəcəklər.”
Təhsil
naziri qeyri-peşəkarların təhsilin işinə
lüzumsuz qarışmasını da təqdir etmir: “Əgər
təhsili düzgün şəkildə idarə edə bilsək,
təhsil sahəsi ictimai rəyin girovunda olmayacaq və
heç kəsin istək, arzularının girovuna çevrilməyəcək”.
Təhsil sisteminin ictimai rəyi qabaqlaması,
bütövlükdə cəmiyyətin xeyrinədir. Azərbaycanda
yaxın gələcəkdə buna nail
olmaq mümkün olarsa, bunu yalnız alqışlamaq olar.
Bəli, bu gün Azərbaycan təhsili keyfiyyətcə
yeni mərhələyə qədəm qoyur. Milli təhsil sistemini idarə
edənlər çalışırlar ki, Azərbaycanda azad vətəndaş
cəmiyyətinin qurucuları olan yeniyetmə və gənclər
təhsilin bütün pillələrində öz istedadlarını aşkar edə
bilsinlər, nəticədə, hər bir fərdin istedadı
ümumi milli sərvətə çevrilərək Azərbaycanın
tərəqqisinə xidmət edəcək. Bizlərə
isə bu işdə əməyi olanlara yalnız uğurlar
diləmək düşür.
İbrahim
NİZAMİOĞLU
Xalq qəzeti.- 2013.- 24 oktyabr.- S. 5.