Ağsu: ilin 9 ayı uğurlarla yadda qaldı

 

2013-cü ilin geridə qalan 9 ayında Ağsuda “Azərbaycan Respublikası  regionlarının  2009-2013   illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nda  nəzərdə  tutulan  tədbirlərin  icrası istiqamətində uğurlu addımlar atılıb. 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş ümumrayon toplantısında geniş hesabatla çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin məruzəsində qeyd olunub ki,  kənd  təsərrüfatı  məhsullarının  istehsalının    emalının inkişafının  dəstəklənməsi davam etdirilib.

 2013-cü ilin məhsulu üçün 33741 hektar sahədə payızlıq taxıl əkilib ki, bunun da 14199 hektarını buğda, 19542 hektarını arpa əkini təşkil edir. Taxıl əkini sahələrinə yüksək  səviyyədə  aqrotexniki qulluq göstərilib. Əkin sahələrinin  suvarılması,  alaq  otlarından  təmizlənməsi, mineral  gübrə verilməsi,  ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtında icra olunub. “Aqrolizinqyolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 204 ton azot və 20 ton  fosfor gübrəsi satılıb.

Taxıl  biçini  optimal  vaxtda  başa  çatdırılıb,  33741 hektar sahənin  taxılı  biçilib  və 84  min  ton  məhsul  əldə  olunmaqla  orta  məhsuldarlıq  24,9 sentner təşkil edib.

Pambıqçılığın inkişafı diqqət mərkəzində  saxlanılıb.  Rayonun təsərrüfatlarında  əkilmiş  15 hektar pambıq sahəsində  aparılan  aqrotexniki qulluq  işləri bol  məhsul  üçün  zəmin  yaradıb,  mövsümün  əvvəlindən sahələrdən 20 ton pambıq yığılıb. Hazırda pambıq yığımı davam etdirilir.

Ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə mal - qaranın sayı    heyvandarlıq  məhsulları  istehsalı  artıb. Nəticə etibarı ilə 3698  ton ət (diri çəkidə), 19548 ton  süd, 5806  min  ədəd yumurta  istehsal  edilib.

Cari   ilin  ötən  9  ayında  da  Dünya  Bankı    Azərbaycan  Hökuməti  ilə  birgə  maliyyələşdirilən  Milli  Su  Təchizatı     Kanalizasiya  xidmətləri  üzrə   İkinci  Layihə”  çərçivəsində  Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində  işlərin  icrası  davam  etdirilib.

Geridə qalan aylarda abadlıq-quruculuq,  tikinti-bərpa işləri sürətlə davam etdirilib,  sahibkarlığın  inkişafı  dəstəklənib. Aqrolizinq  ASC -nin  Ağsu  rayon  Aqroservis” filialı  üçün  istehsalat  bazası,  rayonun  Padar  kəndində  saatlıq  istehsal  gücü  30  kubmetr  olan  qum-çınqıl  karxanası,  Ağsu  şəhəri  ilə  Rirhəsənli  kəndinin  sərhədində  yeni  park, Ağsu  şəhərində,  eləcə    kəndlərdə  onlarla  ticarət,  iaşə,  məişət  və  servis  xidməti  obyektləri,  plastik  qapı-pəncərə   hazırlayan  sexlər,  həmçinin  digər  xidmət    istehsal  obyektləri  tikilib  istifadəyə  verilib. Ağsu  şəhərində  1  ədəd  dövlət  fondu  yaşayış  binasının  dam  örtüyü  əsaslı  təmir  edilib.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hesabat məruzəsində qeyd etdi ki, şəhərin  mərkəzi  küçələrinin  tamamilə yenidən  qurulması  istiqamətində  işlər  davam  etdirilir.  Vətəndaşlara  məxsus  fərdi  evlərin,  yardımçı  tikililərin,   ticarət,  iaşə,  məişət    digər  xidmət  obyektlərinin,  ictimai    inzibati  binaların  görkəmi  yaxşılaşdırılır,  piyada  səkiləri  salınır,  həyətyanı  sahələrin  küçələrə  yaxın  hissəsində  mişar  daşı  ilə  hasar  tikilir,  mövcud  hasarlar  üzlük  daşlarla  üzlənir.

Hesabat  dövründə  rayonun Külüllü  kəndinin “Bilal əfəndi” adlanan ərazisindən Çiyni kəndinə yeni su xətti çəkilb, 200 abonentin içməli şəbəkə  suyu  ilə  təchizatı    hər bir  abonent  üzrə  su  xətlərinin  sayğaclalaşdırılması  təmin olunub.

Ümumiyyətlə, 2013-cü ilin  ötən  9  ayında  fəaliyyətə  başlayan  yeni    bərpa  edilmiş  müəssisələrdə,  aparılan  abadlıq - quruculuq  işlərində    digər  mövsümi  işlərdə   285 nəfər  işlə  təmin  olunub ki, onlardan da 285  nəfəri daimi  işlə  təmin  olunanlardır.           Xüsusi  mülkiyyətin  genişləndirilməsi,  sahibkarlığın  sürətli  inkişafı və  əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi  istiqamətində  həyata  keçirilən  dövlət  tədbirlərinin  nəticəsi  olaraq  hesabat  dövründə  orta  aylıq  əmək  haqqı   ötən  ilin  müvafiq  dövrünün  səviyyəsini  8,70  manat  üstələyərək  239,70  manat   təşkil  edib.

 

Rayon rəhbəri qeyd etdi ki, 2013-cü ilin  ötən  9  ayında Ağsuda Sahibkarlığa  Kömək  Milli  Fondunun xətti ilə 66  sahibkara 820,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına  110 yeni    yerinin  yaradılması  nəzərdə  tutulur. Ümumiyyətlə,  2004-cü  ildən  hal-hazıra  kimi  1049  yeni yeri yaradılıb. Nəzərdə tutulan 360  investisiya layihələri  maliyyələşdirilib, 4425,7  min  manat  güzəştli kredit verilib.

Sosial proqramların icrası sahəsində mühüm tədbirlər həyata keçirilib, əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılıb. Bu  müddətdə  Ağsu  rayon  ƏSMM-nə  ünvanlı  sosial  yardım  almaq  üçün  954 ailənin  sənədləri  qeydiyyata  alınıb,  950  ailəyə  ünvanlı  sosial  yardım  təyin  edilib.   Bu  da  4547  nəfər  ailə  üzvünü  əhatə  etməklə  1  ailəyə  ödənilən ünvanlı  sosial  yardımın  orta  aylıq  məbləği  119  manat  təşkil  edir.

Bu  müddətdə  kənd  yaşayış  məntəqələrinin,  eləcə    yeni  tikilmiş  evlərin  qazlaşdırılması  məqsədi  ilə  135,1  min metr müxtəlif  diametrli  yeni  qaz  kəməri  tikilib  istifadəyə  verilib.   Nəticədə  əhalisinin  ümumi  sayı  9509,  abonentlərinin  ümumi  sayı  1474  olan  12  kənd  yaşayış  məntəqəsinin  təbii  qazla  təchizatı  təmin  edilib.  Bütün qazlaşdırılmış  mənzillərə  SMART-KART  tipli  qaz  sayğacları  quraşdırılıb    fərdi  qaztənzimləyicilərlə  təmin  edilib.

Rayonun  elektrik təsərrüfatında yenidənqurma  işləri  davam  etdirilib. Şəbəkənin balansında olan 10 kv-luq  elektrik verilişi  xətlərində   2,2  kilometr  əsaslı,  5,7  kilometr  məsafədə  cari,  0.4  kv-luq  elektrik  verilişi  xətlərində  3,6 kilometr məsafədə  əsaslı, 0,6 kilometr məsafədə cari təmir  işləri   görülüb.

Ötən  9  ayda  180  şagird   yerlik   Qəşəd   kənd   tam  orta   məktəb   binasının   tikintisi   başa   çatdırılaraq   istifadəyə   verilib,  180  şagird  yerlik Rəhimli   kənd   tam  orta  məktəb  binasının  tikintisində işlər  davam  etdirilir. Hər  biri  80 şagird  yerlik  Keşdiməz kənd ümumi orta, Dilman  Muradlı kənd  tam  orta  məktəb  binalarının  tikintisinə  başlanılıb.

Ölkənin  sosial-iqtisadi  həyatında  mühüm  rol  oynayan  rabitə  son  illər  yüksək  inkişaf  səviyyəsinə  çatmış,  bu  inkişaf  həm  mövcud   rabitə  vasitələrinin  intensiv  istismarı,  habelə  yeni  texnologiyaların    xidmət  növlərinin  yaradılması  ilə  səciyyələnir.  Bu  sahədə  rayon  Poçtamtı    Telekommunikasiya  Qovşağı  tərəfindən  müəyyən  işlər  görülüb.

Ənvər Seyidəliyev toplantının sonunda əmin olduğunu bildirdi ki, bütün ağsulular Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşəcək, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə  dövlətimizin   geniş  miqyaslı  iqtisadi  strategiyayasının  həyata keçirilməsi üçün qarşıya qoyulan vəzifələri vaxtında və uğurla yerinə yetiriləcəkdir.

 

 İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 24 oktyabr.- S. 6.