Masallı: Uğurlar davamlı xarakter
daşıyır
Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda respublikamızda, o cümlədən Masallı rayonunda qazanılmış uğurlar nəzərdən keçirilmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ötən müddətin ən əlamətdar hadisələrinin icmalını vermişdir. O demişdir ki, ölkə başçısının sentyabrın 4-də Masallıya səfəri hər birimizin böyük sevincinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallıda bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etmişdir. Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi, YAP Masallı rayon təşkilatının inzibati binası, Taekvando və Boks mərkəzləri cənab Prezidentin iştirakı ilə açılaraq istifadəyə verilmişdir. Yenidən qurulan Heydər Əliyev parkına, Heydər Əliyev meydanına və Qəhrəmanlar parkına baxış keçirilmişdir. Ölkə başçısı Masallıda aparılan digər quruculuq işləri ilə tanış olmuş və razılığını bildirmişdir. Təsadüfi deyildir ki, rayon ictimaiyyəti ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Uşaq İncəsənət Məktəbinin tikintisi, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və uzunluğu 23,8 kilometr olan kəndarası yolların çəkilməsi məqsədilə ümumilikdə 10,7 milyon manat vəsait ayrılmışdır. Bu, cənab Prezidentin Masallıya olan diqqət və qayğısının bariz nümunəsidir.
Oktyabrın 9-da keçirilən seçkilərdə cənab İlham Əliyevin növbəti böyük qələbəsi də Masalla əhalisini hədsiz sevindirmişdir. Seçkilərdə hamılıqla iştirak edən sakinlər bugünkü firavan həyata, sabitliyə və inkişafa səs vermişlər.
İclasda qeyd olunmuşdur ki, doqquz ayda Masallıda geniş abadlıq-quruculuq işləri aparılmışdır. Şəhərin Füzuli, Z.Əliyeva, Azərbaycan, Qarabağ, Dadva küçələri tamamilə yenidən qurulmuş, səkilər, müasir işıqlandırma sistemi çəkilmiş və asfalt vurulmuşdur. Eyni zamanda H.Əliyev prospekti və Qarabağ küçəsində yerləşən on bir çoxmərtəbəli binanın dam örtüyü və fasadı əsaslı təmir edilmişdir. Rayonun giriş və çıxış qapılarının tikintisi başa çatdırılmış, Boradigah İdman Kompleksi tikilərək istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 190 milyon 412 min manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi 24 milyon 490 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 75 milyon 845 min manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 48 milyon 960 min manat olmuşdur.
Doqquz ay ərzində adambaşına düşən pul gəlirləri 1453 manat olmuşdur. İndi bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 344,2 manatdır.
Hesabat dövründə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış- yarmarkalarında Masallı sahibkarları da yaxından iştirak etmişlər. Yarmarkaya 105,3 ton tərəvəz, 92,2 ton kartof, 3,2 ton ət, 6,1 ton balqabaq, 2,1 ton süd və süd məhsulları, 62 min ədəd yumurta göndərilmişdir.
Son on il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Masallı rayonunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə 275 lahiyə üzrə 14 milyon 388 min manat güzəştli kredit verilmişdir ki, nəticədə 1954 yeni iş yeri yaradılmışdır. 2013-cü ilin ötən dövrü ərzində rayon sahibkarlarına 42 layihə üzrə 2 milyon 28 min manat güzəştli kredit verilmişdir ki, bunun da əsasında 245 yeni iş yeri yaradılmışdır.
Masallı rayonunda kənd təsərrüfatının, xüsusilə də çayçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Artıq bu istiqamətdə 14 kilometr uzunluğunda yol çəkilməyə başlanmışdır. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi ilə yanaşı, rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrini saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi qarşıda duran vacib vəzifələrdəndir.
Rüb ərzində Köçəkli, Həsənli, Kürdəbaz, Təklə, Sığıncaq, Səmidxan, Alışanlı, Xallıcallı, Qədirli, Sərçuvar, Xıl, Məmmədxanlı, Hacıtəpə, Təzəkənd kəndləri ərazisindəki suvarma kanallarında ümumilikdə 138000 kubmetr həcmində, 61 kilometr uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 hektar qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparılmış və 18 ədəd müxtəlif növ hidrotexniki qurğu təmir edilmişdir.
Cənab Prezidentin tapşırığı ilə bütün regionlarda olduğu kimi, Masallı rayonunda da kənd yollarının tikintisinə də böyük diqqət göstərilmişdir. Belə ki, hazırda Masallı rayon ərazisində ümumi uzunluğu 23,8 kilometr olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən, həmçinin Sərçuvar-Sirəbil kənd yolları artıq istifadəyə verilmişdir. Qodman-Qəriblər yolunun çəkilməsi işləri artıq yekunlaşdırılmışdır.
Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Eminli, Kürdəbaz, Qarğalıq və Şəhriyar kəndləri qaz ilə təmin edilmiş,Təklə kəndində və Ərkivan qəsəbəsində köhnə qaz xətlərinin yenidən quraşdırılması, eyni zamanda Dəlləkli, Qədirli, Xallıcallı və Yeddioymaq kəndlərində qazlaşdırma işləri davam etdirilir. Kolatan və Bağıroba kəndlərində isə birpilləli sistemlə qaz xətlərinin çəkilişinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il “İnformasiya-Kommunikasiya Texnologiyaları İli” elan edilmişdir. Bu proses çərçivəsində Masallı rayonunda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur. Həmin məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılmışdır. Hesabat dövründə Qodman kəndində yeni ATS binası tikilərək istifadəyə verilmişdir.
Cənab Prezidentin xeyir-duası
ilə ötən il Masallı şəhərinin
içməli su təchizatının və
kanalizasiya sisteminin
yenidən qurulması işlərinə
başlanılmışdır. Bununla da böyük problem qısa vaxtdan sonra öz həllini
tapacaq. Lakin layihənin icrası
prosesində davamlı
problemlər yaranır
ki, əlaqədar təşkilatlar buna diqqəti artırmalıdırlar.
Masallı rayonunun əksər kəndlərində içməli
su xəttinin və ya qaynaqlarının
olmaması əhalinin
gündəlik həyatında
ciddi çətinliklər
yaradır. Bu problemin həlli ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən
müvafiq qurumlara verilən tapşırıqlara
əsasən Muğan
zonasında yerləşən
20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə
işləri aparılmış
və artıq “Viləşçay”
su dəryaçasından
həmin istiqamətlərdə
olan kəndlərə
içməli su xəttinin çəkilişinə
başlanılmış və
bu xəttin 7 kilometrlik hissəsi tamamlanmışdır.
“Yeniləşən
Azərbaycana - yeni məktəb” devizi altında son illərdə
Masallıda 33 yeni məktəb binası tikilmiş, 5 məktəb
isə əsaslı təmir olunmuşdur.
15 sentyabr - Bilik günündə Kosakül,
Kəlbəhüseynli, Xıl,
Öncəqala, Allahyarlı kəndlərində
yeni məktəb binaları və Bədəlan kənd tam orta məktəbinin əsaslı təmir olunmuş bir korpusu şagirdlərin istifadəsinə verilmişdir.
Hazırda isə Şatıroba, Çayqıraq,
Dəlləkoba, Mahmudavar
və Köhnə Zuvand kəndlərində
yeni məktəb binalarının tikintisinə,
Masallı şəhər
1 saylı və Kolatan kənd tam orta məktəblərinin
isə əsaslı təmirinə başlanılmışdır.
Məktəblərin istilik sistemlərinin təmir edilməsi və qızdırılması işindəki
mövcud çətinliklər
daxili imkanlar hesabına aradan qaldırılıb və
bu sahədə iş davam etdirilir.
Təhsilin keyfiyyətinə diqqət
da artırılıb. Ali məktəblərə
qəbul imtahanlarında
məzunlar yüksək
nəticə əldə
ediblər, onlardan 9 nəfəri 600-dən yuxarı
bal toplamışdır. Şəhər
3 saylı orta məktəbin məzunu Seyfullayeva Gülay Sabir qızı 687 bal toplayaraq rayon üzrə ən yüksək nəticə
göstərmiş və
Prezident təqaüdünə
layiq görülmüşdür.
Bundan əlavə cənab Prezidentin sərəncamı ilə
şəhər 1 saylı
tam orta məktəbin
direktoru Mirqabil Hüseynov “Əməkdar müəllim” , “Dəfinə”
məktəb-liseyinin direktoru
Vidadi Nəzərov isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Mahmudavar və Alışanlı kəndlərində yeni tibb məntəqələri
tikilərək istifadəyə
verilmişdir. Xırmandalı kəndində tibb
məntəqəsinin tikintisi
davam etdirilir, Yolağac, Miyankü, Güllütəpə, Şərəfə,
Əhmədli, Hacıtəpə
və Məmmədoba
kəndlərində isə
yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır. Eyni zamanda,
Mərkəzi Rayon Xəstəxanasında,
Boradigah qəsəbə
sahə xəstəxanasında,
Kalinovka kənd sahə xəstəxanasında
əsaslı təmir
işlərinə başlanılmışdır.
Bu işlər yekunlaşdıqdan sonra Masallıda əhaliyə müasir tələblər
səviyyəsində tibbi
xidmət göstərmək
mümkün olacaqdır.
Masallıda fəaliyyət göstərən
31 turizm obyektindən
30-u müvafiq lisenziya
ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist
yeri vardır. Cari ilin
9 ayı ərzində
turist obyektlərində
16048 müsafir istirahət
etmişdir ki, onlardan 504-ü xarici turist olmuşdur.
Əldə edilən uğurlar fərəhli olsa da, qarşıda daha böyük və çətin işlər durur. Məsələn, elektrik enerjisi ilə təminatda ciddi problem yaşanmır,
lakin xətt təsərrüfatının köhnə
olması səbəbindən
bəzən onlar küləyə davam gətirmir. Buna görə
də cənab Prezidentin tapşırığına
uyğun olaraq bu ilin sonuna
qədər və gələn il
xətt təsərrüfatı
tamamilə yenilənməlidir.
Bundan başqa, Masallının yaşayış məntəqələrinin
cəmi 65 faizi qazlaşdırılmışdır. Hələ də qaz almayan
40-a yaxın kənd
var. Kənd təsərrüfatının
əkinçilik sahəsində
ixtisaslaşdırılmanın aparılması, yeni çay plantasiyalarının
salınması, istilikxanaların
quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması da prioritet məsələlərdəndir.
Kənd yaşayış məntəqələrində
abadlıq-quruculuq işlərinin
sürətlə həyata
keçirilməsi isə
qarşıda duran əsas vəzifələrdəndir.
Toplantıda çıxış edənlər - icra hakimiyyəti başçının müavini,
sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin
müdiri Seymur Nuriyev, DSMF rayon şöbəsinin
müdiri Nahid Şəmşirov, icra hakimiyyəti başçısının
Kolatan inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Valeh Mikayılov
2013-cü ilin 9 ayında
görülmüş işlərdən
danışmış, mövcud
problemlər və qarşıda duran vəzifələrlə bağlı
təkliflərini bildirmişlər.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 9.