Mingəçevir: göz önündə gözəlləşir bu şəhər...

 

Mingəçevir son vaxtlar çox dəyişib, gözələşib. Şəhərin görkəminə möhkəm əl çəkilib. Gələn, görən təəccüblənir. Az vaxt ərzində xeyli görülüb. Bu barədə doqquz ayın yekunlarına həsr olunmuş Şura yığıncağında ətraflı söhbət getdi. Şura yığıncağını giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirdi ki, bu il aprel ayının 16-da Mingəçevirdə səfərdə olmuş ölkə Prezidenti cənab İlham Əliyev şəhərdə aparılan abadlıq və quruculuq işlərinə çox yüksək qiymət vermişdir.

 O, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra, yeni inşa edilmiş Heydər Əliyev Mərkəzinin, “Gənclər evinin açılışında iştirak etmiş və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Daha sonra cənab İlham Əliyev “Dostluq” parkında aparılan abadlıq və quruculuq işləri ilə tanış olmuşdur.

Ölkə başçısı həmçinin yenidən qurulmuşSahil” parkına  baxış keçirdikdən sonra Fövqəladə Hallar Nazirliyinin xətti ilə yaradılmış Mingəçevir Su Anbarının təhlükəsizlik sistemi ilə tanış olmuşdur. Şəhərin ümumtəhsil məktəblərində və Fin qəsəbəsində məskunlaşmış köçkünlər üçün inşa edilmiş 9 mərtəbəli 10 yaşayış binası inşa edilmişdir. Cənab İlham Əliyevə  məlumat verilmişdir ki, şəhərcikdə 480 yerlik məktəb, bir bağça, icma mərkəzi, təcili yardım və poçt şöbəsi tikilmişburaya köçürülmüş sakinlərin istifadəsinə verilmişdir.

Dövlət başçısı yeni inşa edilmiş Bayraq Meydanında olduqdan sonra şəhərdə aparılan abadlıq və quruculuq işlərinə yüksək qiymət vermişdir. Şəhərimizə səfərinin nəticəsi kimi ölkə Prezidenti tərəfindən aparılan yenidənqurma işlərinin genişləndirilməsi üçün əlavə maliyyə yardımı ayrılmışdır.

Ölkə rəhbəri Mingəçevirdə olarkən verdiyi göstəriş və tapşırıqlar Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən gündəlik fəaliyyət proqramı kimi qəbul edilmişbu tövsiyələr əsasında işlər davam etdirilmişdir.

Niyazi Bayramov bildirmişdir ki, 2013-cü ilin doqquz ayında yuxarda qeyd olunan işlərlə yanaşı Heydər Əliyev prospektinin yenidən qurulması davam etdirilmiş, prospektin avtomobil yolları genişləndirilmış, yeni asfalt örtük salınmış, işıqlanma sistemi yenilənmiş, müasir işıqforların quraşdırılmasına başlanmışdır.

Bu ilin yanvar-sentyabr aylarında şəhərin sənaye istehsalı müəssisələrində 116 milyon manatlıq  məhsul istehsal olunmuş, tikinti quraşdırma işlərinə 23 milyon manat vəsait xərclənmiş, əsas kapitala 32 milyon manat investisiya yönəldilmiş, istehlak bazarında 73 milyon manatlıq mal-material satılmış və xidmət göstərilmişdir.

Cari ilin doqquz ayının təhlili göstərir ki, hesabat dövründə şəhərin daxili yol və səkilərinə 116 min kvadratmetr yeni asfalt örtük döşənmiş,  14 min metr səki daşları düzülmüş, parkxiyabanlara 5 min kvadrat metrdən çox dekorativ beton tavalar quraşdırılmış, 2,5 min kvadratmetr sahəyə qazon örtük salınmışdır.

14 binanın dam örtüyü əsaslı təmir olunmuşbu işlərə 9,5 min kvadratmetr rəngli metal kirəmit örtük işlənmişdir. Bu müddətdə şifer dam örtüklü 48 binadayumşaq dam örtüklü 93 binada cari təmir işləri aparılmışdır.

Dövlət proqramına uyğun olaraq şəhərin sukanalizasiya xətlərinin yenidən qurulması istiqamətində də işlər davam etdirilmişdir. Belə ki, ötən müddətdə şəhər ərazisində 55 kilometrdən çox yeni su xətti, 6 kilometrə yaxın yeni kanalizasiya xətti çəkilmişdir.

Hesabat yığıncağında qeyd olunmuşdur ki, şəhərin elektrik təsərrüfatında 5 transformator yenisi ilə əvəz edilmiş, fəaliyyətdə olan 20 transformatorda cari təmir işləri aparılmışdır.

Şəhər Qaz İstismarı sahəsi tərəfindən isə ilin əvvəlindən 8,6 kilometr uzunluğunda müxtəlif ölçülü qaz kəmərləri çəkilmişdir.

Yığıncaqda xüsusi vurğulanmışdır ki, bu il şəhərin ümumtəhsil məktəblərini bitirmiş məzunların 667 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş, onların 408 nəfəri tələbə adını qazanmışdır.

Tam orta məktəbi bitirən məzunlar arasında 18 qızıl medalçının, ali məktəblərə qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan 29 abuturyentin, respublika üzrə  maksimal 700 bal toplayan 6 abituriyentdən 2-sinin Mingəçevir  məktəblərinin yetirmələri olması sevindirici haldır.

 “Müəllim günü” münasibətilə Prezident İlham Əliyevin  imzaladığı sərəncamla 10 saylı tam orta məktəbin direktoru Xumarə  Mikayılova “Tərəqqi” medalına, Texniki Humanitar Liseyin  riyaziyyat müəllimi Sevda İsmayılova “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 4 nömrəli tam orta məktəbin informatika müəllimi Natəvan Mustafayevaİlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən olmuşdur.

Qeyd etmək lazımdır ki, ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamına əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılaraq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait  ayrılmışdır. Məlum sərəncamdan sonra şəhər Mərkəzi Xəstəxanası əsaslı təmirə dayandırılmış və hazırda təmir işləri sürətlə davam  etdirilməkdədir.

Şura yığıncağında uğurlar sadalanmaqla yanaşı, bəzi problemlərdən, onların həlli yollarından ətraflı söhbət getmişdir.

 

 İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 10.