Zərdablılar
dövlət qayğısına əməli işlə cavab verirlər
Zərdab Rayon İcra Hakimiyyətində keçirilmiş yığıncaqda qeyd olunmuşdur ki, respublikada gedən sürətli və davamlı inkişaf prosesi 2013-cü ilin 9 ayının nəticələrinə görə rayon üçün də səciyyəvi olmuşdur. Prezident İlham Əliyevin Zərdaba səfərlərinin və prezident seçkilərində qalib gəlməsinin xoş təəssüratları ilə yaşayan, zərdablılara göstərdiyi diqqət və qayğıdan güc alan rayon əhalisi 2013-cü ilin 9 ayını da uğurlu göstəricilərlə başa vurmuşdur.
Zərdab Rayon
İcra Hakimiyyətinin
başçısı Lütvəli Babayev
qazanılmış uğurlar və
qarşıda duran vəzifələr barədə
hesabatla çıxış edərək
bildirmişdir ki,
2013-cü ilin 9 ayında rayon
iqtisadiyyatının əsas sahələrində 80 milyon manatlığa qədər məhsul istehsal edilmişdir ki, bu da
keçən ilin müvafiq
dövründən xeyli çoxdur.
Həyata keçirilən tədbirlər nəticəsində
9 ay ərzində rayonda
272 daimi iş yeri yaradılmışdır. Rayonun gəlirləri
10 milyon 600 min 235
manata qarşı
10 milyon 296 min 547 manat
və ya 102,9 faiz icra olunmuşdur. Bundan əlavə, 9 ay ərzində
qarşılıqlı hesablaşmalardan
rayon büdcəsinə 6 milyon
754 min 705 manat
vəsait daxil olmuşdur.
Rayon iqtisadiyyatının aparıcı qüvvəsi
olan kənd təsərrüfatında da
inkişaf və irəliləyiş davam etdirilmişdir. Bu il 475 hektardan indiyədək 42,6 ton pambıq yığılmışdır. 5811 hektardan 15422 ton arpa, 11323 hektardan 31675 ton buğda — ümumilikdə 47097 ton taxıl
istehsal olunmuş, məhsuldarlıq ötən
illə müqayisədə
1,7 sentner, məhsul isə 9 min tona qədər artmışdır.
5 toxumçuluq təsərrüfatında
206 hektar sahədən
35 sentner olmaqla 684,4
ton toxumluq taxıl istehsal olunmuşdur. Bostan, kartof, tərəvəz məhsulları istehsalında
da əsaslı irəliləyiş olmuşdur.
Hazırda 2014-cü ilin
məhsulu üçün
1241 hektarda arpa, 81 hektarda buğda əkilmişdir ki, bu da keçən
ilin eyni dövründən 126 hektar
çoxdur.
2012-ci ilin eyni dövrünə
nisbətən mal 295 baş
artaraq 54011-ə, xırda
mal 822 baş artaraq
110968-ə, ət istehsalı
283 kiloqram artaraq
3282,2, süd 2,8 ton artaraq
16312,2 tona, yumurta min ədəd artaraq 6 milyon 92 min ədədə,
yun istehsalı 700 kiloqram artaraq 160,5 tona çatmışdır.
Rayon Suvarma Sistemləri İdarəsi 2013-cü ilin
9 ayı ərzində
17134 hektar taxıl,
15593 hektar yonca, 475 hektar pambıq, 535 hektar bostan-tərəvəz,
12 hektar çəltik
sahəsində, 1932 hektar
həyətyanı sahədə,
1168 hektar meşə və çoxillik əkinlərdə suvarma aparılmışdır.
“Aqrolizinq” ASC-nin
rayon Aqroservis filialı
56 adda texnika vasitəsilə müxtəlif
xidmətlər göstərmişdir.
Məruzəçi 2013-cü ilin 9 ayında təhsil, səhiyyə və mədəniyyət sahəsinin
inkişafı istiqamətində
xeyli iş görüldüyünü qeyd
edərək bildirmişdir
ki, Dövlət Proqramına uyğun olaraq rayonun Çallı kəndində
360, İsaqbağı kəndində
220, Aşağı Seyidlər
kəndində 80 şagird
yerlik məktəb binalarının tikintisi başa çatdırılmış
və sentyabrın
16-da istifadəyə verilmişdir.
Körpükənd kənd tam orta
məktəbin binasının
əsaslı təmiri
başa çatdırılmış,
şəhər 3 saylı
tam orta məktəbin
binasının fasadında
isə 5 min manatlıq
cari təmir işləri aparılmışdır.
Şəhər 3 nömrəli körpələr
evi-uşaq bağçasının
və Böyük Dəkkə kənd körpələr evi-uşaq
bağçasının binalarında
da əsaslı təmir başa çatdırılmışdır.
2013-cü ildə 135 nəfər
zərdablı məzunun
respublikanın müxtəlif
ali məktəblərinə
qəbul olunmuşdur.
Əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq
məqsədilə rayon rəhbərliyinin
təşəbbüsü ilə respublikanın tanınmış həkimlərinin
rəhbərliyi altında
həkim briqadaları
rayonumuza gələrək
rayon əhalisinə yüksək
səviyyədə tibbi
xidmət göstərmişlər. Rayon Mərkəzi Xəstəxanasının
həkim briqadaları
Əlvənd, Şahhüseynli,
Şəftəhal, Məlikli,
Kəndəbil, Sarıqaya
kəndlərində əhalinin
tibbi müayinədən
keçirilməsini təmin
etmişlər. Mərkəzi Rayon Xəstəxanasının binasında
avqust ayından təmir işlərinə
başlanılmışdır. Yerli büdcə vəsaiti hesabına
2013-cü ilin 9 ayı
ərzində Zərdab
Mərkəzi Rayon Xəstəxanasına
113 min manatlıq inventar,
59,4 min manatlıq maşın
və avadanlıq,
30,2 min manatlıq odun
alınmışdır. Şahhüseynli,
Kəndəbil, Qaravəlli
kənd həkim məntəqələrində 39,8 min manatlıq cari və əsaslı
təmir işləri
aparılmışdır.
2013-cü ilin 9 ayında
rayonda keçirilən
mədəni-kütləvi tədbirlərin dairəsi
daha da genişləndirilmiş,
əhalinin asudə vaxtının səmərəli
təşkili üçün
Heydər Əliyev parkında və kəndlərdə maraqlı
konsert proqramları təşkil edilmişdir. “Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işləri başa çatdırılmışdır.
Həmçinin 9 ay ərzində
Uşaq İncəsənət
Məktəbində, Rayon Mədəniyyət
Evində, Rayon Mərkəzi
Kitabxanasında və
Tarix Diyarşünaslıq
muzeyində 64 min 970 manatlıq
cari təmir işləri aparılmışdır.
Mədəni-maarif müəssisələrinə
56,5 min manatlıq inventar, 75 min manatlıq digər maşın-avadanlıq
alınmışdır.
Dəli Quşçu kəndində
286, Dəkkəoba kəndində
288 abonentə fərdi
qaz xətti çəkilmiş və
sayğac quraşdırılmışdır. Gəlmə,
Salahlı, Hüseynxanlı
və Xanməmmədli
kəndlərində qaz
xəttinin çəkilişi
yekunlaşmaq üzrədir.
İl ərzində 11 kənddə
qaz xəttinin açılışı nəzərdə
tutulur. Rayonda içməli suya
olan tələbatın
ödənilməsi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində də müəyyən işlər
görülmüşdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən əvvəlki
illərdə 17 ədəd
modul tipli su təmizləyici qurğu, 194 ədəd bulaq tikilib istifadəyə
verilmişdir. Növbəti mərhələdə daha
12 kənddə belə
qurğuların tikilməsi
nəzərdə tutulmuşdur.
Yol təsərrüfatında da
cari ilin 9 ayında işlər
davam etdirilmişdir. Zərdab-Mollakənd avtomobil yolunun
26 kilometr hissəsində
üst layın tikinti işləri başa çatdırılmışdır.
Əhaliyə poçt və
rabitə xidmətinin
keyfiyyətinin yüksəldilməsi
və iş şəraitinin yaxşılaşdırılması
məqsədilə Poçtamtın
və Telekommunikasiya Qovşağının yerləşdiyi
inzibati binada əsaslı təmir işləri yekunlaşmaq
üzrədir.
Hesabat dövründə
rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, təmizlik, səliqə-sahman işlərinə
diqqət artırılmışdır.
Yığıncağın sonunda yekdilliklə bildirilmişdir ki, zərdablılar bundan sonra da Prezident
İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasını dəstəkləyəcək,
göstərilən yüksək
diqqət və qayğıya əməli
işləri və hərtərəfli dəstəkləri
ilə cavab verəcəklər.
Yığıncaqda prezident seçkilərində
parlaq qələbə
qazanmış dövlət
başçısı İlham
Əliyevə zərdablıların
təbriki də səslənmişdir.
Sonda müvafiq
qərar qəbul edilmiş və ölkə Prezidentinə müraciət qəbul olunmuşdur.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S.
10.