Qazax rayonunda bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları təhlil edilmişdir

 

Qazax rayonunda 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilmişdir. İclasda rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, bu ilin 9 ayı Azərbaycan dövləti üçün çox uğurlu keçmişdir. Qarşıda duran bütün vəzifələr icra olunmuş, iqtisadiyyat daha da inkişaf etdirilmişdir.  Sevindirici haldır ki,  ölkədə qeyri-neft sektorunda 9 ayda 10,4 faiz artım olmuşdur. Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı ildən-ilə azalır və beləliklə, iqtisadiyyatın şaxələndirilməsi məsələləri öz həllini tapır.

Başçı hesabat dövrünün Qazax rayonu üçünuğurlu olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, rayon üzrə 2013-cü ilin yerli gəlir və xərclərinin proqnozu 19,775,930 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 4,900 manatını yerli daxilolmalar, 14,875,930 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 24,8 faiz, dotasiya isə 75,2 faiz olmuşdur.

Hesabat dövründə yerli daxilolmalar 3,556,420 manat proqnoza qarşı 3,790,924 manatya 106,6 faiz yerinə yetirilərək büdcəyə  234,504 manat çox vəsait mədaxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 99 faiz təşkil etmişdir.

Natiq çıxışında həmçinin qeyd etmişdir ki, əhalidən 850,764 manat və 77 min ABŞ dolları əmanətlər cəlb olunmuşdur.  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 44 nəfərə 526 min  manat , “Kənd Yerlərinin Kreditləşməsi” yolu ilə 3 nəfərə 18 min  manat kredit verilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2013-cü ilin 9 ayında ödəniş müəssisələrinə 18,752,057 manat vəsait köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 35,944 manat çoxdur. Şöbədə      hesabat dövründə sosial sığorta haqları üzrə yığım proqnozu 87,1 faiz yerinə yetirilmişdir. Bu göstərici büdcə təşkilatları üzrə 2,752,800  manat proqnoza qarşı 2,308,400 manat, yəni 83,8 faiz, qeyri büdcə təşkilatları üzrə isə 521 min  manata qarşı 538 min  manat toplanmaqla 103,3 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,800 manat artıq olmuşdur.

2013-cü ilin 9 ayında  Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2,818,209 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Hesabat dövründə Mərkəz tərəfindən 1,549 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 1,722,532 manat vəsait  ödənilmişdir.

Əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür. 2013-cü ilin 9 ayında Qazax Elektrik Şəbəkəsi tərəfindən 10 kilovotluq hava xəttində 2,1 kilometr, 0,4 kilovotluq hava xəttində 10,55 kilometr uzunluğunda cari təmir işləri aparılmış və 37 ədəd yararsız dayaq yenisi ilə əvəz edilmiş, 1 ədəd  zədəli transformator əsaslı, 56 ədəd transformator isə cari təmir olunaraq şəbəkəyə qoşulmuşdur. Əhali tərəfindən yeni tikilmiş 211 ədəd evə sayğac quraşdırılmış, 1,94 kilometr uzunluğunda giriş xətləri çəkilmiş və 1336 ədəd zədəli sayğac yenisi ilə əvəzlənmişdir. 

Ötən dövrdə əhaliyə satılan enerjinin dəyəri  3,330,300 manat, toplanan vəsait isə 3,192,400 manat olmuşdur. Ümumi pul yığımı 96 faiz, o cümlədən yerli əhali üzrə 97,7 faiz yerinə yetirilmişdir.

Qazax rayon Qaz İstismar İdarəsi tərəfindən 9 ayda əhali abonentlərə satılmış qazın dəyəri 1,494,947 manat olmuş, 1,643,656 manat (109,9 faiz) vəsait yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yığım faizi 10,1 faiz çoxdur. Rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur.

Qazax Telekommunikasiya Qovşağı cari ilin 9 ayında planı 100 faiz yerinə yetirmiş və ötən müddət ərzində 65 ədəd yeni telefon xətti çəkərək  abunəçilərin istifadəsinə vermişdir.

Qazax Su-kanal İdarəsi tərəfindən 2013-cü ilin 9 ayında 5,442 abonentə xidmət göstərilmiş və 297,905 manat vəsait toplanmışdır. Bu isə satışın 96 faizini təşkil edir. Təşkilat tərəfindən 362 poqonometr uzunluğunda məhəllədaxili su xətləri dəyişdirilmişdir.

2013-cü ilin 9 ayında rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 24,550 manat , ümum məhsul buraxılışının həcmi 107,118 manat olmuşdur ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 8,560 manat, kənd təsərrüfatı məhsullarının həcmi 39,800 manat olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 1160 manat, orta aylıq əmək haqqı 231 manat olmuşdur.

Regionlarda sosial-iqtisadi inkişafla əlaqədar Qazax rayonunda davamlı surətdə yeni yerləri açılır. 9 ayda  14 yeni müəssisə yaradılmış, 669-u daimi olmaqla 739 yeni yeri açılmışdır. Hesabat dövründə 9 dövlət müəssisəsindən 63 və 9 qeyri-dövlət müəssisəsindən 134 boş yeri təqdim edilmiş, 354 nəfər vətəndaş Məşğulluq Mərkəzinə müraciət etmişdir. Onlardan 233 nəfəri axtaran kimi qeydiyyata alınmış, 88 nəfər münasib işlə təmin olunmuşdur.

Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 14,311, hektar əkin sahəsi üçün 572,448  manat yardım hesablanmışdır.

Bu ilin məhsulu üçün 959  yonca, 273  hektar kartof, 562 hektar qarğıdalı, 490  hektar tərəvəz, 255 hektar yazlıq dənlilər, 77  hektar texniki bitkilər və 48  hektar bostan əkilmişdir. Həmin sahələrdən 1847 ton dən qarğıdalı, 154 ton günəbaxan, 3180 ton kartof  9694 ton tərəvəz, 720 ton bostan, 5861 ton meyvə, 1049 ton üzüm toplanmışdır. 2014-cü ildə əkiləcək payızlıq taxıl məhsulu üçün 1200 hektarda şum qaldırılaraq səpinə başlanılmışdır.

İclasda rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyev, Qaz İstismar İdarəsinin rəisi Rasim Zeynalov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək hesabat dövründə görülən işlərdən danışmış, qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bildirmişlər.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 26 oktyabr.- S. 6.